Məhkəmə qərarları › İş №2-2(102)-452/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-452/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-452/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-452/21 Bakı şəhəri 2021-ci il 26 oktyabr Açar sözlər: işə mahiyyəti üzrə baxmış hakim tərəfindən yenidən baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçının hüquqi varisinin vəkili Vəkil2, cavabdehin vəkili Vəkil3 qızının iştirakları ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “girov müqaviləsinin ləğv edilməsi, avtomobilərin girovdan azad edilməsi barədə” ilk, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit borcun tutulması və tutmanın girov qoyulmuş avtomobillərə yönəldilməsi tələbinə dair” qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 22(103)-430/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları: 1. 2019-cu il 13 sentyabr tarixli AZ-İİ seriyalı 037175 ölüm haqqı nda şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iş apellyasiya icraatında olarkən 2019-cu il 9 sentyabr tarixdə vəfat etmişdir. 2. 2014-cü il 30 may tarixli, AZ-İ 924791 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 ilə rəsmi nikaha daxil olmuşdur. 3. 39 saylı notariat orqanı tərəfindən 2019-cu il 12 dekabr tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 2019-cu il 9 sentyabr tarixdə ölmüş İddiaçı həyat yoldaşı X4 miras əmlakı qəbul edərək vərəsə kimi tanınmışdır. Məhkəmə kollegiyası iddiaçının vərəsəsi X2 ərizəsini təmin edərək, hazırki iş üzrə onu İddiaçı əvəzinə prosessual hüquq varisi qismində tanımışdır. 4. 2012-ci il 14 sentyabr tarixli 31AV/F20-12 saylı t əminatlı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən Cavabdeh ASC tərəfindən borcalan İddiaçı illik 20% olmaqla 48 ay müddətinə 780.300 manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kredit məbləğini yeni alınacaq 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəyi müəyyən olunmuşdur.

5. İddiaçı 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən götürdüyü 780.300 manat məbləğində kredit öhdəliklərinin təminatı olaraq kreditor Cavabdeh ASC-nə ümumi dəyəri 918000 manat olan 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma a vtobuslarını 2012-ci il 14 sentyabr tarixli, 31İP/F20-12 nömrəli girov müqaviləsinə əsasən girov qoymuşdur. 6. “Hesabdan çıxarış”-ın təsdiq olunmuş surətindən və cavabdehin 2019-cu il 30 may tarixli **********516 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir. 7. 14 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının şəhadətnamələrindən görünür ki, qeyd olunan nəqliyyat vasitələri İddiaçı adına qeydiyyata alınmışdır.

8. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 28 yanvar tarixli **********150 nömrəli məktubdan görünür ki, 31AV/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 285.427,30 ma nat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra mətndə iddiaçı) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli 2012-ci il 14 sentyabr tarixli girov müqaviləsinin ləğv edilməsi; girovda olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **-RJ-*** dö vlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90RG- 433 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasın da 2012-ci ilin sentyabr ayında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 780.300 manat kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərini tam icra etmiş, sonuncu ödənişini 2017-ci ilin yanvar ayında aparmaqla ümumilikdə, banka 999.558,50 manat məbləğində pul ödəmiş, bununla da bank qarşısında öhdəliklərinin icrasını yekunlaşmışdır. Lakin cavabdeh tərəf onun əmlaklarının girovdan azad olunması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məktub göndərməli olduğu halda, bunu icra etməmiş, iddiaçının müraciətinə 28 yanvar 2019-cu il tarixdə ünvanladığı məktubunda, guya, iddiaçının banka 285.427,30 manat qalıq borcu olduğunu göstərmişdir. Halbuki, iddiaçının 999558,50 manat ödənişi Cavabdeh ASC-nin özünün təqdim etdiyi hesabdan çıxarışla tam təsdiq olunur. Belə olan halda iddia çıya əlavə borcun hesablanması tamamilə qanunsuzdur.

11. Eyni zamanda, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 2019-cu il 23 aprel tarixinə yaranmış əsas borc üzrə 182.024.41 manat; faiz borcu üzrə 23.402.44 manat; cərimə borcu üzrə 67.585.02 manat; kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan 17670.72 manat illik beş faiz - cəmi, 290.682.59 manat borcun; ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın girova yönəldilməsi barədə - qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

12. Qarşılıqlı iddia tələbinin əsaslarına görə tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli 2012-cl il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 56 ay müddətinə, illik 20 faizlə 56 ay müddətinə 780.300,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 31 İP/F20-12 nömrəli, 14.09.2012-ci il tarixli girov müqaviləsi bağlanaraq İddiaçı məxsus 17 ədəd - 2012-ci il buraxılışlı, “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusları banka girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, 23 aprel 2019-cu il tarixinə banka əsas borc üzrə 182.024,41 manat əsas borc, faiz borcu üzrə 23.402.44 manat, cərimə 67.585.02 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan 17670.72manat illik beş faiz, cəmi 290.682.59 manat borcu yaranmışdır.

13. İşə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2020-ci il 28 mart tarixli 5116 saylı rəydən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 2012-ci il 14 sentyabr tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 2017-cı il 14 may tarixə İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 18660,96 manat faiz borcu olmaqla, cəmi 191.803,92 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu illik 5% dərəcəsi ilə he sablanmaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 30.137,64 manat faiz borcu olmaqla, cəmi 203.280,6 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu hesablanmamaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 15.660,96 manat faiz borcu olmaqla, cəmi 188.803,92 manat məbləğində müəyyən edilir. Bank tərəfindən 2012-ci il 14 sentyabr tarixli, 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilm ədiyindən ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Ekspert rəyindən görünür ki, 2012-ci il 14 sentyabr tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli e-2-2(82)581/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECO BUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG- 363 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı avtobusların girovuna xitam verilmiş, ilk iddia tələbi qalan hissəsində, eləcə də, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 999.558,50 manat ödəniş edilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının 2019-cu il 30 may tarixli, **********516 saylı məktubuda isə ödənilmiş məbləğin 995.237,52 manat olduğu öz əksini tapmışdır. İlk iddia üzrə cavabdehin göstərdiyi məbləğ təqzib edilmədiyindən məhkəmə ödənişin məbləğini 995.237,52 manat olaraq qəbul etmişdir.

16. Tərəflər arasında bağlanmış kredit müqaviləsi məhkəməyə təqdim olunmadığından, kredit vəsaitinin hansı faizlə verilməsini müəyyən etmək mümkün olmamışdır. Müqavilənin təminatı olan girov predmetinin dəyəri 918.000 manat təşkil etdiyindən, ilk iddia üzrə iddiaçı tərəfindən 995.237,52 manat pulun ödənilməsi öz təsdiqini tapdığından məhkəmə kredit olaraq götürülmüş məbləğin ödənildiyinin şübhə doğurmadığı qənaətinə gəlmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması üçün mülki qanunvericiliklə müəyyən olunmuş əsasların mövcudluğu öz təsdiqini tapmamış, girov predmeti olan nəqliyyat vasitələrinin girovdan azad olunmasına dair hər-hansı qeydiyyatın aparılması isə ilk iddia üzrə cavabdehin səlahiyyəti olmamaqla qətnamənin bilavasitə icra mərhələsinə aiddir.

18. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 294.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinad etmişdir.

19. Həmin qətnamədən cavabdeh apel lyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Apellyasiya icraatı zamanı cavabdehin səhmdarı Sənan Məmmədov vəsatətlə müraciət edərək, onun maraqlı şəxs kimi cəlb edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 yanvar tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə vəsatət qismən təmin edilmiş, Sənan Məmmədov iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova).

22. Apellyasiya icraatı zamanı Aynurə Kazımova ərizə ilə müraciət edərək, iddiaçının və fat etməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bildirərək, iddiaçının prosessual hüquq varisi qismində cəlb olunmasını xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 15 yanvar tarixli məhkəmə iclas protokoluna əsasən, məhkəmə kollegiyası Aynurə Kazımovanın iş üzrə iddiaçının prosessual hüquq varisi qismində tanınmasını qərara almışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 yanvar tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 28 mart 2020-ci il tarixli, 5116 saylı rəy tərtib olunmuşdur (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova).

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən – tərəflər arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli, 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumunun ona keçən miras həddində X1 tutulması və tutmanın 14 sentyabr 2012-ci il tarixli, 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İsuzu Ecobus” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobuslara yönəldilməsi hissəsində təmin olunmuş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia tələbi girov müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan və girov müqaviləsi müstəqil müqavilə olmamaqla təminat verdiyi əsas öhdəliyə (kredit müqaviləsinə) istinad etdiyindən, nəhayət kredit müqaviləsinin kontragenti kimi ilk iddiaçı həmin müqavilənin bir nüsxəsini özündə saxlamalı olduğundan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi səbəbindən kredit borclarına görə 20 faiz hesablanmalı olmamasına dair gəldiyi nəticə əsaslı olmamışdır.

27. Birinci instansiya məhkəməsi ilk iddiaçının iddia tələblərinin əsaslandığı halların sübutu kimi həmin kredit müqavilə sinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə almamış və sübutetmə yükünün ilk növbədə iddiaçının üzərinə düşdüyünə əhəmiyyət verməmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçı cərimələrin hesablanması barədə məhkəməyə hesabdan çıxarış məlumatlarını təqdim etmədiyindən qarşılıqlı iddia bu hissədə təmin edilməməli, cərimə hesablanmadan müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu hesablanmamaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla ilk iddiaçının qarşılıqlı iddiaçıya olan kredir borcu əsas borc üzrə 173.142,96 manat, faiz borcu 15.660,96 manat olmaqla ümumilikdə 188.803,92 manat müəyyən edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 269.1, 294, 527.1, 294.1.1, Azərbaycan Respublikası MPM-in 372.6, 9.1, 87.2, 97.1, 77.1-ci maddələrinə istinad etmişdir.

30. Həmin qətnamədən iddiaçının hüquqi varisi Aynurə Kazımova kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli 2-2(102)-29/21 saylı qərarı ilə ilk iddia üzrə iddiaçının hüquqi varisi Aynurə Kazımova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim Sevda Hüseynova, hakimlər Azər Hüseynov və Bəhram Məmmədli).

32. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin cavabdehin səhmdarı Sənan Məmmədovun qanunla müəyyən edilmiş hüquq və vəzifələrin toxunmadığı halda, onun məhkəmə icraatına 357.2-ci maddəsinin tələblərin zidd olmuşdur. İşə cəlb edilməsi qanunsuz olduğundan onun tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş sübutun qəbul edilməsi də qeyd olunan prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi təq dim edilməmiş kredit müqaviləsini MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və onun əsasında qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir.

34. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MM-in 739.1, 739.2, 740.2, MPM-in 57.1, 76.1, 76.2, 77.1, 89, 357.1, 357.2, 372.2, 388 maddəsinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-430/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli e-2-2(82)-581/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 2012-ci ilin sentyabr ayında kredit müqaviləsi bağlandığı və cavabdeh tərəfindən iddiaçıya 780.300,00 manat məbələğində təminatlı kredit verildiyi işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən tərəflər kredit müqaviləsinin əsli məhkəməyə təqdim edə bilməmiş, məhkəməyə yalnız iddiaçıya məxsus ümumi dəyəri 918.000,00 manat məbləğində olan, 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusların cavabdeh qarşısında yüklülüyinə dair bağlanmış 2012-ci il 14 sentyabr tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi təqdim olunmuşdur.

37. Eyni zamanda, birinci instansiya məhk əməsi tərəfindən bankın ləğvedicisinə sorğu verilsə də, kreditin verilməsinə əasən olan kredit müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Apellyasiya mərhələsində də məhkəmənin müvafiq təklifinə baxmayaraq, qarşılıqlı iddiaçı istinad etdiyi 31AV/F20-12 nömrəli, kredit müqaviləsinin əslini tapa bilmədiyini bildirmişdir.

38. Bundan əvvəlki apellyasiya mərhələsində üçüncü şəxs qismində işə cəlb olunmuş səhmdar S.Məmmədovun məhkəməyə təqdim etdiyi kredit müqaviləsi ilə bağlı Ali Məhkəmənin mövqeyi əsas götürülərək mötəbər sübut kimi qəbul edilməmişdir.

39. Cavabdehin təqdim etdiyi maliyyə arayışlarında və hesabdan çıxarışlarında iddiaçının banka 285.427,30 manat qalıq borcunun olduğunu mübahisələndirilməsi ilə bağlı ilk növbədə qeyd edilmişdir ki, kredit müqaviləsinin əslini məhkəməyə təqdim ed ilmədiyi, bununla da kreditin hansı faizlə verildiyi sübuta yetirilmədiyi halda, iddiaçının qalıq borcunun bankın birtərəfli qaydada tərtib olunmuş öz maliyyə arayışına və hesabdan çıxarışına istinadən 285.427,30 manat təşkil etməsini mötəbər məlumat kimi qiymətləndirilə bilməz. İkincisi, qeyd olunan həmin əsaslara görə həm də, ilkin apellyasiya mərhələsində Məhkəmə Ekspertizası Mərkəzinin 5116 saylı 2020-ci il 28 mart tarixli rəyində ekspertin gəldiyi nəticəyə (iddiaçının kredit müqaviləsi üzrə əsas borcunun 173.142,96 manat, faiz borcunun 15.660,96 manat təşkil etməsinə) də əsaslanaraq, mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul olunması istisna olunur.

40. Bununla yanaşı, bankın birinci instansiya məhkəməsinin sorğusuna ünvanladğı 2019-cu il 30 may tarixli **********516 nömrəli cav ab məktubunda məhkəməyə bildirilmişdir ki, kredit alan iddiaçı tərəfindən banka 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində, ümumilikdə, 995.237,52 manat ödəniş edilmişdir. İddiaçı mübahisəli kredit müqaviləsi üzrə banka 999.558,50 manat ödənişinə dair ödəmə sənədləri məhkəməyə təqdim etməsə də, hər bir halda, bank məhkəməyə ünvanladığı 2019-cu il 30 may tarixli məktubunda iddiaçı tərəfindən banka kredit borcundan 995.237,52 manat məbləğində ödənildiyini etiraf edir.

41. Belə olan halda, yəni, iddiaçının 995.237.52 manat məbləğində ödənişinin bankdan aldığı 780.300,00 manat kreditdən, həm də, girov müqaviləsinin predmetinin (avtobusların) 918.000,00 manat məbləğində ümumi dəyərindən artıq olması - kredit müqaviləsinin əsli (və ya lazımi qaydada təsdiq o lunmuş surəti) mövcud olmadığından illik faizin kredit müqaviləsində təsbit olunan qeyri-müəyyən olduğu halda iddiaçının qəbul edilən 995.237,52 manat məbləğində ödənişinin 780.300,00 manatı onun əsas borcuna, bundan artıq 214.937,52 (995237,52-780300) manat məbəlğində hissəsini isə onun faiz borcuna aid edilməsini işin sübutlarla müəyyən edilən halların uyğun sayır. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı bank qarşısında mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 294.2, 528 Azərbaycan Respublikası MPM-in 89.3-cü maddələrinə istinad etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 29 iyun tarixdə tərəflərin elektron kabinet ində yerləşdirilmişdir.

44. Həmin qətnamədən narazı qalan cavabdeh 2021-ci il 30 iyul tarixdə kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri:

45. İşə baxılarkən yalnız qarşı tərəfin izahatları və sübutlarına əsaslanmış, bankın verdiyi maliyyə arayışına, hesabdan çıxarışlara heç bir qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıma hissəsində iddiaçı tərəfindən verilmiş izahata əsaslanmış, iddiaçının bank qarşısında 999.558.50 manat ödəyərək heç bir borcunun o lmaması barədə izahatını əsas götürərək cavabdehin bank qarşısında heç bir borcunun olmaması qənaətinə gəlmiş, ilk iddia tələbini qəbul edərək girov predmeti olan avtobusları girovdan azad etmişdir. Lakin bank tərəfindən verilmiş maliyyə arayışlarında və hesabdan çıxarışlarda açıq-aşkar iddiaçının bank qarşısında 285427.30 manat qalıq borcunun olduğu göstərilmişdir.

46. Kredit müqaviləsi üzrə faiz və cərimə borcları nəzərə alınmamış, bütün ödənişlərin silinməsi yalnız əsas borca yönəldilmiş və bu əsaslarla qətnamə qəbul edilmişdir. İddiaçı tərəf özü də dəfələrlə məhkəmə proseslərində bankla kredit müqaviləsi bağladıqlarını, həmin müqaviləyə əsasən kredit götürdüklərini və ödənişlər etdiyini etiraf etmiş, yalnız həmin müqavilə üzrə əsas borcu ödəyib bağladıqlarını bildirmişlər. Kredit müqav iləsi bağlanarkən kredit borcunu müəyyən müqavilə ilə müəyyən edilmiş müddətdə və əsas məbləğə hesablanacaq faizlər ilə birlikdə qaytarılması şərti ilə bağlanır. İddiaçı tərəf isə kredit müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən qrafik üzrə kredit ödənişlərini yerinə yetirdikləri halda, həmin məbləği hansı faizlə ödədiklərini bilmədiklərini bildirmişlər.

47. Həmçinin, iddiaçı tərəfindən iddia tələbində istinad edilmiş dəlillər də məhkəmə qarşısında tam sübuta yetirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən nə üçün faiz borcu olmasını bilmədiyi halda, əsas borcdan artıq pul ödənildiyini araşdırmamışdır. İşin materialında kredit müqaviləsinin surəti olduğu və orada kreditin 20% ilə verilməsi bildirildiyi, həmin müqavilə əsasında ekspertizanın keçirilməsi və Məhkəmə Ekspertiza Mərkəzinin 5116 saylı, 28.03.2020-ci il tarixli rəyini nəzərə alınmamışdır.

48. Sübutlar arasında uyğunsuzluq mövcuddur. Ekspert rəyinə digər sübutlarla bərabər qiymət verilməli, rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalı idi.

49. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 390.1, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 97.1, 217-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Cavabdehin vəkili kassa siya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir.

52. İddiaçının hüquqi varisinin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

53. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

54. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

56. Azərbaycan nəzərdə tutulur: Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar “Maddə

294. Girova xitam verilməsi 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. b u Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda.http://www.e-qanun.az/framework/46944 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. v ə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu o nun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisn a edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

57. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

19. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar “19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:.... 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə ayrıca qiymətləndirmə aparılmadan nəzərə alınmalıdır ki, hazırki işə yenidən apellyasiya qaydasında baxılarkən, MPM-nin 19.1.3-cü maddəsinin (bax yuxarıda 55-ci bənd) tələblərinə əməl edilməmiş, apellyasiya məhkəməsindəki birinci icraat zamanı, işə mahiyyəti üzrə baxıl masında iştirak etmiş hakim V.Baxışovanın iştirakı ilə baxılmışdır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 14 oktyabr tarixli Qərarında göstərilmişdir ki, “… mülki mühakimə icraatında iştirak edən şəxslərin mülki prosesdə obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri də hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipinin mövcudluğudur. Bu prinsipin əsasını Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi təşkil edir və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsinə şərait yaradır, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur.

60. Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinin tələbinə görə, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmiş hakimin həmin iş üzrə təkrar iştirakına yol verilmir.

61. Qanun hakimin işə baxılmasında təkrar iştirakı imkanını istisna edən mühüm qaydanı müəyyənləşdirir. Belə qaydanın müəyyən edilməsi hakimin işə dair qeyri obyektiv mövqeyinin formalaşmasının mümkünlüyü ilə bağlıdır. Bu isə tərəflərin öz hüquqlarını həyata keçirməsinə neqativ təsir göstərə bilər.

62. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki prosessual qanunvericilikdə əksini tapan hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipi isə hakimin obyektivliyini təmin edən vasitələrdən biridir”.

63. Beləliklə, məhkəmə kollegiyası MPM-in 19.1.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün iş üzrə qətnamə ləğv edilməli, kassasiya şikayəti təmin edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

64. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 iyun tarixli 2-2(103)-430/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar