Məhkəmə qərarları › İş №2-2(102)-455/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-455/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-455/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz penya; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil iştirakları ilə, Cavabdeh2 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-2(105)-41/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı BOKT ASC (bundan sonra – ASC) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh2) arasında bağlanılmış 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 AZN məbləğində kredit verilmişdir.

2. ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 19 fevral tarixli, 2020/0005501 №-li kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 2020-ci il 13 fevral tarixli, 2020/00049-011P №-li ipoteka və 2020-ci il 19 fevral tarixli, 2020/00055-011P №-li sonrakı ipoteka müqavilələrindən görünür ki, qeyd edilən k redit müqavilələrinin təminatı olaraq Cavabdeh1 (bundan sonra – Cavabdeh1) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili ipoteka predmeti kimi ASC-yə təqdim etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50.000 manat məbləğində müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrindən 2020-ci il 18 fevral tarixli və 2020-ci il 24 fevral tarixli çıxarışların təsdiqlənmiş surətindən görünür ki, 2020- ci il 13 fevral tarixli, 2020/00049-01 №-li və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li kredit müqavilərindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 s aylı mənzilin ipotekasının dövlət qeydiyyatı aparılmışdır.

5. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən F.Həsənov, AZE0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən isə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 40 saylı mənzildə qeydiyyatdadırlar.

6. ASC-nin arayışlarına əsasən Cavabdeh2 2020-ci il 22 oktyabr tarixə ASC-yə 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcu və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolla rı məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcu yaranmışdır.

7. Hesabdan çıxarışlara əsasən, Cavabdeh2 2020-ci il 13 fevral tarixli kredit müqaviləsi üzrə cəmi 300 manat ödəniş etmiş, 2020-ci il 19 fevral tarixli kredit müqaviləsi üzrə isə heç bir ödəniş aparmamışdır.

8. ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 2020-ci il 21 may tarixli bildirişə əsasən bank qarşısında öhdəliklərinin yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. 9. "xxxx" MMC-nin 162/FB/21 nömrəli, 2021-ci il 3 may tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 40 nömrəli mənzil hazırkı vəziyyəti nəzərə alınmaqla bazar q iyməti 65.000 manat, likvid qiyməti 62.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li İstehlak Kredit müqaviləsinin və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh N.Həsənovdan 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 14.300 manat məbləğində qalıq, ona hesablanmış 2.331,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.2 45,10 manat məbləğində dəbbə pulu, cəmi 18.876,30 manat məbləğində borcun və 2020-ci il 19 fevral tarixli, 2020/0005501 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 14.300 manat məbləğində qalıq, ona hesablanmış 2.331,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 manat məbləğində dəbbə pulu, cəmi 18.876,30 manat məbləğində borcun və 2020-ci il 19 fevral tarixli, 2020/0005501 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 01 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları it irilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********1405101-093013, tarix 15.07.2008) ipoteka predmeti kimi ASC-yə təqdim etmiş və bu barədə 2020-ci il 13 fevral tarixli, 2020/00049-011P №-li İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 2020-ci il 18 fevral tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №- si **********, Reyestr № **********14-05101-093013). İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013, tarix 15.07.2008) ipoteka predmeti kimi ASC-yə təqdim etmiş və bu b arədə 2020-ci il 19 fevral tarixli, 2020/00055011P №-li İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi 2020-ci il 24 fevral tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №- si **********, Reyestr № **********14-05101-093013). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. ASC cavabdehə dəfələrlə müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredi t məbləğləri və onlara hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilələr ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 14.300 manat məbləğində qalıq, ona hesablanmış 2.331,20 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 manat məbləğində dəbbə pulu, cəmi 18.876,30 manat məbləğində borc yaranmışdır. 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 A BŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.570,80 ABŞ dolları məbləğində borc yaranmışdır.

12. Daha sonra ASC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanılmış 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li İstehlak Kredit müqaviləsinin və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 manat məbləğində qalıq, ona hesablanmış 3.260,70 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 manat məbləğində dəbbə pulu, cəmi 20.749,60 manat məbləğində borcun və 2020-ci il 13 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 14.300 manat məbləğində qalıq, ona hesablanmış 3.260,70 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 manat məbləğində dəbbə pulu, cəmi 20.749,60 manat məblə ğində borcun və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə 2020-ci il 17 avqust tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, 2-2(119)597/2020 saylı qətnaməsi ilə iddia qismən t əmin edilərək, tərəflər arasında bağlanmış 2020-ci il 13 fevral tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi və 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 2020-ci il 13 fevral tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi üzrə 14.300 manat məbləğində əsas borc, 3.260,70 manat məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə 300 manat məbləğində dəbbə pulu, cəmi 17.860,70 manat vəsaitin, 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsi üzrə 3.600 ABŞ dolları məbləğində əsas borc, 583.20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 70 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.253,20 ABŞ dolları vəsaitin ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçı ASC- yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 40 nömrəli mənzilə yönəldilməsi qət edilmiş, ünvan 1 ünvanında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi ilə həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, evin mülkiyyətçisi olan Cavabdeh1 qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmadıqda, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur (hakim X.Tağıyev).

14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi əsas ında iddiaçı ASCdən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında kredit məbləğlərini, həmin müqavilələr ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə üzrə hüquqlarından istifadə etsə də, kredit vəsaitlərini, həmin kreditlərdən yaranan faiz və cərimə borclarının ödənilməsinə dair vəzifəsini icra etməmişdir. Bununla da, Cavabdeh2 onunla iddiaçı ASC arasında bağlanılmış kredit müqavilələrini əhəmiyyətli dərəcədə pozmuşdur.

15. Məhkəmə tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlmişdir ki, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qanunverciliyin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracd an satış yolu ilə realizə edilməlidir.

16. Məhkəmə tərəflərin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılığının mövcud olması və müqavilələrin bağlandığı tarixdən sonra daşınmaz əmlak bazarında nəzərəçarpacaq qiymət dəyişikliklərinin olmaması əsası ipoteka predmetinin ilkin satış qiymətini 50.000 manat məbləğində müəyyən etmişdir.

17. Məhkəmə dəbbə pulunun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, 2020-ci il 13 fevral tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə əsas borc 14.300 manat təşkil etdiyi halda 3.188,90 manat məbləğində dəbbə pulu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu borcu 300 manata qədər azaldılmalıdır. Həmçinin, 2020-ci il 19 fevral tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə əsas borc 3.600 ABŞ dolları təşkil etdiyi hald a, 781,20 ABŞ dolları məbləğində dəbbə pulu hesablanması da tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu borcu 70 ABŞ dollarına qədər azaldılmalıdır.

18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 317.1, 317.2, 385.1, 421.2, 439.1, 442, 445.2, 448.1, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 33, 34.1.2, 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqa yıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(105)-41/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş, MMC tərəfindən 2021-ci il 3 may tarixli qiymətləndirmə hesabatı təqdim olunmuşdur (bax §9).

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-2(105)-41/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ünvan 1 ünvanında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa istifadə hüquqlarını itirməklə ipotek a predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilmiş, ipoteka predmeti olan mənzilin likvid qiymətinin 62.000 manat müəyyən olunması qət edilmiş, iddia tələbi cavabdehin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilməmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – Z.Məmmədov və H.Babayeva).

22. Apellyasiya məhkəməsi bildirmişdir ki, ipotekaya qoyulmuş mənzil satıldıqdan sonra münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının, yəni ipoteka saxlayanın isə məhkəməyə belə tələblə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı hans ı cavabdehin mənzildən çıxarılmasını dəqiq göstərməmişdir və iddia tələbi bu hissədə qeyri-müəyyən olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun likvid qiyməti qiymətləndirmə rəyinə müvafiq olaraq 62.000 manat məbləğində müəyyən edilməlidir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 465.2-ci, Qanunun 1.0.9, 4.1, 41.1, 59.3-cü, MPM-in 107, 149.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı hissədə ləğv edilməsi və iddia tələbinə həmin hissədə yenidın baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 aldığı kreditlə, kreditin məqsədinə uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün minik avtomobili almış, lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejimi tətbiq olunduğuna görə fəaliyyət göstərə bilməmişdir. Ölkə ərazisində 2020-ci ilin mart ayından sentyabr ayına kimi sərt karantin rejimi, Cavabdeh2 yaşadığı və əmək fəaliyyəti ilə məşğul olduğu Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində isə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Məhz bu səbəbdən, işləyə bilmədiyinə görə kredit müqavilələri üzrə ödənişləri edə bilməmişdir.

26. Bundan başqa mübahisənin barışıq yolu ilə həlli iddiaçının qeyri-konstruktiv və qərəzli mövqeyinə görə mümkün olmamışdır. Belə ki, tərəflər aras ında mübahisənin məhkəmədən kənar həlli ilə bağlı vaxt verilməsinə dair qarşılıqlı razılığa əsasən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin müddəti də əsas borca faiz hesablanmasına daxil edilmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı

27. Məhkəmə kollegiyası iclasında cavabdehlər və onların vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.

28. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.

29. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

30. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 31.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilm işdir.

32. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcə lləsi Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları “... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....”. Maddə

439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi “... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra ed ilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....”. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. M a d d ə

4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması “... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir....”. M a d d ə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....”. M a d d ə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlik də yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdə n ibarətdir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə

149. İddia ərizəsinin forması və məzmunu... 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb....”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

35. Kass asiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

36. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, a ldığı kreditlə, kreditin məqsədinə uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün minik avtomobili almış, lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejimi tətbiq olunduğuna görə fəaliyyət göstərə bilməmiş və bu səbəbdən kredit borclarını qaytara bilməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır.

39. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Əgər Məcəllə və ya müqavilə ilə başqa qayda müəyyənləşdirilməyibsə borc lu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 448.1ci maddələri).

40. İstinad olunan maddi hüquq normalarının məzmunu belə izah olunur ki, bir şəxsin digər şəxs qarşısında onun xeyrinə hər hansı hərəkəti etmək, eləcə də pul ödəmək öhdəliyi, digərinin isə ondan həmin vəsaitin ödənilməsini tələb etmək hüququ yarana bilər. Belə olan halda, borclu öhdəliyinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olur.

41. İş materiallarından göründüyü kimi, hazırki halda tərəflər arasında kredit müqavilələri bağlanmış və ASC tərəfindən Cavabdeh2 kredit vəsaiti verilmişdir ki, nəticədə Cavabdeh2 ASC qarşısında ona kredit borcunu qaytarmaq öhdəliyi yaranmışdır (bax § 1,2).

42. Cavabdeh2 kredit vəsaitini avtomobil alaraq taksi fəaliyyət i ilə məşğul olmaq məqsədi ilə götürdüyünü və onu qaytarmadığını etiraf edərək bunu xüsusi karantin rejiminin tətbiqi ilə əlaqələndirməyə çalışmışdır.

43. Halbuki, xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ilə xüsusi karantin rejiminin bəzi dövrlərində ictimai nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyətində bir sıra məhdudlaşmalar olsa da, həmin qərarlarda taksi fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı göstərişlər olmamışdır. Yəni, cavabdeh ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə belə, kredit vəsaitini əldə etdiyi məqsədinə uyğun olaraq taksi fəaliyyəti ilə məşğul ola bilərdi və xüsusi karantin rejiminin tətbiqi onun öhdəliklərinin icrasından yayınması üçün haqlı əsas hesab edilə bilməz. 4

4. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, tərəflərin mübahisəni məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün məhkəmə tərəfindən onlara vaxt verilsə də, ASC həmin dövr üçün də əsas borca faizi hesablamış məhkəmə isə bunu nəzərə almamışdır.

45. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 46. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

47. Göründüyü kimi Mülki Məcəllədə fiziki və hüquqi şəxslərin azad surətdə məzmununu müəyyənləşdirməklə mü qavilələr bağlamasının mümkünlüyü öz əksini tapmışdır. Banklar haqqında qanunda isə bank kreditinin faizlərin ödənilməsi şərti ilə verilən borc məbləği olduğu göstərilmişdir.

48. İstinad olunan maddi hüquq normaları baxımından, hazırki halda tərəflər arasında bağlanmış 2020-ci il 13 fevral tarixli “İstehlak krediti Müqaviləsi”nin 1.5-ci bəndində kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə faktiki illik faiz dərəcəsinin 45,65 faiz təşkil etməsi, 2020-ci il 19 fevral tarixli “Kredit Müqaviləsi”nin 1.5-ci bəndində kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 24 faiz, müqavilə üzrə faktiki illik faiz dərəcəsinin 45,65 faiz təşkil etməsi müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iradə ifadəsini göstərən müqavilələrdə kredit məbləğindən istifadəyə görə illik faizlərin ödənilməsi müəyyən olunmuşdur ki, qanunvericilikdə və müqavilədə məhkəmə tərəfindən tərəflərin razılığa gəlməsi üçün vaxtın verildiyi halda kreditə görə faizlərin hesablanmasının dayandırılması nəzərdə tutulmamışdır. Bu səbəbdən, cavabdehin məhkəmə tərəfindən tərəflərin razılığa gəlməsi üçün verilmiş vaxt ərzində faizlərin hesablanmasının dayandırılmalı olmasına dair kassasiya şikayətinin dəlili əsaslı olmamışdır.

50. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

51. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-2(105)-41/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

52. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-2(105)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar