Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-455/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-136/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh4 ilə İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanmış 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsinə əsasən, ona 24 ay güzəşt dövrü olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 10 faiz olmaqla 200.000 manat məbləğində krеdit verilmişdir. 2. 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3/3 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 0,1047 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayı ş evini banka ipotekaya qoymuş, müqavilənin 2.2-ci bəndinə əsasən, sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 50.000 manat müəyyən edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 4. 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasını banka ipotekaya qoymuş, müqavilənin 2.2-ci bəndinə əsasən, sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 120.000 manat müəyyən edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur, qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 6. 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3/3 sa ylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasını banka ipotekaya qoymuş, müqavilənin 2.2-ci bəndinə əsasən, sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 55.000 manat müəyyən edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur, qeyriyaşayış binasının ipoteka ilə yüklü edilmə si daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
8. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 2022-ci il 3 mart tarixli, 001/007/1274/2022 saylı bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdirlər. 9. 2022-ci il 19 iyul tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 2022-ci il 19 iyul tarixinə banka 199.975,80 manat əsas, 10.995,40 manat faiz bоrcu olmaqla, ümumilikdə 210.971,20 manat bоrcu vardır. 10. 2023-cü il 25 yanvar tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 2023-cü il 25 yanvar tarixinə banka 199.975,80 manat əsas, 21.327,70 manat faiz bоrcu olmaqla, ümumilikdə 221.303,50 manat bоrcu vardır. 11. "xxxx" MMC-nin 2023-cü il 17 mart tarixli məktubundan görünür ki, qiymətləndirmə işinə dair göstərilmiş xidmət haqqı olaraq 1.100 manat Cavabdeh4 tərəfindən ödənilmişdir. 12. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 29 aprel tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılsalar da həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 17 iyul tarixində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı i ddia ərizəsi və iddia həcminin artırılmasına dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh4 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199.975,80 manat əsas borc və 21.327,70 manat faiz borcu olmaqla, cəmi 221.303,50 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla, cəmi 320,41 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumu və əlavə olaraq məhkəməyə ödənilmiş 112,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 s aylı fərdi yaşayış evinə, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binasına və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və boşaldılması, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası v ə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Gəncə filialı ilə Cavabdeh4 arasında 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən Cavabdeh4 illik 10 faiz dərəcəsi ilə 24 ay güzəşt dövrü olmaqla (ancaq faiz ödənişi) 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3 nömrəli; 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3/2 nömrəli və 2019-cu il 17 dekabr tarixli, 800900-477904/3/3 nömrəli ipoteka müqavil ələrinə əsasən Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyriyaşayış binası, Cavabdeh4 tam mülkiyyətində оlаn ünvan 1 fərdi yaşayış evi, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı əmlakların yüklü edilməsi barədə çıxarışlar alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq məktublarının gönd ərilməsinə baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.4,, 470.1 472.1 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 34.1.1, 36, 39.3.3, 41-47, 47.5, 59.3 və 59.4-cü maddələrinə istinad olunmuşdur.
16. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(115)-1597/2022 saylı qərardadı ilə əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 2022-ci il 15 dekabr tarixli, 294/EB/22 saylı rəylərində aşağıdakılar göstərilmişdir: - Cavabdeh4 məxsus ünvan 2 ünvanında mülkiyyətdə olan 0,1047 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 225.000 manat, likvid dəyəri 200.000 manat təşkil edir. - Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 100.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir. - Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 385.000 manat, likvid dəyəri 355.000 manat təşkil edir.
17. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin o lunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(115)-1597/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 25 noyabr tarixli, 9/6582 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 2022-ci il 17 avqust tarixinə (sual da göstərilən tarix) banka olan əsas və faiz borcu 212.527,95 manat məbləğində müəyyən edilmişdir, o cümlədən 2022-ci il 17 avqust tarixinə: əsas borc üzrə -200.000,00 manat, faiz borcu üzrə - 12.527,95 manat.
18. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 23 fevral tarixli, e-2-2(115)37/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının Gəncə filialı ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 nömrəli kredit müqaviləsi üzrə 199.975,80 manat əsas borc və 21.327,70 manat faiz borcu olmaqla, cəmi 221.303,50 manat kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 47,07 manat dövlət rüsumu, 273,37 manat xidmət haqqı, ödənilmiş 400 manat mediasiya xərci, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödən ilmiş 112,51 manat dövlət rüsumu, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinə, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri yaşayış binasına, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin fərdi yaşayış evi və qeyri-yaşayış binalarının açıq hərracdan satılması, Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şə həri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat həddində müəyyən edilməsi, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyriyaşayış binasının ilkin satış qiymətinin 90.000 manat həddində müəyyən olunması, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 355.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə olunan vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binasının boşaldılması, Cavabdeh4 398,79 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – G.Quliyeva).
19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 ilə iddiaçı arasında 2019-cu il 16 dekabr tarixində bağlanan kredit müqaviləsinə əsasən, ona 24 ay güzəşt dövrü olmaqla 60 ay müddətinə illik faiz dərəcəsi 10 faiz olmaqla 200.000 manat məbləğ ində krеdit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh4 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən 315 saylı fərdi yaşayış evi, Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, poçt binasının şimal tərəfində yerləşən qeyri-yaşayış binası, Cavabdeh3 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 90A saylı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini borcluya vermiş, borclu isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.
20. Cavabdeh4 iddiaçıya 199.975,80 manat əsas borc və 21.327,70 manat faiz borcu mövcud olmuş, iddiaçı verd iyi kredit məbləğini və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir. Həmçinin əsas borc məbləği və faiz borc məbləği müəyyən edilərkən məhkəmə nəzərə almışdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc məbləği 200.000 manat qeyd olunsa da, iddiaçı 199.975,80 manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmiş, əsas borc məbləğinin həcmi artırılmamışdır.
21. Ekspertiza rəyi ilə 2022-ci il 17 avqust tarixinə faiz borcunun 12.527,95 manat təşkil etdiyi müəyyən olunsa da, tərəflər arasında bağlanılmış kredit müqaviləsi qüvvədə olmuş və iddiaçı tərəfindən faiz borcunun həcminin artırılmasına dair ərizə verilmiş, 21.327,70 manat faiz borcunun cavabd ehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
22. MM-in 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evi və qeyri-yaşayış binalarına yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
23. Bundan başqa, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 47,07 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 112,51 manat dövlət rüsumu, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manat pul vəsaiti də Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir.
24. İddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu tam olaraq ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməyən 398,79 manat dövlət rüsumu Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni MM-in 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “M PM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh4 2023-cü il 17 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin faiz borcu, ipoteka predmetinin məbləği və qiymətləndiricinin xidmət haqqı hissələrində dəyişdirilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-136/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş və həmin hissədə yeni qətnamə çıxarılmış, iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh4 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manat pulun Cavabdeh4 aid edilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
28. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilinə münasib ətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış dəyərini qiymətlədirmə rəyləri əsasında müəyyən etmişdir. Cavabdeh ipoteka predmetinin həmin dəyərdə olmadığını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka predmetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir.
29. Məhkəmə kollegiyası iddiaçının iş üzrə mühasibatlıq ekspertizasının rəyi ilə faiz borcunun 12.527,95 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə ondan 21.327,70 manat məbləğində faiz borcunun tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, 12.527,95 manat faiz məbləği kredit müqaviləsi üzrə 2022-ci ilin avqust ayınadək müəyyən edilmiş faiz məbləği olmuşdur. Birinci instansiya məhkəməsində icraat dövründə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2023-cü il 25 yanvar tarixinə hesablanmış faiz borcunu, yəni 21.327,70 manatı tələb etmişdir. Əsas borcun 199.975,8 manat, ödəniş cədvəlinə əsasən isə həmin məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin təxminən 1.660 manat və 2022-ci il 17 avqust tarixindən 2023-cü il 25 yanvar tarixinədək keçən 5 aydan artıq vaxt üçün faizlərin hesablanma sı nəzərə alındıqda, 21.327,7 manat faiz məbləğinin yaranması real olmaqla, hər hansı bir şübhə yaratmamaqdadır. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.
30. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə xərci ilə bağlı hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manat pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçı banka verilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, 1.100 manat pul vəsaiti cavabdeh tərəfindən qiymətləndiriciyə ödənilmiş, ekspertiza xərci isə ümumiyyətlə ödənilm əmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq iş üzrə əmlakların qiymətləndirilməsi üçün cavabdeh tərəfindən qiymtələndiriciyə ödənilmiş 1.100 manat pul vəsaitini və Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli olan 200 manat ekspertiza xərcini ondan tutaraq iddiaçıya ödənilməsini qət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh4 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 1.100 manatın isə Cavabdeh4 aid edilməsi qət edilməlidir.
31. Apellyasiya instans iyası məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 385.1, 386.1, 428.4, 442, 448.1 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.6, 36, və 39.3.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 119.1, 217.3 və 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 8 may tarixində Cavabdeh4 göndərilmişdir.
33. Cavabdeh4 həmin qətnamədən 2023-cü il 27 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsində şikayətə baxılarkən əmlakın yenidən qiymətlən dirilməsi barədə ekspertizalar keçirilməmiş, lakin iş materiallarında olan rəylər arasında ziddiyyət və kəskin fərq olmasına baxmayaraq, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətini "xxxx" MMC 2022-ci il 15 dekabr tarixli rəyinə əsasən müəyyən etmişdir. Lakin ipoteka predmetinin ilkin satış qiyməti 2019-cu ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu məlum fakt olsa da apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə tərəfindən qiymətləndirmə rəyləri ətraflı araşdırılmamışdır. 35. "xxxx" MMC tərəfindən isə ümumiyyətlə qiymətləndirilmə düzgün aparılmır. Ona görə ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmək lazımdır, çünki özəl şirkətlər qiymətlədirməni düzgün həyata keçi rməyə bilərlər.
36. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Qiymətləndirmə rəyinin təhlili, qiymətlərə dair məlumat mənbələri sübutlar əsasında, müqayisəli şəkildə həyata keçirilir. Kassator səhhəti ilə əlaqədar prosesin təxirə salınmasını xahiş etsə də məhkəmə kollegiyası prosesi təxirə salmamış, nəticədə kassator ipoteka predmetlərinin qiyməti ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qərarda qiymətlə bağlı sübut təqdim olunmadığını əsas gətirərək apellyasiya şikayətini həmin hissədə təmin etməmişdir.
37. MPM-in 97.1-ci maddəsinin tələbi pozulmuşdur. Mülki-prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hüquqi biliklər və hamı üçün aşkar olan ü mumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb edən istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Məhkəmə kollegiyası isə faiz borcuna münasibətdə qərarda da qeyd olunan kimi “təxmini” hesablama apararaq bank tərəfindən faiz borcunun real hesab olunduğu əsas gətirərək ekspertiza təyin etməmişdir.
38. Lakin iş materiallarını, müqavilə şərtləri araşdırılsa, ödəniş cədvəlinə nəzər yetirilsə idi, kreditin 24 ay güzəşt dövrü olmaqla altmış ay müddətinə verildiyi görünərdi. 24 ay ancaq faiz borcunun ödənilməsi birinci ay faiz borcunun məbləği 1.888,89 manat, qalan 23 ay 1.667,67 manat razılaşdırılmışdır. Cədvəl üzrə 24 ay 2020-ci il 1 fevral tarixindən 2022-ci il 1 yanvar tarixinədək müəyyən edilmişdir. Qeyd olunan dövr üzrə cəmi faiz ödənişi 40.222,30 ma nat edir. Kassator tərəfindən isə 40.249,83 manat ödənilmişdir. 24 ay bitdikdən sonra 2022-ci il 1 fevral tarixindən əsas borcla birgə faiz borcunun da ödənilməsi barədə tərəflər razılığa gəlmişdirlər. Faiz borcu isə aylar üzrə azalır. Lakin məhkəmə kollegiyası bunu nəzərə almamışdır. Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən, 2022-ci il 1 fevral tarixindən 2023-cü il 1 fevral tarixinə cədvəl üzrə faizlər ödənilsə idi, banka 180.55,56 manat faiz ödənilməli idi. Lakin bank 2023-cü il 25 yanvar tarixinə 21.327,30 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, faiz borcu həddən artıq çox hesablanmışdır.
39. Həmçinin, 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199.975,80 manat əsas borc və 10.995,40 manat faiz borcu olmaqla cəmi 210.971,20 mana t borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla cəmi 320,41 manat xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumu və əlavə olaraq məhkəməyə ödənilmiş 101,38 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddiaçı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin sonradan iddia həcminin artırılması barədə iddiaçının nümayəndəsi ərizə ilə Gəncə Kommersiya məhkəməsinə əvvəlcədən prentenziya qaydasına riayət olunmadan müraciət edərək 2019-cu il 16 dekabr tarixli, 800900-477904/3 saylı kredit müqaviləsi üzrə 199.975,80 manat əsas borc və 21.327,70 manat faiz borcu olmaqla, cəmi 221.303,50 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 47,04 manat dövlət rüsumu və 273,37 manat xidmət haqqı olmaqla, cəmi 320,41 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 400 manat məbləğində rüsumu və əlavə olaraq məhkəməyə ödənilmiş 112,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi məhkəmədən xeyrinə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Kommersiya məhkəməsi isə iddiaçının xeyrinə iddianı təmin edərək qətnamə qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin icraatında baxılan zaman iddia həcminin artırılmasına dair hissədə yenidən ekspertiza keçirilməsi ilə bağlı kassatorun vəsatəti olacaqdı, ona görə kassator yenidən ekspertiza təyin olunması üçün işin apellyasiya instansiyası məhkəməsinə geri qaytarılm asını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq kassasiya şikayətində mübahisələndirilən hissədə yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyas ı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daş ınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bil avasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
428. Öhdəliyin vaxtından əvvəl icrası... 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun i crası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində bo rc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 45. “İpoteka haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:. Qanununun müvafiq “Maddə
30. İpoteka predmetinə sərəncam verilməsi... 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-c i maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddə tə gecikdirilməsi;...” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 36.1-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.)...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka s axlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 28 aprel tarixli, 2-2(104)-136/2023 saylı qətnaməsi mübahis ələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirmə rəylərindəki dəyərdə olmadığını iddia etsə də, buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya aşağı instansiya məhkəmələrinə müvafiq sübutu təqdim etməmişdir. Qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı vermiş və ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka predmetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası Cavabdeh4 sözügedən dəlilini də əsassız hesab edir.
49. İş üzrə yenidən ekspertizanın təyin olunmamasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin edilməsi MPM-in 102-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
50. İş üzrə 21.327,70 manat məbləğində faiz borcunun tutulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat d övründə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2023-cü il 25 yanvar tarixinə hesablanmış faiz borcunu, yəni 21.327,70 manatı tələb etmişdir. Sübutları qiymətləndirmək səlahiyyətinə malik olan aşağı instansiya məhkəmələri isə işin faktiki hallarını araşdırmaqla iddianın həmin hissədə əsaslı olduğu qənaətinə gəlmişdir. Kassatorun şikayətində qeyd etdikləri əsassız olduğundan, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşır.
51. Bundan başqa, məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edə bilməməsi səbəbilə sübutları təqdim edə bilməməsinə dair dəlilinə münasibətdə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Bununla yanaşı, iş üzrə tərəfin məhkəmə iclasında iştirak etməməsi onu məhkəməyə sübut təqdim etmək imkanından məhrum etmir. Belə ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
52. Göründüyü kimi, sübutları təqdim edə bilmək üçün qanunvericilik tərəflərə onların elektron qaydada təqdim olunması üçün şərait yaratmış, Cavabdeh4 isə bundan istifadə etmək imkanı olduğu h alda belə imkandan istifadə etməmişdir. Elektron məhkəmə informasiya sistemindəki iş üzrə sənədlərdən də görünür ki, Cavabdeh4 işə birinci instansiya məhkəməsində baxılan vaxtdan həmin sistemdən istifadə etmişdir. Bu da bir daha onun informasiya sistemindən həmin vaxtdan istifadə edə bilmək iqtidarı olduğunu sübut edir. Belə olan təqdirdə Cavabdeh4 şikayətində təqdim edə biləcəyini qeyd etdiyi müvafiq sübutlarını da aşağı instansiya məhkəməsinə təqdim edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun dəlilləri ümumi ifadələrlə əsaslandırılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı dəlil təqdim olunmamışdır.
53. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, sübutların düzgün qiymətləndirilməməsi və məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə, belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
54. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozunt usuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-136/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-136/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.