Məhkəmə qərarları › İş №2-2(102)-455/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-455/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-455/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, sübutetmə vəzifəsi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(106)-23/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Məsləhətçi "X2 Outlooks” Şirkəti (bundan sonra-“EAGO”) və sifarişçi Cavabdeh MMC arasında bağlanmış, azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiqləndiyi 2018-ci il 22 aprel tarixli müqavilənin: - 1-ci bəndinə əsasən, bu müqavilə ilə Sifarişçi bu müqavilənin əlavə hissəsi kimi ayrıca imzalanacaq xüsusi/ayrıca şərtlər müqavilə hissəsində təfərrüatlı xidmətlərin icrasını qəbul edən məsləhətçiyə səlahiyyət verir. Məsləhətçi xidmətləri özü tərəfindən və ya bunun üçün yaxşı mütəxəssisi (mütəxəssisləri) seçməklə həyata keçirməyi öhdəsinə götürür; - 2-ci bəndinin 2-ci cümləsinə əsasən, missiya Sifarişçinin ofisində yerinə yetirildikdə, məsləhətçinin nümayəndəsi adekvat iş şəraiti ilə təmin edilməlidir və nümayəndənin Məsləhətçi ilə müqaviləsinin tam məbləğindən asılı olarq sifarişçi aylıq hesab-fakturalar əsasında birbaşa sifarişçi tərəfindən ödəniş alacaq. Bu paraqrafdakı bəyanat hər hansı gələcək düzəlişin mövzusu ola bilməz. - 3-cü bəndinə əsasən, bu müqavilə 22 aprel 2018-ci il tarixindən qüvvəyə minir və 18 ay müddətində davam edəcək. Sifarişçi bütün dizayn işlərini məsləhətçinin yoxlama baxışı üçün yekunlaşdırmağı öhdəsinə götürür. Bu müqavilənin uzadılması və ümumi müqavilə məbləğinə hər hansı düzəliş yazılı şəkildə təqdim olunacaq və hər iki tərəfindən qəbul ediləcək. - 8-ci bəndinə əsasən, xidmət təminatçısı tərəfindən bu müqavilə müddətində göstərilən xidmətlərin haqqı bu Müqavilənin tam məbləği olan 2.000.000 avro məbləği əsasında hesab-fakturalara bölünəcək və bu müqaviləyə digər missiyalar əlavə edildik də bu məbləğ artırılacaq. Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir.Bu tariflərə Məsləhətçinin və onun təyin etdiyi nümayəndələrin çəkdiyi bütün xərclər, o cümlədən səyahət xərcləri, məsləhətçinin qərara aldığı beynəlxalq sərgi və tədbirlərdə iştirak daxildir. Hər ayın sonunda xidmət təminatçısının/məsləhətçinin fəaliyyət hesabatı Sifarişçiyə təqdim olunacaq. Sifarişçi lazım olduqda düzəliş etdikdən sonra bu sənədi provayderə/məsləhətçiyə qaytarmağa razılaşır. Fəaliyyət hesabatının qəbulu xidmət təminatçısı/məsləhətçi tərəfindən göstərilən xidmətin tanınmasını nəzərdə tutur və hesabfakt ura üçün əsas yaradır.

2. EAQO şirkəti ilə "X6” MMC arasında 2018-ci il 22 aprel tarixində imzalanmış müqavilədən irəli gələrək EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi İddiaçı arasında 2018-ci il 22 aprel tarixli “Layihənin koordinasiyası üzrə” müqavilə bağlanmış, müqavilə bir tərəfdən X16 (müqavilədə-“şirkətin məsləhətçisi”) digər tərəfdən layihə koordinatoru olaraq İddiaçı tərəfindən imzalanmış, müqavilənin Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiqlənmişdir. 3. “Layihənin koordinasiyası üzrə” müqavilənin: - 1-ci bəndinə əsasən, Şirkət Biləsuvar rayonunda “AZ Logistics Center” adlı Logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yerinə yetirmək üçün layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir; - 2-ci bəndinə əsasən, bu müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya bu müqavilə ləğv edilənə qədər qüvvədə qalacaq; - 3-cü bəndinə əsasən, X13 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna 400.000 avro məbləğində xidmət haqqı 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesab-fakturalar əsasında "X6” MMC tərəfindən ödənməlidir. Cavabdeh MMC bu məbləği şirkətin məsləhətçisinin məbləğindən tutmalı və birbaşa cənab İddiaçı bank hesabına ödəməlidir. Layihə koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabına bırbaşa Bakıda ödəmək Sifarişçinin (Cavabdeh MMC-nin) üzərinə düşür. Layihə Koordinatoru üç ün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşdirmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə koordinatoru xidmətlərin yerinə yetirilməsi zamanı uyğun şəkildə çəkilmiş bütün xərclərin əvəzini almaq hüququna da malikdir. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesab-fakturalar şirkətin məsləhətçisindən hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Şirkətin məsləhətçisi və layihənin koordinatoru birgə hesab-fakturalar da təqdim edə bilərlər.

4. EAGO şirkətinin Cavabdeh MMC-yə ünvanladığı 2018-ci il 18 avqust tarixli məktubda göndərilmiş hesab-fakturalara uyğun olaraq məsləhətçi haqları ilə bağlı külli miqd arda pulun ödənilməsinə borclu olunduğu, 2018-ci il 22 aprel tarixində imzalanmış müqavilədə nəzərdə tutulmuş və 0251 nömrəli rəsmi məktubla təsdiq edilmiş öhdəliyə əməl edilməsinin xahiş olunduğu qeyd edilmişdir.

5. Cavabdeh MMC tərəfindən “X2 Outlooks”-a (EAQO) ünvanlanmış 2018-ci il 7 may, 2018-ci il 25 aprel və 2018-ci il 4 may tarixli məktublarda EAGO-nun tövsiyyə və sualları ilə bağlı cavablar verilmiş, 2018-ci il 11 iyun tarixli məktubda, şirkətin məsləhətçisinin və onun yerli layihə kordinatorunun xidmət haqqının X3 üzrə maliyyənin ilk ödənişində dərhal ödənilməsi öhdəliyi qeyd olunmuş, 2018-ci il 23 oktyabr tarixli məktubda, şirkətin icazə sənədlərinin əldə edilməsinin bir neçə ay vaxt apardığı üçün tam işə başlaya bilmədiklərini, bunları nəzərə alaraq, müqavilə vaxtının 2 ay artı rılması xahiş edilmiş, 2018-ci il 12 oktyabr tarixli məktubda, hesab-fakturalar üzrə köməkçi sənədlərin alındığı, ödənişin maliyyənin açılmasından sonra aparılacağı, hazırda layihələrlə əlaqədar sənədlərin tamamlandığını, işlərin dayandırılmaması xahiş edilmiş; 2018-ci il 6 noyabr tarixli məktubda, Cavabdeh MMCnin EAGO-ya və layihə koordinatoruna ödəniş üçün məsuliyyət daşıdığı bildirilmişdir.

6. EAGO şirkətinin prezidenti X13, İddiaçı ünvanladığı 2020-ci il 28 may tarixli məktubda, X9 Abi Xalili aldatdığı, xeyli vaxtını aldığı, işlərin haqqının ödənilmədiyi, bu hərəkətlərin qeyri-qanuni olduğu, nə baş verməsindən asılı olmayaraq X8 Aslanova ödəniş etməli olduğu qeyd edilmişdir.

7. EAQO şirkətinin prezidenti X13 məhkəməyə ünvanladığı 2023-cü il 10 avqust tarixli məktubunda, şirkətin (EAGO) qanuni Nümayəndəsi, Layihə Koordinatoru-Məsləhətçi cənab İddiaçı müqavilələrin son müddətinə qədər, 18 aydan çox Cavabdeh MMC üçün işlədiyi və hətta yerli yazışmaları idarə edib, sifarişçiyə əlavə köməkçi iş kimi müxtəlif investorlarla danışıqlar prosesində bütün vacib köməkliyi təmin etdiyi, cavabdehin indiyədək hər hansı etiraz məktubu və ya müqavilələrin vaxtından əvvəl rəsmi ləğvi barədə heç bir dəlil-sübut təqdim etmədiyi, cavabdehin 2018-ci il 6 noyabr tarixli 0279 nömrəli məktubu ilə hər iki tərəfin müqavilə haqqı üçün məsuliyyət daşıdığını bildirdiyi, 2019-cu il 28 may tarixli məktubla cavabdehə xatırlatma yazıldığını, lakin rəsmi cavab verilmədiyini bildirmişdir.

8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2021-ci il 18 mart tarixli 2(004)-2543/2021 nömrəli qərardadı ilə İddiaçı ca vabdeh X4 qarşı “cavabdehdən 200.000 avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

9. Ağdam rayon Məhkəməsinin 2021-ci il 9 aprel tarixli 2(013)-1016/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı “cavabdehdən 200.000 avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(121)-1235/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.

11. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 2023-cü il 20 iyun tarixli pretenziya məktubu ilə EAGO şirkəti və Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 22 aprel tarixli müqavilə əsasında EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi cənab İddiaçı arasında bağlanmış 2018-ci il 22 aprel tarixli “layihənin kordinasiyası üzrə” müqaviləsi üzrə yaranmış borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400.000 Avro məbləğində pul vəsaiti nin (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun) alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və EAGO şirkəti arasında 2018ci il 23 aprel tarixində sonuncunun rəsmi nümayəndəsi ilə birlikdə “Məsləhət Xidmətləri göstərməsi üzrə” müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə əlaqədar EAGO şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi və Layihə Koordinatoru kimi EAGO şirkəti ilə “Layihənin Koordinasiyası üzrə müqavilə” bağlamış və hər iki müqavilə üzrə cavabdeh ödəməyə borclu olduğu 400.000 avronu ödəməyə rəsmi məktublarda söz versə də, müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. 2018-ci il 23 aprel tarixində “Avesta Konserni”nin ofisində çoxsaylı şəxslərin iştirakı ilə cavabdehin adından X7 (bundan sonra – “İ.Əhmədov”) və EAGO şirkəti (36 rue Colette, Angers, France) adından şirkətin prezidenti X15 arasında Biləsuvar rayonunda Logistika Mərkəzinin ümumi məsləhət xidmətləri ilə bağlı bağlanmış müqavilənin dəyəri 2.000.000 avro təşkil etmişdir. Cavabdehin təsisçisi İ.Əhmədovun razılığı, şahidliyi və rəsmi iştirakı ilə 2018-ci il 23 aprel tarixində eyni saatda və eyni məkanda EAGO şirkəti və iddiaçı arasında “Layihənin Koordinasiyası üzrə müqavilə” bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, Şirkət (EAGO) Azərbaycanın Biləsuvar rayonunda “AZ Logistics Center” adlı X1 biznesindədir, buna əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Şirkət (EAGO) Biləsuvar rayonunda “AZ Logistics Center” adlı logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yer inə yetirmək üçün Layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir. Müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya Müqavilə ləğv edilənə qədər qüvvədə qalır. X12 adından göstəriləcək Xidmətlərə görə yerli Layihə Koordinatoruna 400.000 avro məbləğində xidmət haqqı 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq vergilər daxil olmaqla aylıq hesab-fakturalar əsasında cavabdeh tərəfindən birbaşa ödənməlidir. Cavabdeh bu məbləği X12 məbləğindən tutmalı və birbaşa iddiaçının bank hesabına ödəməlidir. Layihə Koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabına Bakıda ödəmək birbaşa Sifarişçinin (cavabdehin) üzərinə düşür. Layihə Koordin atoru üçün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesabfakturalar Məsləhətçi EAGO tərəfindən hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Məsləhətçi (Sami AbiKhalil) və Layihə Koordinatoru birgə hesabfakturalar da təqdim edə bilərlər. Cavabdehin adından İsrail Əhmədov və EAGO adından X15 arasında imzalanmış müqavilədə və Məsləhətçinin Layihə Koordinatoru iddiaçı ilə bağladığı müqavilədə də, eyni zamanda Məsləhətçinin Sifarişçiyə təqdim etdiyi çoxsaylı rəsmi məktublarda da təsdiq edilir ki, Layihə Koordinatoruna ödəniş yaln ız cavabdeh tərəfindən aparılmalıdır. 2018-ci il 23 aprel tarixindən başlayaraq qeyd edilən müqavilə üzrə Layihə Koordinatoru kimi cavabdehin ofis və sahədəki işçiləri ilə qarşılıqlı əlaqədə əvvəl ünvan 1 ünvanında yerləşən ofisdə, sonra isə 2019-cu ildə ünvan 2 ünvanında yerləşən ofisdə Biləsuvardakı logistika mərkəzinə aid layihə ilə əlaqədar işləməyə başlamışlar. 2018-ci ilin may ayından başlayaraq EAGO adından X15 tərəfindən məsləhət xidmətlərinin ödənişi ilə bağlı göndərilmiş rəsmi hesab-fakturaları elektron qaydada cavabdehə təqdim edilsə də, cavabdeh maliyyənin açılmasından sonra ödəniş aparılacağına yazılı söz vermişdir. Cavabdehin xahişi ilə X11 Khalil logistika mərkəzi üçün Avropada mütəxəssislərin köməyi ilə əhəmiyyətli sənədlər hazırlamış, iddiaçı isə Dubay və Fransa ilə Sifa rişçi arasında gedən bütün danışıqları idarə edərək təşkilatçılıq həyata keçirmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, ərizədə EAGO şirkəti ilə cavabdeh arasında 2018-ci il 23 aprel tarixində bağlanmış müqaviləyə, onun müqavilənin dəyəri, müddəti və ödənişlərlə bağlı müddəalarına istinad etmiş, lakin müqavilənin iddiaçı ilə cavabdeh arasında deyil, EAGO şirkəti ilə cavabdehin arasında bağlanmış olması əsası ilə iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququnun olmadığını bildirmişdir. Digər tərəfdən, EAGO şirkətinin direktoru tərəfindən imzalanmış 2022-ci il 18 iyul tarixli məktubda onun məsləhətçi fəaliyyətinin 2018-ci ilin dekabr ayının sonundan etibarən İ.Əhmədovun verdiyi vədlərə əməl etmədiyi üçün onun tərəfindən dayandırıldığı b ildirilmişdir (yəni birtərəfli qaydada xitam verilmişdir). Bu səbəbdən, 2018-ci il 23 aprel tarixli müqaviləyə əsaslanan istənilən tələb üzrə iddia müddəti ötürüldüyündən, iş üzrə iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir

15. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 17 oktyabr tarixli e-2-2(121)1516/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim Z.Abbasov).

16. Məhkəmə, ilk olaraq “EAQO” şirkəti ilə cavabdeh arasında 2018-ci il 22 aprel tarixində bağlanmış “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müqavilənin şərtlərinə əsasən, “EAQO” şirkəti, inşası nəzərdə tutulan logistika mərkəzinin layihələndirilməsi prosesinin be ynəlxalq standartlara uyğun yerinə yetirilməsinin təmin edilməsi üçün ümumi məsləhət verilməsi, bununla əlaqədar podratçılara və subpodratçılara müvafiq tövsiyələrin verilməsi və ümumi koordinasiya xidmətlərinin icra edilməsi öhdəliyini, cavabdeh isə bu xidmətlərin qarşılığında görülən xidmətlərə dair təqdim edilən hesab-fakturalara uyğun muzd ödənilməsi öhdəliyini öz üzərlərinə götürmüşlər.

17. Məhkəmə, işin qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 40-cı fəslində nəzər də tutulan tapşırıq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtləri uyğun gəlir. Bu baxımdan, “EAQO” şirkəti ilə iddiaçı arasında bağlanmış 2018-ci il 22 aprel tarixli “Layihənin koordinasiyası üzrə” müqavilə də, özündə tapşırıq müqaviləsinin elementlərini ehtiva etdiyinə və tapşırıq üzrə öhdəlikləri nəzərdə tutduğuna görə hüquqi xarakteri etibarı ilə tapşırıq müqaviləsi olaraq xarakterizə edilməlidir.

18. Məhkəmə iddiaçı tərəfindən cavabdehə qarşı hazırkı tələbin irəli sürülə bilinməsi üçün subyektiv hüququnun mövcud olub-olmamasına münasibətdə qeyd etmişdir ki, cavabdeh “EAQO” şirkəti ilə iddiaçı arasında bağlanmış müqavilədə tərəf kimi iştirak etməsə də, həmin müqavilənin bağlanması üçün əsas alınmış “EAQO” şirkəti ilə cavabdeh arasında bağlanmış müqavilədə (8-ci maddədə) “EAQ O” şirkətinin Azərbaycandakı Nümayəndəsinin müqavilə məbləği olan 400.000 avro məbləğində vəsaitin onun tərəfindən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı məhz bu öhdəliyə dair müqavilə şərtini əsas tutaraq hesab etmişdir ki, onun həyata keçirdiyi yerli nümayəndəlik xidmətinin haqqı cavabdeh tərəfindən ödənilməlidir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı bu arqumentində haqlıdır. Belə ki, cavabdeh “EAQO” şirkəti ilə bağladığı müqavilədə, “EAQO” şirkətinin yerli nümayəndəsinin xidmət haqqını ödəmək öhdəliyini öz üzərinə götürdüyü üçün, “EAQO” şirkətinin istər mülki müqaviləyə əsasən, istərsə də əmək müqaviləsinə əsasən təyin etdiyi yerli nümayəndəsinə göstərdiyi xidmətin müqabilində cavabdeh tərəfindən haqqın ödənilməsini müəyyən etməsi qanunsuz hesab edilə bilməz.

20. İddi açının müqavilələrdən irəli gələn tələb hüququ yaranmaqla yanaşı iddiaçı cavabdehlə münasibətlərinin müqavilələrə əsasən dolayısı ilə yaranmasına baxmayaraq, tələbini məhz cavabdehə qarşı irəli sürmüşdür.

21. Cavabdehlə “EAQO” şirkəti arasında bağlanmış müqavilənin “maliyyə şərtləri” adlanan 8-ci bəndinə “EAQO” şirkəti onun müəyyən edəcəyi yerli nümayəndəsinin xidmət haqqının cavabdeh tərəfindən ödəniləcəyi barədə şərt qoymuşdur və cavabdeh həmin şərti qəbul edərək müqaviləni imzalamışdır. Bu xüsusat mahiyyət etibarı ilə üçüncü şəxsin xeyrinə qeyd-şərtin qoyulmasıdır. Bu halda üçüncü şəxsin həmin qeyd-şərtə istinad edərək xeyrinə qoyulmuş şərtin borcludan icrasını tələb etməsi qanuni hesab edilməlidir.

22. Məhkəmə şərh olunanları ümumiləşdirərək müqavilələrin şərtlərinə görə formal olaraq iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququnun yaranmış olması və tələbini cavabdehə qarşı yönəltmək hüququnun mövcud olması nəticəsinə gəlmişdir.

23. Cavabdehə tələb olunan məbləğdə xidmətin göstərilməsini sübut etmə yükü isə iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

24. İddiaçının istinad etdiyi müqavilələrin, xüsusilə həmin müqavilələrdə cavabdeh tərəfindən iddiaçıya müvafiq muzd ödəmək vəzifəsinin nəzərdə tutulduğu şərtlərin mötəbərliliyi isə mübahisəlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən muzd ödənilməsi tələbinin faktiki əsasını təşkil edən “EAQO” şirkəti ilə cavabdeh arasında bağlanmış 2018-ci il 22 aprel tarixli “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə pro sesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ingilis dilində olan əslinin 8-ci bəndində onun iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü il 29 avqust tarixində Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsinin 8-ci bəndinin birinci abzasının 2-ci və 3-cü, yəni “Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir” cümlələrinin yer almadığı müşahidə olunmuşdur. Həmçinin, qeyd olunan uyğunsuzluqlar müqavilənin 2-ci bəndinin ikinci abzasında da m övcuddur.

25. Məhkəmənin mövqeyinə görə müqavilənin əsli ilə tərcüməsi arasında 8-ci bənddə olan uyğunsuzluqlar adi vizual müşahidə ilə müəyyən edilə bilindiyinə görə, bu barədə mütəxəssis rəyinin alınmasına prosessual qənaət prinsipinə əməl edilməsi baxımından lüzum yoxdur.

26. Məhkəmə, müqavilənin 2018-ci il 23 aprel tarixində Bakı şəhərində bağlandığı qeyd olunan nüsxəsini isə mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin nüsxənin əsli məhkəməyə təqdim edilməmiş, surəti isə lazımi qaydada təsdiq edilməmişdir. Digər tərəfdən isə həmin nüsxə ilə, əsli və notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim olunmuş digər nüsxənin məhz 2-ci və 8-ci bəndlərinin mətnləri arasında olan uyğunsuzluqların səbəbini iddiaçı məhkəmə prosesində izah edə bilməmişdir.

27. Məhkəmə hesab etmişdir ki, “ EAQO” şirkəti ilə cavabdeh arasında bağlanmış 2018ci il 22 aprel tarixli “Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin əsli ilə, həmin müqavilənin 2023-cü il 29 avqust tarixində Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsində aşkar edilən uyğunsuzluq iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun formal deyil, həqiqətən mövcud olmasının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

28. Belə ki, iddiaçı məhz həmin müqavilə şərtinə və həmin müqavilə şərtinin əsas götürüldüyü “EAQO” şirkəti ilə onun arasında bağlanmış müqaviləyə istinad edərək cavabdehə qarşı tələb irəli sürmüşdür. Belə olan halda, iddiaçının əslində mövcud olmayan müqavilə şərtinə istinad edərək cavabdehin ona muzd ödəmək öhdəliyinin daşıyıcısı olmasını iddia etməsi əsassız olmuşdur.

29. Məhkəmə, tələbin faktiki əsası kimi istinad olunan digər dəlil kimi cavabdehə ünvanlandığı iddia olunan hesab-fakturalara qiymət verərək qeyd etmişdir ki, iddiaçı həmin fakturaların hansı tarixlərdə cavabdehə göndərildiyini, onların cavabdehə çatdırılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı həmin fakturaları özünün elektron poçtu vasitəsi ilə cavabdehin elektron poçtuna göndərməsini qeyd etsə də, bu barədə sübutun olmadığını bildirmişdir. 30. 2018-ci il 22 aprel tarixli “Layihənin koordinasiyası üzrə” müqavilənin 3-cü bəndinə əsasən, X13 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna (iddiaçıya) 400.000 avro məbləğində xidmət haqqının 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesab-fakturalar əsasında cavabdeh tərəfindən ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı göstərdiyi xidmətlərə dair hesab-fakturaları cavabdehə göndərməsinə dair sübutu məhkəməyə təqdim edə bilmədiyinə görə, onun tələbinin hesab-fakturalardan irəli gəlməsi də əsaslı sayıla bilməzdi.

31. Məhkəmə, cavabdehin məktublarında xidmət haqqının ödənilməsi ilə bağlı etirafedici qeydlərə dair iddiaçının tələbinin əsası kimi istinad olunan dəlilə münasibətdə qeyd etmişdir ki, həmin məktublarda görülən xidmətlərə görə razılıq ifadə olunduğu, 2018-ci il 6 noyabr tarixli məktub da isə cavabdehin EAGO-a və Layihə Koordinatoruna (cənab İddiaçı) ödəniş üçün məsuliyyət daşıdığının qeyd olunduğu müəyyən edilsə də, həmin məktublarda görülən xidmətlərin dəyəri, ödəniləcək məbləğlərlə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Buna görə də, istinad olunan məktubların məzmunundan cavabdehin ödəməyi öhdəsinə götürdüyü xidmət haqqının məbləğini, görülən xidmətlərin dəyərini müəyyən etmək mümkün deyildir. Belə ki, sözügedən məktublar, həmin məktubların məzmunları nəzərə alındıqda cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin etirafı kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddiaçıya borclu olduqlarını qəbul etməmiş, iddianı bütövlükdə rədd etdiklərini bildirmişdir.

32. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə sinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının tələblərinin əsaslandığı hər iki müqavilə 2018-ci il 22 aprel tarixində bağlanmış, hər iki müqavilənin qüvvədə olduğu müddət bağlandığı tarixdən etibarən 18 ay müddətində müəyyən edilmişdir. Məhkəmə, bu qaydada hesablama aparıldığı zaman iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilələr üzrə iddia müddətini ötürdüyü qənaətinə gəlmışdır.

33. Belə ki, müqavilələrin qüvvədə olma müddəti 2019-cu il 22 oktyabr tarixində bitmişdir. Müqavilə şərtləri ilə ayrı qayda nəzərdə tutulmadığına görə, həmin müqavilələr üzrə iddia müddətinin axımının başlanğıcı müqavilələrin qüvvədə olduğu son tarix olan 2019-cu il 22 oktyabr tarixdən hesablanmalıdır. Bununla da iddiaçının cavabdehə qarşı müqavilə üzrə öhdəliyi icra etmək tələbini irəli sürmə k hüququnun son olaraq 2019-cu il 22 oktyabr tarixindən etibarən əmələ gəldiyi, həmin hüquq üzrə iddia müddətinin 2022-ci il 22 oktyabr tarixində bitdiyi müəyyən olunmuşdur. Hazırkı iddia ilə bağlı ilkin mediasiya sessiyası 2022-ci il 4 noyabr tarixində keçirilmiş, borcun ödənilməsinə dair xəbərdarlıq məktubu (pretenziya) iddiaçı tərəfindən 2023-cü il 20 iyun tarixində göndərilmiş, iddia ərizəsi isə məhkəməyə 2023cü il 5 iyul tarixində daxil olmuşdur. Bununla da 2022-ci il 22 oktyabr tarixində bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.

34. Məhkəmə, iddiaçının iddia ərizəsi ilə 2021-ci ilin mart ayında Bakı şəhəri Yasamal rayon Məhkəməsinə, sonradan 2021-ci ilin aprel ayında Ağdam rayon Məhkəməsinə müraciət etdiyinə görə iddia müddətinin axımının kəsilməsi ilə bağlı mövqeyini əsa ssız hesab edərək qeyd etmişdir ki, yalnız qanunla müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yəni, məhkəməyə iddia ərizəsinin verilməsi hələ iddia müddətinin axımının kəsilməsi üçün kifayət deyildir. Qanun, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda müddətin axımının kəsildiyini nəzərdə tutmuşdur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməməsinin hallarından biri də məhz iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılması halıdır. İddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdığı halda isə iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

35. Beləliklə məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, iddia müddətinin axımı nın dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü halların aşkar olunmadığını müəyyən etmişdir.

36. Məhkəmə gəldiyi nəticəni MM-nin 358.1, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 381.1, 385.1, 386.1, 387.3, 403.1, 403.2, 777.1, 783.1 və 783.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 80, 88, 89, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

37. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(106)-23/2 024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər P.Əhmədov və T.Kərimov).

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış, qətnamənin qanuni və əsaslı olmaqla işin hallarına uyğun, apellyasiya şikayətində irəli sürülən dəlillərin isə əsassız olduğunu, beləliklə də mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasların olmadığını göstərmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

41. İddiaçı tərəfindən veril miş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. MM-nin 1092.1-ci maddəsi üzrə - iddia tələbindən və işin materiallarına əlavə edilmiş müqavilələrdən göründüyü kimi "EAGO” şirkəti ilə cavabdeh arasında 2018-ci il 23 aprel tarixində 18 ay müddətinə məsləhətçi xidməti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 8ci bəndinə əsasən müqavilənin tam məbləği 2.000.000 Avro təşkil edir. Azərbaycandakı nümayəndənin müqavilə məbləği olan 400.000 Avro sifarişçi tərəfindən birbaşa nümayəndənin bank hesabına ödənilməlidir. İşin materiallarına əlavə edilmiş "EAGO” şirkəti ilə iddiaçı arasında layihə koordinasiyası üzrə müqavilənin 3-c ü bəndinə əsasən Layihə koordinatorunun haqqı X13 adından göstəriləcək xidmətlərə görə yerli layihə koordinatoruna 400.000 Avro məbləğində xidmət haqqı 18 aya bölünərək aylıq əsaslı hesab faktura əsasında cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh bu məbləği X12 məbləğindən tutmalı və birbaşa iddiaçının bank hesabına ödəməli idi.

43. MPM-in 417.1.4-cü maddəsi üzrə - kifayət qədər görülmüş iş həcmi, xidmətlər və hazırlamış yerli və beynəlxalq sənədlər toplusu elektron məhkəmə sisteminə iddiaçı tərəfindən 2022-ci ilin noyabr-fevral ayları aralığında olan müddətdə yerləşdirilmiş, lakin məhkəmə kollegiyası iddianı təmin etməmək üçün öz qətnamədə hətta Logistika barədə EAGO-nun 2019-cu ilin aprelində göndərdiyi 500 səhifədən artıq sənədləri belə nəzərə almamış və qətnamədə qeyd etməmişdir. Cav abdeh tərəfindən isə aşağı instansiya məhkəmələrinə bir səhifə də olsa dəlil-sübut təqdim edilməmişdir. İddiaçı yüzlərlə səhifə sübutlar, hazırlanmış sənədlərə aid nümunələri, danışıqlar aparılaraq cavabdeh üçün alınmış torpaq sahəsinin ümumi planını, logistikaya aid yüzlərlə səhifə sənədləri, investorlarla danışıqların müsbət nəticələrini, logistikaya aid aid sənədlərin işlənməsini və onların iki dilə tərcümələrini, yazılı şahid ifadələrini elektron məhkəmə sisteminə yerləşdirmiş, yazılı kağızda da orta qoymuşdur. X14 təmsil edən iddiaçının cavabdehin ofisindəki fəaliyyəti barədə Avesta Konserninin (Biləsuvarda cavabdehə aid ərazidə tikinti aparmalı olan şirkət) prezidenti X5 Kommersiya məhkəməsinə məktubu (2023-cü il 15 May, Məsləhətçinin və Nümayəndənin gördükləri işlər barədə) və X12 (2023-cü il 11 may və 2023-cü il 9 avqust, 2023-cü il 23 dekabr) yazılı izahatları və məktubları var. X15 canlı şahid və müqavilə tərəfi olaraq bütün hakimlərə və apellyasiya məhkəməsinə də yazılı məktublar təqdim edərək geniş izahat vermiş, lakin bütün bunlar da nəzərə alınmamışdır. 2022-ci ildə cavabdehə pretenziya məktubu göndərildikdən sonra mediasiya keçirilmiş, aşağı instansiya məhkəmələri iddia müddətinin tətbiqi ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. Cavabdeh 2018-ci il 12 oktyabr tarixində məktub göndərərək hesab-faktura və köməkçi sənədləri qəbul etdiyini bildirmiş, həmçinin Məsləhətçiyə təşəkkür edərək işin davam etdirilməsini xahış etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədlər i

45. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olmaqla tam yoxlanılacaqdır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müva fiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqq ında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

387. Öhdəliyin tərəfləri... 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər....” “Maddə

403. Ü çüncü şəxsin xeyrinə müqavilə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdı r. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çü nki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

51. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

52. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkə mələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 16-36, 39-cu bəndləri). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yo xdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

54. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(106)-23/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar