Məhkəmə qərarları › İş №2-2(102)-455/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-455/2025

17.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-455/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(113)3056/2025 nömrəli qərardadından cavabdeh tə rəfindən verilən şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il 6 mart tarixində Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin səhmdarlarının reyestrinin, həmçinin 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, işin aidiyyəti ü zrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar deyildir, mülkiyyətçilərin reyestrinə əsasən iddiaçı ASC-də 99 səhmə malikdir və hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. İddiaçının iddia ərizəsinin əsasını səhmdarların reyestrinin, illik və maliyyə hesabatlarının verilməsi təşkil edir. Hazırkı mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılı ğı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını t ələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilənlərə əsasən, hazırkı mübahisənin predmeti və xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi üçün cavabdehin ünvanı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən işə mülki məhkəmə icraatı qaydasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair cavabdeh tərəfindən verilmiş vəsatətin rədd edilməsi qə rara alınmışdır (hakim – N.Əhmədova).

5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti subyektidir və VÖEN-ə (**********) malikdir, cavabdeh isə kommersiya hüquqi şəxsidir.

6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin əvvəla müstəsna aidiyyət kateqoriyasına aid olub-olmaması yoxlanılır, əgər belə bir aidiyyət yoxdursa, ümumi aidiyyət qaydaları tətbiq edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətl ərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır.

7. Hazırkı iş üzrə irəli sürülən tələblər iddiaçının cavabdehin səhmdar kimi müvafiq sənədlərlə tanış olmaq hüququnun realizəsi ilə bağlıdır. Qeyd olunan tələb isə korporativ tə ləb olmaqla kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aiddir.

8. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 24.3, 25.1, 26.1, 32.1, 32.2, 32.4, 32.5-ci maddələrinə; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

9. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsi, işin aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 30 may tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı ilə Bakı Kommers iya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(113)3056/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Əhmədova). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı fərdi sahibkar deyildir, mülkiyyətçilərin reyestrinə əsasən iddiaçı ASC-də 99 səhmə malikdir və hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. İddiaçının iddia ərizəsinin əsasını səhmdarların reyestrinin, illik və maliyyə hesa batlarının verilməsi təşkil edir. Mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Hazırkı mübahisənin predmeti və xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi üçün cavabdeh ASC-nin ünvanı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri... 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommer siya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər....”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iş tirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyət inin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alğısatqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir....” Ali məhkəmənin mövqeyi

16. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə k i, MPM-in 24.2, 25.2 və 26.1-ci maddələrinin (bax § 14) əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

18. Şikayətçi iddiaçının fərdi sahibkar statusuna malik olmamasını bildirsə də, Bakı Kommersiya Məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti subyektidir və VÖEN-ə (**********) malikdir. Eyni zamanda, cavabdeh hüquqi şəxsdir. Bununla da, məhkəmə tərkibi hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi məhkəmə aidiyyətinin müəyyən edilməsində mübahisə predmeti kimi çıxış edə bilməz.

19. Bununla yanaşı, birinci instansiya məhkəməsi mahiyyət etibarilə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə korporativ mübahisədir.

20. Şikayətçi isə hazırkı mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyini və korporativ tələblərlə bağlı olmadığını hesab edir.

21. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq şikayətçinin dəlillərinin əsassız olması qənaətindədir.

22. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 19-cu bəndində (bax §15) kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər aşağıdakı kimi müəyyən edilmişdir: təsisçilər, üzvlər, iştirakçılar, hüqu qi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər.

23. Həmin Qərarda belə mübahisələrə aid edilən bütün tələblərin tam və qəti siyahısı müəyyən edilməmiş və yalnız bu növ mübahisələrin subyekt dairəsi, habelə mübahisələrin xarakter və mahiyyətinə aydınlıq gətirilmişdir.

24. Belə ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin subyektlərinə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri və hüquqi şəxs aid edilmişdir.

25. Belə mübahisələrin xarakter və mahiyyəti üzrə həlledici meyar kimi isə kommersiya hüquqi şəxsinin fəaliyyəti müəyyən edilmişdir.

26. Kommersiya hüquqi şəxslərin fəaliyyəti dedikdə onların əsas məqsədi olan mənfəət götürməkdən ibarət fəaliyyət başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsi bax § 13).

27. Eyni zamanda, həmin fəaliyyət hüquqi şəxsin nizamnaməsi və Mülki Məcəllənin 4-cü fəslində müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir.

28. Həmin qaydalara hüquqi şəxsin yaradılması, yenidən təşkil edilməsi, ləğv edilməsi, idarə edilməsi, iştirakçıların hüquqlarının həyata keçirilməsi və s. aiddir.

29. Mülki Məcəllənin 4-cü fəslində müəyyən edilən qaydalar hüquqi şəxslərin fəaliyyətini tənzimləyən korporativ qaydalardır.

30. Beləliklə, kommersiya h üquqi şəxslərin təsisçiləri, üzvləri, iştirakçıları, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri və hüquqi şəxs arasında sonuncunun fəaliyyəti ilə bağlı münasibətlər korporativ xarakterli hüquq münasibətləridir.

31. Hazırkı iş üzrə iddianın predmetini hüquqi şəxsin fəaliyyəti ilə bağlı olan sənədlərin təqdim edilməsi təşkil edir, yəni iddiaçı, cavabdeh ASC-də 99 səhminə malik olmaqla (cavabdehin özünün bildirdiyi kimi), payçısı olduğu hüquqi şəxsin fəaliyyətinə dair məlumatların ona verilməsini tələb edir.

32. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, həmin tələb mahiyyət etibarilə korporativ xarakter daşıdığından, bu növ mübahisələr kommersiya məhkəmələrinin müstəsna baxış səlahiyyətinə daxildir. Çünki səhmdarın, iştirakçısı olduğu hüquqi şə xsin fəaliyyətinin nəticələri ilə maraqlanaraq müvafiq sənədlərin tanış olmaq üçün ona təqdim edilməsini tələb etməsi yalnız həmin subyektlər arasında mövcud olan çoxşaxəli korporativ münasibətlər sxemi çərçivəsində qiymətləndirilə bilər. Odur ki, hazırkı mübahisə həm subyekt baxımından, həm də mübahisənin xarakteri və predmeti baxımından kommersiya mübahisəsidir.

33. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

34. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh ASC tərəfindən ver ilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar