Məhkəmə qərarları › İş №2-2(102)-457/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-457/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-457/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)44/2023 saylı qətnaməs indən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2021-ci il 25 oktyabr tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı və qeyrilərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Sumqayıt şəhər Polis İdarəsinə daxil olmuş müraciəti üzrə araşdırma aparılmış, müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olması və araşdırma səlahiyyətinin məhkəməyə aid olması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra-“İddiaçı”) 2022-ci il 19 aprel tarixində Cavabdeh (bundan sonra-Cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şə hər Məhkəməsinə müraciət edərək, Cavabdeh 54.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 252 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildə qardaşı X1 (bundan sonra-“Ə.İsmayılov”) ilə birlikdə fermer təsərrüfatı ilə məşğul olmaq qərarına gəlmiş və bu zaman uyğun bir yer axtarmağa başlamışdır. Həmin ərəfələrdə bacısının yoldaşı Şatırov Asif (bundan sonra-“A.Şatırov”) onların fermer təsərrüfatı ilə məşğul olmaq istədiyini bilib onlara qardaşı - Cavabdeh ilə birlikdə təklif etmişdir ki, bu işə kömək edə bilərlər. Həmçinin qardaşları Arif və Yusifin bu işlə bağlı şərikli təsərrüfatları olduğunu, lakin Arif və Yusifin başqa işlə məşğul olmaq istədiklərini bildirmişlər. Onlar görüşərək görüləcək işlər barədə və bunun müqabilində nə qədər vəsaitə ehtiyac olduğu barədə söhbət etmiş və ümumi razılığa gəlmişlər. Asif bu məsələdə ona vasitəçilik etmişdir. Binəqədi rayonunda Deyska yolundakı daş sexində Asif, Cavabdeh, İddiaçı və qardaşı Ə.İsmayılov görüşərək, Arif, Yusif və Cavabdeh məxsus olan ortaq fermer təsərrüfatından Yusif və Arifin şəriklikdən imtina etməsi üçün razılaşaraq Asifə 22.000 manat vermişlər. Sumqayıt şəhəri Nasosnu qəsəbəsində yerləşən həmin şəxslərə məxsus fermer təsərrüfatına iddiaçı, qardaşı Ə.İsmayılov və Cavabdeh şərik olmuşlar.

4. Bundan sonra onlar 13.000 manata iddiaçının pulu ilə Salyan şəhərində Cavabdeh vasitəsilə tanış olduqları şəxsdən ot və arpa almışlar. Təxminən 1 ay keçdikdən sonra Cavabdehla birlikdə Binə qəsəbəsində ferme r təsərrüfatı ilə məşğul olan Elşən adlı şəxslə görüşərək ondan 16.500 manata 6 inək və 6 buzov almışlar. 10 gün keçdikdən sonra həmin Elşən adlı şəxsdən 14.500 manata 20 baş dana almışlar. 1 ay sonra Maştağa bazarından 2.100 manata 4 baş dana, 170 manata isə 1 baş buzov almışlar. Fatmayı kəndindən 1.500 manata 1 inəyi balası ilə birlikdə almışlar. Qeyd edilən alışlar zamanı qardaşı Ə.İsmayılov və Cavabdeh bir yerdə olmuşlar.

5. Daha sonra Cavabdeh Ə.İsmayılova imkanı olmadığını və ona kömək göstərməsini bildirmişdir. Ə.İsmayılov İddiaçı 8.500 manat pul alaraq Cavabdeh vermişdir. 2013-cü ildə Saatlı rayonunda Nuhəli adlı şəxsdən 13500 manata ot, saman, arpa almış və həmin vaxt Cavabdeh onun yanında olmuşdur. Bundan başqa fermer təsərrüfatında olan tövlə və digər tikintilər üçün də 4430 man at pul xərcləmişdir. Ümumilikdə həmin fermer təsərrüfatına 96.200 manat məbləğində pul xərcləmişdir. Həmin puldan 5.900 manatı pul şəkilində, 3.600 manatı isə həmin təsərrüfatda olan kökəltmə heyvanların satışından əldə edilən gəlirdən geri qaytarılmışdır. Keçən illər zamanı həmin təsərrüfatdan gəlir olaraq heç bir şey əldə etməmişdir. İllər keçdikdən sonra fermer təsərrüfatının xeyir vermədiyini görüb Cavabdeh ödənilən puldan qalan 54.000 manat pulu geri istəmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək, yalan vədlər verərək, qalan pulu ödəməkdən yayınmışdır. 6..Cavabdeh verdiyi 96.200 manat puldan davamlı müraciətlərdən sonra 42.200 manatını almışdır. Hazırda cavabdehin ona 54.000 manat borcu qalıb. Cavabdeh onu aldatmış və pulunu mənimsəmişdir. Ona görə də onun barəsində aidiyyə ti qurumlara şikayət etmişdir.

7. Faktla əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin vaxt cavabdehin izahatı alınmış və cavabdeh qeyd olunanları etiraf etmişdir. Lakin o, guya 99.600 manat məbləğində pul qaytardığını bildirmişdir. Guya həmin pulu qardaşı Ə.İsmayılov götürüb aparmışdır. Bütün bunlar tamamilə yalandır və heç bir həqiqəti əks etdirmir. Fermer təsərrüfatına 96200 manat məbləğində pul qoymuşdur. Cavabdeh isə bildirir ki, guya 99.600 manat pul qaytarıb. Cavabdeh onun hesabına əsassız olaraq varlanmışdır. Ona görə də həmin məbləğ ondan alınıb iddiaçıya verilməlidir. Həmçinin tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid olunmalıdır.

8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 14.2.7, 157.2, 386.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdeh 2022-ci il 8 iyun tarixində Sumqayıt Şəhər Məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı 6.600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən Cavabdeh qardaşları Arif və Yusiflə birlikdə kiçik fermer təsərrüfatı yaratmış, həmin fermer təsərrüfatında 35x10 metr ölçüdə tövlə tikmişdir. Həmin vaxt orada 30x8 m etr ölçüdə daha bir tövlə, bir anbar və bir yaşayış yeri olmuşdur. 2011-ci ilə kimi qardaşları ilə birlikdə həmin fermer təsərrüfatına 100 baş kiçikbuynuzlu, 25 baş iribuynuzlu mal, 2 at və 1 ulaq almışlar. 2011-ci ilin sentyabr ayının sonlarında qardaşları Arif və Yusif yeni iş tapdıqlarını, təsərrüfata olan şəriklikdən ayrılmaq istədiklərini bildirmiş və şəriklikdən ayrılmaq üçün Cavabdeh hər biri 11.000 manat məbləğində pul istəmişlər. Həmin vaxt onlara qohum olan İddiaçı özü üçün fermer təsərrüfatı yaratmaq istədiyini və uyğun yer axtardığını bildirmişdir. Cavabdeh isə İddiaçı, qardaşlarının şərik olduqları fermer təsərrüfatından ayrılmaq istədiklərini, bunun müqabilində pul verilməsi lazım olduğunu demiş, İddiaçı həmin fermer təsərrüfatına qoşulmağı təklif etmiş, bunun üçün iki qardaş ının yerinə ümumilikdə 22.000 manat ödəməklə həmin fermer təsərrüfatına şərik olacaqlarını bildirmiş və İddiaçı bu təkliflə razılaşmışdır.

11. Təxminən 2-3 gün sonra İddiaçı Cavabdeh qardaşı Asif vasitəsilə həmin 22.000 manat məbləğində pulu digər qardaşları olan Arif və Yusifə vermişdir. Daha sonra Cavabdeh İddiaçı şərik olduqları fermer təsərrüfatında gördüyü işləri, bu təsərrüfatın daha da gəlirli bir yer olması üçün bundan sonra nə alınacaqsa onun alacağını bildirmiş və o, bu təkliflə razılaşmışdır. 2-3 gün sonra İddiaçı başqa işləri olduğundan onun yerinə qardaşı Ə.İsmayılovun gəlib gedəcəyini, işləri onun görəcəyini bildirmiş və Cavabdeh bu təkilflə razılaşmışdır. İddiaçı ilə Ə.İsmayılov Cavabdeh kökəltmə heyvan alaraq daha çox gəlir əldə etməyi təklif etmişlər. Cavabdeh bu təklif il ə razılaşmış, təsərrüfat üçün 14.000 manata 20 baş erkək dananı kökəldib satmaq məqsədilə, 15.000 manata isə 6 baş inək almışlar. Onlar şərik olmamışdan qabaq həmin fermer təsərrüfatında Cavabdeh məxsus 1.500 ot bağlaması və 3 ton arpa mövcud olmuşdur. İddiaçı şərik olduqdan sonra əlavə olaraq 2.550 manata 1.500 ot bağlaması və 600 manata 3 ton arpa almışlar. Cavabdeh hər gün həmin fermer təsərrüfatında işləmiş, İddiaçı qardaşı Ə.İsmayılov isə həftədə 3-4 dəfə gələrək işlərlə maraqlanmışdır. 2012-ci ilin sonlarında Cavabdeh həmin təsərrüfatda olan heyvanları Ə.İsmayılovla birlikdə satmağa başlamışdır. Hər heyvan satıldıqca Ə.İsmayılova bu barədə bildirmiş, Ə.İsmayılov isə gələrək hər biri təxminən 2.500-3.000 manata satılan heyvandan alınan pulun hamısını götürərək getmiş və hər dəfəsində biraz pul yığıldıqdan sonra təsərrüfatı genişlətmək üçün Ukraynadan mal-qara alıb gətirərək satacaqlarını demişdir. Bu əsasla 20 baş İddiaçı aldığı mal, həmçinin Cavabdeh vaxtilə İddiaçı ilə şəriklikdən əvvəl aldığı 8 baş dana və 8 baş qısır inək satılaraq, təxminən 99.600 manat pul vəsaiti əldə edilmişdir. Əldə edilən pulların hamısını Ə.İsmayılov özü ilə aparmışdır. Bundan əlavə hər biri 170 manata olan 7 baş quzunu Ə.İsmayılov qurbanlıq üçün aparmış və həmin quzuların pulunun satışdan əldə edilən pulun üzərinə əlavə edəcəyini qeyd etmişdir.

12. Daha sonra təsərrüfatda qalan təxminən 120 baş qoyunun 110-u Maştağa bazarında təxminən 12.000 manata Ə.İsmayılov və Cavabdeh ilə birlikdə satılmış, həmin puldan 4.700 manatını Ə.İsmayılov yığılan ümumi pulun üzərinə əlavə etmək üçün götürmüş, qalan məbləğə isə təsərrüfat üçün ot alınmışdır. 3-4 ay sonra, yəni 2013-cü ilin əvvəllərində heyvanlarda ümumi xəstəliyə tutulma halı baş vermiş, təsərrüfatda kütləvi heyvan ölümü olmuş, nəticədə 10 baş iribuynuzlu mal tələf olmuşdur. Cavabdeh bu barədə Ə.İsmayılov və İddiaçı məlumat verdikdə onlar dəymiş zərərdə şəriklik edə bilməyəcəklərini bildirmiş, bu zaman Cavabdeh onlar tərəfindən aldadıldığını öyrənmişdir. Baş verənlərdən sonra Ə.İsmayılov və İddiaçı həmin fermer təsərrüfatına gəlməmiş, heyvanların xəstəliyə tutulması zamanı 10 baş iribuynuzlu heyvanın tələf olmasına heç bir münasibət bildirməmişlər. Bu hadisələrdən sonra Ə.İsmayılov və İddiaçı işlərlə maraqlanmamış, Cavabdeh dəymiş zərər qarşısında məcbur olub avtoyuma məntəqəsini satmış, banklardan borc götürmüş, təsərrüfatını y enidən canlandırmaq üçün təxminən 250000 manat pul xərcləmişdir.

13. Cavabdeh tərəfindən Ə.İsmayılov və İddiaçı ümumilikdə 9900 manat pul vəsaiti ödənilməsinə baxmayaraq onlar 4200 manat pul ödənildiyini etiraf etmiş, qalan 5700 manatı isə etiraf etməmişlər.

14. Digər tərəfdən fermer təsərrüfatına şərik olmaq məqsədilə Cavabdeh qardaşı Asif vasitəsilə Arif və Yusifə verilmiş 22.000 manat məbləğində pulun Cavabdeh tələb edilməsi isə qəbul edilməzdir. Belə olan halda İddiaçı tərəfindən qəbul edilmiş 42.200 manat məbləğində pul ortaq fermer təsərrüfatından əldə edilmiş gəlir hesab edilməli, ortaq təsərrüfat üçün İddiaçı və Ə.İsmayılov qardaşları tərəfindən xərclənmiş 29.000 manat məbləğində pul 42.200 manat məbləğindəki ortaq gəlirdən çıxılaraq, yekun əldə edilən 13.200 manat məbləğində pul İ ddiaçı və Cavabdeh arasında bölünməlidir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, Cavabdeh ortaq təsərrüfat yaratmaq məqsədilə 96.200 manat məbləğində pul verdiyini, həmin məbləğin 22.000 manatlıq hissəsini ortaqlıqdan ayrılmaları üçün cavabdehin qardaşlarına ödədiyini, 68.700 manatını təsərrüfata xərclədiyini iddia etmiş, həmin puldan isə 42.200 manat pulun qaytarıldığını etiraf etmiş, qalan 54.000 manatının isə bugünədək ödənilmədiyini bildirmiş, 96.200 manat məbləğində pulun verildiyinə dair heç bir sübut təqdim etməmiş, 2021-ci il 25 oktyabr tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında Cavabdeh ifadəsinə istinad etmişdir. Həmin qərarda isə Cavabdeh ona istinad edilən tələbdən 29000 manatını etiraf etmiş, qalan hissədə isə inkar etmişdir.

15. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının(bundan sonra-“Konstitusiya”) 13.1, 29.1, 29.2-ci, MM-in 13, 372.2, 373.1, 373.2, 375.2, 377.2, 380.1, 381.1, 384, 386.1, 1091, 1095-ci, MPM-in 77.1-ci maddələrinə istinad edilmişdir.

16. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il 15 iyul tarixli 2(060)-3369/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(060)-3369/2022 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 23 avqust tarixli 2(102)4924/2022 nömrəli qərarı ilə həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

18. Cavabdeh nüm ayəndəsi 2022-ci il 6 dekabr tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, qarşılıqlı idda ərizəsində göstərilənlərə əlavə olaraq bildirmişdir ki, məhkəmənin 2022-ci il 17 noyabr tarixə təyin edilmiş iclasında İddiaçı qardaşı Ə.İsmayılov şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi münasibətlər, iddia ərizəsində qeyd edildiyi kimi 2012-ci ildə deyil, 2011-ci ilin oktyabr aylarında başlamış və 2012-ci ilin dekabr ayınadək davam etmişdir. Eyni zamanda o, mübahisə üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh qardaşı Asif Şatırov ifadəsində bildirmişdir ki, İddiaçı ona 22.000 manat pul vermiş və o həmin pulu hərəsinə 11.000 m anat olmaqla şəriklikdən çıxmaq üçün qardaşları Arif və Yusifə vermişdir. 20192020-ci ildə tərəflər ona aralarında mübahisə yarandığını bildirmişdir. Daha sonra o, Cavabdeh, Ə.İsmayılov və İddiaçı birlikdə görüşmüşlər və qardaşı onlara borcu olmadığını bildirmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 2013-cü ilin fevral ayından etibarən Cavabdeh yanında fermada çoban işləmişdir. Mart ayında mallara xəstəlik düşmüş, Cavabdeh hər mal-qaraya görə ən az 200 manat pul xərcləmiş və 10-11 baş mal-qara tələf olmuşdur. Sonra Cavabdeh banklardan pul götürmüş və mal-qara almışdır. Fermanın sahibi kimi Cavabdeh tanıyır, Ə.İsmayılov və İddiaçıla şərik olması barədə məlumatı olmamışdır. Otu Cavabdeh aldığını qeyd etmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmi ş S.Rüstəmov bildirmişdir ki, İddiaçıla dost olmuş və onun təmir işlərini görmüşdür. 2011-2018-ci illərdə fermaya gedibgəlmiş, fermada bacanın quraşdırılması, asfalt işlərini, elektrik işlərini və digər tapşırılan işləri görmüşdür. Ot alınanda İddiaçı verdiyi pulu Ə.İsmayılova o verirdi, Ə.İsmayılov da həmin pulu Cavabdeh verirdi. Fermer təsərrüfatı üçün Binə, Maştağa bazarlarından alınan 15-20 baş dananın, 6-7 baş inəyin və qırmızı inəklərin alqı-satqı prosesində İddiaçı və Ə.İsmayılovla birlikdə iştirak etmişdir. Cavabdeh həmin alqı-satqı proseslərində iştirak edib-etmədiyini dəqiq xatırlamır.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş M.Əkbərov ifadəsində bildirmişdir ki, İddiaçı yanında sürücü işləmişdir. 2011-ci ildən fermaya gedib gəlmişdir. 2011-ci ildə Cavabdeh ot almışdı, pu lunu R. İsmayılov vermişdi. Daha sonra 2012-2013-cü illərdə dayısı oğlu Zahir təxminən 5.000-6.000 manat dəyərində ot alıb fermaya gətirmişdir. Fermer təsərrüaftı üçün ot dayısı oğlu Zahirdən alınmış və həmin prosesdə şəxsən iştirak etmişdir. Otun dəyərini isə R. İsmayılov fermada Sadirə, o, Cavabdeh, Cavabdeh da mal gətirənə verirdi.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş N.Kərimov bildirmişdir ki, fermer təsərrüfatı var və ot satmaqla məşğuldur. Ə.İsmayılov və Cavabdeh onun sahəsinə gəlib əvvəlcədən pulun bir hissəsini verməklə ot sifariş vermişdilər. Həmin otları hissə-hissə daşıyırdılar. Ə.İsmayılov və Cavabdeh ondan yonca və ot presləri almış, arpa və saman almamışlar. Pulu Ə.İsmayılovla Cavabdeh birlikdə gəlib verirdilər. Onlara hansı dəyərdə yonca və ot satmasını xatırlamı r.

24. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli, 2-2(119)1667/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, Cavabdeh 8.800 manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 manat olmaqla, cəmi 9.000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət nəfinə 108 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir (hakim - H.Alıyev a).

25. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər birgə fermer təsərrüfatı ilə məşğul olmaq üçün razılığa gəlmişlər, İddiaçı mövcud olan fermer təsərrüfatına daxil olmaq üçün 22.000 manat məbləğində pul vermiş, habelə həmin təsərrüfatın inkişaf etdirilməsi məqsədilə heyvan, ot, arpa və s. almışdır. İlkin iddia ərizəsində İddiaçı sözügedən təsərrüfata 96.200 manat məbləğində xərc çəkdiyi, Cavabdeh həmin məbləğdən 42.200 manatı qaytardığı, 54.000 manatı isə hazırkı vaxtadək geri vermədiyi qeyd olunmuşdur. Qarşılıqlı iddia ərizəsində və həmin ərizəyə dəqiqləşdirmədə İddiaçı fermer təsərrüfatına daxil olması üçün 22.000 manat pul verməsi və təsərrüfata 29.000 manat məbləğində xərc çəkməsi etiraf olunmuşdur.

26. Buna görə də, ilkin iddia qismən təmin e dilməli, İddiaçı fermer təsərrüfatı üçün verdiyi 51.000 manatdan qaytarılan 42.200 manat məbləğində pul vəsaiti çıxılmaqla qalan 8.800 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

27. İlkin iddia ərizəsi üzrə iddiaçı iddia tələbinin qalan – 45.200 manat hissədə təmin edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

28. Eyni zamanda, ilkin iddia ərizəsində İddiaçı sözügedən təsərrüfata çəkdiyi xərclərlə bağlı göstərilənlər şahid qismində öz nümayəndəsinin dəvət etdiyi Ə.İsmayılovun, S.Rüstəmovun, M.Əkbərovun və N.Kərimovun ifadələri ilə aidiyyəti hissələrdə üst-üstə düşmür. Belə ki, Ə.İsmayılov ifadəsində heyvanların alınmasında Cavabdeh ilə ikisinin iştirak etdiyini qeyd etsə də, S.Rüstəmov həmin proseslərdə özünün və İddiaçı da iştirak etdiyini (Cav abdeh iştirak edib-etmədiyini xatırlamır) demişdir. Ə.İsmayılov ifadəsində təxminən 13.000 manat dəyərində ot, saman və arpanın Nuhəli adlı şəxsdən alındığını qeyd etsə də, M.Əkbərov ifadəsində otun dayısı oğlu Zahirdən alındığını bildirmişdir. N.Kərimov isə ifadəsində ondan yalnız ot və yonca alındığını, saman və arpa alınmadığını, habelə alınan malın dəyərini xatırlamadığını qeyd etmişdir.

29. Qarşılıqlı iddia ərizəsi və həmin ərizəyə dəqiqləşdirilmə ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh, İddiaçı 6.600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsini zəruri edən mötəbər sübutları (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəməyə təqdim edə bilmədiyindən qarşılıqlı iddia tələbinin əsaslılığı sübut olunmamışdır.

30. Eyni zamanda iddia ərizəsinə dəqiqləşdirilmədə qeyd olunan “iddia müddə tinin ötürülməsi ilə əlaqədar ilkin iddia ərizəsinin təmin edilməməsi” barədə göstərilənlər də əsassızdır. Belə ki, işin halları və şahid ifadələri ilə ilkin iddia tələbi üzrə iddia müddətinin keçməsi təsdiq edilmir.

31. Məhkəmə öz qətnaməsini MM-in 329, 389-cu, MPM-in 14.2, 77.1, 106.1, 106.3, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin, ilkin iddia tələbinin təmin olunan 9.000 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinin ləğv edilməsini və cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddia çı 6.600 manat məbləğində pulun tutulub Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)-44/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).

35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər əsassızdır. Belə ki, iddiaçı cavabdehlə həmin təsərrüfatın aparılması üçün 96200 manat xərc çəkdiyini iddia etmiş və iddia ərizəsində həmin xərclərin nədən ib arət olduğunu, nəyə xərcləndiyini sadalamışdır. Onun təsərrüfata çəkdiyi xərclərlə bağlı göstərilənlər şahid qismində öz nümayəndəsinin dəvət etdiyi Ə.İsmayılovun, S.Rüstəmovun, M.Əkbərovun və N.Kərimovun ifadələri ilə aidiyyəti hissələrdə üst-üstə düşmür. Belə ki, Ə.İsmayılov ifadəsində heyvanların alınmasında Cavabdeh ilə ikisinin iştirak etdiyini qeyd etsə də, S.Rüstəmov həmin proseslərdə özünün və İddiaçı da iştirak etdiyini (Cavabdeh iştirak edib-etmədiyini xatırlamır) demişdir. Ə.İsmayılov ifadəsində təxminən 13000 manat dəyərində ot, saman və arpanın Nuhəli adlı şəxsdən alındığını qeyd etsə də, M.Əkbərov ifadəsində otun dayısı oğlu Zahirdən alındığını bildirmişdir. N.Kərimov isə ifadəsində ondan yalnız ot və yonca alındığını, saman və arpa alınmadığını, habelə alınan malın dəyərini xatırlamadığını qeyd etmişdir.

36. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında iddiaçının həmin vəsaiti həqiqətən xərclədiyi digər sübutlarla təsdiqlənmir.

37. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etmişdir. Belə ki, iddiaçı müvafiq iddia ilə çıxış etdiyi üçün həmin məbləği sərf etdiyini məhz özü sübut etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunver icilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Buna baxmayaraq, hazırkı mübahisə üzrə mübahisələndirilən pul vəsaitinin verilməsini sübut etmək yükü tələb edən tərəfin-yəni iddiaçının üzərinə düşür. Bu hal sübuta yetirildikdə isə həmin vəsaitin iddiaçıya sonradan qaytarılmasını sübut etmək yükü cavabdeh tərəfin üzərində olur. Baxılan iş üzrə isə iddiaçının pulu həmin məbləğdə təsərrüfata qoyduğu təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən, cavabdehin də həmin pul vəsaitinin qaytarılmasını sübut etmək vəzifəsi müəyyən olunmur.

38. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

39. İddia müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillər əsassızdır. Həmin dəlillə bağlı cavabdehin əsaslandırması ondan ibarətdir ki, İddiaçı qardaşı Ə.İsmayılov şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi münasibətlər, iddia ərizəsində qeyd edildiyi kimi 2012-ci ildə deyil, 2011-ci ilin oktyabr aylarında başlamış və 2012-ci ilin dekabr ayınadək davam etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin halları və şahid ifadələri ilə müəyyən olunur ki, ilki n iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Belə ki, izahatı alınmış Asif Şatırov izahatında bildirmişdir ki, fermer təsərrüfatında olan alqı-satqı və digər hallar barədə məlumatlı olmamış, təxminən 2 il bundan qabaq qardaşı Cavabdehla qaynı İddiaçı və qardaşı Ə.İsmayılov arasında müəyyən problemlər olduğunu öyrənmişdir. Göründüyü kimi, tərəflər arasında münasibətlər 2 il bundan öncəyə kimi də davam etmişdir. Bu səbəbdən iddia müddətinin ötürülməsi barədə dəlili məhkəmə kollegiyası əsassız hesab edir. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, qarşılıqlı iddianın verilməsi ilə yanaşı, ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsi də ziddiyyətlidir.

40. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına, həm çinin MM-in 372.1, 372.2, 377.1, 385.1, 425.1, 427.2, MPM-in 14.1, 88, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Qətnamə 2023-cü il 12 may tarixində tərəflərin Elektron Məhkəmə İnformasiya Sistemindəki kabinetinə yerləşdirilmişdir.

42. İddiaçı nümayəndəsi və vəkili 2023-cü il 1 iyul tarixində kassasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, ilkin iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 372.1, 372.2, 377.1, 385.1, 425.1, 427.1-ci maddələri üzrə: İddiaçı cavabdehlə həmin təsərrüfatın aparılması üçün 96.200 manat xərc çəkdiyini iddia etmiş və iddia ərizəsində həmin xərc lərin nədən ibarət olduğunu, nəyə xərcləndiyini sadalamışdır. Onun təsərrüfata çəkdiyi xərclərlə bağlı göstərilənlər şahid qismində öz nümayəndəsinin dəvət etdiyi Ə.İsmayılovun, S.Rüstəmovun, M.Əkbərovun və N.Kərimovun ifadələri ilə aidiyyəti hissələrdə üst-üstə düşmür. Belə ki, Ə.İsmayılov ifadəsində heyvanların alınmasında Cavabdeh ilə ikisinin iştirak etdiyini qeyd etsə də, S.Rüstəmov həmin proseslərdə özünün və İddiaçı da iştirak etdiyini (Cavabdeh iştirak edib-etmədiyini xatırlamır) demişdir. Ə.İsmayılov ifadəsində təxminən 13.000 manat dəyərində ot, saman və arpanın Nuhəli adlı şəxsdən alındığını qeyd etsə də, M.Əkbərov ifadəsində otun dayısı oğlu Zahirdən alındığını bildirmişdir. N.Kərimov isə ifadəsində ondan yalnız ot və yonca alındığını, saman və arpa alınmadığını, habelə alına n malın dəyərini xatırlamadığını qeyd etmişdir.

44. Maraqlıdır ki, birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya məhkəməsində də məhkəmə İddiaçı 42.200 manat pulun ona qaytarılması barədə etirafını nəzərə almış, cavabdehin isə 2021-ci il 25 oktyabr tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında etirafını nəzərə almamışdır. Belə ki, həmin qərarda cavabdeh etiraf etmişdir ki, guya iş üzrə şahid, iddiaçının qardaşı Ə.İsmayılov 99.600 manat pul vəsaitini aparmışdır. Cavabdeh dolayısı ilə iddia tələbini etiraf etmişdir. O, pul vəsaitnin qaytarılmasını etiraf etsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçının qardaşı Ə.İsmayılov bunu qəbul etməmişdir. O, 99.600 manat yox, 42.200 manat pulun geri alındığını etiraf etmişdir. Qalan pulun isə veri lmədiyini bildirmişdir. Belə olan halda sübut etmə yükü cavabdehin üzərinə düşür. O, isə öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatıdırm ki, cavabdeh 2021-ci il 25 oktyabr tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında 99.600 manat pul vəsaitini etiraf etmiş və həmin pulun Ə.İsmayılov tərəfindən aparıldığını bildirmişdir. Məhkəmədə isə 22.000+29.000=51.000 manat pul vəsaitinin qoyulduğunu etiraf edir. Sual olunur ki, iddiaçı cəmi 51.000 manat pul vəsaiti qoymuşdursa, bəs o zaman 99.600 manat pul vəsaitini necə apara bilərdi? Göründüyü kimi qarşılıqli iddia üzrə iddiaçı ziddiyyətli ifadələr verir. Məhkəmə isə bu hala düzgün qiymət vermir. İş üzrə ən real şahid Əvəzdir. Çünki bütün işlər onun iştirak ı ilə baş verib.O, işin halları barədə məhkəmədə ətraflı ifadə verib. Lakin məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Bununla da məhkəmə MPM-nin tələbini pozmuşdur. Digər şahidlər də işin halları barədə məhkəmədə ətraflı ifadə vermişlər. Cavabdeh tərəfindən dəvət olunmuş şahid Asif Şatırov hətta etiraf etmişdir ki, tərəflər arasında borc məsələsi ilə bağlı görüşləri olub. Hətta öz evinin təmiri üçün iddiaçı cavabdehə pul vəsaiti verib. Lakin məhkəmə buhallara da düzgün qiymət verməmişdir. Hesab edirəm ki, işə Ali məhkəmədə baxılarkən bu hallar nəzərə alınmalı və iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

45. Məhkəmənin gəldiyi əsassız nəticəyə və qanunsuz qətnaməyə görə iş üzrə cavabdeh hüquqdan sui-istifadə edərək əsassız olaraq varlanmışdır. Əgər bu qətnamə qü vvədə qalarsa cavabeh əsassız olaraq varlanmış olacaq, iddiaçı isə maddi ziyana düşmüş olacaq. Çünki iddiaçı cavabdehə etibar edərək, həmin pul vəsaitini təsərrüfata qoymuşdur. O, isə onun etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsi üzrə: Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və qanunsuz və əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, ilkin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏT BİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxm anın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusun a yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, tərəflərin birgə fermer təsərrüfatı ilə məşğul olmaq üçün razılığa gəlmələri, İddiaçı mövcud olan fermer təsərrüfatına daxil olmaq üçün 22.000 manat məbləğində pul verməsi, habelə həmin təsərrüfatın inkişaf etdirilməsi məqsədilə heyvan, ot, arpa və s. alması işin mübahisəsiz hallarıdır və bu hallar qarşılıqlı iddia ərizəsində də işin mübahisəsiz halı olaraq etiraf edilmişdir.

55. Apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, ilkin iddia ərizəsində iddiaçının təsərrüfata 96.200 manat məbləğində xərc çəkdiyi, Cavabdeh həmin məbləğdən 42.200 manatı qaytardığı, 54.000 manatı isə hazırkı vaxtadək geri vermədiyi qeyd olunmuşdur. Qarşılıqlı iddia ərizəsində və həmin ərizəyə dəqiqləşdirmədə iddiaçının fermer təsərrüfatına daxil olması üçün 22.000 manat pul verməsi və təsərrüfata 29.000 manat məbləğində xərc çəkməsi etiraf olunmuşdur.

56. Qeyd edilənləri nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi, iddiaçının fermer təsərrüfatı üçün verdiyi 22.000+29.000=51.000 manatdan qaytarılan 42.200 manat məbləğində pul vəsaiti çıxılmaqla, qalan 8.800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qanuni nəticəyə gəlmişdir və İddiaçı tərəfindən məhkəməyə mötəbər sü butlar təqdim edilmədiyindən, ilkin iddia ərizəsi üzrə iddia tələbinin qalan – 45.200 manat hissədə təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin faktiki halları ilə bağlı qeyd edilənlər kassasiya baxışının predmeti ola bilməz və buna görə də məhkəmə kollegiyası şikayətin həmin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsinə zərurət görmür.

58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsass ız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə və MPM-in 417 - 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar