Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-457/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X2 Kredit X1 Cəmiyyətinin cavabdehlər “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-379/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra – iddiaçı) “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 (birlikdə işlədikdə “cavabdehlər”, ayrı – ayrılıqda “MMC” və “Cavabdeh2”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcmini artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019cu il 3 oktyabr tarixli 2019/00279-01 (KTN) nömrəli Kredit Müqaviləs inin ləğv edilməsi, MMC-dən kreditin əsas borcu üzrə 14.065,41 manat məbləğində qalıq, ona hesablanmış 5.435,95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14.950 manat məbləğində dəbbə pulu, cəmi 34.451,36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 180.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 14.065,41 manat məbləğində qalıq, ona hesablanmış 5.435,95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14.950 manat məbləğində dəbbə pulu, cəmi 34.451,36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 dekabr tarixli e-2-2(113)-481/2023 nömrəli qərardadı ilə iddianın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim – Z.Pirverdiyev).
3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 4 dekabr tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə MMC arasında bağlanmış 2019-cu il 3 oktyabr tarixli 2019/00279-01 (KTN) nömrəli Kredit Müqaviləsi 2022-ci il 25 oktyabr tarixindən ləğv edilmiş hes ab olunması, MMC-dən kreditin əsas borcu üzrə 14.065,41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14.967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manatın tutulması, tutma, ilkin satış qiyməti 192.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 14.065,41 manat qalıq, faiz borcu üzrə 202,22 manat, dəbbə pulu üzrə 700 manat, cəmi 14.967,63 manat və mediasiya xərcinə görə 95,65 manat iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Pirverdiyev).
4. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək o nun ləğv olunmasını və iddia tələbini yenidən hesablamaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-379/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
6. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instan siyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədl ər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 8) tələbləri pozulmaqla verilmişdir.
11. Belə ki, iş üzrə iddia qiyməti ümumilikdə 34.451,36 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5 və 8.6-cı maddələrinin (bax § 7) tələblərinə əsasən, Cavabdeh2 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödən ilməli olan dövlət rüsumunun məbləği 96,68 manat təşkil etməlidir.
12. İş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilən zaman qanunla müəyyən edilmiş məbləğdə - 97 manat dövlət rüsumu ödənilsə də, kassasiya şikayəti verilərkən dövlət rüsumu olaraq cəmi 70 manat ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
13. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 8) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
14. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün i craata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-379/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.