Məhkəmə qərarları › İş №2-2(102)-458/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-458/2022

20.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-458/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-39/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41113749:802011 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2012-ci il 1 dekabr, müəssisə 3 saylı MTXD, 2012-ci il 1 yanvar üzrə cəmi qalıq borc 33300 manat olması qeyd edilmişdir.

2. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 41096544:800197 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 oktyabr, abonent kodu: 000163, müəssisə Vaqon Depo, 2011-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək çirkab sular üzrə cəmi qalıq borcu 30874,43 manat olması qeyd edilmişdir.

3. İddiaçı ASC tərəfindən təqdim edilmiş "xxxx"da müəssisə "xxxx" QSC D.Y və T.Q.nın Təmir Tikinti Departamenti, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 569,44 manat olması qeyd edilmişdir.

4. İ ddiaçı ASC tərəfindən təqdim edilmiş "xxxx"da müəssisə “Dövlət Dəmiryol” 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 2212,52 manat olması qeyd edilmişdir.

5. İddiaçı ASC tərəfindən təqdim edilmiş "xxxx"da müəssisə "xxxx" QSC D.Y və T.Q.nın Təmir Tikinti Departamenti, 2016-cı il 1 yanvar üzrə cəmi qalıq borc 440,94 manat olması qeyd edilmişdir.

6. İddiaçı ASC tərəfindən təqdim edilmiş 42726318:540065 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2003-cü il 1 noyabr, müəssisə X17, 2019-cu il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 26,10 manat olması qeyd edilmişdir.

7. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19366776:130499 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2002-ci il 1 may abonent kodu: D/678, müəssisə AZ.D.Y.QSC DY və X27.Tik.İdarəsi, 2019-cu il 1 yanvar cəmi qalıq borcu 26222,29 manat olması qeyd edilmişdir.

9. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19431615:109150 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 avqust, müəssisə 10 saylı X4 Müəssisəsi, 2017-ci il 1 yanvar tarixə cəmi qalıq borc 1630,29 manat olması qeyd edilmişdir. 10. “Azərsu" ASC tərəfindən təqdim edilmiş 19236667:093107 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2012-ci il 1 dekabr, müəssisə Bakı D/Y FTŞ, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 25662 manat olması qeyd edilmişdir.

11. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19208484:090222 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"a əsasən, müqavilənin tarixi 1996-cı il 1 mart, abonent kodu: D/420, müəssisə Keşlə St. Konteyner “Təmiri üzrə Vaqon deposu N 2, 2 016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 111.994,47 manat olması qeyd edilmişdir.

12. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 190470069: 050035 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 yanvar, abonent kodu: 10518/1, müəssisə X25 Sahəsi, abonent kodu:10518/3, müəssisə Bakı Yük Stansiyası, abonent kodu:10518/4, müəssisə Dəmir Yol QSC Bakiyol sahəsi, abonent kodu: 10518/5, müəssisə ADY QSC Texniki Xidmət və İstismar idarəsi, abonent kodu 10518/6, müəssisə ADY QSC Texniki Xidmət və İstismar idarəsi, abonent kodu 10518/8, müəssisə Xüsussi Təyinatlı otaq, abonent kodu: 1431, müəssisə Bakı Vaqontəmiri Zavodu, abonent kodu:1431/1, müəssisə Vaqon Təmiri Zavodu, abonent kodu: 2240, müəssisə Bakı DYS, abonent kodu: 25775, müəssisə D/Y Vağzalı, abonent kodu:5546, müəssisə X37 ST Baş Distansiya, idarələri üzrə 2019-cu il 1 yanvar tarixə cəmi qalıq borc 5389677,28 manat olması qeyd edilmişdir.

13. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19034894:033018 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2012-ci il 1 yanvar, müəssisə Azərbaycan Dövlət Dəmir X16, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 2606,94 manat olması qeyd edilmişdir.

14. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41603390:720053 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 sentyabr, müəssisə Dəmir Yolu QSC, 2019- cu il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 154,94 manat olması qeyd edilmişdir.

15. İddiaçı ASC tərəfindən təqdim edilmiş 42600818:520038 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2001-ci il 1 m ay, müəssisə X39 X32, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 1,53 manat olması qeyd edilmişdir.

16. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19292418:110223 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2004-cü il 1 mart, abonent kodu: 38968, müəssisə ADU QSC 7 saylı Yol yaşıllaşdırma, abonent kodu: 42147, müəssisə 3 saylı X2, abonent kodu: 42138, müəssisə Qaradağ Stansiyası, abonent kodu: 38968/1, müəssisə ADDY QSC-nin İnfrostruktur Departamenti, abonent kodu: 42139/9, müəssisə 3 saylı Hacıqabul E.T.S 12 Dartı Yolu, abonent kodu: 42139/8, müəssisə İD 33-X38, abonent kodu: 42138/10, müəssisə Texniki Xidmət, abonent kodu: 42138/2, müəssisə Səngəçal satnsiyası, abonent kodu: 42138/3, müəssisə Qobustan stansiyası, abonent kodu: 42138/4, müəssisə Baş Ələt stansiyası, abo nent kodu: 42138/5, müəssisə ADY QSC Texniki Xidmət və İstismar İdarəsi, abonent kodu: 42139/11, müəssisə ADY QSC Texniki Xidmət və İstismar İdarəsi, abonent kodu: 42139/12, müəssisə ADY QSC Texniki Xidmət və İstismar İdarəsi, abonent kodu: 42139/13, müəssisə Ələt Vaqonyuma və Dezinfeksiya idarəsi, abonent kodu: 42139/14, müəssisə Dəmir Yolçuları 7 nömrəli MMC YY-7, abonent kodu: 42139/6, müəssisə ADY QSC Texniki Xidmət və İstismar İdarəsi, abonent kodu: 42139/7, müəssisə İD 33 Haciqabul Dyol, abonent kodu: 42139/15, müəssisə İ.D.M.2-X33, abonent kodu: 42139/16, müəssisə İ.D.M.22-X33, abonent kodu: 42138/1, müəssisə Bibi Heybət stansiyası, 1998-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borc 179821,28 manat olması qeyd edilmişdir.

17. İddiaçı ASC tərəfindən təqdim edi lmiş 19236621:093103 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2004-cü il 1 noyabr, abonent kodu: 09/1434/1 və 09/1434 müəssisə Azərb D/Y Keşlə Baş Stansiyası, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 1,26 manat olması qeyd edilmişdir.

18. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19047050:050034 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2007-ci il 1 senytabr, müəssisə Az.X36 X28, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 74112,47 manat olması qeyd edilmişdir.

19. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41099300:800473 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 oktyabr, abonent kodu: 000436, müəssisə Dəmiryol Xəstəxanası, 2011-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borc 15.195,58 man at olması qeyd edilmişdir.

20. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19432179:109206 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2003-cü il 1 noyabr, abonent kodu: 41705, müəssisə ADDY X5, 2019-cu il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 49,71 manat olması qeyd edilmişdir.

21. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19225349:091076 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2016-cı il 1 may, müəssisə Az.Dəmir Yolları QSC Tex.Xidmət və İstismar İdarəsi, 2017-ci il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 4264,34 manat olması qeyd edilmişdir.

22. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19041635:040614 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 1999-cu il 1 may, abonent kodu: 1447, müəssisə Dəmir Yol İdarəsinin X35, 2016-ci il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 114002,38 manat olması qeyd edilmişdir. 23. 2006-cı il 1 oktyabr İddiaçı ASC tərəfindən təqdim edilmiş 41095073:800050 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi abonent kodu: 000047, müəssisə 6 saylı Yol Distansiyası, 2017-ci il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 12759,70 manat olması qeyd edilmişdir. 24. 2001-ci il 1 may İddiaçı ASC tərəfindən təqdim edilmiş 19335211:640872 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi müəssisə Azərbaycan Dəmir Yolları QSC D.Y və T.Q-nın Təmir Tikinti Departamenti, 2017-ci il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 6905,76 manat olması qeyd edilmişdir. 25. 2001-ci il 1 may İddiaçı ASC tərəfindən təqdim edilmiş 19277051: 440182 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi müəssis ə Azərbaycan Dəmir Yolları QSC D.Y və T.Q-nın Təmir Tikinti Departamenti, 2019-cu il 1 yanvar tarixi ürzə cəmi qalıq borc 1465,16 manat olması qeyd edilmişdir.

26. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19434006:109389 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2003-cü il 1 mart, abonent kodu: 45588, müəssisə ADDY Yol Gigiyena və Epidemiologiya Mərkəzi, 2017-ci il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 616,10 manat olması qeyd edilmişdir.

27. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19225624: 091107 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2016-cı il 1 may, abonent kodu: 4612, müəssisə Az. Dəmir Yolları QSC Tex.Xidmət və İstismar İdarəsi, abonent kodu: 4612/1, müəssisə Az. Dəmir Yolların və Texniki Quruluşu İdarəsi, abonent kodu: 4612/6, müəssisə Az. Dəm ir Yollarının və Texniki Quruluşu İdarəsi, abonent kodu: 4612/3, müəssisə Az. Dəmir Yollarının və Texniki Quruluşu İdarəsi, abonent kodu: 4612/4, müəssisə Az. Dəmir Yollar və Texniki Quruluşu İdarəsi, abonent kodu: 4612/2, müəssisə Az. Dəmir Yollarının və X12 2000-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borc 237595,66 manat olması qeyd edilmişdir.

28. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41095064:800049 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 oktyabr, abonent kodu: 4666, müəssisə Dəmiryol avadanlıqlarının təmiri, abonent kodu: 000046, müəssisə Lokomotiv Depo, 2011ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borc 49496,84 manat olması qeyd edilmişdir. 29. 2002-ci il 1 noyabr tarixdə İddiaçı ASC tərəfindən təqd im edilmiş 19057404:041321 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi müəssisə ADU QSC DY və TQTT Departamenti, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 1891,35 manat olması qeyd edilmişdir.

30. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41898884:550053 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2002-ci il 1 sentybar, müəssisə Azərbaycan Dəmir Yolları QSC D.Y. və T.Q.nın Təmir Tikinti Departamenti, 2019-cu il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 1292,04 manat olması qeyd edilmişdir.

31. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19305752:150423 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2002-ci il 1 noyabr, abonent kodu: 36423/10, müəssisə SDM-2 SÇ-2 Rabitə evi, abonent kodu: 36423/9, müəssisə ST Sumqayıt DYS-8 Yarımdartqı, abonent k odu: 36423/1, müəssisə H.Zeynalabidin stansiyası, abonent kodu: 36423/11, müəssisə ST Sumqayıtçay yük həyəti, abonent kodu: 36423/12, müəssisə ST Sumqayıtçay (yaşıllıq), abonent kodu: 36423/13, müəssisə ST Sumqayıtçay Post-2, abonent kodu: 36423/14, müəssisə ST Sumqayıtçay Post-1, abonent kodu: 36423/15, müəssisə ST Sumqayıtçay Yanacaq Deposu, abonent kodu: 36423/2, müəssisə H.Zeynəlabidin ST növbətçi, abonent kodu: 36423/3, müəssisə DYS-8 EÇK-23, abonent kodu: 36423/4, müəssisə ST Sumqayıtçay Post-4, abonent kodu: 36423/5, müəssisə ST Sumqayıtçay Yük həyəti, abonent kodu: 36423/6, müəssisə ST Sumqayıtçay İnzibati Bina, abonent kodu: 36423/7, müəssisə ST Sumqayıt İnzibati-Bina, abonent kodu: 36423/8, müəssisə ST Sumqayıt Növbətçi Bina, abonent kodu: 36423, müəssisə X34, 2001-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borc 333846,79 manat olması qeyd edilmişdir.

32. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19421546:109013 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2000-ci il 1 noyabr, abonent kodu: 41512, müəssisə X29 Xəstəxanası, 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 yanvar tarixədək cəmi qalıq borcun 180403,42 manat olması qeyd edilmişdir.

33. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19047121:050041 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2016-cı il 1 may, abonent kodu: 9382, müəssisə ADY QSC Texniki Xidmət və istismar İdarəsi, abonent kodu: Tİ-149, müəssisə ADY QSC Texniki Xidmət və İfetismar İdarəsi 1998-ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borcun 3245,7 manat olması qeyd edilmişdi r.

34. İddiaçı ASC tərəfindən təqdim edilmiş 41095091:800052 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 oktyabr, abonent kodu: 4999, müəssisə Dəmiryol Region;. Layihə, abonent kodu: 000049, müəssisə X23, 2011-ci il 1 ynavar tarixdən 2017-ci il 1 yanvar tarixədək çirkab suların axıdılması üzrə 6323,39 manat, 2017ci il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 5582,83 manat olması qeyd edilmişdir.

35. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19421680:109027 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2006-cı il 1 yanvar, abonent kodu: 41526/7, müəssisə X26 Stansiyası, abonent kodu: 41623, müəssisə X19 İdarəsi, abonent kodu: 41526/17, müəssisə X30 Stansiyası, abonent kodu: 41526/13, müəssisə X9, abonent kodu: 41526/14, müəssisə X6, abonent kodu: 41526/15, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/16, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/18, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/19, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/2, müəssisə M.M Təmir Yol Emalatxana, abonent kodu: 41526/20, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/21, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/22, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/23, müəssisə X26 Stansiyası, abonent kodu: 4!526/24, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/25, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/26, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/27, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/28, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/29, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/3, müəssisə İşarəvermə və Rabitə Distansiyası, abonent kodu: 41526/3/1, müəssisə İşarəvermə və Rabitə Distansiyası, abonent kodu: 41526/30, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/31, müəssisə X26 Stansiyası, abonent kodu: 41526/4, müəssisə ADDY-nin Təhlükəsizlik xidməti, abonent kodu: 41526/4/1, müəssisə ADDY-nin Təhlükəsizlik xidməti, abonent kodu: 41526/4/2, müəssisə ADDY-nin Təhlükəsizlik xidməti, abonent kodu: 41526/11, müəssisə Sumqayıt Stansiyası, abonent kodu: 41526/10, müəssisə Əsaslı Təmir MMC, abonent kodu: 41526, müəssisə 2-li X14, abonent kodu: 41526/1, müəssisə 2-li Yol Distansiyası, abonent kodu: 44187, müəssisə X3, abonent kodu: 41526/9, müəssisə Lokomotiv İdman Sağlamlıq Mərkəzi, abonent kodu: 41526/6, müəssisə Lokomotiv Deposu, abonent kodu: 41526/12, müəssisə X18 MMC, abonent kodu: Tİ-10 62, müəssisə "xxxx" QSC Texniki Xidmət və İstismar İdarəsi, 2006-cı il 1 yanvar tarixdən 2019-cu il 1 yanvar tarixədək cəmi qalıq borcun 82955,11 manat olması qeyd edilmişdir.

36. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19048200:050153 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2012-ci il 1 aprel, müəssisə Azərbaycan Dəmir Yolunun 1 nömrəli Uşaq baxçası, 2016-cı il 1 yanvar tarixi üzrə cəmi qalıq borc 183850,01 manat olması qeyd edilmişdir.

37. İddiaçı ASC tərəfindən təqdim edilmiş 19021041:020134 nömrəli 2020-ci il 30 iyul tarixli "xxxx"da müqavilənin tarixi 2002-ci il 1 noyabr,abonent kodu: 31289, müəssisə Binə D/Y stansiyası, abonent kodu: 33867, müəssisə Hovsan D/Y stansiyası, abonent kodu: 33776, müəssisə Yeni Suraxanı D/Y stansiyası, 2016-cı il 1 yanvar tarixədək cə mi qalıq borc 2560,95 manat olması qeyd edilmişdir.

38. İddiaçı ASC tərəfindən "xxxx" QSC-yə 2020-ci il 6 iyul tarixli 00.9149 nömrəli, 2020ci il 8 iyul tarixli 121570 nömrəli, 2020-ci il 8 iyul tarixli, 121761 nömrəli, 2020-ci il 13 iyul tarixli 299031 nömrəli, 2020-ci il 16 iyul tarixli, 447209 nömrəli, 2020-ci il 16 iyul tarixli, 454692 nömrəli, 2020-ci il 20 iyul tarixli, 578978 nömrəli, 2020-ci il 20 iyul tarixli, 578978 nömrəli, 2020-ci il 21 iyul tarixli 625037 nömrəli elektron qaimələr göndərilərək ümumilikdə 81157 manat borcunun olması qeyd olunmuşdur. 39. 2020-ci il 22 iyul tarixli ödəniş qəbzinə görə, cavabdeh "xxxx" QSÇ tərəfindən iyun ayı üçün su və kanalizasiya xidmətindən istifadəyə görə 68.777,12 manat pul İddiaçı ASCnin hesabına ödənilmişdir. 40. "xxxx" QSC-nin Strukturu b arədə arayışda Aparatın struktur bölmələri: Daxili audit İdarəsi (Əmr 2019cu il 8 fevral, Nq 12/S); Maliyyə və iqtisadiyyat İdarəsi (Əmr 2017-ci il 11 avqust, Nq 90/S;) İnvestisiya İdarəsi (Əmr xx.xx.2016, Nq176/S); Hərəkətin təhlükəsizliyi İdarəsi (Əmr 2019-cu il 8 fevral, Nq 12/S); Hüquq İdarəsi (Əmr 2019-cu il 8 fevral, №12/S); Xarici əlaqələr və protokol İdarəsi (Əmr 2019-cu il 25 oktyabr, Nq 154/S); İnsan resursları İdarəsi (Əmr 2017-ci il 4 oktyabr, NQİ02/S); Strateji və korporativ inkişaf İdarəsi (Əmr 2020-ci il 6 may, №4908); Marketinq İdarəsi (Əmr 2020-ci il 19 mart, Ne 41/S); Tikintiyə nəzarət idarəsi (Əmr 2019-cu il 4 fevral, Nq 0/S); Katiblik şöbəsi (Əmr 2016-cı il 21 dekabr, Nq 179/S); Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsi (Əmr 2016-cı il 21 dekabr, Nq 179/S); Mətbuat katibliyi şöbəsi (Əmr 2019-cu il 29 iyul, Ns 111/S); İnnovasiyaların təhlili və tətbiqi şöbəsi (Əmr 2017-ci il 1 fevral, Nq 10/S); Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi Əmr (2019-cu il 7 mart, Nq 27/S); İnformasiya texnologiyaları təhlükəsizliyi şöbəsi (Əmr 2019-cu il 7 mart, №27/S); Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsi (Əmr 2019-cu il 30 dekabr, Nq 205/S); - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxs statusuna malik olmayan qurumlar: Yük daşımaları Departamenti (Əmr 2010-cu il 2 mart, Nq14/N); Sərnişin daşımaları Departamenti (Əmr 2010-cu il 2 mart, Nq14/N); İinfrastruktur Departamenti (Əmr 2010-cu il 2 mart, Nq14/N); Texniki xidmət və istismar Departamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Məlumat hesablama mərkəzi De partamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Yanacaq və enerji resurslarının idarə edilməsi departament (Əmr 2021-ci il 16 yanvar, Ne38667); Mühafizə Departamenti (Əmr 2019-cu il 7 mart Nq27/S); Təchizat Departamenti (Əmr xx.xx.2019, Nq27/S); Təsərrüfat Departamenti (Əmr 2019-cu il 7 mart, NQ27/S); - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxslər: “X21” MMC (2004-cü il 13 fevral); “5 saylı X4 Müəssisəsi” MMC (2015-ci il 20 oktyabr tarixdə ); “11 saylı X4 Müəssisəsi” MMC (2015-ci il 20 oktyabr tarixdə); "xxxx" MMC (2003cü il 14 noyabr tarixdə); "xxxx" MMC (2017-ci il 23 iyun tarixdə); "ADY Əmlak” MMC (2017ci il 27 aprel tarixdə)"xxxx" MMC (2015-ci il 1 may); "xxxx" MMC (2018-ci il 6 noyabr); "xxxx" MMC (2021-ci il 16 mart); "xxxx" MMC (2020-ci il 3 dekabr); Həkim-sa nitar xidməti (ictimai birlik) (1996-cı il 1 iyul) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin filialı: - "xxxx" QSCnin Gürcüstan Filialı (Əmr 2015-ci il 13 mart, Nq27/S) qurum idarə və filları vardır.

41. İddiaçı ASC tərəfindən “Azərbaycan Dəmir Yolları’’ QSC-yə ünvanlanan 2020-ci il 22 iyul tarixli pretenziydasu təchizatı və tullantı sularının axıdılması xidmətinə görə, 7124570,31 manat məbləğində 5 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

42. İddiaçı ASC (bundan sonra - “iddiaçı”) cavabdeh "xxxx" QSC-yə (bundan sonra “cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən su təchizatı xidmətlərinə görə üm umilikdə 7124368,11 (yeddi milyon yüz iyirmi dörd min üç yüz altmış səkkiz manat on bir qəpik) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

43. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “su təchizatı xidmətinə dair” müqavilələrə əsasən cavabdehin ayrı-ayrı idarələri tərəfindən su təchizatı xidmətindən istifadə olunmuşdur. Həmin müqavilələrin şərtlərinə görə istifadə edilmiş xidmətlərin haqqını ödəmək vəzifəsi müəyyən edilmişdir.

44. İddiaçı tərəfindən cavabdehin ayrı-ayrı idarələrinə göstərilmiş su təchizatı xidmətinin dəyəri vaxtı-vaxtında ödənilmədiyinə və təqdim edilmiş hesab-fakturada göstərilən məbləğdən az ödənildiyinə görə, 2020-ci il 1 iyun tarixinə Dəmir yol və texniki qurğuların təmir tikinti departamentinin (abonent kodu: 020134) 2560,95 manat, Azərbaycan Dövlət Dəmir yol uşaq xəstəxanasının (abonent kodu: 033018) 2606,94 manat (iki min altı yüz altımanat doxsan dörd qəpik), X35siyasının (abonent kodu: 040614) 114.002,38 manat, Dəmir Yolları və TQTT departamentinin (abonent kodu: 041321) 1891,35 manat, Fəhlə təchizatı Birliyinin (abonent kodu: 050034) 74112,47 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu: 050035) 5.390.103,28 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu: 050041) 3245,7 manat, 1 nömrəli uşaq baxçasının (abonent kodu:050153) 183.850,01 manat, Keşlə stansiyası konteyner təmiri üzrə vaqon deposunun N2 (abonent kodu: 090222) 111.994,47 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu:091076) 4.264,34 manat Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu:091107) 237.595,66 manat, Keşlə Baş Stansiyasının (abonent kodu:093103) 1,3 manat, Bakı Dövlət Dəmiryol FTŞ-nin (abonent kodu: 093107) 25.662,00 manat, Dəmir yol Mərkəzi Xəstəxanasının (abonent kodu: 109013) 183.223.42 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu:109027) 82.955,11 manat, 10 saylı X4 Müəssisəsinin (abonent kodu:109150) 1.630,29 manat, X1 (abonent kodu: 109206) 39,71 manat, Yol Gigiyena və Epidemiologiya Mərkəzinin (abonent kodu:109389) 616,1 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu:110223) 179.821,28 manat, Dəmiryol və texniki qurğuların təmir-tikinti İdarəsinin (abonent kodu: 130499) 25.723,29 manat, Texniki Xidmət və İstismar İdarəsinin (abonent kodu:150423) 333.846,79 manat, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamentinin (abonent kodu:440182) 2.503,16 manat Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamentinin (abonent kodu:640872) 7.105,76 manat, Azərbaycan Dövlət Dəmir X24 (abonent kodu:520038) 1,53 manat, X13 (abonent kodu:540065) 26,10 manat, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamentinin (abonent kodu:550053) 1.166,04 manat, Dəmir Yolu QSC-nin (abonent kodu: 720053) 154,94 manat, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamentinin (abonent kodu:730039) 569,44 manat, “Dövlət Dəmiryol”un (abonet kodu: 750035) 2212,52 manat, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamentinin (abonent kodu:770053) 390,94 manat, Lokomativ Deponun (abonent kodu:800049) 49.496,84 manat, 6 saylı Yol Distansiyasının (abo nent kodu:800050) 12.759,7 manat, İnfrastruktura departamentinin 5 saylı müəssisəsinin (abonent kodu:800052) 7290,83 manat, Vaqon deponun (abonent kodu: 800197) 32.480,43 manat, Dəmiryol Xəstəxanasının (abonent kodu:800473) 15.223,04 manat, 3 saylı MTXD-nın (abonent kodu:802011) 33.300,0 manat borcu yaranmışdır.

45. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə 2020-ci il 22 iyul tarixli, 01/3/01-2/1/9302 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun tam ödənilməsi təmin edilməmişdir.

46. İddiaçı tələbini maddi hüquqi əsası kimi MM-in 385.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanununun 61.1, 62, 64 maddələrə istinad etmişdir.

47. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-194/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim - S.Nuriyeva).

48. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən borc məbləğinin cavabdehdən tələb edilməsi üçün əsas götürülən hal həmin idarələrin cavabdehin balansında olmasıdır. Qeyd olunan mübahisəli hala dair iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan müəyyən olunur ki, iddia tələbində göstərilən bir sıra idarələr cavabdehin balansında olmamışdır.

49. Həmin idarələrdən “Azərbaycan Dövlət Dəmiryolu Fəhlə təchizat” Birliyi, Bakı Dövlət Dəmiryol FTŞ, 10 saylı X4 Müəssisəsi ləğv edilmiş, Azərbaycan Dəmiryolunun 1 nömrəli uşaq baxçası 2001-ci il tarixdən İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.

50. Həmçinin, Azərbaycan Dövlət Dəmir yolu uşaq Xəstəxanası - Həkim-Sanitar xidmətinin X7 törəməsi, X8 - Həkim-Sanitar xidmətinin Mərkəzi X20nın törəməsi, Dəmiryol Xəstəxanası - Həkim-Sanitar xidmətinin Bakı X20 MMC-nin törəməsi, X5 - Həkim-Sanitar xidmətinin Yol Sanitar-karantin müffətişliyinin törəməsi, Yol Gigiyena və Epidemiologiya Mərkəzi - Həkim-Sanitar xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin törəməsi hesab edilir.

51. Eyni zamanda, cavabdehin balansında Lokomotiv Depo, Vaqon Depo və 3 saylı MTXD adda qurumlar mövcud olmamışdır.

52. Tərəflər arasında müvafiq öhdəliklərin və hüquqların mövcud olması üçün müqavilələrin olması əsas şərtdir. Tərəflər arasında baş vermiş halların məhkəmədə araşdırılması, habelə bu halı mübahisə statusunda olmasının müəyyən edilməsi üçün müqavilənin təqdim edilməsi əsasdır.

53. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinə iddia tələbi üzrə göstərilən idarələrə xidmət göstərilməsi üçün bağlanmış müqavilələrin təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi qeyd olunan müqavilələri təqdim edə bilmədiyini və həmin müqavilələrin cavabdeh tərəfindən təqdim edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan halla razılaşmayaraq qeyd edir ki, sübutetmə institutu üzrə iddia edən tərəf sübutetmə öhdəliyini daşıyır. Belə olan halda iddiaçı ilk növbədə iddia tələbi üzrə göstərdiyi idarələrlə olan münasibətlərini tənzimləyən müqavilələri təqdim etməli və daha sonra həmin müqavilələrin icrasının təmin edilməsi üçün özü tərəfindən tərtib edilmiş X10 istinad etməlidir.

54. Belə ki, təqdim edilmiş Abonent haqqında məlumatlarda tərəflər arasında öhdəliyin hansı qaydada razılaşdırılmasının müəyyən edilməsi mümkünsüzdür. İşin faktiki hallarından göründüyü kimi cavabdehin strukturunda hüquqi şəxs statusunda olan və olmayan idarələr mövcuddur.

55. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədə əsas olaraq göstərilmiş halların müəyyən edilməsi maddi hüquq normasının imperativ tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilələrin hallarının müəyyən edilməsi ilə şərtləndirilmişdir.

56. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə, müddətin keçməsi halında öhdəliyə xitam verilməsi, yəni tələb etmək hüququnun itirilməsi kimi qiymət verilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmir.

57. Hazırda cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin qanunvericiliyə uyğun olaraq tətbiqi üçün müvafiq sübutlar iş materiallarında mövcud deyildir. Qeyd olunan sübutların təqdim edilməməsi ilk növbədə iddia tələbinin hüquqi əsassızlığını təsdiq edir. Bu səbəbdən də məhkəmə araşdırması zamanı ilk növbədə iddia tələbinin əsaslılığının müəyyən edilməsi halını önə çəkərək müvafiq sübutların iddiaçı tərəfindən təqdim edilməsi vacib hesab edilir. Lakin iddia tələbi üzrə qeyd olunan borcların tələb edilməsi üçün əsas olmuş müqavilələr iddiaçı tərəfindən təmin edilməmişdir.

58. Məhkəmə bu qənaətini MM-in, 6.2, 14.1, 67.1, 67.2, 67.3, 373.2, 377.1, 377.2, 385.1, 386.1, 389.1, 389.3, 443.1, 448.1, 550, 551.2.1, 552.1-ci maddələrinə istina d etməklə əsaslandırmışdır.

59. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

60. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-39/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - R.Qurbanov, hakimlər - V.Məmmədov və V.Baxışova).

61. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən borc məbləğinin cavabdehdən tələb edilməsi üçün əsas götürülən hal həmin idarələrin cavabdehin balansında olmasıdır.

62. Həmin hala dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sonuncunun strukturu barədə arayışda Aparatın struktur bölmələri: Daxili audit İdarəsi (Əmr 2019-cu il 8 fevral, Nq12/S); Maliyyə və iqtisadiyyat idarəsi (Əmr 2017-ci il 11 avqust, Nq90/S;) İnvestisiya İdarəsi (Əmr 2016-cı il 19 dekabr, Nq176/S); Hərəkətin təhlükəsizliyi İdarəsi (Əmr 2019-cu il 8 fevral, Nq12/S); Hüquq idarəsi (Əmr 2019-cu il 8 fevral, №12/S); Xarici əlaqələr və protokol İdarəsi (Əmr 2019-cu il 25 oktyabr, Nq154/S); İnsan resursları İdarəsi (Əmr 2017ci il 4 oktyabr, NQİ02/S); Strateji və korporativ inkişaf İdarəsi (Əmr 2020-ci il 6 may, №4908); Marketinq İdarəsi (Əmr 2020-ci il 19 mart, Ne41/S); Tikintiyə nəzarət idarəsi (Əmr 2019-cu il 4 fevral, Nq10/S); Katiblik şöbəsi (Əmr 2016-cı il 21 dekabr, Nq179/S); Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsi (Əmr 2016-cı il 21 dekabr, Nq179/S); Mətbuat katibliyi şöbəsi (Əmr 2019-cu il 29 iyul, Ns111/S); İnnovasiyaların təhlili və tətbiqi şöbəsi (Əmr 2017-ci il 1 fevral, Nq10/S); Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi Əmr (2019-cu il 7 mart, Nq27/S); İnformasiya texnologiyaları təhlükəsizliyi şöbəsi (Əmr 2019-cu il 7 mart, №27/S); Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsi (Əmr 2019-cu il 30 dekabr,Nq205/S); "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxs statusuna malik olmayan qurumlar: Yük daşımaları Departamenti (Əmr 2010-cu il 2 mart, Nq14/N); Sərnişin daşımaları Departamenti (Əmr 2010-cu il 2 mart, Nq 14/N); İnfrastruktur Departamenti (Əmr 2010-cu il 2 mart, Nq14/N); Texniki xidmət və istismar Departamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Məlumat hesablama mərkəzi Departamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Yanacaq və enerji resurslarının idarə edilməsi Departamenti (Əmr 2021-ci il 16 yanvar, Ne38667); Mühafizə Departamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Təchizat Departamenti (Əmr 2019-cu il 7 mart, Nq27/S); Təsərrüfat Departamenti (Əmr 2019-cu il 7 mart, NQ27/S); - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxslər: “X21” MMC (2004-cü il 13 fevral); “5 saylı X4 Müəssisəsi" MMC (2015-ci il 20 oktyabr); “11 saylı X4 Müəssisəsi” MMC (2015-ci il 20 oktybar); "xxxx" MMC (2003-cü il 14 noyabr); "xxxx" MMC (2017-ci il 23 iyun ); "ADY Əmlak” MMC (2017-ci il 27 apr el); "xxxx" MMC (2015-ci il 1 may); "xxxx" MMC (2018-ci il 6 noyabr); "xxxx" MMC (2021-ci il 16 mart); “Astara Terminal" MMC (2020-ci il 3 dekabr); Həkim-sanitar xidməti (ictimai birlik) (1996-cı il 1 iyul) cavabdehin filialı: "xxxx" QSC-nin Gürcüstan Filialı (Əmr 2015-ci il 13 mart, Nq27/S) qurum idarə və filialları vardır.

63. Arayışa əsasən iddia tələbində göstərilən bir sıra idarələr cavabdehin balansında olmamışdır. Həmin idarələrdən “Azərbaycan Dövlət Dəmir yolu Fəhlə təchizat” birliyi, Bakı Dövlət Dəmiryol FTŞ, 10 saylı X4 Müəssisəsi ləğv edilmiş, Azərbaycan Dəmiryolunun 1 nömrəli uşaq bağçası 2001-ci il tarixdən İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Həmçinin, Azərbaycan Dövlət Dəmir yolu uşaq Xəstəxanası - Həkim-Sanitar xidmətinin Uşaq X20nın törəməsi, X11 - Həkim-Sanitar xid mətinin Mərkəzi X20nın törəməsi, Dəmiryol Xəstəxanası - Həkim-Sanitar xidmətinin Bakı X20 MMC-nin törəməsi, X5 - Həkim-Sanitar xidmətinin Yol Sanitar-karantin müfəttişliyinin törəməsi, Yol Gigiyena və Epidemiologiya Mərkəzi - Həkim Sanitar xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin törəməsi hesab edilir. Lokomotiv Depo, Vaqon Depo və 3 saylı MTXD adda qurumlar isə cavabdehin balansında mövcud olmamışdır.

64. Eyni zamanda, kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlardan müəyyən edilir ki, cavabdeh Həkim-Sanitar Xidmətinin Bakı X20, Azərbaycan Dövlət X29 X20, cavabdeh Həkim-Sanitar Xidmətinin Gəncə X20 ayrı-ayrı hüquqi şəxslərdir.

65. Birinci instansiya məhkəməsində iddia tələbi üzrə göstərilən idarələrə xidmət göstərilməsi üçün bağlanmış müqavilələrin təqdim edilməs i iddiaçının nümayəndəsinə təklif edilmiş, lakin sonuncu qeyd olunan müqavilələri təqdim edə bilmədiyini və həmin müqavilələrin cavabdeh tərəfindən təqdim edilməsinin mümkün olduğunu bildirmişdir.

66. Ekspert vəsatətində qeyd olunan sənədlərin təqdim edilməsi üçün iddiaçıya sorğu verilmiş, lakin sonuncu tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 dekabr tarixli məlumatı əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi vəsatətdə qeyd olunan sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur. İddiaçı istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin (bundan sonra - “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməm işdir.

67. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 386.1, 372, 375, 377-ci maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-3-cü bəndlərinin, 62 maddəsinin, “Sudan istifadə Qaydaları”nın 1.6, 4.1.3 maddələrinin, tələblərinə istinad etməklə əsaslandırmışdır.

68. Qətnamə 2022-ci il 18 mart tarixdə elektron kabinetə yerləşdirilmişdir.

69. İddiaçı həmin qətnamədən 2022-ci il 15 aprel tarixdə kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

70. MM-in 385.1, 448.2-ci maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.1, 62, 64-cü maddələrinin tə ləbləri pozulmuşdur. Apellyasiya məhkəməsi qətnaməsində tərəflər arasında müqavilələrin olmamasına istinad etmişdir. Halbuki, tərəflər arasında müqavilənin olub-olmaması cavabdehin göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəməsindən imtina etməsi üçün əsas deyil. Belə ki, qeyd olunmuş Qanunun 61.1-ci maddəsi tərəflər arasında müqavilənin olubolmamasından asılı olmayaraq göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini tələb edir.

71. Digər tərəfdən, borcun olmasını sübut edən abonent hesabat cədvəlləri, hesabfakturalar məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən cavabdehin aylar, illər üzrə istifadə etdiyi xidmətlərin dəyərini, ödədiyi xidmət haqlarının məbləğini və vaxtlarını görmək mümkündür. Lakin məhkəmə qətnamə qəbul edərkən bu cür sənədləri sübut kimi qəbul e tməmişdir. Hər ay abonentə elektron vergi hesab-fakturası verilmişdir. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış X15 (AVİS) vasitəsi ilə həyata keçirilir.

72. Cavabdehə hər ay vergi hesab-fakturası verilmiş və cavabdeh vergi hesabfakturasında qeyd edilən görülmüş işlərin və xidmətlərin adları, miqdarı və məbləği ilə razılaşmışdır. Əks halda, Vergilər Nazirliyinə verilmiş vergi hesab-fakturası ilə razılaşmadıqlarını bildirməli və həmin hesab-faktura ləğv edilməli idi.

73. Bununla yanaşı, hər ay iddiaçı tərəfindən müvafiq ödəmələr həyata keçirilməsi həmin vergi hesab-fakturası ilə razılaşdıqlarına ikinci bir sübutdur. Cavabdeh tərəfindən 800197 saylı kod üzrə 2019-cu il ərzində göstərilmiş 3.878 manat xidmət in qarşılığında 4453.76 manat (575.76 manat məbləğində artıq ödəniş), 550.053 saylı kod üzrə 2018-ci il ərzində göstərilmiş 1.250 manat xidmətin qarşılığında 2.484.01 manat (1234.01 manat məbləğində artıq ödəniş), 440182 saylı kod üzrə 2018-ci il ərzində göstərilmiş, 1.520 manat xidmətin qarşılığında 17.280 manat (5.760 manat məbləğində artıq ödəniş), 2019cu il ərzində göstərilmiş 14.616 manat xidmətin qarşılığında 17.560 manat (2.944 manat məbləğində artıq ödəniş) ödəmələr həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

75. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətin də verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

76. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

77. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istina d etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

78. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

79. Azərbaycan Respublikası “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir....” “4. İstehlakçıların vəzifələri... 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək....” 80. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur” “Maddə

5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri...

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqlar ı müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....”

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. Ali Məhkəmənin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-39/2022 saylı qətn aməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

83. Məhkəmə kollegiyası, kassasiya şikayətinin “hesab-fakturaların sübut kimi qəbul edilməli olması və tərəflər arasında müqavilənin olmamasının yaranmış borcun ödənilməsindən imtina üçün əsas olmaması”na dair dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sübutetmə institutu üzrə iddia edən tərəf sübutetmə öhdəliyini daşıyır. İddiaçı ilk növbədə iddia tələbi üzrə göstərdiyi idarələrlə olan münasibətlərini tənzimləyən müqavilələri təqdim etməli və daha sonra həmin müqavilələrin icrasının təmin edilməsi üçün özü tərəfindən tərtib edilmiş X10 istinad etməlidir. Çünki təqdim edilmiş abonent haqqında məlumatlardan tərəflər arasında öhdəliyin hansı qaydada razılaşdırılmasını n müəyyən edilməsi mümkünsüzdür. Həmçinin, müqavilənin olması iddiaçı tərəfindən tələb etdiyi borc məbləğinin yaranma əsasının müəyyən edilməsinə imkan verə bilərdi.

84. Kassasiya şikayətində iddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Göründüyü kimi, qeyd olunan norma “xidmətlərin haqqının ödənilməsi”nin su təchizatı və kanalizasiya müəssisəsi arasında (hazırkı halda iddiaçı və cavabdeh arasında) müqavilənin olub-olmamasından asılı etməmiş, “istifadə faktı”na əsasən ödənişin həyata keçirilməli olmasını müəyyən etmişdir.

85. Bu dəlillə əlaqədar qeyd edilməlidir ki, mübahisəli hala dair iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməmiş, hazırkı işdə iddiaçı tərəfindən iddia tələbində göstərilən borc məbləğinin cavabdehdən tələb edilməsi üçün əsas götürülən hal həmin idarələrin cavabdehin balansında olmasıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan isə müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən bir sıra idarələr cavabdehin balansında olmamış, iddiaçı tərəfindən isə bunun əksini tələb edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir (bax yuxarıda § 62).

86. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş abonent haqqında məl umat və hesab fakturaların iddiaçının əsaslandığı halları təsdiq edən sübutlar kimi qiymətləndirilə bilmədiyini göstərmiş və bu mövqeyini həmin sənədlərin iddiaçının özü tərəfindən tərtib edilməsi, onların həqiqiliyini təsdiq edən sənədlərin isə təqdim edilməməsi və cavabdeh tərəfindən bu sənədlərin mübahisələndirilməsi ilə əsaslandırmışdır. Məhz apellyasiya məhkəməsinin həmin mövqeyinə istinad etməklə məhkəmə tərkibi kassasiya şikayətinin eyni dəlilləri ilə razılaşmır.

87. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Ba kı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-39/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

89. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 22(103)-39/2022 nömrəli saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar