Məhkəmə qərarları › İş №2-2(102)-458/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-458/2024

23.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-458/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh Nümayəndə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bank "xxxx" ASC və "xxxx" MMC cəlb edilməklə) iş üzrə qarşı QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Aqil Əzizağa oğlu Abbasov (Ali Məhkəmənin Mülki Kollegiyası) və Aida Əli qızı Hüseyndən (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh Nümayəndə (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi qeyd olunmuşdur) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bank "xxxx" ASC və "xxxx" MMC cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şirvan Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Nümayəndə (bundan sonra – “Nümayəndə”) (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi (bundan sonra – “Notariat Ofisi”) qeyd olunmuşdur) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariat Ofisinin 2023-cü il 6 oktyabr tarixli 8i-8047 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şirvan Şəhər Məhkəməsinin müvafiq qərardadı ilə Ba nk "xxxx" ASC və "xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir.

3. Şirvan Şəhər Məhkəməsinin 2024-cü il 5 iyun tarixli 2(032)-669/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ceyhun Mustafayev).

4. İş materiallarına əlavə edilmiş: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır.

5. Bank "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2021-ci il 8 iyun tarixli SMN00040-14/21A nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2023-cü il 10 aprel tarixli SMN-E0040-14/23A nömrəli 2023-cü il 10 aprel tarixli razılaşmadan gö rünür ki, bank tərəfindən iddiaçıya biznes məqsədi ilə illik 18 % olmaqla 36 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. 6. 2021-ci il 8 iyun tarixli SMMG-14/21 A nömrəli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə bank "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2021-ci il 8 iyun tarixli SMN-00040-14/21A nömrəli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır.

7. Notariat Ofisinin 2023-cü il 6 oktyabr tarixli 8İ-8047 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 3006cı məhəllə, Alı Mustafayev küçəsi, 1D saylı evin, 52 saylı mənzilinə tutma yönəldilmişdir.

8. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə istinadən mübah isənin predmeti və hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi bankla iddiaçı arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilədə kreditin təyinatı biznes məqsədi ilə olduğu qeyd edilmişdir. Həmçinin bağlanmış olan kredit müqaviləsinin təminatı olaraq bankla iddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış olan kredit müqaviləsinin tələblərinin borclu tərəfindən icra edilməməsinin nəticəsi olaraq bank tərəfindən kredit müqaviləsinin təminatı olan ipoteka predmetinə tutumanın yönəldilməsi məqsədilə notariusa müraciət edilmiş və notarius tərəfindən də icra qeydiyinin aparılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Hazırda iddiaçı tərəfindən məhz icra qeydiyi ilə bağlı notarusun hərəkətləri mübahisələndiri lir. Mübahisənin predmeti və xarakteri baxımından tərəflər arasında yaranan münasibətlər məhz sahibkalıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır.

9. Eyni zamanda məhkəmə iddiaçının VÖEN üzrə fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı mülahizəsinə münasibətdə qeyd etmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 6 nömrəli qərarı ilə edilmiş olan əlavə və dəyiş kliyə əsasən qərarın 2.2-ci bəndinə əlavə edilmiş olan 28-ci bəndindən göründüyü kimi vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən cavabdeh Notariat Ofisi tərəfindən aparılmış icra qeydi mübahisələndirilir. Cavabdeh olan notariat ofisinin hüquqi ünvanı isə Şirvan şəhəri Nizami küçəsi 5-dir.

11. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Şirvan şəhəri kommersiya mübahisləri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir.

12. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 26.2, 31.1, 403-1.3, 407.1, 407.2, 407.3, 407.4-cü maddələrinə və “İşlərin ümumi və yaxud k ommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 6, 12 və 20-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Şirvan Kommersiya məhkəməsindəki icraat

14. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(121)-2210/2024 nömrəli qərardadı ilə işin icraata qəbul edilməsindən imtina olunmuş və aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Misirzadə).

15. Bu məhkəmənin qənaətinə görə portaldan çıxarışa əsasən cavabdeh Nümayəndə vergi ödəyicisi kimi qeydiyyata alınaraq o na 2016-cı il 5 iyun tarixdə ********** nömrəli VÖEN verilmişdir. Fəaliyyət istiqaməti (əsas fəaliyyət istiqaməti) kimi “xüsusi notariusların fəaliyyəti”, fəaliyyət obyekti kimi isə “Notariat Kontoru” olması göstərilmişdir.

16. Portaldan çıxarışdan həmçinin görünür ki, Notariat Ofisi 2011-ci il 13 yanvar tarixdə qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir.

17. İddia ərizəsi üzrə cavabdeh Notariat Ofisi deyil, Nümayəndədur. Hər biri ayrıayrılıqda vergi orqanında qeydiyyata alınmaqla ayrı-ayrı VÖEN-ə malikdirlər.

18. Hazırki iddia ərizəsi üzrə cavabdeh olan Nümayəndə özü vergi ödəyicisi olmaqla, xüsusi notarius (yəni Notariat Ofisinin xüsusi notariusu) kimi fəaliyyət göstərir.

19. Yəni, cavabdeh Nümayəndə fərdi sahibkar kimi deyil, xüsusi notarius kimi vergi orqanında qeydiyy ata alınmışdır.

20. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərdən birinin fərdi sahibkar, digərinin notariat ofisi (xüsusi notarius) olmasına baxmayaraq hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü, MPM-in 24.2, 25.1, 26.1, 32.7-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 12-ci və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyy ətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10, 11, 12-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlər inə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm m übahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbə bindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunveri cilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....” 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Bənd

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zaman ı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyə tinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin....”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələri n məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” 26. “Notariat haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

3. Notarius... Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır....” Ali Məhkəmənin mövqeyi

27. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir.

28. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

29. MPM-in 24.2, və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

30. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakte rini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. 31. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

32. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

33. İddia ərizəsindən görünür ki, tələb xüsusi notariusun icra qeydinin ləğv edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh Nümayəndə (xüsusi notarius) sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyildir (VÖEN-ə sahib olsa belə).

34. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə görə notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.

35. Bu baxımdan qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.

36. Bundan başqa elektron qaydada ver ilən iddia ərizəsində cavabdeh qismində Nümayəndə seçilsə də, iddia ərizəsinin mətnində və başlıq hissədə cavabdeh qismində Notariat Ofisi qeyd olunmuşdur.

37. Bununla bağlı kollegiya vurğulamağı zəruri hesab edir ki, cavabdehin Nümayəndə və ya Notariat Ofisi olmasından asılı olmayaraq mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

38. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyənləşdirilmişdir.

39. Bu isə on a dəlalət edir ki, mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

40. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahis ələrə ümumi məhkəmələr baxır.

41. Bu baxımdan qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsi tərəfindən baxılmalıdır.

42. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Nümayəndə (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Notariat Ofisi qeyd olunmuşdur) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar