Məhkəmə qərarları › İş №2-2(102)-459/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-459/2023

27.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-459/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlavə qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 8 iyul tarixli AMX-3188/21 nömrəli tərəflər arasında bağlanmış təbii qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı "xxxx" MMC-ni keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2. 2020-ci il 13 avqust tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı çıxarılmış və dövlət yoxlamasına verilmişdir. 3. 2020-ci il 13 noyabr tarixli ******* nömrəli qaz sayğacının təkrar çıxarılması, quraşdırılması və i stismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMCnin G-250 markalı 75161090 nömrəli sayğacı təhvil verilmişdir. 4. 2022-ci il 6 iyul tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı qaz təminatı bərpa olunmayaraq çıxarılmışdır.

5. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2022-ci il 15 avqust tarixli, SS 29/1640-01592-2 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. Sayğac yuyuldu, təmizləndi, hava vu ruldu, rotorlar ağır fırlanır. 2022-ci il 19 fevral - 2022-ci il 6 iyul tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qazhəcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 5 may tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P=1.01325 bar, T=20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, maksimal sərfiyyat da xəta normaya uyğun deyil, nominal və minimal sərfiyyatda hesablayıcı mexanizm keçən qazın həcmini qeyd etmir.

6. Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədov tərəfindən təsdiqlənmiş 2022-ci il 29 fevral tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-250 markalı 75161090 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, əlavə (xəta) 91.331 m3 həcmində əlavə qaz sərfiyyatı hesablanmışdır.

7. X8 İstismarı İdarəsinin İstehlakçılara X7 şöbəsinin rəisi Vüqar Ələkbərov tərəfindən tərtib olunmuş 2023-cü il 19 yanvar tarixli arayışdan görünür ki, Goranboy XS ü zrə qeyriəhali sektorunda qeydiyyatda olan "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75161090 nömrəli qaz sayğacı 2022-ci il 6 iyul tarixdə sökülmüş, 2022-ci il 1 avqust tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında SS N-29/1640-01592-1 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sayğac ortalama 29.2% xəta ilə işləmişdir. 2022-ci il 29 avqust tarixində təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. Uçota alınmayan qaz həcminin hesablanması qaydası aşağıdakı kimidir: 2.201.797 m3 (son elektron göstərici) – 1.889.021 m3 (sayğacın 1 il əvvəlki elektron göstəricisi) = 312.776 m3 (son 1 illik qaz sərfi), 312.776 m3 * 29.2%=91.331m3 (uçotu pozulmuş qaz sərfi).

8. Abonentin saldosundan görünür ki, hüq uqi şəxs "xxxx" MMC-nin 2022-ci ilə qalıq və aktlar üzrə borcu 20.092,82 manat təşkil edir.

9. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 2023cü il 26 yanvar tarixli 3-15-2- 2/2-31/2023 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblərin” 2.14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların t ənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və həmin Qaydanın 2.18-ci bəndinə görə ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. "xxxx" MMC-nin qaz sayğacı 2022-ci il 29 avqust tarixində Cavabdeh1 İB-nin Gəncə RQİİ Goranboy XS tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanmasında əsas olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bu Qaydaların 3 nömrəli əlavəsin ə əsasən bağlanmış qazın alqısatqısı müqaviləsinin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini qanunvericiliyə uyğun olaraq İstehlakçıdan tələb etmək) tələbləri göstərilmişdir. Cavabdeh1 İB tərəfindən dəymiş ziyanın hesablanması zamanı “Qazdan istifadə Qaydaları”nın 5.2-cı bəndinin (Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakç ı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz tələbləri nəzərə alınmamışdır. O cümlədən, aparılan hesabat qaydası qüvvədə olan normativ hüquqi sənədlərlə tənzimlənmir. Eyni zamanda “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bu, Qaydaların 3 nömrəli əlavəsinə əsasən qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.8-ci yarımbəndinin tələblərinə ziddir. Müəssisənin qaz xətti üzərindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-250 EK- 220 tipli, 75161090 zavod nömrəli qaz sayğacının daxilinin çirkli və yağlı olması verilən təbii qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının tələblərinə cavab vermədiyini göstərir. “Qazdan istifadə Qaydaları”nın 1.5 bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın hə min standartlara uyğunlaşdırılıması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. O cümlədən, QOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar olan dövlət standartlarının tələblərinə cavab verməlidir. 10. 2022-ci il 28 sentyabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1 İB ilkin mediasiya sessiyasında iştirak etməmiş və X3 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini ödəmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1nə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20.092,82 manat) əlavə qaz sərfiyyatının əsassız hesab edilərək silinməsi və cavabdeh tərəfindən "xxxx" MMC-yə qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti – istixanada pomidor və sair məhsulların yetişdirilməsi və satışıdır. Cari ilin əvvəlində Cəmiyyət ötən ilə müqayisədə 2,5 ha əkin əvəzinə 1.5 ha əkin etdiyindən qaz sərfiyyatı azalmışdır. Bununla bağlı cavabdeh əraziyə gəlib yerində də baxış keçirmişdir. Lakin, cavabdeh Cəmiyyətin qaz sərfiyyatının azaldılmasını görərək bu hala şübhə ilə yanaşdığından, 2022-ci il 6 iyul tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və ististismara qəbulu haqqında” 2022-ci il 6 i yul tarixli ******* saylı Akt tətrib edərək Cəmiyyətə məxsus qaz sayğacı sökülüb aparılmışdır. Bundan sonra cavabdeh Cəmiyyətə 2022-ci il 15 avqust tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” AKT göndərmiş və həmin aktda qeyd olunmuşdur:

1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi. İmpuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. 3. 2022-ci il 19 fevral 2022-ci il 6 iyul tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 5 may tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T =20 C. Bundan sonra cavabdehin Goranboy XS üzrə rəis müavini V.Əsədovun təsdiqi ilə “Təbii qazın uçotunun pozulması haqqında” 2022-ci il 29 avqust tarixli akt tərtib olunmaqla onlara məlum olmayan əsaslara əsasən əlavə (xəta) 91.331 m3 həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. Qaz sərfiyyatını manatla çevirikdə 20.092,82 ma nat borc hesablanmışdır. Cəmiyyət cavabdehə və X8 İstismarı idarəsinə əsassız hesablanmış qaz sərfiyatının silinməsi və qaz sağacının yerinə quraşdırılması barədə həm pretenziya, həm də mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin cavabdeh müraciətlərinə cavab verməmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

13. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən “hesablanmış (xəta) 91.331 m3 həcmində (20.092,82 manat) hesablanmış əlavə qaz sərfiyatının əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonr a – “Qaydalar”) 4.1, 5.4-cü bəndlərinə istinad etmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Məmmədov).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı olan iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçı ya aid sayğacın daxili çirkli və yağlı olması əsası ilə hesablama təbii qazın uçotunun pozulması haqqında akta əsasən sayğacın ortalama 29.2% xəta ilə işləməsi əsas götürülməklə və cavabdehin öz mülahizələrinə əsasən aparılmış, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğac çıxarılaraq laboratoriya yoxlamasına aparılmış, lakin müəssisəyə qaz sayğacının yoxlamasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş və yoxlamada ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, həmin yoxlama qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmaqla aparıldığından, nəticələri qanuni sayıla bilməz. Həmçinin, iddiaçı sayğacın işl ək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşısa da, işlək vəziyyətdə olan sayğacın daxilində düzgün qeydiyyat aparılmamasına görə cavabdehlik daşıya bilməz.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən 20.092,82 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialı tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunmuşdur.

19. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.3, 1096.1-ci maddələrinə, Qaydaların 4.8, 5.2, 5.5ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 2.14, 2.18-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

22. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçıya məxsus qaz sayğacının Metrolo giya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanması keçirilərkən iddiaçının nümayəndəsi yoxlamanın keçirilməsi vaxtı ilə bağlı məlumatlandırılmamış, beləliklə də sayğacın yoxlanması iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir ki, bu da qanunvericiliyin tələblərinə zidd olmuşdur.

23. İddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşısa da, işlək vəziyyətdə olan sayğacın daxilində düzgün qeydiyyat aparılmamasına görə, sayğaca müdaxilə etməsi sübuta yetmədiyi halda cavabdehlik daşıya bilməzdi. Sayğacın düzgün işləməməsinin səbəbi kimi göstərilən - sayğacın içərisinin çirkli və yağlı olması mütəxəssis rəyindən göründüyü kimi verilmiş təbii qazın dövlət standartlarına uyğun olmaması ilə bağlı olmuşdur.

24. Apellyasiya şikayətinin iddiaçının s ayğacın normal istismarı üçün qaz sayğacından əvvəl süzgəcin quraşdırılmasını təmin etməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası həmin halın iş materialları ilə təsdiqini tapmadığını bildirmişdir.

25. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 21.3, 385.1, 442, 448.2, 567, 1096.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Qaydaların 4.8, 5.2, 5.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 2.14, 2.18-ci bəndlərinə, MPMin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Qətnamə 2023-cü il 21 aprel tarixdə iş üzrə tərəflərə göndərilmiş, 2023-cü il 4 may tarixdə onların şəxsi e lektron kabinetlərində yerləşdirilmişdir. Qətnaməni 2023-cü il 15 may tarixdə rəsmi qaydada əldə etmiş cavabdeh ondan 2023-cü il 24 iyun tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 27. “Qaz təchizatı haqqında Qanun”un 2-1-ci maddəsinin, Qaydaların 4.8-ci bəndinin, MPM-in 9.1, 88, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, 2022-ci il 6 iyul tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı dövlət yoxlamadan keçirilməsi üçün çıxarılmışdır. Sayğac yoxlamadan keçirilən zaman sayğacın daxilinin çirkli və yağlı olması, impuls ötürücünün normal olması, hesablayıcı mexanizmin işləməsi, rotorların ağır fırlanması, göstəricilər arasında fərq olması, hesablayıcımexanizmin şəffaf qapağında zədə izlərinin olması, 2022-ci il 19 fevral - 2022ci il 6 iyul tarixlərin saatlıq arxiv məlumatlarına əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınması, arxivə əsasən son sərfiyyatın 2022-ci il 5 may tarixdə qeydə alınması, sonrakı tarixlərdə qaz xəttində təzyiqin 3.50-4.38 bar civarında dəyişməsi, batereyanın istismar müddətinin sonuna 42 ay qalması, təzyiq borusunda sızma olmaması, temperatur və təzyiq çeviricilərinin normal olması, elektron göstəricinin mexaniki göstəricidə n 2873 m3 çox olması, impuls ötürücünün işləməsi, maksimal sərfiyyatda xətanın normaya uyğun olmaması, nominal və minimal sərfiyyatda hesablayıcı mexanizmin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş və bu barədə 2022-ci il 15 avqust tarixli, SS 29/164001592-2 nömrəli akt tərtib edilmişdir.

28. Məhkəmə qətnamədə sayğacın daxilinin çirkli və yağlı olmasını verilmiş təbii qazın keyfiyyətinin dövlət standartlarına uyğun olmamasını qeyd etmişdir. Halbuki, təbii qazın keyfiyyətinin dövlət standartlarına uyğun olmaması ilə bağlı nə Azərbaycan Respublikası Energetika Nazirliyi, nə də iddiaçı tərəfindən Cavabdeh1 İB-yə heç bir məlumat verilməmişdir. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu n 2.1-ci maddəsi və Qaydaların 4.1-ci bəndi üzrə - Cavabdeh1 İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin keçirildiyi yerlərə daxil olmadan, yalnız Qaydaların tələblərinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğacına baxış keçirilir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin m üəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır....” ”Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverici liyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” 35. “Qaz təchizatı haqqında” müddəalarında nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Qanunun müvafiq “Maddə

13. Qazın paylanması, satılması və qazın verilməsinin dayandırılması....

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)....”

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. X1 Və İstismarı... 4.8. Fi ziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar....” “5. X6 Şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonr a qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”ində nəzərdə tutulmuşdur:

2. Ölçmə vasitələrinin yoxlanılması qaydası “... 2.14. Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır.... 2.18. Ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, cavabdehin kassasiya şikayəti təmin olunmalı, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılma q üçün həmin məhkəməyə qaytarılmalıdır.

40. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində fiziki şəxsin sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılması nəzərdə tutulmuş, “Qaydalar”ın 4.8-ci bəndinin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, qanunvericiliklə hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi hüquqi şəxslərin özlərinin daşıması müəyyən edilmiş, apellyasiya məhkəməsi isə işə baxarkən qanunvericiliyin göstərilən normasının müddəasını nəzərə almamışdır.

41. Bundan əlavə, iş materiallarındakı iddiaçıya məxsus abonent saldosundan görünür ki, 2022-ci ilin mart ayında iddiaçı 107901 kub.m. qaz istehlak etdiyi halda, aprel ayında yalnız 49 kub.m, may ayında isə 19 kub.m qaz istehlak etmiş, iyun-iyul ayları isə hər hansı sərfiyyatı olmamışdır. İddia tələbini təmin edən məhkəmələr isə işin bu hallarına hər hansı əhəmiyyət verməmiş, iddiaçının 2021-ci ilin aprel-iyul aylarında nə qədər qaz işlətdiyini aydınlaşdırmamış, faktiki olaraqsa akta əsasən hesablanmış bütün borc məbləğini silməklə iddiaçının, 2022-ci ilin aprel-iyul aylarında dəyəri ödənilmədən qazdan istifadə etməsinə şərait yaratmışlar. Halbuki, bu müddət ərzində iddiaçı qazdan faktiki istifadə etdiyi üçün, istifadə etdiyi qazın dəyərini ödəmək kimi öhdəliyin daşıyıcısı olmuşdur. Bu hal isə öz növbəsind ə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-in sübutların qiymətləndirilməsi üzrə 88-ci maddəsi və 217, 220-ci maddələrinin pozuntusuna yol verildiyini təsdiq edir.

42. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı olan iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməsi təsdiq edilmədiyi halda, bu, iddiaçının təqsiri olmadan baş verə bilən hal olsa da, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmamış, iddiaçının 2021-ci ilin aprel-iyul aylarında nə qədər qaz işlətdiyini müəyyən etməməklə, hərtərəfli məhkəmə araşdırmasını təmin etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, bununla da qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etməmişdir.

43. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının 2021-ci ilin aprel-iyul aylarında nə qədər qaz işlətdiyi abonent saldosu tələb edilməklə, iddiaçının 2022-ci ilin aprel-iyul ayları üçün faktiki qaz sərfiyyatı və onun dəyəri dəqiq müəyyən edilməli, qaz sayğacının həqiqətənmi xəta ilə işləyib-işləmədiyi, qaz sayğacının tərəflərdən hansının balans mənsubiyyətində olması aydınlaşdırılmalı, tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən iddiaçının faktiki istifadə etdiyi qazın dəyərini ödəmək üzrə öhdəliyi olduğu nəzərə alınmaqla, mübahisənin qanuni həlli təmin edilməlidir.

44. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 İB-nin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsi ləğv olunsun. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar