Məhkəmə qərarları › İş №2-2(102)-46/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-46/2021

23.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-46/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borc məbləğinin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, cavabdeh İstehsalat Birliyinin vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borc məbləğinin silinməsi haqqında iddia tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-331/2020 saylı qətnaməsindən cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” 20.05,2019-cu il tarixli ******* saylı akta əsasən, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-100 markalı 75123621 nömrəli rotor tipli qaz sayğacı xx.xx.2019-cu il tarixində xətdən çıxarılmışdır.

2. İşin materiallarında olan, Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqı nda” xx xxxxx 2019-cu il tarixli ******* saylı akta görə, İddiaçı MMC-yə 2019-cu ilin yanvar-aprel ayları üçün 56.492 m3 qaz sərfiyyatına görə 11.298,40 manat borc məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MMC-yə 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış, ƏDV daxil 11.298,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cavabdeh" İstehsalat Birliyi (paylayıcı) ilə sənaye qaz qurğusu istifadəçisi kimi, İddiaçı MMC arasında bağlanmış “Qazın alqı-satqısı barədə” xx xxx 2018-ci il tarixli müqavilə üzrə isti fadə edilən suqızdırıcı qazan (qaz qurğusu) üçün təmin edilən qaza görə iddiaçı MMC tərəfindən aylıq haqq bugünə qədər gecikdirilmədən ödənilmişdir. Həmçinin qaz sayğacı MMC-yə aid ərazidə yerləşmir, paylayıcıya aid ərazidədir. Buna görə də, qaz sayğacında olan hər hansı nasazlıq barədə məlumatı bir qayda olaraq məhz paylayıcı vasitəsilə əldə olunur. Sayğacın dəyişdirilməsi və ya digər hallar olduqda (açılması və s.) MMC-nin nümayəndəsi paylayıcı tərəfindən dəvət edilir. Paylayıcının nümayəndəsi tərəfindən aylıq qaz sərfiyyatına dair hesab-faktura təqdim edilir və aylıq haqq ilə bağlı elektron vergi hesab-fakturası göndərilir. 5. 2019-cu ilin yanvar ayında keçən ilin dekabr ayı üçün olan haqq ilə bağlı elektron vergi hesab-fakturası göndərilmişdir, həmin vaxtdan sonra iddiaçı MMC-yə hesab- faktura təqdim edilməmiş, yalnız xx xxx 2019-cu il tarixdə 290 nömrəli hesab-faktura göndərilmişdir. Həmin hesab-fakturada MMC-nin ƏDV daxil 11.298,40 manat borcunun (xx xxxxx 2019-cu il tarixə qədər isə qalıq 11.228,85 manat qeyd olunmuşdur) olması göstərilmişdir. Elektron vergi hesab-fakturası isə xx xxxxxx 2019-cu il tarixdən sonra xx xxxx 2019-cu il tarixə qədər göndərilməmişdir. Bu borc məhz xx xxxxx 2019-cu il tarixli ******* nömrəli akta asasən hesablanmışdır, yəni qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanmasına görə belə borc yaranmışdır. Aktda da 11.298,40 manat məbləğ qeyd olunmuşdur.

6. Lakin iddiaçı MMC qaz sayğacı ona məxsus ərazidə olmadığından sayğacın korlanması və ya nasazlığı barədə məlumatlı olmamışlar. Paylayıcı hər ay qazdan istifadəyə görə hesab -faktura təqdim edir, bu hal tərəflər arasında bağlanmış müqavilənin 2.1.8 və 3.3-cü maddələrində də təsbit olunmuşdur. Paylayıcı sayğacın işləməməsini dərhal və ya ən geci 1 ay ərzində (yeni göstərici ilə bağlı hesab-faktura yazarkən) aşkar edə bilərdi, lakin göründüyü kimi yanvar ayından sonra hesab-faktura təqdim edilməmiş, yalnız may ayında 4 ay üçün haqq hesablanmışdır, bu zaman da keçən il üçün istifadə edilmiş qazın həcmi analoji olaraq əsas götürülmüşdür, halbuki bu il üçün şirkət çox sifariş götürməmiş və demək olar ki, qazdan istifadə edilməmişdir.

7. Hesablanmış borc məbləği real deyildir, paylayıcı bugünə qədər olduğu kimi aylıq hesab-faktura təqdim etməyə davam etsə idi, bu qədər məbləğ yaranmazdı, əsassız borc hesablanmazdı və sayğacdakı nasazlıq dərhal aşkar edilərdi.

8. İ ddianın verildiyi günədən artıq 3 aydır ki əsassız borca görə qazın verilməsi dayandırılmışdır. Lakin buna baxmayaraq qeyd edilən müddətdə istehsalatda iş davam etməkdədir, bu da onu sübut edir ki, istehsalat qazdan asılı deyildir. Yalnız zərurət olarsa sifarişlərin yerinə yetirilməsi üçün qazdan istifadə olunur. Yəni hər il qazdan istifadə həcmi eyni olmur, buna görə də sayğacın olmadığı 4 ay üçün keçən ildəki göstəricilərin əsas götürülməsi düzgün deyildir. Yəni qazdan asılı olmadan istehsalatda sifarişlər icra edilir.

9. Cavabdehin nümayəndəsi həmişəki kimi aylıq qazdan istifadəyə görə hesabfakturanı vaxtında təqdim etsə idi, sayğacdakı nasazlıq vaxtında aşkar olunardı və 4 ay üçün belə əsassız borcun hesablanmasına gətirib çıxarmazdı.

10. Cavabdehə 11.298,40 manat əsassız borcun silinm əsi ilə bağlı pretenziya qaydasında müraciət edilmiş, həmin müraciət cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Lakin müraciətdən bir ay keçməsinə baxmayaraq rəsmi cavab verilməmişdir. Bunu təsdiq edən poçt qəbzi və pretenziya məktubu iddia ərizəsinə əlavə olunur. Buna görə də borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır, iddia ərizəsi və qoşma sənədlər də cavabdehə rəsmi şəkildə göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli saylı qətnaməsi ilə (hakim A.Əliyeva; iş No e-2-2(113)-438/2020) iddianın qismən təmin edilməsi, İddiaçı MMCyə Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəy ici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış 10.063,20 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir 12. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G-100 markalı 75123621 nömrəli rotor tipli qaz sayğacı xx.xx.2019-cu il tarixində xətdən çıxarılmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx xxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə 2019-cu ilin yavnar-aprel ayları üçün 56.492 m3 qaz sərfiyyatına görə 11.298,40 manat borc hesablanmışdır. 13. 2019-cu ilin yanvar ayından aprel a yınadək, yəni 4 ay ərzində iddiaçının fəaliyyəti olduğu müddətdə, o, qazdan istifadə etmiş lakin qaz sayğacının çıxarılması nəticəsində qazın dəyəri üzrə hesablaşmalar aparılması mümkün olmamışdır. İddiaçının hazırki iş üzrə mübahisəli 4 aydan əvvəlki, yəni 2018-ci ilin dekabr ayı üzrə olan 1.544 kub metr qaz sərfiyyatını əsas götürərək, həmin ayın orta gündəlik sərfi 51,46 kub metr olmaqla, 2019-cu ilin yanvar-aprel ayları üçün hesablanmalıdır. Belə olan halda, qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən yəni 2019-cu il yanvar-aprel ayları üzrə, yəni 120 günün qaz sərfiyyat (0,20 X 120 gün X 51,46 kub metr) 1.235,20 manat təşkil edir.

14. Belə olan halda məhkəmə iddiaçının qaz sayğacının olmadığı dövr üçün istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu, eyni zamanda borcun hesablandığı aydan əvvəlki ayda qeyri-yaşayış sahəsində qaz sayğacı olmadığından 2019-cu ilin yanvar-aprel ayları üçün borcun 2018-ci ilin dekabr ayının göstəriclərinə əsasən hesablanması mümkün olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx xxxx 2019-cu il tarixli ******* saylı akta əsasən 2019-cu ilin yanvar-aprel ayları üçün iddiaçıya yalnız 1.235,20 manat hissəsində borc hesablamaqda haqlı olmuş və iddia həmin hissədə təmin edilməməlidir.

15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385; “X2”nın 4.2, 5.4; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən narazı qalan ca vabdeh İstehsalat Birliyi ondan apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov; hakimlər C.Yusifov və V.Baxışova; iş № 2-2(103)331/2020) cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, 2019cu ilin yanvar ayından aprel ayınadək, yəni 4 ay ərzində iddiaçının fəaliyyəti ol duğu müddətdə, o qazdan istifadə etmiş, lakin sayğacı işlək vəziyyətdə olmadığı üçün qaz sərfiyyatı qeydə alınmamışdır. Belə olan halda isə istifadə olunmuş qazın dəyəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2»nın 5.4-cü bəndinə uyğun hesablanmalıdır.

19. Həmin bəndə əsasən hesablandıqda isə müəyyən olunur ki, 2019-cu ilin yanvaraprel ayları üçün hesablanmalı olan qazın dəyəri 1.235,2 manat təşkil edir. Çünki abonent saldosundan müəyyən olunur ki, 2019-cu ilin yanvar-aprel aylarından əvvəlki, yəni 2018-ci ilin dekabr ayı üzrə olan qaz sərfiyyatı 1.544 kub metr olmuşdur. Bu həcmdə qaz sərfiyyatı əsas götürüldükdə isə müəyyən olunur ki, həmin ayın orta gündəlik sərfi 51,46 kub metr və 4 ay üzrə ödənilməli olan məbləğ 1.235,2 manat təşkil edir (0,20 manat X 51,46 kub metr X 120 gün = 1235,2 manat).

20. Bu baxımdan cavabdeh İstehsalat Birliyi tərəfindən həmin məbləğdə borcun hesablanması əsaslı, qalan məbləğin, yəni 10.063,2 manat borcun (11.298,4 – 1.235,2 = 10.063,2) hesablanması isə əsassızdır.

21. Ona görə də, iddia qismən təmin edilməli və cavabdeh tərəfindən əsassız hesablanmış 10.063,2 manat məbləğində borc silinməlidir.

22. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə olmadığı dövr üçün qaz sərfiyyatı və ona görə ödənilməli olan məbləğ əvvəlki ilin müvafiq aylarının göstəricilərinə əsasən deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş « X2»nın 5.4-cü bəndinə uyğun olaraq sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanır.

23. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 52.2, 329.2, 329.3, 385.1, 404.1, 404.2, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.2, 462.1, 463-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Həmin qətnamədən narazı qalan cavabdeh İstehsalat Birliyi ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməs, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh İstehsalat Birliyinin kassasiya şikayətində qeyd edilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, ünvanı üzrə İddiaçı MMC-yə məxsus sənaye müəssisəsi vardır. Sənay e müəssisəsinə qaz xətti çəkilmiş və qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmış, xx xxx 2018-ci il tarixdə “Ttəbii qazın alqı-satqısına dair” müqavilə bağlanmışdır. Həmin sənaye müəssisəsinə **********00150 nömrəli abonent kodu verilmişdir. Bağlanmış müvafiq müqavilə isə «İddiaçı” MMC-yə məxsus **********00150 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında yaranacaq öhdəlik münasibətlərini tənzimləyir. Həmin müqavilənin şərtlərinə görə sayğacda hər hansı bir nasazlıq yarandığı hallarda paylayıcı həmin nasazlığın aradan qaldırılması üçün tədbirlər görür.

26. Bu halda da istehlakçinin nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilmiş, sayğacın işləmədiyi müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmışdır. «İddiaçı” MMC- nin nümayəndəsi də aktı i mzalayaraq sayğacın işləmədiyini təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı aktla işləməyən G1xx xxxxx 75123621 sayğac çıxarılmış, və G-1xx xxxxx 75019286 saylı sayğacla əvəz edilmişdir. 27. xx.xx.2019-cu il tarixli ******* saylı aktla 75019286 saylı sayğac qaz xəttinin üzərində quraşdırılmış və işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. 28. 30.05.2019-cu il tarixli ******* saylı aktla sayğaca yerində xidmət həyata keçirilmiş, G-100 markalı 75123621 saylı sayğacın yeri ilə tənzimləyicinin yeri dəyişdirilmiş, o tənzimləyicidən əvvəldə quraşdırılmışdır. 29. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunmuş, həmin akta görə sayğacın işləmədiyi 4 ay müddəti üçün 56.492 m3 qaz itkisi hesa blanaraq: 0,20 manat X 56.492 m3 = 11.298.40 manat borc müəyyən edilmiş, bu məbləğ abonentin hesabına daxil edilmişdir. Abonent tərəfindən hesablanmış borc məbləğinin bir hissəsi ödənilmişdir

30. Tərəflər arasında müəyyən edilmiş öhdəliklər müqavilə münasibətləri üzrə tənzimləndiyindən, apelyasiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında həmin münasibətləri tənzimləyən maddi hüquq normalarını (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 389, 442, 448, 1096, 1097-ci və s. maddələrinin tələbləri) icraatında olan iş üzrə düzgün tədbiq etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı hər hnsı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdeh İstehsalat Birliyinin vəkili Vək il2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı MMC-nin nümaynədsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı MMC-yə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”-nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfind ən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyi ndən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “X2”nın 5.4-cü bəndində müəyyən edilmiş üsul sayğacdan kənar qaz sərfiyyatının hesablanmasına dair həmin Qaydalarda müəyyən edilmiş yeganə üsuldur. Cavabdeh İstehsalat Birliyi tərəfindən tətbiq edilən digər üsullar, o cümlədən “əvvəlki ilin müvafiq aylarının sərfiyyatı nəzərə alınmaqla”, habelə “mövcud olan qaz işlədici qurğuların gücü əsas götürülməklə” qaz sərfiyyatının hesablanması bu Qaydalara ziddir.

40. İş üzrə sübut olunmuşdur ki, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MMC-yə 4 ay qaz sərfiyyatı üçün hesablanmış 11.928,40 manat borc yuxarıda qeyd edilən üsulla hesablanmamışdır. Bu zaman iddiaçı MMC-nin istehlakçı kimi öz sayğacı üçün məsuliyyət daşıması haqqında cavabdeh İstehsalat Birliyinin dəlili yersizdir və heç bir məna daşımır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair Cavabdeh İB-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

42. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xx.xx.2020-ci il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar