Məhkəmə qərarları › İş №2-2(102)-46/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-46/2024

06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-46/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X” Azərbaycan Respublikasındakı filialının müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X13 Company Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı cəlb olunmaqla Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı “X” Azərbaycan Respublikasındakı Filialının müstəqil tələb irəli sürməyən üçüncü ş əxs “X13 Company Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialı cəlb olunmaqla Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(103)-466/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 7 noyabr tarixli KR170246 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın (2.531,47 m uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boru) ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X13” şirkəti, yük alan İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı). 2. 2017-ci il 7 noyabr tarixli KR170246 nömrəli hesab-fakturadan görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın 3.550,70 m uzunluğu və 1 metrin qiyməti 10.04 ABŞ dolları olan 4.000 m 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun ümumi dəyəri 44.129,33 ABŞ dolları, 1.987,74 m uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 27/8" 6.5 PPF N-80, EUE R2 boru və 449,30 m uzunluğu və 1 metrin qiyməti 10,04 ABŞ dolları olan 4.000 m 2-3/8" 4.7PPF, N-80, EUE R2 boru) ümumi dəyəri 37.842,36 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X13” şirkəti, yük alan - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı). 3. 2017-ci il 27 dekabr tarixli **********2874 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 39.692,31 ABŞ dolları olan Muradxanl ı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 4. 2017-ci il 27 dekabr tarixli **********2871 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 37.842,36 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 5. 2017-ci il 27 dekabr tarixli **********2866, **********2875, **********2877, **********2880, **********2886, **********2888, **********2890, **********2891, **********2892, **********2893, **********2894, **********2895, **********2900, **********2901, **********2902, **********2904, **** ******12905, **********2906 nömrəli qısa idxal bəyannamələrindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 41.082,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 borunun, **********2884 nömrəli qısa idxal bəyannaməsi üzrə isə 10 bağlama 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 6. 2018-ci il 1 fevral tarixli KR171733 nömrəli hesab-fakturadan görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın 1.370,68 m uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.364.70 ABŞ dolları, 1.458,24 m uzunluğu və 1 metrin qiyməti 77.60 ABŞ dolları olan 73mm*4200mm Drill pipe (qazma borular) ümumi dəyəri 113.159,60 ABŞ dolları və 1.371,08 m uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.395,70 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X13” şirkəti, yük alan - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı). 7. 2018-ci il 8 fevral tarixli **********6598 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 44.129,33 ABŞ dolları olan 10 bağlama 2-3/8" 4.7PPF, N80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir. 8. 2018-ci il 8 fevral tarixli **********6589 nömrəli gömrü k bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 37.842,36 ABŞ dolları olan 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir. 9. 2018-ci il 8 fevral tarixli **********6590 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 39.692,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir. 10. 2018-ci il 8 fevral tarixli **********615, **********6588, **********6593, **********6591, **********6596, **********6601, **********6602, **********6603, **********6606, **********6604, **********6605, **********6600 nömrəli və 2018-ci il 9 fevral tarixli **********7020, **********7064, **********6919, **********6959, **********6822, **********6788 nömrəli gömrük bəyannamələrindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 41.082,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdir ilmişdir. 11. 2018-ci il 12 mart tarixli **********1660 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 106.364,70 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları, 113.159,60 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları və 106.395,70 ABŞ dolları olan 11 ədəd ölçü 73mm*4.200mm qazma boruları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.

12. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 2018-ci il 10 yanvar tarixli AOOC-ZD 0xx-xx/2018 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. 13. 2018-ci il 10 yanvar tarixli müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 3.224,93 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 72.496,42 ABŞ dolları, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.975 m uzunluğu nda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 44.398 ABŞ dolları və bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.470 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 33.046 ABŞ dolları təşkil etmişdir. 14. 2018-ci il 12 mart tarixli EAAH seriyalı 649080 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 123.224,58 manat dəyərində təqdim edilmiş 3.224,93 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 15. 2018-ci il 20 avqust tarixli EAAL seriyalı 454846 nömrəli tarixli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı fil ialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 75.464,75 manat dəyərində təqdim edilmiş 1.975 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

16. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 56.183,40 manat dəyərində təqdim edilmiş 1.470 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018ci il 31 avqust tarixli EAAL seriyalı 708226 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

17. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2018-ci il 7 dekabr tarixli AOOC-017/2018 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. 18. 2018-ci il 7 dekabr tarixli müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.000 m uzunluğunda olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiym əti 89.920 ABŞ dolları təşkil etmişdir.

19. Podratçı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə sifarişçi “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış əsas xidmətlərin göstərilməsi üzrə 2018-ci il 18 dekabr tarixli AOOC-019/2018 nömrəli çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, həmin müqavilə tərəfləri işlərin yetirilməsi və ya malların çatdırılması barədə sifarişi imzaladıqları təqdirdə podratçı tərəfindən sifarişçiyə xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və malların satışı üzrə ümumi müddəaları müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə podratçı sifarişçiyə avadanlıqlar, işçi heyəti və malları təqdim etmək, sifarişçi isə bunun müqabilində hazırkı müqavilədə müəyyən edilmiş qaydaya uyğun olaraq ödəniş etmək öhdəliyini götürür.

20. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 152.880 manat dəyərində təqdim edilmiş 4.000 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018ci il 28 dekabr tarixli EAAO seriyalı 778876 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

21. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 14 may tarixli AOOC-023/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğ un boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.400 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 53.952 ABŞ dolları təşkil etmişdir. 22. 2019-cu il 21 may tarixli EAAU seriyalı 753421 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 91.728 manat dəyərində təqdim edilmiş 2.400 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

23. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 7 iyun tarixli AOOC-029/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə ə lavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 55.727,92 ABŞ dolları təşkil etmişdir. 24. 2019-cu il 7 iyun tarixli EAAV seriyalı 496213 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 25. 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı 377766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 109.385,64 manat dəyərində təqdim edilmiş 2.862 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

26. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıc ı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.690 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 37.991,20 ABŞ dolları təşkil etmişdir. 27. 2019-cu il 1 iyul tarixli EAAW seriyalı 540256 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 64.591,80 manat dəyərində təqdim edilmiş 1.690 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 28. 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 nömrəli alğı-satqı müqaviləsinə 1 nömrəli qoşma olan 2019-cu il 17 iyul tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.119 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 92.595,12 ABŞ dolları təşkil etmişdir. 29. 2019-cu il 17 iyul tarixli EAAX seriyalı 311818 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 157.428,18 manat dəyərində təqdim edilmiş 4.119 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

30. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokoll arında göstərilir. Həmin müqaviləyə olan 1 nömrəli qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.710 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 38.440,80 ABŞ dolları təşkil etmişdir. 31. 2019-cu il 10 iyul tarixli EAAW seriyalı 959672 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 65.356,20 manat dəyərində təqdim edilmiş 1.710 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 32. 2019-cu il 16 iyul tarixli EAAX seriyalı 222626 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbayc an Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

33. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhd əsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 nömrəli qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 21,83 ABŞ dolları olan 1.426 m uzunluğunda olan 2- 3/8" 4.7 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 31.129,58 ABŞ dolları təşkil etmişdir. 34. 2019-cu il 28 avqust tarixli EAAZ seriyalı 098766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 52.918,86 manat dəyərində təqdim edilmiş 1.426 m uzunluğunda olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruya görə elek tron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 35. 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktından görünür ki, istismara verilmə tarixi 2018-ci il olan uzunluğu 3.465 m olan Muradxanlı 45 nömrəli quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 935 m olan Zərdab 21 nömrəli quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.002 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.268 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 və uzunluğu 4.000 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borular, həmçinin istismara verilmə tarixi 2019-cu il olan uzunluğu 2.400 m olan 2-7/8" 6.5 PPF N80, EUE R2, uzunluğu 2.479 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.690 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.710 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 2.479 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzu nluğu 4.119 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 və uzunluğu 1.426 m olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruları “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

36. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli e-2-2(113)1049/2020 nömrəli qətnaməsi ilə ümumilikdə 1.035.311,57 manat pul vəsaitinin “X13 Company Limited” şirkətindən tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

37. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 7 oktyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borusu (uzunluğu 24.453 m, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, toplam dəyəri 320.578,83 ABŞ dolları), 2-3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu (uzunluğu 2.574 m,1 metrinin dəyəri 10,04 ABŞ dolları, toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusunun (göstəriciləri: 73 mm düym uzunluğu 4.200 m, 1 metrinin dəyəri 77,60 ABŞ dolları, toplam dəyəri 325.920 ABŞ dolları) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, 650.000 ABŞ dolları məbləğində əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

38. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor bor usu, 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu və qazma borusu 2018-ci ildə Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində və cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. İddiaçı mülkiyyətində olan həmin boruları ölkədən ixrac etmək niyyətində olmuşdur. Lakin cavabdeh həmin boruların ərazidən çıxarılmasına mane olaraq iddiaçının mülkiyyət hüququnu pozmuş, iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik etmişdir. Boruların ərazidən götürülməsi ilə bağlı cavabdehə ünvanlanmış məktuba sonuncu tərəfindən əsassız cavab olaraq, onun ilə “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “üçüncü şəxs”) arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə qətnaməsinin qəbul olunduğu, iddia çıya məxsus həmin boruların üçüncü şəxsin borcu ilə əvəzləşdirilməsi barədə sonuncuya müraciət edildiyi və boruların mülkiyyət hüququnun iddiaçıda olduğunu təsdiq edən sənədlərin mövcud olmadığı bildirilmişdir.

39. Cavabdehlə üçüncü şəxs arasında olan mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuş, qətnamə üzrə icra vərəqi qəbul edilmişdir. Həmin mübahisənin predmetinə iddiaçının mülkiyyətində olan borular daxil olmamışdır. Məhkəmə və icra orqanı tərəfindən həmin boruların üçüncü şəxsə məxsus olması, üzərinə həbs qoyulması və s. barədə rəsmi məlumat və ya qərar mövcud olmamışdır. Cavabdehin həmin boruların iddiaçıya “aid olmadığını” bildirdiyi məktuba cavab olaraq boruların ölkəyə iddiaçı tərəfindən idxal olunduğunu təsdiq edən gömrük bəyannamələri, həmçinin mülkiyyət hüququnu təsdiq edən Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 yanvar tarixli e-2-2(113)-483/2021 nömrəli qərardadının surəti göndərilmişdir. Müvafiq məhkəmə qərardadı iddiaçı ilə “X7 X8 LTD” şirkəti arasında olan borc mübahisəsi üzrə iddiaçıya məxsus borular üzərinə həbs qoyulması barədə qəbul edilmiş və qərardaddan həmin boruların iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Boruların ümumi dəyəri 672.341,79 ABŞ dollarıdır və onların cavabdeh tərəfindən qanunsuz saxlanılması nəticəsində iddiaçı 650.000 ABŞ dolları məbləğində gəlirdən məhrum olmuşdur. İddiaçıya məxsus əmlaka qanunsuz sahiblik edən cavabdeh həmin əmlaklardan istifadə etməklə üçüncü şəxslərə xidmət göstərmişdir.

40. Cavabdeh iddiaya etiraz etirazını onunla əsaslandırmışdır ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən veril mişdir. İddiaçı istinad etdiyi bəyannamələri məhkəməyə təqdim etməmişdir. 2021-ci il 6 yanvar tarixli məhkəmə qərardadı ilə əmlakın mahiyyət üzrə kimin mülkiyyətində olduğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi qərardadda boruların kimə məxsus olması barədə araşdırılma aparılması və sübuta yetirilməsi göstərilməmiş, iddiada qeyd edilən borularla qərardadda göstərilən borular eynilik təşkil etməmişdir. İddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənəd təqdim etməmişdir. Həmin borular üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilmişdir. SOCAR-ın cavabdeh ilə üçüncü şəxs arasında dalma qurğularının kirayəyə verilməsi, quraşdır ılması və təmirinə dair 2016-cı il 28 sentyabr tarixli 52/10/XM nömrəli və 2019-cu il 30 yanvar tarixli 11/09/XM nömrəli xidmət müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, üçüncü şəxs öz öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2020-ci il 26 noyabr tarixli 2-2(113)1049/2020 nömrəli qətnaməsi ilə 1.035.341,57 manat pul vəsaitinin üçüncü şəxs tərəfindən cavabdehə ödənilməsi qət edilmişdir. Üçüncü şəxs ilə SOCAR arasında imzalanmış 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktına əsasən, bir çox avadanlıqlar, inzibatı bina və s. cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir və onların arasında üçüncü şəxs tərəfində n alınmış “2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli və 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları mövcud olmuşdur.

41. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 noyabr tarixli e-2-2(113)5099/2021 nömrəli qərardadı ilə “X13 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır (hakim – L.Əliyeva).

42. Məhkəmənin tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2022-ci il 11 aprel tarixli 10/455 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən borular 73 mm-lik, d ivarın qalınlığı 9,19 mm olan İD 2-1/8” qazma (drill pipe) tipli, diametri 73 mm-lik, divarın qalınlığı 5.51 mm olan 2-7/8” 6.5 PPF N-80, EUE R2 və diametri 60 mm-lik, divarın qalınlığı 4,83 mm olan 2-3/8” 4.7 PPF N-80, EUE R2 tikişsiz nasos kompressor tipli borular olmuşdur. 2022-ci il 15 mart tarixində keçirilmiş baxış zamanı əldə olunmuş məlumatlara əsasən cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən diametri 73 mm olan qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 m, diametri 73 mm olan nasos kompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 m, diametri 60 mm-lik nasos kompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 m olmaqla ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 m olmuşdur. - 2022-ci il 19 yanvar tarixli 10/455 nömrəli vəsatətlə məhkə mədən iddiaçıya məxsus olması iddia edilən cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən nasos kompressor və qazma borularının möhkəmlik qrupu və poladın markasının müəyyənləşdirməsi üçün, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə baxış zamanı nümunələr kimi götürülmüş boru hissələrinin sınaq və yoxlamalarının keçirilməsinin təşkil edilməsi və keçirilmiş yoxlamaların nəticələrinin ekspertizaya təqdim olunmasının xahiş edilməsinə baxmayaraq, bu günə kimi həmin nəticələr ekspertizaya təqdim olunmamışdır. Qeyd olunan səbəbdən boruların möhkəmlik qrupu və poladın markasını müəyyən etmək mümkün olmamışdır. - Ekspertizaya təqdim edilmiş gömrük bəyannamələrində, kommersiya invoyslarda, qablaşdırma siyahılarda, mənşə sertifikatına və baxış zamanı əldə olunmuş lövhəciklərdə olan məlu matlara görə, yükün, həmçinin iddia olunan boruların sifarişçisi Aran Oil şirkəti, yükü göndərən “Erui X1 Co. Ltd” şirkəti, malı qəbul edən iddiaçıdır, mənşə ölkəsi Çin Xalq Respublikası, istehsalçısı isə “Darun” X5 Manufacturing Co.Ltd” şirkətidir. - Cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşdirilmiş sözügedən borularla iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasos kompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil etmişdir.

43. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçıya məxsus girov predmeti olan borulara baxış keçirmişdir. Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borular 2017-c i ildə girov qoyulmuşdur. Əmlak girov qoyulduğu zaman kredit mütəxəssisi yoxlamışdır. O, monitorinq şöbəsinin nümayəndəsi kimi sonradan yoxlama aparmışdır. Boruları gömrük bəyannamələrindəki məlumatlar ilə müqayisə edirdilər. Bəyannamədə boruların ölçüsü və sayı qeyd edilmişdir. Boruların üzərində nömrələr var idi. Üç dəfə sahəyə getmişlər, borular bir sahədə olmuşdur. Onlara demişdilər ki, iddiaçının boruları Aran Oil şirkətinin ərazisindədir. 2020-ci ildə girov predmeti olan boruların mövcud olub-olmamasını yoxlayırdı.

44. X2 məhkəmədə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, boruların təhvil verilməsində iştirak etmişdir. Sadəcə quyularda işlənən boruları və nasosları təhvil vermişlər. Təhvil verdikləri zaman borular yeraltı təhvil sexində və quyuda idi, sex hazırda da ç alışır. Təhvil-təslim aktında istismara təhvil tarixi bəndi boruların quyulara istismara verilmə tarixidir. Aran Oil şirkəti 10-15 quyunun üzərində iş aparırdı. Təhvil-təslim bitdikdən sonra sahədə nasos avadanlıqları qalmışdır. Təhvil verilməyən heç nə qalmamışdır. Aran Oil şirkətinə aid olmayan heç nə sahədə yox idi. Daha sonra şahid həmçinin bildirmişdir ki, sahədə borular qalmışdı. Borular iddiaçıya məxsus idi və boruları sahədə saxlanılırdı. X15 şirkətinin istifadə etməsi üçün gətirilmişdir və sonuncu iddiaçı ilə birgə çalışırdı.

45. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 iyun tarixli e-2-2(113)-285/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borular ı; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 m olan 2 3/8” 4.7PPF, N80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 m olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin alınaraq iddiaçıya verilməsi, dövlət rüsumunun əvəzi 800 manat və mediasiya xərclərinin əvəzi 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

46. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində ümumi uzunluğu 50.000 m, diametri 73 mm olan nasos kompressor boruları; uzunluğu 4.000 m, diametri 60 mm olan nasos kompressor boruları və uzunluğu 4.200 m, diametri 73 mm olan qazma boruları Azərbaycan Respublikasına gətirilərək iddiaçını n adına gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Daha sonra 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən üçüncü şəxsə ümumi uzunluğu 28.409 m, diametri 73 mm olan nasos kompressor boruları, uzunluğu 1.426 m, diametri 60 mm olan nasos kompressor boruları satılmışdır. Uzunluğu 21.591 m (50.000 m-28.409 m), diametri 73 mm olan nasos kompressor boruları; uzunluğu 2.574 m (4.000 m-1.426 m), diametri 60 mm olan nasos kompressor boruları və uzunluğu 4.200 m, diametri 73 mm olan qazma boruları da iddiaçının balansında olmaqla iddiaçı həmin boruların qanuni sahibidir.

47. İddiaçının qaytarılmasını tələb etdiyi uzunluğu 2.862 m, diametri 73 mm olan nasos kompressor borularına gəldikdə isə, uzunluğu 2.862 m, diametri 73 mm olan nasos kompressor boruları AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019- cu il 25 dekabr tarixli EBAE seriyalı 377766 nömrəli elektron qaimə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır. İş materialları ilə həmin ölçüdə 21.591 m uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda, iddiaçı həmin ölçüdə 24.453 m nasos kompressor borularının ona məxsus olmasını iddia etmişdir. İddiaçı həmin boruların dəyəri alıcı tərəfindən ödənilmədiyindən boruların sonradan onlara qaytarılması barədə alıcı ilə razılığa gəldiklərini iddia etsə də, həmin halları, yəni ödəniş edilməməsi ilə bağlı müqavilədən imtina etmələrini və boruların qaytarılmasını tələb etmələrini, alıcının da həmin boruları qaytarmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, həmin boruların iddiaçıya məxsus olması öz təsdiqini tapmamışdır.

48. Cavabdehin ərazisi ndə yerləşən boruların iddiaçıya məxsus borular olubolmamasını müəyyən etmək məqsədilə iş üzrə təyin olunmuş mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən boruların texniki parametrləri iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş boruların texniki parametrləri ilə eynilik təşkil etməklə bərabər həmin boruların miqdarı (uzunluqları) da iddiaçının qaytarılmasını tələb etdiyi boruların miqdarına təxminən uyğun gəlir.

49. İddiaçıya məxsus 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 m olan nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 m olan nasos kompressor boruları və 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 m, diametri 73 mm olan qazma borularına fakti ki olaraq cavabdeh sahiblik edir.

50. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikasına idxal etdiyi boruların Muradxanlı neft və qazçıxarma sahəsinə yerləşdirilməsini təsdiq edən sənəd (təhvil-təslim aktı) təqdim etməsə də, işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, mübahisəli boruların hazırda yerləşdiyi Muradxanlı neft və qaz çıxarma sahəsi “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqların daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2016-cı il 16 mart tarixli sazişə əsasən, əvvəllər üçüncü şəxsin fəaliyyət göstərdiyi sahə olmuşdur. Üçüncü şəxs isə öz növbəsində iddiaçı ilə əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsindən irəli gələn müqavilə münasibətlərində olmuşdur.

51. İddiaçının Azərbaycan Respublika sı ərazisinə idxal etdiyi boruların gömrük bəyannamələrində, yük qaimələrində yüklərin çatdırılması barədə xəbər verilməsi olan tərəf qismində, invoyslarda sifarişçi qismində üçüncü şəxs göstərilmiş, qısa idxal bəyannamələrində isə həmin boruların Muradxanlı, Zərdab, Cəfərli yataqları üçün gətirilməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikasına gətirdiyi nasos kompressor boruların təxminən yarısı iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri və elektron qaimələrə əsasən üçüncü şəxsə satılmışdır. Üçüncü şəxsin Muradxanlı ərazisində göstərdiyi neft və qazçıxarma fəaliyyəti ilə bağlı iddiaçı ilə əməkdaşlıq etməsi, iddiaçı tərəfindən boruların üçüncü şəxsin neft və qazçıxarma sahəsində istismar olunması məqsədilə Azərbaycan Respublikasına idxal edilməsi barədə iddiaç ının dəlillərinin əsaslı olmasına dəlalət etmişdir. İddiaçıya məxsus boruların Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılması məhkəmə iclasında şahidlərin verdiyi ifadələr ilə də öz təsdiqini tapmışdır. Məhkəmə mübahisəli boruların Azərbaycan Respublikasına gətirildikdən sonra üçüncü şəxsin fəaliyyət göstərdiyi Muradxanlı sahəsində yerləşdirilməsi barədə iddiaçının dəlillərini ağlabatan hesab etmişdir.

52. Cavabdehin əmlaka sahibliyinin qanuni olub-olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli borulara sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olması müəyyən edilməmişdir. Cavabdeh Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşən mübahisəli boruların Aran Oil şirkətinə məxsus olmasını və həmin boruların onlara təhvil verilməsini bildirsə də, göstərilən hallar öz təsdiqini tapmamışdır. Aran Oil şirkəti cavabdehə ünvanlandığı 2021-ci il 15 aprel tarixli məktubunda cavabdehin Muradxanlı sahəsində Aran Oil şirkətinin balansında olan hər hansı nasos kompressor borularının olmamasını qeyd etmişdir. Həmçinin, cavabdehin etirazının əsasını təşkil edən halları sübuta yetirmək üçün istinad etdiyi təhvil-təslim aktından görünür ki, 2020-ci il 10 aprel tarixində “üçüncü şəxs tərəfindən ümumi uzunluğu 25.547 m, diametri 73 mm olan nasos kompressor boruları və ümumi uzunluğu 1.426 m, diametri 60 mm olan nasos kompressor boruları cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

53. Həmin borular təhvil-təslim aktının əsas vəsaitlər hissəsində 12-17, 19-24-cü nömrələr altında qeyd edilmiş və hər bir nömrənin qarşısında həmin nömrə altında təhvil verilmiş boruların istismara verildiyi tarix və yerləşdiyi sahə göstərilmişdir. Həmin məlumatlardan aydın olmuşdur ki, təhvil alınan zaman sözügedən borular Muradxanlı, Zərdab, Cəfərli sahələrində, bəziləri isə Quyuların Əsaslı və Yeraltı Təmiri Xidmətində yerləşir və 2018-2019-cu illərdə istismara verilmişdir. Yəni həmin borular müxtəlif sahələrdə istismara verilmiş quyularda yerləşən borulardır.

54. Sözügedən akta əsasən cavabdehin idarəsi tərəfindən təhvil alınmış boruların texniki parametrləri və miqdarı iddiaçının qaytarılmasını tələb etdiyi boruların texniki parametrləri və miqdarına deyil, iddiaçı tərəfindən Aran Oil şirkətinə satılmış boruların texniki parametrləri və miqdarına uyğun gəlmişdir. İddiaçı tərəfindən Aran Oil şirkətinə uzunluğu 1.426 m, diametri 60 mm olan nasos kompre ssor boruları satılmış və eyni miqdarda eyni ölçüdə borular sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən Aran Oil şirkətinə uzunluğu 28.409 m, diametri 73 mm olan nasos kompressor boruları satılmış və həmin boruların 25.547 m hissəsi sonuncu tərəfindən cavabdehə təhvil verilmiş, 2.862 m isə hissəsi Muradxanlı sahəsində saxlanılmışdır. İddiaçının qaytarılmasını tələb etdiyi və Muradxanlı sahəsində yerləşən ümumi uzunluğu 4.197 m olan qazma borularına gəldikdə isə həmin növdə X15 şirkətinə ümumiyyətlə satılmamış və təhvil-təslim aktına əsasən cavabdehə də təhvil verilməmişdir.

55. Və əksinə, iddiaçının idxal etdiyi 60 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 4.000 m, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 2.57 4 m olduğu halda, təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 1.426 m (4.000-2.574) təşkil etmişdir. İddiaçının idxal etdiyi 73 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 50.000 m, iddiaçının qaytarılması tələb etdiyi isə eyni ölçülü nasos kompressor borularının uzunluğu 24.453 m olduğu halda təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 25.547 m (50.000-24.453) təşkil etmişdir. İddiaçının idxal etdiyi 73 mm-lik qazma borularının ümumi uzunluğu 4.200 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 4.200 m olduğu halda təhvil-təslim aktına əsasən qazma boruları ümumiyyətlə təhvil alınmamışdır. 56. 2020-ci il 10 aprel tarixində Aran Oil şirkəti tərəfindən cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmiş borular iddiaçının qaytarılmasını tələb etdiyi Muradxanlı sahəsində yerləşən borular deyil, iddiaçı tərəfindən Aran Oil şirkətinə satılmış borulardır. İddiaçının istinad etdiyi 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktı Muradxanlı sahəsində yerləşən mübahisəli boruların cavabdehin qanuni sahibliyində olmasına dəlalət etməmişdir.

57. Əldən çıxmış faydaya görə hesablanmış 650.000 ABŞ dolları pulun tutulması tələbinə gəldikdə, iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

58. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan s onra – “MM”) 21.2, 157.2, 157.8 və 443.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 14.2, 77.1, 101.3, 107, 115.0.9, 119.1 və 222.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

59. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

60. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunduğu hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-808/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiy a şikayəti təmin olunmamış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

62. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kimi Zena Drilling şirkəti deyil, onun Azərbaycan Respublikasındakı Filialı çıxış etmişdir. İddia tələbləri isə sonuncuya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və əldən çıxmış faydanın tutulmasından ibarət olmuşdur. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Filial və nümayəndəliyin fəaliyyət göstərmələri üçün hüquqi şəxs onlara müəyyən əmlak verir və filial və nümayəndəliklər hüquqi şəxs olmadıqlarından həmin nemətlər üzərində mülkiyyət hüququ əldə etmirlər. Hüquqi şəxs həmin əmlakın vahid mülkiyyətçisi olaraq qalır. Öz əmlakına malik olmayan filial müstəqil olaraq mülki dövriyyədə iştirak edə bilməz. Bu baxımdan, iddiaçı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmamışdır. Mübahisə predmeti olan əmlaklar onun mülkiyyəti hesab edilə bilməz. Eyni zamanda, sonuncunun fəaliyyəti nəticəsində əldə oluna biləcək gəlir hüquqi şəxsə məxsusdur. Həmçinin, məhkəmə iclasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsi müzakirə olunmuş, lakin iddiaçı tərəf əvəz edilməsinə etiraz etmişdir. İddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmamışdır.

63. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(102)-88/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və A.Abbasov).

65. Kassasiya məhkəməsi iddiaçının iş üzrə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilkin olaraq qeyd etmişdir ki, hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin, eləcə də onun filial v ə nümayəndəliyinin hüquq qabiliyyəti həmin hüquqi şəxsin istinad etdiyi qanunla müəyyən olunur. Bu o anlama gəlir ki, apellyasiya məhkəməsi iddiaçının hüquq qabiliyyətinə Azərbaycan Respublikasının qanunu deyil, iddiaçının tabe olduğu hüquqi şəxsin istinad etdiyi qanun, yəni müvafiq xarici ölkənin hüququ əsasında qiymət verməli idi.

66. Xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan borular məhz iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına da rə smiləşdirilmiş, daha sonra onların bir hissəsi iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır.

67. MM-in 166.1-ci maddəsində nəzərdə tutulmuş prezumpsiyaya görə, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bundan başqa, MM-in 159, 160 və 161-ci maddələrinin əlaqəli təhlili onu deməyə əsas verir ki, xarici hüquqi şəxslərin filiallarının qanuni əsaslara əmlaka sahib olmaları yalnız mülkiyyət hüququ əsasında deyil, sahiblik hüququ əsasında da mümkündür. Belə ki, müvafiq xarici hüquqi şəxsin öz filialına təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün verdiyi əmlak, ən azından, filialın qanuni sahibliyində də ola bilər. Belə olan halda isə, MMin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka qanuni əsaslarla sahiblik edən xarici hüquqi şəxsin filialına da mənsubdur.

68. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən, cavabdeh isə tam mübahisələndirsə də, apellyasiya məhkəməsi iddia tələblərinin buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığını hesab edərək sübutları araşdırmadan rədd etdiyindən, mübahisə predmeti olan əmlakın həqiqətən də iddiaçıya məxsus olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyil. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən işdə olan sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

69. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(103) -466/2023 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Rüstəmli, hakimlər – A.İsgəndərov və V.Sadıqov).

70. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bu qərarın 46-47-ci bəndlərində göstərilənləri vurğulamaqla əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs aralarında olan alqı-satqı münasibətlərini müqavilələrlə və digər sənədlərlə rəsmiləşdirmişlər və belə olan halda boruların bir qisminin sonradan geri qaytarılmasının hər hansı sənədlə rəsmiləşdirilməməsi ağlabatan olmamışdır.

71. Apellyasiya məhkəməsi əldən çıxmış faydaya görə pulun tutulması ilə bağlı da birinci instansiya məhkəməsinin möv qeyi ilə razılaşmışdır (bax bu qərarın 57-ci bəndi).

72. İddiaçıya məxsus boruların üzərinə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 yanvar tarixli e-2-2(113)-483/2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, eyni zamanda həmin borular girov predmeti olmuş və yalnız "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanan 2021-ci il 22 iyun tarixli məktuba əsasən yerləşdiyi ərazidən çıxarılması barədə qadağa aradan qaldırılmışdır. İddiaçı isə 2021-ci il 7 oktyabr tarixində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə iddiaçının hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyi inandırıcı olmamışdır.

73. Bundan başqa, hər bir hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakı vardır və o, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Hüquqi şəxs öz adından əml ak və şəxsi qeyriəmlak hüquqları əldə edir və həyata keçirir, eyni zamanda vəzifələr daşıyır. İki ayrı hüquqi şəxslərin direktorunun və ya təsisçisinin eyni şəxs olması bir hüquqi şəxsin digərinin öhdəlikləri üçün cavabdehlik daşıması anlamına gəlməməlidir.

74. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisəli boruların iddiaçı ilə əlaqəsi olmayan ərazidə uzun müddət istifadə edilmədiyi, cavabdehin üçüncü şəxsə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyini, bununla da üçüncü şəxs qətnamənin icrasından yayınmaq məqsədi güddüyünü bildirsə də, işdən görünür ki, cavabdeh ilə üçüncü şəxs arasında olan mübahisəyə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə 2020-ci il 26 noyabr tarixində qəbul edilmişdir. Qeyd olunan bor ular isə girov predmeti olduğundan 2019-cu il 17 iyul tarixindən 2021-ci il 22 iyun tarixinədək iddiaçı tərəfindən cavabdehə məxsus ərazidən çıxarıla bilməzdi. Həmin tarixdən sonra iddiaçı tərəfindən boruların ərazidən çıxarılması cavabdehin hərəkətləri nəticəsində mümkün olmamış və iddiaçı buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

75. Cavabdeh mübahisəli boruların iddiaçıya deyil, üçüncü şəxsə məxsus olduğunu bildirsə də, üçüncü şəxs tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 15 aprel tarixli AOOC 03/21 nömrəli məktubunda da cavabdehin Muradxanlı sahəsində üçüncü şəxsin balansında olan hər hansı nasos kompressor borularının olmaması qeyd edilmişdir.

76. Bundan başqa, cavabdeh ilə üçüncü şəxs arasında 2020-ci il 10 aprel tarixində bir sıra əmlakların təhvil verilməsi barə də təhvil-təslim aktı bağlanarkən mübahisəli borular cavabdehə məxsus ərazidə yerləşsə də, onlar həmin akta daxil edilməmişdir. Cavabdeh həmin boruların üçüncü şəxsə məxsus olmadığından məlumatlı olmuşdur. Əks təqdirdə üçüncü şəxsin ona olan borcunun əvəzi olaraq həmin boruların qeyd olunan akta daxil edilməsini tələb edərdi.

77. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 157.2, 157.8, 159, 160, 161, 166.1 və 443.4-cü maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

78. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

79. MM-in 152.2 və 159-cu maddələrinin tələblə ri pozulmuş, “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X16 Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 173 nömrəli qərarı ilə müəyyən olunanlara riayət edilməmişdir. Əşyaya faktiki sahiblik edən əşya nın mülkiyyətçisi hesab edilir. İddiaçının boruları alması barədə məhkəməyə təqdim etdiyi 18 ədəd hesab-fakturadan görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim olunmuş malın ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil edir. İddiaçı məhkəməyə eyni hesab-fakturanı fərqli adla təqdim etmiş və məhkəmə buna sübut kimi istinad edərək iddianı təmin etmişdir. X15 şirkətinin sifarişi ilə gətirildiyi üçün başqa şəxslərə satılması mümkün deyil və gömrük bəyannamələrindən boruların Aran Oil şirkətinin sifarişi ilə gətirildiyi görünür.

80. Cavabdeh Aran Oil şirkətinə qarşı qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə borc tələbi təmin olunduqdan və cavabdeh Aran Oil şirkətindən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı ona məxsus olduğun u iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi Aran Oil şirkətindən deyil, başqa şəxsdən tələb edir. Zena Drilling və Aran Oil şirkətlərinin qanuni nümayəndəsi Andrea Kattaneo cavabdehə Aran Oil şirkəti olaraq borcunu ödəməkdən və qətnaməni icra etməkdən yayınmaq üçün digər Zena Drilling şirkətinin adından əsassız iddia qaldırmışdır.

81. MPM-in 9, 14, 88, 217 və 385-388-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi idxal bəyannamələrində sifarişçinin Aran Oil şirkəti olmasına, həmin boruların qeyd edilən əraziyə gətirilməsinə və elektron qaimələrə əsasən Aran Oil şirkətinə satılmasına istinad edərək mübahisəli boruların iddiaçıya məxsus olması qənaətinə gəlmiş, lakin istinad edilənlərə baxdıqda bununla boruların Aran Oil şirkətinə məxsus olması sübut edilsə də, iddia təmin edilmişdir.

82. Kassator həmçinin məhkəmənin şahid ifadələri ilə də iddianın sübut olunmasına dair mövqeyi ilə razılaşmır. Belə ki, "xxxx" ASC-nin işçisi olan şahid Əbdül Hacıyev bildirmişdir ki, “onun boruların məhz iddiaçıya məxsus olmasını müəyyən etmək səlahiyyəti olmamışdır. Sadəcə ərazidə borulara baxış keçirmişdir. Aran Oil və Zena Driling şirkətlərini ölkədə qanuni Nümayəndə2 təmsil etdiyi üçün cavabdehin ərazisinə gəldikdə sonuncunun hansı şirkət adından gəlməsi məlum olmaması səbəbindən onların əraziyə girişi maneəsiz olmuşdur. Həmçinin, banka da boruların ölkəyə gətirilməsi barədə sənədi təqdim edilərək, boruların guya onlara məxsus olmasını bildirmişlər. Amma qeyd edilənlər boruların doğrudan da iddiaçıya məxsus olmasını sübut etmir.”

83. Digər şahid Səxavət Mu radov ifadəsində bildirmişdir ki, “yeni boruları idarənin həyətindən götürürdülər. Təhvil verilməyən heç nə qalmamışdır və Aran Oil şirkətinə aid olmayan heç nə sahədə yox idi.” Daha sonra iddiaçının vəkilinin istiqamətverici sözündən sonra şahid bildirmişdir ki, “sahədə borular qalıb və borular iddiaçıya məxsusdur. Bu X15 şirkətinin istifadə edilməsi üçün gətirilmişdir.”

84. Şahid ifadələri ilə borunun Aran Oil şirkətinə məxsus olduğu sübut olunur və iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilməmişdir. Boruların iddiaçıya məxsus olduğu və iddiaçı ilə cavabdeh arasında əməkdaşlıq olmadığı təqdirdə, hansı səbəbdən boruların cavabdehin ərazisində yerləşdiyi sual olunur. İddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə v ə hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənəd təqdim etməmişdir. Boruların əraziyə gətirildiyi və Aran Oil şirkətinə təhvil verildiyi təqdirdə də, hansı səbəbdən iddiaçı boruların ona məxsus olmasını iddia etdiyi sual olunur.

85. Məhkəmənin bu qərarın 50-ci bəndində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, boruların parametrləri onların məhz kimə məxsus olmasının göstəricisi deyil. Çünki, eyni növ və ölçüdə borular ölkəyə digərləri tərəfindən də gətirilə bilər, yəni oxşar borular başqalarına da məxsus ola bilərdi. İddiaçı Aran Oil şirkətinin sifarişi ilə boruları ölkəyə gətirməsinə dair sənədlər təqdim etsə də, həmin boruların satılması barədə Aran Oil şirkəti ilə Zena Drilling şirkəti arasında bağlanan alğı-satqı müqavilələrin in bir qismini məhkəməyə təqdim etmişdir. Həmin müqavilələrin digər qismini isə təqdim etməmiş və qalan boruların satılmadığını iddia etmişdir. Halbuki, iddiaçı hansı səbəbdən Aran Oil şirkətinin sifarişi ilə ölkəyə gətirdiyi boruları sonuncuya satmaması, satıldığı təqdirdə ödənişi ala bilmədiyini və ya satmamışdırsa uzun müddət boruları cavabdehin sahəsində saxlanılmasını sübutlarla əsaslandırıra bilməmişdir.

86. Kassator məhkəmənin bu qərarın 48-ci bəndində göstərilən mövqeyi ilə bağlı isə qeyd edir ki, üçüncü şəxs ilə iddiaçı arasında bağlanan əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, hazırki əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsi tərəflər sifarişi-işlərin yerinə yetirilməsinə dair sifarişi və ya malların çatdırılması üzrə sifar işi imzaladıqları təqdirdə podratçı tərəfindən sifarişçiyə xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və malların satışı üzrə ümumi müddəaları müəyyən olunur. Qeyd olunandan məlum olur ki, işlərin yerinə yetirilməsi barədə razılıq olsaydı, tərəflər arasında ona dair razılaşma imzalanardı. İddiaçı işlərin görülməsi barədə məhkəməyə tərəflər arasında olan hər hansı razılaşmanı təqdim etməmişdir. Əksinə iddiaçı məhkəməyə malların çatdırılması barədə alqı-satqı müqavilələrin bir qismini təqdim etmişdir. Çərçivə sazişi əsasında qeyd olunanlarla bağlı isə ancaq malların gətirilməsi barədə razılığın olması məlum olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

87. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, 58.200 m boru ümumilikdə 24 hesab-faktura ilə ölkəyə daxil olmuş və bu borulardan bəzilərinin ölçüsü eyni olduğuna görə həmin boruların hesabfaktura dəyəri eynilik təşkil etmişdir. Hesab-fakturalarda yazılmış konteyner nömrəsi onları fərqləndirir, həmçinin boruların eyni ölçüdə olduğu boru bağlamalarının üzərində asılmış lövhəciklərdən görünür. Həmin borular gömrük yük sənədləri, yol sənədləri, hesab-faktura sənədləri əsasında iddiaçının müştərisi olan Aran Oil şirkətinin Saziş ərazisinə gətirilərək İmişli rayonu ərazisində və indiki cavabdehin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. Çünki, Zena Drilling şirkətinin həmin vaxtda öz bazası olmamış və Aran Oil şirkəti ilə razılaşdırılaraq ona məxsus əmlakları Aran Oil şirkətinin Muradxanlı bazasında saxlamışdır və həmin borular hazırda da oradadır. Boruların satılması və ya istifadəyə verilməsi yaranmış zərurətə uyğun həyata keçirilmişdir. Aran Oil şirkəti 2018 və 2019-cu illər ərzində həmin boruların bir hissəsini (26.973 m) Zena Drilling şirkətindən satın almış və qalan boruları (31.227 m) isə gələcəkdə fəaliyyətinin daha aktiv olacağı təqdirdə xidmət üçün sifariş verəcəyi və ya alacağını planlaşdırırmış, sonradan fəaliyyətinin zəifləməsi nəticəsində həmin boruları almağa lüzum görməmişdir.

88. SOCAR-ın yazılı müraciətindən sonra 2020-ci ilin aprel ayında Aran Oil şirkəti satın aldığı həmin borular daxil olmaqla bütün əmlakını cavabdehə təhvil vermişdir. Qeyd olunan hal Aran Oil şirkəti ilə SOCAR arasında imzalanmış 2020-ci il 10 aprel tarixli təhviltəslim aktından da görünür. Satılmayan borular isə məhz 2019-cu ilin iyul ayından 2021-ci ilin iyun ayınadək "xxxx" ASC-nin girovluğunda olmuşdur. 2021-ci ildə "xxxx" ASC ilə şirkətlər arasında bağlanmış kreditlər üzrə borc tam bağlanmış və təqdim olunmuş daşınar əmlaklar girovdan azad edilmişdir. Bununla bağlı "xxxx" ASC tərəfindən cavabdehə 2021ci il 22 iyun tarixli RB02/PK-5687 nömrəli məktub ünvanlamışdır. Məktubun ünvanlanmasına baxmayaraq 2021-ci ildən indiyədək həmin borular cavabdehin qanunsuz sahibliyindədir və boruların ərazidən çıxarılmasına mane olur.

89. Zena Drilling şirkətinin cavabdeh ilə əməkdaşlığı mövcud deyil. Aran Oil şirkətinin cavabdehə borcu mövcuddursa, onun ödənilməsi istiqamətində tədbirlər görülməlidir. Bu borcun Zena Drilling şirkətinə aidiyyəti yoxdur, çünki Aran Oil və Zena Drilling şirkətləri ayrı-ayrı şirkət olaraq yaradılmı ş və ayrı-ayrı vergi ödəyiciləri kimi fəaliyyət göstərmişlər. Nə gömrük bəyannamələrində, nə də qısa idxal bəyannamələrində sifarişçi kimi Aran Oil şirkətinin adı keçməmişdir. İdxalçı kimi iddiaçı qeyd olunmuş və borular Azərbaycan Respublikasında daimi rejimdə rəsmiləşdirilmişdir. Sifarişçi kimi hesabfakturalarda Aran Oil şirkətinin adının yazılmasının səbəbi isə xidməti şirkət olan Zena Drilling şirkətinin əməliyyat şirkəti ilə müqaviləsi olmadan ondan sifariş ala bilməməsindən ibarət olmuşdur.

90. Bundan başqa, Xətai Rayon İcra X14 şirkətinə ünvanladığı 2022-ci il 21 yanvar tarixli xx/xx-19977/19 nömrəli məktubunda qeyd olunmuşdur ki, “cavabdeh şöbəyə müraciət edərək Aran Oil şirkətinə məxsus xeyli sayda nasos kompressor və qazma boruların mövcud olduğunu bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin sorğular zamanı nasos kompressor və qazıma boruları aşkar edilməmişdir.”

91. Boruların hamısı eyni ölçüdə olmadığı üçün ekspertiza rəyində və məhkəmə qərarlarında onların ölçüləri təqribi yazılmışdır. Ekspertiza rəyində hətta borunun birinin uzunluğu təqribi qeyd olunmuşdur. Məhkəmə Ekspertizanın eksperti hesablamanı boru bağlamalarının üzərinə yapışdırılmış lövhəciklərdə qeyd edilmiş ümumi uzunluğa, yəni ümumi bağlama uzunluğunun həmin bağlamadakı boruların sayına nisbətinə əsasən hesablanmışdır. Ümumi 58.200 m boru 321 ədəd bağlamada idxal olunmuşdur və bir neçə bağlamanın ümumi uzunluğu digər bağlamaların uzunluğundan fərqli olmuşdur. Ümumiyyətlə belə məsələlərdə boruların bir çoxunun ölçülərinin eyni olmaması səbəbindən ölçü təqribi götürülür. Hətta ölçülərin eyni olmamasına baxmayaraq, iddia ərizəsi ilə ekspertiza hesablamasının rəqəmlərinin yaxın olması ərizədəki rəqəmlərin düzgünlüyünü göstərir.

92. Satılan və ya satılmayan boruların vaxtında dəqiq hesabatı aparılmış və X11 bununla bağlı əmlak bəyannaməsi verilmişdir. Satılan boruların isə elektron qaiməsi Zena Drilling şirkətinə ödəniləcək pulun alına bilməsi üçün Vergilər Nazirliyinin sisteminə yüklənmişdir. Satılmayan borular isə cavabdeh və Aran Oil şirkəti arasındakı təhvil-təslim aktı ilə sübut etmək olar. Belə ki, 2020-ci il 10 aprel tarixində təhvil-təslim zamanı iddia tələbində qeyd edilmiş boruların olduğu sahəyə baxış keçirilərkən komissiya üzvləri, yəni SOCAR, Aran Oil şirkəti, SOCAR Upstream və cavabdehin işçiləri hansı boruların Aran Oil və hansı borular isə Zena Dril ling şirkətinin balansında olmasını müəyyən etmişlər. Həmçinin, boruların nə vaxt və hansı sənədlərlə Muradxanlı sahəsinə gəldiyi gömrük yük bəyannamələrindən görünür. Bu yüklərə görə sahədə məsuliyyəti isə mühasib və digər məsul şəxslər daşıyırdı. Kassasiya baxışının hədləri

93. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

94. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

95. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

159. Əş yaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.” “Maddə

160. Vasitəsiz və vasitəli sahiblik Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.” “Maddə

161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.” “Maddə

166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur....” “Maddə

443. Öhdəliyin icra ed ilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....”

96. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali Məhkəmənin mövqeyi

97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(103)-466/2023 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

98. Məhkəmə kollegiyası iş üzrə əlavə məhkəmə araşdırmasının zəruri olması qənaətinə gələrək, iddiaçının ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi “X13” şirkətindən deyil, başqa şəxsdən tələb etməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən məsələyə düzgün qiymət verilməsi mübahisənin həllində əhəmiyyətli hal olmasına baxmayaraq, qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən tam və müfəssəl araşdırılmamış, qiymətləndirilməmişdir.

99. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

100. İş materiallarındakı, üçüncü şəxs ilə iddiaçı arasında bağlanmış 2018-ci il 10 yanvar tarixli AOOC-ZD 0xx-xx/2018 n ömrəli; 2018-ci il 7 dekabr tarixli AOOC-017/2018 nömrəli, 2019-cu il 14 may tarixli AOOC-023/2019 nömrəli, 2019-cu il 7 iyun tarixli AOOC029/2019 nömrəli, 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 nömrəli, 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 nömrəli və 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 nömrəli alğı-satqı müqavilələrinin (yuxarıda §§ 12, 17, 21, 23, 26, 30, 33) 1.1-ci bəndinə əsasən, satıcı - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı, bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcı - “X13” şirkətinin mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

101. Beləliklə, həmin müqavilələrə əsasən iddiaçı ilə üçüncü şəxs arasında o lan mübahisəli boruların alıcı olaraq “X13” şirkətinin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və həmin müqavilələrdə cavabdeh tərəf olmadığından onunla bağlı hər hansı müddəa və ya öhdəlik, hüquqi mexanizm nəzərdə tutulmamış, bu müqavilələr üzrə cavabdehliyi, hüquqi bağlılığı müəyyən edilməmişdir. Bundan əlavə, mübahisələndirilən boruların iddiaçı və ya üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilməsi barədə də hər hansı mötəbər sübut aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin konkret hansı əsaslarla hazırkı iddia üzrə boruların məhz onun tərəfindən qaytarılması barədə öhdəlik daşıdığı müəyyənləşdirilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində həmin müqavilələr və onların istinad edilən bəndləri qeyd edilsə də, mübahisə həll ed ilərkən nəzərə alınmamış, faktiki olaraqsa məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Bu isə öz növbəsində işə baxan apellyasiya məhkəməsi tərəfindən MM-in 152, 157, 159, 166-cı, həmçinin MPM-in 88-ci maddələrinin pozulması kimi dəyərləndirilməlidir. Belə ki, həmin müqavilələrə əsasən iddiaçı deyil, məhz 3-cü şəxs “X13” şirkəti mübahisəli boruların mülkiyyətçisidir və boruların digər şəxslərin sahibliyindən qaytarılmasını da o tələb edə bilər. Təsadüfi deyildir ki, iddia ərizəsində də iddiaçı sadəcə olaraq mübahisəli boruların 2018-ci il ərzində gətirilərək İmişli rayonu əraszisində “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşdirildiyini göstərmiş, bu yerləşdirmənin hüquqi əsaslarını, hansı müqavilə və yaxud sənədlərə əsasən baş verdiyini isə qeyd etməmişdir.

102. İş materiallarına əsasən də borular “X13” şirkətinin sifarişi ilə gətirilmiş və işdəki gömrük bəyannamələrindən boruların “X13” şirkətinin sifarişi ilə gətirildiyi aydın olur. İşdən həmçinin görünür ki, cavabdeh “X13” şirkətinə qarşı qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə borc tələbi təmin olunduqdan və cavabdeh Aran Oil şirkətindən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət etmişdir. İddiaçının isə ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi və müqavilələrin 1.1-ci bəndinə əsasən mülkiyyətinə verdiyi “X13” şirkətindən deyil, başqa şəxsdən tələb eməsinə məhkəmələr tərəfindən müqavilələrin müddəaları baxımından düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr şahid Nümayəndə1 ifadəsində həmin boruların iddiaçı tərəfindən məhz “X13” şirkətinin istifadə etməsi üçün gətirildiyinin bildirilməsinə, həmçinin iddiaçının təqdim etdiyi idxal bəyannamələrində sifarişçinin “X13” şirkəti olmasına, həmin boruların qeyd edilən əraziyə gətirilməsinə və elektron qaimələrə əsasən “X13” şirkətinə satılmasına istinad etsələr də, sonda əsassız olaraq mübahisəli boruların iddiaçıya məxsus olması qənaətinə gəlməklə iddianı qismən təmin etmişlər.

103. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-in 385.1-ci maddəsi). Lakin iddiaçı ilə cavabdeh arasında i ddia tələblərini təsdiq edən müqavilə və ya müqavilədən kənar əsaslı sübutlar da mövcud olmadığından, həmçinin iş üzrə qanundan irəli gələn və öhdəliyin yaranması üçün əsas ola biləcək halların hər hansı biri müəyyən edilmədiyindən, cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması hazırkı halda iş materiallarından müəyyən olunmur.

104. Belə ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM-in 386.1-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şə rtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

105. Bundan başqa, kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı eyni hesabfakturanı fərqli adla aşağı instansiya məhkəməsinə təqdim etmiş və məhkəmə buna sübut kimi istinad edərək iddianı qismən təmin etmiş, şahid ifadələri ilə də boruların üçüncü şəxsə məxsus olduğu sübut olunur və iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilməmiş, bununla yanaşı, iddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında “Muradxanlı neft və qazçıxarma sahəsi”nə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənədləri təqdim etməmişdir.

106. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin ərazisinə hər hansı boruları gətirmək və ya orada saxlamaq barədə aralarında bağlanmış müqaviləyə və ya digər sənədə istinad etməmiş, iş materiallarına əsasən isə boruların aralarında bağlanmış müqavilələrə əsasən əraziyə gətirildiyi və üçüncü şəxsə təhvil verildiyi təsdiq olunur. Belə olduğu təqdirdə, iddiaçının boruların ona məxsus olmasını iddia etməsi əsaslı hesab edilmir və habelə iddiaçı hansı səbəbdən üçüncü şəxsin sifarişi ilə ölkəyə gətirdiyi boruları sonuncuya satmaması, satıldığı təqdirdə ödənişi ala bilmədiyini və ya satmamışdırsa uzun müddət boruları cavabdehin sahəsində hansı əsaslarla saxlanılmasını əsaslandırmamışdır.

107. Qey d edilənlər isə iş üzrə faktiki halların araşdırılmasını tələb etdiyindən, iş üzrə sübutların düzgün qiymətləndirilməsi və işin ədalətli həllinin şübhə altına alınmaması üçün həmin halları da apellyasiya məhkəməsi qiymətləndirməli və işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

108. Məhkəmə k ollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).

109. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübah isəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88 və 217.4-cü maddələrinin tələbləri baxımından müfəssəl hüquqi qiymət verməlidir.

110. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 22(103)-466/2023 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə ləğv edilməli, iş yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

111. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(103)-466/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar