Məhkəmə qərarları › İş №2-2(102)-460/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-460/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-460/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məhdud Cəmiyyətinə və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, zaminlik, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cəri mələrin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-312/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (bundan sonra – “ASC”) ilə "xxxx" MMC-yə (bundan sonra-“MMC”) arasında bağlanmış 2020-ci il 19 fevral tarixli ** nömrəli tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə (bundan sonra "xxxx") əsasən ASC 12 ay müddətində 100.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, MMC isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habel ə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz. 2. 2020-ci il 19 fevral tarixli* referensli tranş üzrə 2020-ci il 23 iyul tarixində 29.760 manat kredit verilmiş, 2020-ci il 7 avqust tarixində 760 manat əsas borc ödənilmiş, 2020-ci il 19 fevral tarixli ** referensli tranş üzrə isə 2020-ci il 24 fevral tarixində 62.000 manat kredit verilmiş, ** nömrəli tranş üzrə isə 2020-ci il 15 sentyabr tarixində 9.000 manat kredit verilmişdir (ASC tərəfindən tərtib olunmuş maliyyə arayışı). 3. 2020-ci il 19 fevral tarixli **** nömrəli girov müqaviləsi ilə (bundan sonra- “girov müqaviləsi”) sp esifikasiyası həmin müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqlar MMC-nin bank qarşısında olan öhdəliklərinin icrasının təmini məqsədilə girov qoyulmuşdur.

4. Cavabdeh2 MMC-nin bank qarşısında olan öhdəliklərinin lazımınca icra edilməsi üçün birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

5. X2 MMC-nin bank qarşısında olan öhdəliklərinin lazımınca icra edilməsi üçün birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

6. Cavabdeh4 Mişkin oğlu MMC-nin bank qarşısında olan öhdəliklərinin lazımınca icra edilməsi üçün birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 2024-cü il 19 fevral tarixinədək qüvvədə olması nəzərdə tutulmuşdur.

7. MMC-nin kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan * referensli tranşı üzrə əsas borc 29.000 manat, müqavi lə müddəti ərzində faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 3.008,75 manat, cərimə borcu üzrə 5.722,67 manat olmaqla, cəmi 38.118,09 manat; ** referensli tranşı üzrə əsas borc 1.511,56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 1.919,51 manat; ** referensli tranşı üzrə əsas borc 62.000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6.073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80.307,69 manat borcu vardır (2023-cü il 16 mart tarixli ASC tərəfindən tərtib olunmuş maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi, sonradan iddia həcminin dəqiqləşdirilməsi barədə əriz ə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən, Cavabdeh2dan, X1 və Cavabdeh4 (bunda sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “MMC”, “Cavabdeh2”, “F.Hacızadə, “İ.Daşqın”) iddiaçının xeyrinə 2020-ci il 19 fevral tarixli ** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan* referensli tranşı üzrə əsas borc 29.000 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 3.008,75 manat, cərimə borcu üzrə 5.722,67 manat olmaqla, cəmi 38.118,09 manat; ** referensli tranşı üzrə əsas borc 1.511,56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 110,64 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 1.919,51 manat; ** referensli tranşı üzrə əsas borc 62.000 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu 6.073,02 manat, cərimə borcu üzrə 297,61 manat olmaqla, cəmi 80.307,69 manat, olmaqla, ümumilikdə 120.345,29 manat borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 19.34 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulmasını, 2020-ci il 19 fevral tarixli **** nömrəli girov müqaviləsinə əsasən həmin müqavilənin 1 nömrəli əlavəsində göstərilən MMC-yə məxsus avadanlıqların ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda göstəri lən hallarına (bax bu qərarın 1-7-ci bəndləri) istinadla əsaslandırılaraq göstərilmişdir ki, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə əsas borc və faizlərin ödənilməsini 90 gündən çox müddətə gecikdirmiş, nəticədə cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit tranşı üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Cavabdehlərə kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasına dəvət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil izahatında iddiaçının müqavilə üzrə nəzərdə tutulan kredit limitini aşdığını, zamin Cavabdeh4 yalnız 100.000 manat məbləğində pul ilə bağlı öhdəlik götürdüyünü, MMC-nin isə bankdan 100.000 manatdan artıq kr edit götürdüyünü, bu səbəbdən Cavabdeh4 münasibətdə iddianın təmin olunmamasını xahiş etmişdir. Bundan əlavə izahatında müqavilənin 2.1.3-cü maddəsinə əsasən kreditin təyinatına uyğun istifadə edilməli olduğunu, lakin istifadə edilmədiyini bildirmişdir.

11. Eyni zamanda Cavabdeh4 iddiaçıya qarşı iddia qaldıraraq tərəflər arasında bağlanmış 2020-ci il 19 fevral tarixli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş, iddialar bir icraatda birləşdirilmiş, məhkəmənin 2023-cü il 24 oktyabr tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır.

12. İşə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 2023-cü il 10 fevral tarixli 9/6503 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2020-ci il 19 fev ral tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş qalan* referensli tranşı üzrə əsas borc 28.999,98 manat, müqavilə müddəti ərzində faiz borcu 386,67 manat, 2022-ci il 14 iyun tarixinədək hesablanmış müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə 2.299,86 manat, ** referensli tranşı üzrə 2022-ci il 14 iyun tarixinə əsas borc 606,02 manat, 2022-ci il 14 iyun tarixinə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu 21,55 manat, ** referensli tranşı üzrə əsas borc 61.999,96 manat, 2022-ci il 14 iyun tarixinə müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3.730,79 manatdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli e-2-2(113)-84/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: - cavabdehlərdən müştərək qaydada 2020-ci il 19 fevral tarixli ** referensli tranş üzrə 61.999,96 manat əsas borc, 6.073,02 manat illik 5% borcu, 2.927,02 manat cərimə, cəmi 71.000 manat, 2020-ci il 19 fevral tarixli* referensli tranş üzrə 28.999,98 manat əsas borc, 386,67 manat faiz borcu, 3.008,75 manat illik 5% borcu, 1.604,60 manat cərimə, cəmi 34.000 manat, 2020-ci il 19 fevral tarixli ** referensli tranş üzrə isə 606,02 manat əsas, 62,87 manat illik 5% borcu, 31,11 manat cərimə, cəmi 700 manat, ümumilikdə 105.700 manat pulun həmçinin 400 manat mediasiya xərci, 16,98 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi; - tutmanın girov müqaviləsinin 1 nömrəli əlavəsində göstərilən avadanlıqlara yönəldilməsi, həmin avadanlıqlar açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cava bdehlərin borcunun ödənilməsi; - girov predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulması, iddianın digər hissədə təmin olunmaması qət edilmişdir (hakim E.Əliyev).

14. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, 2020-ci il 19 fevral tarixli* referensli tranş üzrə əsas borcu 28.999,98 manat, faiz borcları tam, yəni müqavilə müddəti ərzində hesablanmış faiz borcu 386,67 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-lə faiz borcu isə 3.008,75 manat hissədə təmin edilməlidir. ** referensli tranş üzrə isə əsas borc ekspert rəyinə uyğun olaraq 61.999,96 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcu isə tam, yəni 6.073,02 manat hissədə təmin edilməlidir.

15. Məhkəmə digər ** referensli tranş üzrə isə qeyd etmişdir ki, həmin tranş üzrə əsas borc ekspert rəyinin hesablandığı 2022-ci il 14 iyun tarixinə qeyd edilən 606,02 manat hissədə, buna uyğun olaraq 5% isə 62,87 manat hissədə, həmçinin 400 manat mediasiya xərci və 0,40 manat bank xidmət haqqı hissədə təmin edilməlidir.

16. Bundan başqa, məhkəmə hesab etmişdir ki, tənasübsüz surətdə yüksək hesablanmış cərimə azaldılaraq* referensli tranş üzrə 1.604,6 manat, ** referensli tranş üzrə isə 31,11 manat, digər ** referensli tranş üzrə isə 2.927,02 manat hissədə təmin edilməlidir.

17. İddia tələbinin tutmanın girov müqaviləsinə əsasən müqavilənin 1 nömrəli əlavəsində göstərilən MMC-yə məxsus avadanlıqların ilkin satış qiyməti (likvid qiymət i) müəyyən edilməklə açıq hərracdan satılması, avadanlıqların satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd olunmuşdur ki, girov avadanlıqları daşınar əşya olduğu üçün amortizasiyaya uğraya bilər və qiyməti kəskin dəyişə bilər. Bu səbəbdən həmin avadanlıqlar hərracdan satıldığı anda qiymətləndirilməlidir.

18. Məhkəmə Cavabdeh4 vəkili Vəkil izahatında qeyd etdiyi dəlilərə qiymət verərək göstərmişdir ki, kredit xətti müqaviləsi bərpa olunan kredit xətti müqaviləsi olmuşdur. 2020-ci il 19 fevral tarixli ** referensli tranş üzrə 2020-ci il 24 fevral tarixində cavabdehə 62.000 manat kredit verilmiş, daha sonra 2020-ci il 19 fevral tarixli* referensli tranş üzrə MMC-yə 2020-ci il 23 iyul tarixində 29.760 manat kredit verilmiş, 2020-ci il 7 avqust tarixinə həmin tranş üzrə 760 manat əsas borc ödənilmiş, yalnız həmin borc ödənildikdən sonra 2020-ci il 15 sentyabr tarixində ** referensli tranş üzrə 9.000 manat kredit verilmişdir, yəni ümumilikdə 100.760 manat kredit cavabdehə verilsə də, ilk iki tranş üzrə 91.760 manat verildikdən sonra, ikinci tranş üzrə verilən 29.760 manat əsas borcdan 760 manat əsas borc ödənilmiş və həmin ödəniş həyata keçirildikdən sonra 91.000 manat tranş vəsaiti bərpa olunduğuna görə üçüncü tranş üzrə 9.000 manat kredit verilmiş, yəni 100.000 manat məbləğində limit ötürülməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 445.7, 467 və 472.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın ** referensli tranş üzrə əsas borcun 1.511,56 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə faiz borcunun 110,64 manat olmaqla tam təmin edilməsini xahiş etmişdir.

21. Cavabdeh4 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin Cavabdeh4 aid hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, Cavabdeh4 iddiasının təmin edilməsi və Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış 6215975/ZM3 nömrəli 2020-ci il 19 fevral tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-312/2024 nömrəli qətnaməsi ilə iddiaçının və Cavabdeh4 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

23. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 iddiaya etirazı və apellyasiya şikayətinin borcluya bank tərəfindən cəmi 100.000 manat kredit xətti açıldığı halda, ümumilikdə 100.760 manat kredit verildiyindən, nəticədə zaminin məsuliyyəti artdığından MM-in 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitam verilməli olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin tələb hissəsində Cavabdeh4 iddiasının təmin edilməsi xahiş olunsa da, Bakı Kommersiya M əhkəməsinin 2023-cü il 24 oktyabr tarixli e-2-2(113)- 84/2023 nömrəli qərardadı ilə bu iddia baxılmamış saxlanılmış və qeyd edilən qərardaddan şikayət verilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyi və Cavabdeh4 iddiasına hər hansı münasibət bildirilmədiyi barədə apellyasiya şikayətində qeyd edilənlər əsassızdır.

24. Məhkəmə qeyd etmişdir ki, Bank tərəfindən borcluya 100.760 manat kredit verildiyinə dair mülahizə isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, kredit xətti müqavilə şərtlərinə əsasən bərpa olunan olmuş, borcalana 2020-ci il 19 fevral tarixli ** referensli tranş üzrə 2020-ci il 24 fevral tarixində cavabdehə 62.000 manat kredit verilmiş, daha sonra 2020-ci il 19 fevral tarixli* referensli tranş üzrə “20 20-ci il 23 iyul tarixində 29.760 manat kredit verilmiş, 2020-ci il 7 avqust tarixinə həmin tranş üzrə 760 manat əsas borc ödənilmiş (bərpa olunmuş), bundan sonra 2020-ci il 15 sentyabr tarixində ** referensli tranş üzrə 9.000 manat kredit verilmişdir. Yəni borcalanın ümumilikdə istifadə etdiyi kreditin məbləği 100.000 manat təşkil etdiyindən zaminliyə xitam verilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 295, 296.1, 385.1, 386.1, 462.1, 470.1, 472.1, 472.2, 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh4 tərəfindən qətnamədən kassasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddianın ona münasibətdə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-nin 16.1 və 152.5-ci maddələri üzrə-məhkəmə nəzərə almamışdır ki, bərpa olunma kredit xətti deyilərkən zaminin risk altına salınması, borclunun bundan sui-istifadə etməsi nəticəsində zaminin vəziyyətinin pisləşməsi deməkdir. Belə olan halda borclu 100.000 manat əvəzinə 1.000.000 manat götürə bilər və zamində daima ona məsuliyyət daşımalıdır. Bu isə öz növbəsində hüquqdan sui istifadədir. MM-nin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 4 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı üzrə öhdəliyin həddi müqavilədə qeyd edilmişdir, həmin hədd 100.000 manat təşkil edir. Lakin bank mövcud vəziyyətdə 100.760 manat kredit vermişdir. Bütü n bunlara nə birinci instansiya məhkəməsi nə də ki, apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir. Məhkəmə mövcud ziddiyyətləri aradan qaldırmamış, ziddiyyətlərə hüquqi qiymət verməmiş, onları təkzib etməmiş, qətnamədə bu barədə hər hansı mövqe bildirməmişdir. Kredit müqaviləsi ilə zamninlik müqaviləsi arasında kifayət qədər ziddiyyətlər var belə ki, kredit müqaviləsində kreditin bərpa oluna xətt üzrə verilməsi qeyd edilmişdir, lakin Zaminlik müqaviləsində birbaşa zaminlik müqaviləsinin öhdəliyi kimi 100.000 manat məbləği çıxış edir. Lakin məhkəmə bunlara hüquqi qiymət verməmişdir və bu ziddiyyətləri iddiaçının ziyanına təsfir etmişdir, hərçənd MM-nin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdir ən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Cavabdeh (zamin) Cavabdeh4 əsas müqavilə şərtləri ilə tanış edilməmiş, həmin müqavilənin şərtləri ona izah edilməmiş, kredit xətti müqaviləsini imzalamamışdır. Bütün bunlara məhkəmə hüquqi qiymət verməmişdir.

28. MPM-nin 88-ci maddələri üzrə - məhkəmə işdə olan sübutların qiymətləndirməsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan kredit müqaviləsinin 3.1-ci bəndində qeyd edilir: “bu müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz”. Məhkəmə muqavilədə qeyd edilmiş bəndə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə 100.000 manat kredit limitinə dair 100.760 manat kreditin verilməsini pozuntu kimi tanımamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı Cavabdeh4 münasibətdə iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdır ılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə v ə ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldu qda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” 33.Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifə si 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məh kəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəməni n fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Məhkəmə kollegiyası Cavabdeh4 kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qə rarın 23-25-ci bəndləri) və hesab edir ki, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 22(103)-312/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar