Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-461/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 v ə Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli 2-2(104)-32/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 2018-ci il 10 sentyabr tarixli 006L**********56 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 006R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya fərdi mikro kredit məqsədilə, aylıq 1,4167 faiz dərəcəsi ilə, 2 4 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir.
3. Borclu Cavabdeh2 kreditor "xxxx" QSC qarşısında öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə bank arasında 2018-ci il 11 sentyabr tarixli 006S**********01 və 006S**********01 nömrəli, 2020-ci il 2 oktyabr tarixli 006S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
4. Kredit öhdəliyinin təmin edilməsi məqsədilə bağlanmış 2018-ci il 18 sentyabr tarixli 006M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 14.000 manat məbləğində müəyyən edi lmişdir. 5. 2019-cu il 23 avqust tarixli 016M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 55.800 manat məbləğində müəyyən edilmişdir.
6. Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi və Göygöl şəhəri, X1 küçəsində 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qe ydiyyata alınmışdır.
7. Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin və Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra-«Cavabdeh2”), Cavabdeh3 (bundan sonra-“Cavabdeh3”), Cavabdeh1 (bundan sonra- “Cavabdeh1”) və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh5 (bundan sonra- “Cavabdeh5”) və Cavabdeh6 (bundan sonra-“Cavabdeh6”) qarşı iddia və iddia tələbinin dəqiqləşdi rilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 66.634,63 manat məbləğində kredit borcu, 7.873,07 manat faiz borcu və 26.387,3 manat cərimə borcu olmaqla, ümumilikdə 100.895 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və ümumilikdə 100.895 manat məbləğində borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulması, Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda göstərilən halları ilə (bax bu qərarın 1-7-ci bəndləri) əsaslandırılaraq göstərilmişdir ki, Cavabdeh2 tərəfindən kredit razılaşmasının tələbləri pozularaq ödənişlərin dəfələrlə yubadılmışdır. Nəticədə Cavabdeh2 66.634,63 manat məbləğində əsas kredit borcu, 2022-ci il 7 fevral tarixinə 396 gün üçün hesablanmış 7.873,07 manat faiz borcu, 26.387,3 manat cərimə borcu qalmışdır.
10. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iş üzrə keçirilən ekspertiza rəylərinin nəticələri ilə razı olmadığını, ipoteka ilə yüklü edilmiş əmlakların dəyərinin rəylərdə göstərilən məbləğlərdən çox olduğunu göstərmişdir.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili isə "xxxx" MMC tərəfindən v erilən rəydə əmlakların dəyərinin real dəyərə yaxın olduğunu bildirərək, həmin ekspert rəyinin nəzərə alınmasını xahiş etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 24 avqust tarixli e-2-2(115)-1581/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 22 noyabr tarixli 9/6573 saylı rəyə əsasən, 2019-cu il 26 noyabr tarixli 006R********** saylı kredit razılaşması üzrə 2022-ci il 19 iyul tarixinə (sualda göstərilən tarix) 66.538,62 manat əsas borc, 18.505,77 manat faiz borcu olmaqla, cəmi 85.044,39 manat məbləğində borc hesablanmışdır. Həmiçinin kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfind ən cərimə hesablanmamışdır. Hazırkı tədqiqatla da cərimə müəyyən edilməmişdir.
14. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 24 avqust tarixli e-2-2(115)-1581/2022 nömrəli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 21 noyabr tarixli 254/AB/22 nömrəli və 253/AB/22 nömrəli rəylərə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 178.000 manat, likvid dəyəri 155.000 manat, Göygöl şəhəri, X1 küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzilin isə bazar dəyəri 45.000 manat, likvid dəyəri 35.000 manat təşkil edir.
15. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli e-2-2(115)-1581/2022 nömrəli qərardadı ilə təyin edilmiş təkrar əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 3 mart tarixli 02-07/23 nömrəli rəyə əsasən, Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.metr ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin 2023-cü il 3 mart tarixinə bazar dəyəri 82.000 manat, likvid dəyəri 70.000 manat, Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin isə bazar dəyəri 24.000 manat, likvid dəyəri 20.500 manat təşkil edir.
16. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 4 may tarixli e-2-2(115)-36/2023 nömrəli qərardadı ilə təyin edilmiş təkrar kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 sentyabr tarixli 10/3931-9/4143 nömrəli rəyinə əsasən, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 45 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 118.000 manat, likvid dəyəri isə təqribən 110.000 manat məbləğində müəyyən edilmişdir. Həmiçinin Göygöl şəhəri, X1 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin qapısı bağlı olduğundan həmin mənzilin mövcud olan orta bazar və likvid qiyməti müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
17. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli 2-2(115)-36/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 006R********** nömrəli kredit razılaşması üz rə 66.538,62 manat əsas borc, 7.873,07 manat faiz borcu və 1200 manat cərimə borcu olmaqla, cəmi 75.611,69 manat kredit borcun, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Göygöl şəhəri, X1 küçəsində 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracdan satılması, Göygö l şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ilkin satış qiymətinin 35.000 manat, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 110.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, mənzilin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, açıq hərrac keçir ildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir (hakim G.Quliyeva).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 66.634,63 manat əsas borc və 7.873,07 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə 2019-cu il 26 noyabr tarixli kredit razılaşması üzrə banka 2022-ci il 19 iyul tarixinə 66.538,62 manat ə sas borc, 18.505,77 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbində qeyd edilən məbləğdə faiz borcu və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin cavabdehlərin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 26.387,3 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1200 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə al ınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
21. Məhkəmə iddia tələbi üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və mənzilə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracdan satılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 Göygöl şəhəri, X1 küçəsi, 28 nömrəli evdə yerləşən 64,6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılması hissəsində də əsaslı hesab etmiş, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı isə göstərmişdir ki, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini n likvid dəyəri "xxxx" MMC tərəfindən 155.000 manat, "xxxx" MMC tərəfindən 70.000 manat, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 110.000 manat qiymətləndirilmişdir. Qeyd edilən fərdi yaşayış evinin ilkin satış qiymətinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş məbləğdə götürülməsi daha məqsədə müvafiqdir.
22. Bundan başqa ipoteka ilə yüklü edilmiş Göygöl şəhəri, X1 küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzilin likvid dəyəri "xxxx" MMC tərəfindən 35.000 manat, "xxxx" MMC tərəfindən 20.500 manat qiymətləndirilmiş, Məhkəmə Ekspertizası Mərkəzi isə mənzilin qapısı bağlı olduğundan həmin mənzilin mövcud olan orta bazar və likvid qiymətinin müəyyən olunmasına dair tədqiqat aparmamışdır. Məhkəmə hesab etmişdir ki, iki qiymətləndirici tərəfindən verilən rəylər nəzərə alınmaql a "xxxx" MMC tərəfindən müəyyən edilən likvid dəyərin götürülməsi daha ağlabatandır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdehin verdiyi apellyasiya şikayətinin məzmununa uyğun olaraq birinci instansiya məhkəməsinin qətnamənin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni tutmanın ip oteka predmetlərinə yönədilməsinin təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və iptoeka predmeti açıq hərracda realizə edildikdən 1 ay sonra cavabdehlərin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması hissəsində yoxlanılmışdır.
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli 2-2(104)-32/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev).
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisə üzrə 2018-ci il 18 sentyabr tarixli 006M**********02 saylı və 2019-cu il 23 avqust tarixli 016M**********01 saylı ipoteka müqavilələrinə əsasən Cavabdeh2 mülkiyyətində olan mənzil, torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyindən iddiaçının da əsas öhdəliyin icra edilməməsi səbəbindən tələbinin ipoteka ptedmetlərinə tutmanın yönəldilməsi ilə təmin olunmasını tələb etmək hüququ mövcud olmuşdur. Cavabdehlərdən tutulmalı olan borc məbləğinin cəminin 75.611 manat təşkil etməsi isə tələbin ipoteka predmetlərinin hər ikisinə yönəldilməsini istisna etməməklə, bu hüquq iddiaçıya məxsus olmuşdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmeti açıq hərracda realizə edildikdən 1 ay sonra cavabdehlərin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşal dılmasının mübahisələndirildiyi dəlilinə münasibətdə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğu halda yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər ki, mülkiyyətçinin və ya onun ailə üzvünün xəstəliyi həmin tələbin təmin edilməsini istisna etməməkdədir.
29. Məhkəmə ipoteka predmetlərnin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin düzg ün müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmış, iki mütəxəsis və ekspert rəyi əldə edilmişdir ki, mütəxəssis rəyləri arasında ilkin satış qiyməti ilə əlaqədar kəskin fərq olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən daha mötəbər hesab olunmuşdur. Belə ki, ekspert rəyinin verilməsi ilə bağlı qanunvericiliklə məsuliyyətin müəyyən edilməsi həmin rəyin daha mötəbər olmasını deməyə əsas verməkdədir. Digər tərəfdən cavadbeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmişdir.
30. Bundan başqa, qanunvericilik ipoteka qo yana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə cavabdehin qeyd olunan dəlillərini də əsassız hesab etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 269.1, 269.7, 317.1 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 30.6, 36, 39.3, 39.3.3, 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri:
33. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MM-nin 269.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddələri üzrə - ipoteka predmeti olan əmlaklara dair iş materiallarında dörd müxtəlif qiymətləndirmə rəyi vardır və həmin qiymətləndirmə rəylərinin hər birində evə və mənzilə müxtəlif qiymətlər təyin edilmişdir. Hər qiymətləndirmə rəyində qiymətlər arasında təxminən 40-90 min manat arasında fərq mövcuddur. Bu qədər fərqin olması da məhz evlərin dəyərinin həqiqətən rəylərdə göstəriləndən daha yüksək olduğunu təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi bu qədər ziddiyyət və təhrif olan bir iş üzrə heç bir araşdırma aparmadan, komission ekspertizanın keçirilməsini təmin etmədən və ən azı bu barədə müzakirə aparmadan cəmi b ir iclas keçirməklə qətnamə qəbul etmişdir. Həmçinin, ipoteka predmeti olan evlərdə qeydiyyatda olan şəxslərin bəzilərinin yazılı və notarial razılıqları alınmamış, aşağı instansiya məhkəmələri isə həmin hallar üzrə qiymətləndirmə aparmamışdır. Digər tərəfdən məhkəmələr cərimə, faiz və dəbbə pulunu silməmiş və ödənilən pulların əsas borca deyil, sırf faiz borcuna silinməsinə hüquqi qiymət verməmişlər.
34. MPM-nin 82.3, 88, 418-ci maddələri üzrə - işin materiallarından görünür ki, işdə dörd fərqli və bir-birinə zidd qiymətləndirmə rəyi var. Qiymətləndirmə rəyləri arasında fərqin olması təsdiq edir ki, ipoteka predmetlərinin dəyəri həqiqətən rəylərdə göstəriləndən daha yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi isə prosessual pozuntuya yol verərək, kommission əmtəəşünaslıq və qiymətləndir mə üzrə ekspertiza təyin etməmişdir. Eyni zamanda apellyasiya məhkəməsinin cəmi bir iclas keçirməklə və tərəflərin iştirakını təmin etmədən işə baxılmasını yekunlaşdırması digər əsas prosessual pozuntulardan biridir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz və cərimə borcu hissəsində də mübahisələndirldiyi qeyd olunsa da, iddianın həmin hissəsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilməmişdir (bax yuxarıda bu qərarın 25-c i bəndi). Odur ki, hazırkı icraat çərçivəsində apellyasiya baxışının hədləri daxilində qəbul edilmiş qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tu tulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipo teka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “M a d d ə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvl əri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.”
40. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisə ləndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə razılaşır.
44. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərkən həmçinin n əzərə alır ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ipoteka predmeti olan əmlakın üç dəfə qiymətləndirilməsi keçirilmiş, sonuncu qiymətləndirmə məhz kassatorun vəsatətinə əsasən təyin edilmiş və əmlakın qiymətləndirilməsi üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin ekspert rəyi ilə ipoteka ilə yüklü edilmiş əmlaklardan birinin bazar və likvid dəyəri müəyyən edilmiş, digəri (Göygöl şəhəri, M.Rəsulzadə küçəsi 28 nömrəli evdə yerləşən 1 nömrəli mənzil) üzrə isə mənzilin qapısının bağlı olması səbəbindən mümkün olmamışdır.
45. İşə mahiyyəti üzrə baxılarkən işdə iştirak edən şəxslərdən məhkəməyə həmin ekspert rəyinin mötəbərliyini şübhə alıtan alan hər hansı sübut təqdim olunmamış və məhkəmələ r tərəfindən həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilmişdir. İpotoeka ilə yüklü edilmiş, Göygöl şəhəri, M.Rəsulzadə küçəsi 28 nömrəli evdə yerləşən 1 nömrəli mənzilə münasibətdə isə əvvəlki qiymətləndirmə rəylərindən, həmin mənzilə daha baha qiymət qoyulan rəy əsasında yekun nəticəyə gəlinmişdir (bax yuxarıda bu qərarın 14-17-ci bəndləri)
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli, 22(104)-32/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.