Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-461/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-461/2025 Bakı şəhəri Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-329/2025 nömrəli qətnaməsindən İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 MMC-nin (bundan sonra – “iddiaçı MMC”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh” və ya “”Hərrac Mərkəzi) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon İcra və Probasiya şöbəsinin 2024-cü il 23 fevral tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetləri olan X8 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərd i yaşayış evinin likvid dəyəri olan 65.000 manat olmaqla və Nigar firmasına (hazırkı iddiaçı MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, likvid dəyəri 250.000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi barədə Hərrac Mərkəzinin həyata keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)17/2023-010 saylı, 06 mart 2023-cü il tarixli icra sənədi ilə "xxxx" QSC-nin xeyrinə yüklü olan, X8 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və Nigar firmasına (hazı rkı İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetlərinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Qeyd edilən sifariş məktubu borclu tərəfə çatdırılmamışdır. Halbuki, həmin sifariş məktubu borclu tərəfə çatdırılmış olsaydı, iddiaçı tərəfindən buna etiraz ediləcəkdi və hərracın "xxxx" MMC-də deyil, daha ixtisaslı başqa bir hərrac təşkilatına göndərilməsi tələb ediləcəkdi. Məhz buna görə də ayrıca ərizə ilə icra məmurunun h ərəkətləri və sifariş məktubunun etibarsızlığı tələb edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC ilk hərracı xx.xx.2024-ci il tarixində, təkrar hərracı isə xx.xx.2024-cü il tarixində keçirmişdir. Hər iki hərrac barədə məlumat borclu tərəfə bildirilməmiş və onların iştirakı təmin edilməmişdir. Sonuncu hərracdan bir neçə ay sonra, tələbkar "xxxx" QSC-nin nümayəndəsi (işçisi) Şəki şəhəri, X20 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının yeni reyestrdən çıxarışını borclu tərəfə göstərərək, həmin binanın tələbkarın balansına keçdiyini və tələbkarın mülkiyyəti kimi qeydə alındığını bildirərək qısa müddətə obyekti boşatmağı tələb etmişdir. Baxmayaraq ki, məhkəmə qərarlarında evin və obyektin satışdan sonra b oşaldılaraq təhvil verilməsi nəzərdə tutulmamış, sadəcə tələbkar tərəf qanunsuz olaraq bunu tələb etmişdir. Bundan sonra borclu tərəf öz hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və Şəki rayon İcra və Probasiya şöbəsindən müvafiq sənədlərin surətlərini əldə edərək məhkəməyə müraciət etmişdir. Qeyd edilən icra sənədi üzrə aparılmış icra tədbirləri zamanı və ondan sonrakı hərrac zamanı müxtəlif pozuntular baş vermişdir. Belə ki, iş üzrə ilk əvvəl Şəki Kommersiya Məhkəməsinin icra vərəqəsi əsasında ipoteka predmetlərinin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Hərracın keçirilməsinə müəyyən müddət qalmış Şəki Kommersiya Məhkəməsinin qərarından borclu tərəf apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Buna görə Şəki rayon İcra və Pro basiya şöbəsi məktubla hərracın keçirilməsinin dayandırılmasını və sənədlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh hərracı keçirərək alıcı olmadı üçün ipoteka predmetini tələbkara təklif etmişdir. Tələbkar bankda həmin ipoteka predmetini əldə edərək hüquqlarını qeydə aldırmışlar. Lakin sonrakı Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-2(107) 426/2022 saylı qərardadı ilə icrada dönüş etmiş, həmin çıxarış, hərrac nəticələri ləğv edilmiş və əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra bütün məhkəmə instansiyalarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra borclu tərəf ödənişlərin edilməsi və icra tədbirlərinin dayandırılması istiqamətində tələbkar bankın rəhbərləri ilə danışıqlara başlamışdır. Tələbkar tərəf onun başını danışıqlara qataraq gizli şəkildə hərracı təşkil etmiş və yenidən ipoteka predmetini balansına keçirməyə nail olmuşdur. Hərracın sifarişi barədə icra məmuru tərəfindən, hərrac keçirilərkən hərracın yeri və vaxtı barədə Hərrac təşkilatı tərəfindən tərəflər məlumatlandırılmalıdır. Yekun protokol və digər sənədlər bu günə kimi Şəki rayon İcra və probasiya şöbəsinə təqdim edilməmiş və onlar tərəfindən təsdiqlənməmişdir. Məhz buna görə də bu və ya digər prosedurlara riayət edilməsi hərracın nəticlərinin etibarsızlığına səbəb olur.
3. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC iddiaya etiraz edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərəflərə məlumat verilmişdir. İmza məsələsi isə iddiaçı ilə poçt orqanı arasında olan məsələdir. Bütün münasibətlər hərrac təşkilatı ilə olmuş və hər rac tam qanuni keçirilmişdir. Bildirişlər və digər sənədlərin hamısı yerindədir. Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli e-2-2(113)-6087/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi ilə İddiaçı1, "xxxx" firmasından (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü i l tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan X8 məxsus Şəki şəhəri, 20 yanvar küçəsi, döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və "xxxx" firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X20 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat İddiaçı1 alınaraq Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci İddiaçı1 alınıb Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-2(107)-17/2023 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni z amanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X9, X5, X14 və X1 vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi - İddiaçı1, "xxxx" firması (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilməsi, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, qətnamə mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qərarı icraya yönəlmiş və Şəki rayonu üzrə İcra və probasiya idarəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubuna əsasən ipoteka predmetləri olan, 1) Şək i şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, hərracın yekunları barədə 047/1/24 nömrəli və 047/2/24 nömrəli Protokollar tərtib olunmuş, alqı-satqı müqaviləsi bağlanmış, 1) Şəki şəhəri, 20 Yanvar küçəsi, döngə 6, ev 12; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hərrac təşkilatçısı "xxxx" MMC-nin 047/24 nömrəli, xx.xx.2024 cü il tarixli və 047/24 nömrəli, xx.xx.2024-cü il tarixli “Açıq hərracın keçirilməsinə dair” bildirişləri Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X6, İddiaçı1, X8, X7, X11, X2, X4, "xxxx" Firmasına göndərilmişdir. 7. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər İddiaçı1 və Nigar firmasına (hazırkı İddiaçı2 MMC) göndərilmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına və müddətlərinə qanunla nəzərdə tutulmuş qaydada riayət edilmiş və qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nə ticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 319.5, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka Qanunu”) 42.1, 42.2, 42.3, 42.4, 42.5, 42.6, 42.7, 42.8, 43.1, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8 və 44-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.2, 76.1, 77 və 82.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-329/2 025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər – Z.Şirinov və L.Əliyeva).
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, əmlakın satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
12. Məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 dekabr tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız İpoteka Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qo yana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
13. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 319.5, 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1 və 43-cü maddələrinə, MPM-in 4.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İpoteka Qanununun 42.1, 43.5, 43.7-1 və 44-cü və MM-in 416.1 və 416.2-ci maddələri üzrə - təqdim olunan poçt sənədlərindəki imzalar borcluların rəsmi sənədlərində – müqavilələrdə, şəxsiyyət vəsiqələrində və etibarnamələrdəki imzalarla uyğun gəlmir. Həmin imzalar arasında heç bir oxşarlıq yoxdur. Birinci instansiya məhkəməsində bu hal şifahi şəkildə diqqətə çatdırılmış və imzaların aidiyyəti şəxslərə məxsus olub-olmamasını müəyyən etmək üçün xətşünaslıq ekspertizasının təyin olunması təklif edilmişdir. Hərracın qanunvericiliyin tələblərinə uyğun keçirildiyi yalnız poçt qəbzi ilə əsaslandırıla bilməz. İmzaların həqiqiliyi yoxlanılmadan bu sənədin hüquqi qüvvə daşıdığı qənaəti əsas sızdır. Bundan əlavə, iş materiallarında icra və hərrac prosesləri zamanı bir sıra qanun pozuntularına yol verildiyi görünür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icra vərəqi əsasında "xxxx" MMC-yə hərrac sifarişi göndərilmiş, lakin sonradan həmin icra sənədinin icrasına dair apellyasiya şikayəti verilmişdir. Bu barədə Şəki Rayon İcra və Probasiya Şöbəsi hərracın dayandırılması və sənədlərin geri qaytarılması barədə məktub göndərmiş, lakin buna baxmayaraq cavabdeh tərəf hərracı keçirərək ipoteka predmetini tələbkara təklif etmişdir. Son nəticədə "xxxx" QSC həmin əmlakı əldə edərək balansına keçirmişdir. Halbuki, Şəki Apellyasiya Məhkəməsi 2022-ci il 8 sentyabr tarixli, 2-2(107)-426/2022 saylı qərardadı ilə icrada dönüş etmiş, çıxarış və hərrac nəticələrini ləğv etmişdir. Bütün məhkəmə ins tansiyalarında proseslər başa çatdıqdan sonra borclu tərəf bankla ödənişlərin tənzimlənməsi və icranın dayandırılması üçün danışıqlara başlamış, lakin bank bu müddətdən istifadə edərək hərracı gizli şəkildə həyata keçirmiş və əmlakı balansına keçirmişdir. Hərrac sifarişi, yeri və vaxtı barədə tərəflərə məlumat verilməli idi. Hazırkı tarixədək yekun protokol və hərrac sənədləri Şəki Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmamış və təsdiqlənməmişdir. Bütün bu halların toplusu prosedur pozuntularının olduğunu göstərir və hərracın nəticələrinin etibarsız sayılması üçün əsas yaradır.
17. MPM-in 77.1, 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - məhkəmə həqiqəti müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.” “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədə n hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 21. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkil atçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiym ətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi müvafiq 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Q anunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatç ısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özün də saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.
22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” müvafiq “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
25. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bil məz.
26. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
27. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüqun normalarının pozulması barədə dəlillər isə əsassızdır.
28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi is ə belə dəlilləri yoxlaya bilməz.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbu l olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi v ə toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
33. Göstərilənlərə əsasə n və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-329/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.