Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-462/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayəti vəkil tərəfindən imzalanmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcu n ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı 1. "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”, ayrı – ayrılıqda işlədikdə “Cavabdeh1” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 35.186 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə-2021-ci il 7 noyabr tarixədək hesabl anmış ödənilməmiş 4.897 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixədək hesablanmış ödənilməmiş 5.124 manat məbləğdə faiz (real zərər) borcunun və 129.773 manat məbləğdə dəbbə pulunun, cəmi 174.980 manat məbləğində borcun və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 31.088 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə2021-ci il 7 noyabr tarixədək hesablanmış ödənilməmiş 5.806 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixədək hesablanmış ödənilməmiş 5.125 manat məbləğdə faiz (real zərər) borcunun və 138.143 manat dəbbə pulunun, cəmi 180.252 manat məbləğində borcun, ilkin mediasiya icraatına ödənilmiş 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatın 402 manat + 165 manatının 77 manatı hissəsinin ödənilməsinə, Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 56.556 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə 2021-ci il 5 oktyabr tarixədək hesablanmış ödənilməmiş 2.507,32 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixədək hesablanmış ödənilməmiş 8.522,67 manat məbləğdə faiz (real zərər) borcunun və 190.017 manat məbləğdə dəbbə pulunun, cəmi 257.603 manat məbləğində borcun və 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 20.995 manat əsas borcun, kredit müqaviləsi nin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixədək hesablanmış ödənilməmiş 2.095 manat məbləğdə faiz (real zərər) borcunun və 142.866 manat məbləğdə dəbbə pulunun, cəmi 165.893 manat məbləğində borcun, 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatının 455 manat + 165 manatının 86 manat hissəsinin ödənilməsinə, Cavabdeh1 borc tələbi tutumu 2015-ci il 1 may tarixli K-026/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 2014-cü il 27 oktyabr tarixli İ-07/2014 saylı ipoteka müqaviləsinə və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə İ-010/2015 saylı, Sonrakı ipoteka müqaviləsinə əsasən öhdəliklərin təminat üsulu olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (16/81 saylı mağaza) yönəldilərək 21 0.000 manat likvid dəyərlə yönəldilərək və 2015-ci il 7 iyul tarixli K033/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 2015-ci il 15 iyul tarixli ipoteka müqaviləsinə əsasən təminat üsulu olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0.225 ha torpaq sahəsinə 67.500 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, Cavabdeh2 borc tələbi tutumu 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015-ci il 5 oktyabr tarixli İ-014/2015 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 210.000 manat likvid dəyərl ə yönəldilərək və 2015-ci il 5 oktyabr tarixli K041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015ci il 5 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri ə/d, Sarı-Qaya bağlar zonasında istifadədə 0.32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.4 kv.m ümumi, 38.3 kv.m əsas 33.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə 71.400 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılsın və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, Cavabdeh2 borc tələbi tutumu 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015ci il 20 dekabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmi ş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 846 ünvanında yerləşən ümumi sahəsi 0.225 ha olan torpaq sahəsinə 56.250 manat likvid dəyərlə yönəldilərək açıq hərraca çıxarılması və hərracda satışdan əldə olunmuş vəsait hesabına borcun ödənişinin təmin edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-45/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 35.186 manat əsas borc, 4.897 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.687,5 manat məbləğində faiz borcu, 1.759,3 manat məbləğində dəbbə borcu olmaqla cəmi 45.529,80 manat məbləğində və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 31.088 manat əsas borc, 5.806 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.228,11 manat məbləğində faiz borcu, 1.554,40 manat məbləğində dəbbə borcu olmaqla cəmi 41.676,51 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K041/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 56.556 manat əsas borc, 2.507,32 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 6.126,9 manat məbləğində faiz borcu, 2.828 manat məbləğind ə dəbbə borcu olmaqla cəmi 68.018,22 manat məbləğində və 2015-ci il 18 dekabr tarixli K054/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 20.995,97 manat əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.275 manat məbləğində faiz borcu, 1.050 manat məbləğində dəbbə borcu olmaqla cəmi 24.320,97 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 225.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq ol duqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 67.500 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri ə/d, Sarıqaya bağlar zonasında istifadədə 0,32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71,4 kv.m ümumi, 38,3 kv.m əsas, 33,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakı n açıq hərracda satılması, əmlakın likvid qiymətinin 71.400 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçını borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlərin cavabdehlərdən tutulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.022 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.Namazova).
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin – faizlərin hesablanması, ödənilməsini və dəbbə pulunun təmin edilməsi hissəsində tam lə ğv olunması və iş üzrə iddia tələbinin bu hissələri üzrə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin qismən – dəbbə və faiz borcunun tutulması hissəsində ləğv olunması və iddianın faiz borcunun tutulması hissəsində tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
6. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin – faizlərin hesablanması, ödənilməsini və dəbbə pulunun t əmin edilməsi hissəsində tam ləğv olunması, 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi üzrə yaranmış 149.074 manat və 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi üzrə yaranmış 142.866 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli o lduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə
6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. …”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması … 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. … 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. …” “Maddə 404-1. Kassasiya şikayə tinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. …” “Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. …” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayət i aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, aşağıda göstərilənlərə əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
10. Belə ki, MPM-in 10-1.7-ci maddəsinin (bax § 8) tələbləri ondan ibarətdir ki, “Elektron Məhkəm ə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 11. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində (bax § 7) verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış ele ktron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.
12. Həmin Qanunun 6.1-ci maddəsinin (bax § 7) tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
13. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informas iya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmiş, qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
15. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü (və ya onun nümayəndəsi), həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
16. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, həmin tarixdən sonra, yəni 2024-cü il 29 iyun tarixində elektron sistemə əlavə edilmiş kassasiya şikayəti iddiaçının baş direktoru tərəfindən elektron qaydada imzalanmış, lakin şikayətə orderi əlavə edilmiş Vəkil2 elektron imzası ilə rəsmiləşdirməmişdir.
17. Beləliklə, hazırda kassasiya şikayəti elektron qaydada yalnız iddiaçı tərəfindən imzalandığından, kassatorun vəkili tərəfindən isə elektron qaydada imzalanmadığından, MPM-in 407.3-cü maddəsinin (bax § 8) tələbləri pozulmaqla verilmiş hesab olunmalı, bu səbəbdən də həmin kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.
18. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1ci maddələrinin (bax § 8) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, həmin tələblərə əməl etməyərək, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
19. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)320/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.