Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-462/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı x1Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(103)-32/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şik ayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı x1Açıq Səhmdar Cəmiyyəti ( bundan sonra-“ iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ( bundan sonra-“cavabdehlər”) müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 18 noyabr tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh5 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 18 noyabr tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli e-2-2(113)-174/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh5 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 18 noyabr tarixli kredit müqaviləsinin 2023-cü il 28 aprel tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdehlərdən müştərək qaydada 2019-cu il 18 noyabr tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borc, həmçinin 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir ( hakim E.Əliyev). Cavabdeh5 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(103)-32/2025 nömrəli qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edil məsi, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun və dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğv edilmsi, həmin hissədə iddia rədd edilməsi, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borc məbləği 10.664,3 manat məbləğində müəyyən edilməsi, apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 hissəsi iddiaçıdan tutularaq Cavabdeh5 ödəniməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsinin Cavabdeh5, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudov a və Z.Şirinov). Qətnamədən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək kommersiya mübahisəsi üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respubl ikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə apellyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, həmin qətnamənin yoxlanılması kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki iş üzrə kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini yalnız məhkəmə xərclərinin ondan tutulması hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələnd irdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(103)-32/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-462/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-462/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver