Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-463/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqının ödənilməsi və icarə obyektindən çıxarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı MMC-nin həmin iddia üzrə cavabdeh QSC-yə qarşı “icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əlavə ödənilmiş pul vəsaitinin icarə haqqından çıxılması” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı QSC-nin həmin iddia üzrə MMC-yə qarşı “icarə haqqının ödənilməsi və icarə obyektindən çıxarılması” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. MMC (bundan sonra – "xxxx") ilə MMC-2 (bundan sonra – “MMC-2”) arasında 2018-ci il 1 noyabr tarixli İM-458 saylı icarə müqaviləsi (bundan sonra – “icarə müqaviləsi”) bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 24 ünvanında yerləşən Bakı Dəmiryolu Vağzalı binasının 7 və 8-ci mərtəbələrində yerləşən ümum i sahəsi 688 kv.m olan sahə 5 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Aylıq icarə haqqı 5.000 manat müəyyən edilmişdir. 2. 2020-ci il 17 yanvar tarixli EBAE seriyalı, 999199 saylı elektron qaiməyə əsasən yanvar ayı üçün İM-458 saylı icarə müqaviləsi üzrə 5.000 manat, 2020-ci il 10 fevral tarixli EBAG seriyalı, 082630 saylı elektron qaiməyə əsasən 4.999,66 manat və 2020-ci il 16 mart tarixli EBAH seriyalı, 704997 saylı elektron qaiməyə əsasən isə 5.000 manat icarə haqqı iddiaçı tərəfindən ödənilməlidir. 3. 2020-ci il 30 yanvar tarixli FRB seriyalı, 220264 saylı kassa mədaxil orderinə əsasən 5.000 manat, 2021-ci il 14 fevral tarixli FRB seriyalı, 220268 saylı kassa mədaxil orderinə əsasən isə 1.500 manat icarə haqqı iddiaçı tərəfindən ödənilmişdir. 4. 2020-ci il 25 avqust tarixli ödəniş cədvəlinə əsasən, icarə müqaviləsi üzrə iddiaçı tərəfindən 2020-ci il 7 yanvar tarixində 3.000 manat, 2020-ci il 30 yanvar tarixində 5.000 manat, 2020-ci il 14 fevral tarixində 1.500 manat, 2020-ci il 10 sentyabr tarxində 300 manat, 2020-ci il 17 iyun tarixində 300 olmaqla, cəmi 15.000 manatdan 10.100 manat ödəniş edilmiş və 9.400 manat qalıq borcu qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2020-ci il 12 may tarixində MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC ilə 2018-ci il 1 noyabr tarixində bağlanmış icarə müqaviləsi üzrə fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin sonuncunun üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia təl əbi onunla əsaslandırılmışdır ki, icarəyə verilmiş sahə İcarəçi tərəfindən otel kimi təmir edilmiş və avadanlıqlarla təmin edilmiş, aylıq icarə haqqı kimi 5.000 manat hər ay ödənilmişdir. 2020-ci ilin əvvəlindən COVİD-19 virusunun yayılması ilə fors-major hal yaranmışdır. Həmin halla bağlı iddiaçı da iş fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Bu barədə müqavilənin 10-cu bəndinə əsasən xəbərdarlıq edilməsinə baxmayaraq, icarəyəverən tərəf onlardan fors-major halla bağlı 4 və 5-ci aylar üçün müqavilə bəndlərinə zidd olaraq icarə haqqı tələb etməkdədir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 421.2, 424.5, 425.1, 700.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci maddəl ərinə istinad edilmişdir. 8. 2020-ci il 21 oktyabr tarixində iddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, icarə müqaviləsi üzrə fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin MMC-nin üzərinə qoyulması və əlavə ödənilmiş 60.000 manat məbləğində pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin ərizədə qeyd etmişdir ki, MPM-in 53-cü maddəsinə əsasən, həm icarə müqaviləsi bağlanan ərəfədə, həm də icarə münasibətlərinin davam etdiyi ərəfədə iddiaçı tərəfindən icarə haqqı ilə bağlı MMC-yə artıq ödəmələr olmuşdur. Hazırda MMC bu ödənişləri nəzərə almaq istəmir. Bu baxımdan, hazırkı tələblə bərabər, onlar tərəfindən ödənilmiş əlavə 60.000 manat pulun da icarə haqqı kimi hes ablanması zərurəti yanmışdır. Həmin ödəniş qəbzlərini sübut kimi ərizəyə əlavə edilmişdir. 9. 2020-ci il 27 oktyabr tarixində iddiaçı vəsatət ilə müraciət edərək, iş üzrə cavabdeh MMC-2-nin əsl cavabdeh QSC (bundan sonra – “cavabdeh”) ilə əvəz edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli e-2-2(113)-1451/2020 saylı qərardadı ilə vəsatət təmin edilmişdir. 10. 2020-ci il 17 noyabr tarixində cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıdan 9.400 manat pulun alınaraq ona ödənilməsi və iddiaçı tərəfindən icarə obyekti Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən Vağzal binasının 7 və 8-ci mərtəbələri boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi bağlanılan tarixdən bu günədək iddiaçı tərəfindən icarə haqqı qismən ödənilmişdir. Belə ki, cavabdehin 2018-ci il 1 noyabr tarixindən 2020-ci il 1 aprel tarixinədək olan dövr üçün qalıq borcu 9.400 manat təşkil etmişdir. Ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar 2020-ci il 1 aprel tarixindən etibarən iddiaçıya icarə haqqı hesablanmamışdır. Bu səbəbdən, ilkin iddia ərizəsində “fors-major halla bağlı icarə haqqı ödənişinin müvəqqəti dayandırılması” tələbi tamamilə əsassızdır. Həmçinin, iddiaçının ilkin iddia ərizəsindəki digər tələbinin - ödədikləri əlavə 60.000 manatın icarə haqqı ödənişi kimi hesablanmasının heç bir hüquqi əsası yoxdur. Çünki iddiaçı tərəfindən cavabdehə belə bir ödəniş edilməmişdir. Bel əliklə, iddiaçı üzərinə düşən öhdəliyi icra etmədiyi üçün 2020-ci il 24 sentyabr tarixində ona 22.546 nömrəli pretenziya məktubu ünvanlanmış və pretenziya tələbi icra edilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi göstərilmişdir. Lakin pretenziya tələbi təmin olunmamış və tərəflər arasında bağlanmış müqaviləyə 2020-ci il 5 oktyabr tarixində cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Buna görə də 9.400 manat qalıq borc iddiaçıdan alınmalı və icarə obyekti boşaldılaraq onlara təhvil verilməlidir.
12. Qarşılıqlı iddianın hüquqi əsası kimi MM-in 385.1, 442, 445.1, 445.2, 448.2, 675, 697, 700.1-ci maddələrinə istinad edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli e-2-2(113)-127/2021 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, ilk idd ia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia isə təmin edilərək, 9.400 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, ünvan 4 ünvanda yerləşən Vağzal binasının 7-ci və 8-ci mərtəbələrinin iddiaçı tərəfindən boşaldılaraq cavabdehə təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 5 illik (2018 noyabr-2023 noyabr) icarə müqaviləsinin 11.2-ci bəndinə əsasən, hər hansı bir tərəf bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf, həmin digər tərəfin müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarına (o cümlədən, bu müqaviləyə xitam vermək hüququ) əlavə olaraq, bu müqavilə üzrə öhdəliklərini əhəmiyətli dərəcədə pozan tərəfə 10 gün əvvəlcədən bildiriş verməklə xitam verə bilər. Müqavilə üzrə icarə haqqının 2018-ci il 1 noyabr tarixindən sonra hesablanması müəyyən edilsə də, 2020-ci il 1 yanvar taixindən 2020-ci il 1 aprel tarixinə kimi 15.000 manat icarə haqqı üzrə cəmi 10.100 manat ödəniş edilmiş, qalıq borc 9.400 manat təşkil etmiş, hazırda da həmin icarə haqqı ödənilməmişdir. İddiaçı tərəfindən bu halın əksini təsdiq edən, yəni, qismən də olsa icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi, icarə müqaviləsinin şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmaya raq icarə haqqı ödənilmədiyinə görə müqaviləyə xitam verilmişdir.
15. Hazırda cavabdeh tərəfindən tələb olunan icarə haqqı borcu karantin dövrünü deyil, 2020-ci ilin yanvar – mart aylarını əhatə edir.
16. İşin halları ilə təsdiq olunur ki, müqavilə üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklərə tam əməl etməmişdir. Buna görə də ilkin iddianın fors-major halı bitənə qədər icarə haqqı ödənişlərinin hesablanmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissəsi əsassızdır və qarşılıqlı iddia həm 9.400 manat icarə haqqı üzrə yaranmış borcun ödənilməsi, həm də müqaviləyə xitam verilməklə hazırda heç bir əsas olmadan icarə obyektindən istifadə olunduğuna görə icarə obyektinin boşaldılaraq cavabdehə təhvil verilməsi hissələrində təmin edilməlidir.
17. İlkin iddianın əlavə ödənilmiş 60. 000 manat məbləğində pul vəsaitinin icarə haqqı ödənişi kimi hesablanmaqla icarə ödənişindən çıxılması hissəsi ilə bağlı məhkəməyə sadə yazılı formada müəyyən məbləğlərdə pul vəsaitinin ödənilməsi ilə bağlı qəbzlər təqdim olunmuşdur. İlkin olaraq onu qeyd etmək lazımdır ki, tərəflərin hər ikisi hüquqi şəxsdir və buna görə də hesablaşmalar ciddi hesabat sənədləri əsasında həyata keçirilməlidir. Həmin qəbzlərdə pulun kim tərəfindən alınması, ümumiyyətlə həmin qəbzlərin cavabdehə aidiyyəti ilə bağlı heç bir qeyd aparılmamışdır. Buna görə də iddiaçı tərəfindən təqdim olunan qəbzlər cavabdehə pul vəsaitinin ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və iddia həmin hissədə də rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini MM-in 675, 684.1, 700.1, 700.3, MPM-in 119.1-ci maddələrinə, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı 2021-ci il 16 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrl ik edən hakim – V.Məmmədov, hakimlər - A.Hüseynov və V.Baxışova).
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11.2-ci bəndinə əsasən hər hansı tərəf bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, digər tərəf həmin tərəfin bu müqaviləyə xitam vermək hüququ da daxil olmaqla müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarına əlavə olaraq, bu müqavilə üzrə öhdəliklərini əhəmiyətli dərəcədə pozan tərəfə 10 gün əvvəlcədən bildiriş verməklə xitam verə bilər. Müqavilə üzrə icarə haqqının 2018-ci il 1 noyabr tarixindən hesablanması razılaşdırılmış, 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 1 aprel tarixinə kimi icarə haqqından cəmi 10.100 manat ödəniş edilmiş, qalıq borc 9.400 manat təşkil etmiş, həmin icarə haqqı ödən ilməmiş qalmış, iddiaçı tərəfindən qalıq icarə borcunun ödənilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır.
22. Borcun mövcudluğu iş materialları ilə də təkzib olunmur.
23. İddiaçı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsə də, ekspertin hansı ödəniş sənədlərinə əsasən hesablama aparacağını bildirməmiş, belə sənədləri məhkəməyə də təqdim etməmişdir. Onun bu qəbildən sənədlər kimi istinad etdiyi, işin 72-ci vərəqində saxlanılan, 1 manat komissiya məbləği nəzərə alınmadan 49 manat (2019-cu il 23 dekabr), 950 manat (2019-cu il 23 dekabr) və 500 manat (2019-cu il 30 dekabr) məbləğdə qəbzlər, birincisi, kserosurət olduqları üçün mötəbər sübut əhəmiyyətinə malik deyillər, ikincisi, həmin məbləğləri ödəyən X1 bu ödənişləri iddiaçının adından icarə müqaviləsi üzr ə ödəməsi həmin qəbzlərdən məlum olmur və iddiaçı da bu barədə açıqlama verməmişdir. İşin 73-cü vərəqində saxlanılan 2017-ci il 4 dekabr tarixli qəbz də həm kserosurətdir, həm tarixi icarə müqaviləsinin tarixindən (2018-ci il 1 noyabr) əvvələ təsadüf edir, həm də kimin kimdən nə məqsədlə pul aldığı aydın deyil. İşin 74-cü vərəqində saxlanılan FRB 22064 və 220268 nömrəli 2020-ci il 30 yanvar və 2020-ci il 14 fevral tarixli kassa-mədaxil orderi qəbzləri ilə ödənən 5.000 və 1.500 manat cavabdeh tərəfindən nəzərə alınmışdır (iş vərəqi-138). İşin 176-cı vərəqində saxlanılan qırmızı və sarı rəngli dəftərxana qeyd kağızlarında əks olunan 4.830 manat, 100 ABŞ dolları və 1.500 manat məbləğdə ödəniş adı ilə təqdim olunan materiallarda isə “Anar”, “qəbul etdim” sözləri və imzadan başqa heç bir məlu mat olmadığı üçün sübut kimi qəbul edilə bilməz. İddiaçının cavabdehə icarə haqlarından qalıq borcu işdə olan elektron qaimələrlə sübuta yetirilir.
24. İcarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan iddiaçı müqavilə üzrə cavabdehə olan borcunu ödəməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 700.1, 700.2, MPM-in 14.2, 77.1, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
26. Həmin qətnamə 2021-ci il 10 avqust tarixli məktubla tərəflərə göndərilmiş, 2021-ci il 11 avqust tarixində proses iştirakçılarının elektron kabinetinlərə yerləşdirilmişdir.
27. İddiaçı 2022-ci il 28 mart tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilərək, işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. MPM-in 8 və 9-cu maddələri üzrə - Məhkəmə iddiaçının apellyasiya prosesində iştirakını təmin etməmişdir.
29. MPM-in 85.1, 87, 88 və 89.3-cü maddələri üzrə - Məhkəmə müxtəlif məbləğdə olan ödənişlərimizlə bağlı qəbzləri sübut hesab etməyərək lazımi qaydada araşdırmamışdır. Həmin sənədlərin kserosurət olması o demək deyil ki, həmin qəb zlər sübut kimi hesab edilə bilməz. Əslində həmin qəbzlər mövcud olmuşdur ki, onların kserosurətləri də sonradan məhkəməyə təqdim edilmişdir. Tərəflər arasında yalnız bir icarə müqaviləsi olduğuna görə ödənişlər də həmin müqaviləyə görə edilmiş ödənişlər hesab edilməlidir. X2 tərəfindən edilmiş ödənişlər 2018-ci il 1 noyabr tarixli icarə müqaviləsi üzrə edilmiş ödənişlərdir. 4.830 manat, 100 ABŞ dolları, 1.500 manat məbləğində ödənişlər də “Anar qəbul etdim” qeydi və imza olduğuna görə mötəbər sübut hesab edilməlidir.
30. MPM-in 97.1-ci maddəsi üzrə - Məhkəmə sübutlarla bağlı yuxarıda qeyd etdilən maddələrin tələbini pozaraq etirazımızın əsasını təşkil edən yeganə mötəbər sübutu (ekspert rəyini) əldə etmədən birtərəfli qaydada qərar qəbul etmişdir. Məhkəmə mühasibatlıq ekpertizasının keçir ilməsi barədə nə bizim vəsatətimzi təmin etmiş, nə də öz təşəbbüsü ilə ekspertiza təyin etmiş, nəticədə icarə müqaviləsinə görə tərəfimizdən ödənilmiş məbləğləri nəzərə almamışdır. 31. “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 6-cı bəndi üzrə - Hazırkı qətnamədə həmin Qərarın 6-cı maddəsinin hər iki bəndinin (6.2 və 6.3-cü bəndlər) tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci m addəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İlkin iddia üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməli dir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müv afiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafi q surətdə tətbiq edilir.”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir....” “Maddə
365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.”
38. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.9-cu bəndində aşağıdakılar nəzərdə tutulur: “...ƏDV ödəyi cisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur...”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında qeyd olunmuşdur ki: “...hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktlar ın yetərliliyi baxımından qiymətləndirilir...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Kassator öz şikayətində bildirir ki, apellyasiya icraatında işə baxılarkən iddiaçının iştirakı təmin edilməmişdir (bax yuxarıda § 28).
42. Halbuki iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 6 avqust tarixli iclasının protokolundan (İ cild, i/v 239-240) görünür ki, iddiaçının direktorunun xəstə olması səbəbindən iclasın təxirə salınması barədə vəsatəti həmin iclasda baxılaraq təmin edilməmi ş, məhkəmə bunu həmin vəsatətə xəstəliklə bağlı heç bir sənədin əlavə edilməməsi ilə əlaqələndirmişdir.
43. MPM-in 185.1-ci maddəsinin (bax yuxarıda § 37) tələbinə görə, işdə iştirak edən şəxs məhkəməyə gəlməməyin səbəbinin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludur.
44. Hazırkı halda iddiaçının direktoru həmin tələbə əməl etmədən məhkəmə iclasına gəlməmiş, həmçinin öz nümayəndəsinin iştirakını da təmin etməmişdir.
45. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəf məhkəmə icraatının əvvəlki mərhələlərində iştirak edərək öz dəlillərini, malik olduğu sübutları, eləcə də vəsatətləri məhkəməyə təqdim etmiş, həmin sənədlər iş materiallarına əlavə olunmuşdur.
46. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə iddiaçı tərəfin işt irakı olmadan baxılması barədə qərar qəbul edərkən MPM-in 185.5 və 365-ci maddələrinə (bax yuxarıda § 37) uyğun hərəkət etmiş, hər hansı prosessual pozuntuya yol verməmişdir.
47. Kassatorun digər dəlillər sübutların düzgün qiymətləndirilməməsi, əsassız olaraq mühasibatlıq ekspertizanın təyin olunmaması, qətnamədə sübutların düzgün əsaslandırılmaması ilə bağlıdır (bax yuxarıda §§ 29-31).
48. Kassatorun eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirilmiş, məhkəmə qətnamədə həmin dəlillərlə bağlı öz mövqeyini əsaslandırılmış şəkildə ifadə etmişdir.
49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, müqavilə üzrə 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 1 aprel tarixinə kimi icarə haqqından cəmi 10.100 manat ödəniş edilmiş, iddiaçı tərəf indən 9.400 manat qalıq borcun ödənilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır.
50. Məhkəmə kollegiyası MPM-in 89.3-cü maddəsinə (bax yuxarıda § 37) istinad edərək, iddiaçının bu qəbildən sənədlər kimi təqdim etdiyi kserosurət surət olan 2019-cu il 23 və 30 dekabr tarixli 3 qəbzin, habelə mübahisə predmeti olan dövrdən əvvələ təsadüf edən 2017-ci il 4 dekabr tarixli qəbzin qeyri-mötəbər sübut olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
51. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həlli üçün zəruri məlumatlar əks etdirməyən qırmızı və sarı rəngli dəftərxana qeyd kağızlarında əks olunan 4.830 manat, 100 ABŞ dolları və 1.500 manat məbləğdə ödəniş adı ilə təqdim edilmiş materiallara da tamamilə haqlı olaraq mötəbər sübut kimi istinad etməmişdir.
52. Məhkəmə-mühasibatlıq ekspertizasının əsassız olaraq təyin edilməməsinə gəldikdə isə, iddiaçı belə ekspertizanın keçirilməsini tələb etsə də, ekspertin hansı ödəniş sənədlərinə əsasən hesablama aparacağını bildirməsi, həmçinin belə sənədləri məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.
53. Odur ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 37) uyğun olaraq, sözügedən ekspertizanın keçirilməsinə lüzum görməmişdir.
54. Eləcə də kassatorun qətnamədə sübutların düzgün əsaslandırılmaması ilə bağlı dəlili yalnız ümumi xarakterli ifadələrlə verildiyindən, konkret xarakter daşımadığından həmin qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
55. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 37) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 avqust tarixli 2-2(103)-663/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.