Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-463/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli 2-2(103)- 334/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxx x" ASC arasında 2017-ci il 5 may tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 35%-dək, icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri təyin olunur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir.
2. İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış 2017-ci il 5 may tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə 2019-cu il 1 may tari xli 3 saylı Əlavədə qeyd olunmuşdur ki, müqavilənin 3.2-ci bəndinin könüllü növlər üzrə siyahısına aşağıdakı növlər əlavə edilsin: kənd təsərrüfatı heyvanlarının sığortası; kənd təsərrüfatı bitkilərinin sığortası; avtomobillərin uzadılmış zəmanət sığortası; elektron avadanlıq və məişət texnikasının sığortası. Müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı məzmunda qəbul edilir: sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: könüllü növlər üzrə 43%-dək (43% daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%dək (15 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dən çox olan nə qliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; digər icbari növlər üzrə 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər. Müqavilənin digər müddəaları dəyişilməz olaraq qalır. Bu Əlavə 2019cu il 1 may tarixdən qüvvəyə minir. Hazırkı Əlavə 2017-ci il 5 may tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
3. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 2019-cu il 6 may tarixli, AS19/1155 nömrəli məkt ubda qeyd edilmişdir ki, hal-hazırda "İcbari Sığortalar haqqında" Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir.
4. İddiaçı pretenziya qaydasında məktubla "xxxx" ASC-yə müraciət edərək, 13.700 manat komissiya haqqı, 2000 manat gecikmə faizi, 2000 manat maddi zərər üçün kompensasiya olmaqla, cəmi 17.700 manat pulun 5 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.700 manat komissiya haqqı, 2000 manat gecikmə faizi, 2000 manat maddi zərər üçün kompensasiya, 1000 manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 18.700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 5 may tarixdə bağlanılmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsi əsasında iddiaçı, cavabdehin adına sığorta müqavilələrinin bağlanması üçün ona agentlik (vasitəçilik) xidmətini göstərməyi, cavabdeh isə iddiaçının bağladığı hər sığorta müqaviləsi üzrə daxil olan pulun 15 + 5 = 20%-ni komissiya haqqı olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bu agentlik müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmiş, bunun da nəticəsində cavabdeh xeyli miqdarda gəlir əldə etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıya 2019 il 1 yanvar – 2019-cu il 31 dekabr tarixləri arasında olan dövrə aid 2400 manat, 2020 il 1 yanvar – 2021-ci il 31 yanvar tarixləri arasında olan dövrə aid 11.300 manat olmaqla, cəmi 13.700 manat komissiya haqqını ödəməmişdir. Belə ki, cavabdehin tərtib etdiyi 2020-ci il 2 mart tarixli 01/20 saylı aktdan məlum olur ki, 2019 il 1 yanvar – 2019-cu il 31 dekabr tarixləri ərzində iddiaçı cəmi 239.912,64 manat sığorta haqqı toplamış, bundan 33.586,39 manat agent mükafatı (komissiya haqqı) və 2437,13 manat işlərin aparılması xərcləri olaraq hesablanmışdır. Lakin həmin akta əlavə edilmiş cavabdehin tərtib etdiyi cədvəllərə diqqətlə baxıldıqda görünür ki, cavabdeh bir çox hallarda, iddiaçı sığorta haqqı toplasa da, onun ü çün mükafat hesablamamış və komissiya xanasına 0 rəqəmi yazılmış, yaxud səhv olaraq az mükafat hesablanmışdır. Cavabdehin hesablamadığı və ya səhv olaraq az hesabladığı həmin xanalar üzrə komissiya haqqı hesablansa, cavabdehin həmin dövr üçün 2400 manat komissiya haqqını hesablamadığı aşkar edilir. Eyni zamanda cavabdehin 2020 il 1 yanvar – 2021-ci il 31 yanvar tarixləri üzrə dövr üçün iddiaçıya hesablamadığı komissiya haqqının məbləği də 11.300 manatdır. İddiaçı 2020 il 1 yanvar – 2021-ci il 31 yanvar tarixləri aralığında 132.114,61 manat sığorta haqqı toplamış və cavabdeh 19.817,20 manat agent mükafatı (komissiya haqqı) verməli olduğu halda, iddiaçının hesabına tam məbləğ köçürülməmişdir. Köçürülməmiş komissiya haqqı 11.300 manat təşkil etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi Azər baycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2017-ci il 5 may tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 2019-cu il 1 may tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi, 13.361,81 manat komissiya haqqı, 16.164,23 manat işlərin görülməsi xərci, 2000 manat gecikmə faizi, 2000 manat maddi zərər üçün kompensasiya, 1000 manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 34.526,04 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsini n (bundan sonra - “MM”) 21.1, 21.2, 386.1, 443, 445.7-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında bağlanılmış 2017-ci il 5 may tarixli "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" Müqaviləsinin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığortaçı daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 %-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilik də, həm də tapşırıq müqaviləsinə 2019-cu il 19 may tarixli 3 saylı əlavəyə görə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15% intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. 2019 il 1 yanvar – 2019-cu il 31 dekabr və 2020 il 1 yanvar – 2020-ci il 31 dekabr tarixləri ərzində iddiaçı 2017-ci il 5 may tarixli "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" Müqaviləsinə əsasən yığılmış sığorta haqlarına münasibətdə müvafiq olaraq 33.563,99 və 8855,88 manat olmaqla, ümumilikdə 42.419,87 manat məbləğində komisyon muzd almışdır. İddiaçının Elektron Məhkəmə portalı vasitəsi ilə əlavə etmiş olduğu cədvəldən görünür ki, qeyd olunan cədvəl heç bir imza və möhürlə təsdiq edilmədiyindən sübut kimi qiymətlən dirilməsi mümkün olmayan sənəddir. "Sığorta fəaliyyəti haqqında” Qanunun 82.1-ci maddəsində də qeyd olunduğu kimi, sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göründüyü kimi, lisenziya ilə sığorta agenti kimi fəaliyyət göstərən iddiaçı MPMin 9-cu maddəsinin tələblərinə uyğun olaraq iddia tələbində qeyd olunan dövrü əhatə edən, yəni 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr və 2020-ci il 1 yanvar – 2020 -ci il 31 dekabr tarixləri ərzində bağlanmış sığorta müqavilələrini təqdim etməyə borcludur. İddia ərizəsinə əlavə ilə bağlı bildirilir ki, tərəflər arasında bağlanmış "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" müqaviləsinə 2019-cu il 19 may tarixli 3 saylı əlavənin 6.1-ci bəndindən də görünür ki, 5% işlərin görülməsi xərci verilə bilər. Həmin bənddən göründüyü kimi, işlərin görülməsi xərcinin verilməsi ilə bağlı hər hansı imperativ hal yoxdur. Əlavə olaraq, "Sığorta fəaliyyəti haqqında” Qanunun 82.2.2-ci maddəsindən də görünür ki, sığorta agentləri ilə bağlı işlərin görülməsi xərci ümumilikdə qanunvericilikdə öz əksini tapmamışdır. "İcbari Sığorta haqqında” Qanunun 12.4-cü maddəsində qeyd olunan sığorta haqları yığımından işlərin görülməsinə vəsaitin sərf edilə bilməsi halının is ə sadəcə sığortaçının hüququ olması aşkar şəkildə görünür. Sığortaçı həmin maddədə göstərilən vəsaiti isə filial və nümayəndəliklərin saxlanılması, icarə haqları, əməkdaşların maaşı, kommunikasiya, nəqliyyat xərcləri və s. üçün sərf edə bilər.
10. Məhkəmənin 2021-ci il 3 dekabr tarixli e-2-2(113)-4509/2021 nömrəli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 17 avqust tarixli, 9/346 saylı ekspert rəyindən müəyyən olunur ki, cavabdeh ilə iddiaçı arasında 2017-ci il 5 may tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə, ona edilmiş əlavə sazişə və iş materiallarında ola n icbari sığorta müqavilələrinə, tərtib edilmiş akt, cədvəl məlumatlarına əsasən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövr üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10.961,31 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə və ona edilmiş əlavəyə əsasən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixləri ərzində işlərin görülmə xərcləri (5% ilə) 9558,5 manat ((239.912,64 x 5%) – 2437,13)), 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixləri ərzində işlərin görülmə xərcləri (5% ilə) 6605,73 manat (132.114,61 manat x 5%) təşkil edir. İş materiallarında olan “Görülmüş işl ərin təhvil-təslimi haqqında” 2020-ci il 2 mart tarixli, 01/20 nömrəli akt məlumatlarına əsasən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr ərzində cəmi 239.912,64 manat məbləğində sığorta haqqı toplanmış, 33.586,39 manat agent mükafatı və 2437,13 manat işlərin aparılması xərci hesablanmışdır. 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üzrə sığorta agenti cavabdeh vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 3350 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqlarına komissiya haqqı hesablanmış, bir neçə sığorta növləri üzrə isə komissiya haqqı hesablanmamışdır. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat təşkil edir (239.912,64 x 15% - 33.586,39). Bundan başqa, iş materiallarında olan “Görülmüş işlərin təhvil-təslimi haqqında” akt məlumatlarına əsasən 2020-ci il 1 yanvar – 2021-ci il 18 yanvar tarixli dövr ərzində cəmi 8855,88 manat məbləğində komisyon mükafatı ödənişi olduğu öz əksini tapmışdır. 2020-ci il 1 yanvar – 2020-ci il 31 dekabr tarixli dövr üzrə sığorta agenti cavabdeh vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 1143 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqqları 59.039,19 manat təşkil edir. İş materiallarında icbari sığorta müqavilələrinə dair məlumat və tərtib edilmiş cədvəl məlumatlarına əsasən 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixləri aralığında sığorta agenti kimi fəaliyyəti nəticəsində toplanmı ş sığorta haqqının 132.114,61 manat təşkil etdiyi müəyyən edildi. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10.961,31 manat təşkil edir (132.114,61 x 15%- 8855,88).
12. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisi tərəfindən tərtib edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş rəyə əsasən sığortaçı cavabdeh ilə sığorta agenti iddiaçı arasında bağlanmış 2017-ci il 5 may tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi”nin 6-cı bəndində sığorta agentinin əməyi qarşılığında sığortaçı tərəfindən ona ödənilməli olan komisyon muzd mükafatlarının və digər xərclərin faiz dərəcələri öz əksini tapmışdır. Müqavilənin həmin bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilmək lə müvafiq akt tərtib olunmalı və komisyon muzd mükafatı sığortaçı tərəfindən sığorta agentinə ödənilməlidir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 sentyabr tarixli e-2-2(113)-240/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 13.361,81 manat məbləğində komissiya haqqı, 9558,5 manat işlərin görülməsi xərci, 1146 manat gecikmə faizi və 200 manat mediasiya xərci olmaqla, cəmi 24.266,31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 150 manat hissəsinin cavabdehdən, 50 manat hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).
14. Məhkəmə gə ldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələbinin “Vasitəçilik xidmətinin göstərilməsi (Sığorta agentliyi) müqaviləsinin dəyişdirilməsinə dair 2019-cu il 1 may tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi qanunvericilik normalarında nəzərdə tutulmuş etibarsızılığın halları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.
15. İddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr ərzində 239.912,64 manat, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövr ərzində isə 132.114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 20 19-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üçün 33.586,39 manat, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövr üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
16. Hazırda tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır. İddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 0-15%-dək təşkil etdiyini bildirərək, müqavilədə nəzərdə tutulan hallarda komisyon haqlarını ödəməmək hüququnun olmasına istinad etmişdir.
17. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində nəzərdə tutulur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün işlərin aparılması xərcləri 5% təyin olunur. Qeyd olunan müqaviləyə 2019-cu il 1 may tarixli 3 saylı Əlavə ilə müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15% daxil olmaqla); mühərrikinin həcmi 2000 sm3-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15% daxil olmaqla); digər icbari növlər üzrə 15%-dək (15% daxil olmaqla) müəyyən edilmiş, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilməsi nəzərdə tutulmuşdur.
18. Həmin müqavilənin 6.2-ci bəndində isə göstərilmişdir ki, hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və nağd və ya hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir.
19. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin (2019-cu il 1 may tarixli 3 saylı Əlavə nəzərə alınmaqla) 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə MMin 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Bu qaydada müqavilə təfsir edilərk ən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur.
20. Həmçinin cavabdehin İdarə Heyətinin sədri tərəfindən cavabdehin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 2019-cu il 6 may tarixli, AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal-hazırda "İcbari Sığortalar haqqında" Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir. Qeyd edilən 2019-cu il 6 may tarixli, AS-19/1155 nömrəli məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, cavabdehin nümayəndəsi tərəfindən həmin məktubun mötəbərliyi mübahisələndirilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Habelə komisyon muzd mükafatının məhz 15% təşkil etməsi cavabdehin İdarə Heyətinin sədrinin məktubunda da göstərilmişdir.
21. Odur ki, iddia tələbi komisyon haqqının tutulması hissəsində təmin edilməli, cavabdehdən sığorta müqavilələri üzrə 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üçün 2400,5 manat (239.912,64 x 15% - 33.586,39) komisyon haqqı, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövr üçün isə 10.961,31 manat (132.114,61 x 15%88 55,88) komisyon haqqı olmaqla, ümumilikdə 13.361,81 manat məbləğində komissiya haqqı tutularaq iddiaçıya ödənilməlidir.
22. İddia tələbinin bir hissəsini də 16.164,23 manat işlərin görülməsi xərcinin cavabdehdən tutulması təşkil edir. Qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin təyin olunması nəzərdə tutulmuşdur.
23. İddiaçıya cavabdeh tərəfindən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr ərzində 239.912,64 manat toplanmış sığorta haqqından 2437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır.
24. Hazırda iddiaçı ödənilməyən, 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üçün qalan 9558,50 manat və xx.xx.2020-xx.xx.2021 dövr üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir.
25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının vəzifəsi kimi, lakin müqaviləyə 3 saylı Əlavə bağlanan zaman isə sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının hüququ kimi, yəni “5% işlərin aparılması xərcləri verilə bilər” formasında nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin “verilə bilər” ifadəsinə istinad etməklə i ddiaçının işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir və məhkəmənin qənaətinə əsasən bu, hüquqdan sui-istifadə təəssüratı yaradır. Məhkəmə iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən həmin halları, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almışdır. Eyni zamanda əlavədə işlərin aparılması xərclərinin “verilə bilər” formasında hüquq kimi qeyd olunmasını və iddiaçının da mənafelərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üçün işlərin aparılması xərci olaraq ödənilməmiş 9558,5 manat ((239.912,64 x 5%) – 2437,13)) məbləğində pul tutulmalı, iddia qalan hissədə isə (2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövrü üzrə olan hissədə) təmin edilməməlidir.
26. Məhkəmə həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia tələbi bu hissədə qismən edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün 1146 manat (13.361,81 manat komissiya haqqı + 9558,5 manat işlərin görülməsi xərci olmaqla, cəmi 22.920,31 manat pulun 5%-i = 1146,01 ~ 1146 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. İddiaçı ona ziyan dəyməsi və həmin məbləğin 2000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, idd ia “borcun ödənilməsinin gecikdirilməsinə görə 2000 manat dəymiş maddi ziyanın cavabdehdən tutulması” hissəsində əsassız olduğundan təmin olunmamalıdır.
28. Məhkəmə hesab etmişdir ki, mediasiyaya ödənilmiş 200 manat (həmin məbləğ ödənilməli dövlət rüsumunu da əhatə edir) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən tələb olunan məhkəmə xərcləri ilə bağlı başqa sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı tələb qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 150 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
29. Məhkəmə öz mövqeyini MM-in 404, 405.1, 443.1, 445.1, 4 45.2.1, 445.7, 777.1, 783.2, 937.2, 937.2-1-ci, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü, MPM-in 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli 2-2(103)-334/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir (sədrlik edən hakim – A.Hüse yn, hakimlər – V.Baxışova və R.Qurbanov).
32. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.
33. İddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr dövrü ərzində 239.912,64 manat, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar dövrü ərzində isə 132.114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr dövrü üçün 33.586,39 manat, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar dövrü üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz halıdır.
34. Hazırda tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır. İddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i təşkil etdiyini iddia edir, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 0-15%-dək təşkil etdiyini bildirərək, müqavilədə nəzərdə tutulan hallarda komisyon haqlarını ödəməmək hüququnun olmasına istinad edir.
35. Tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Eyni zamanda, cavabdehin İdarə Heyətinin sədri tərəfindən cavabdehin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 2019-cu il 6 may tarixli, AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal-hazırda “İcbar i Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 17 avqust tarixli, 9/346 saylı ekspert rəyini nəzərə alaraq iddia tələbini komisyon haqqının tutulması hissəsində təmin edərək, cavabdehdən sığorta müqavilələri üzrə 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr tarixli dövr üçün 2400,5 manat (239.912,64 x 15% - 33.586,39) komisyon haqqı, 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar tarixli dövr üçün isə 10.961,31 manat (132.114,61 x 15%-8855,88) komisyon haqqı olmaqla, ümumilikdə 13.361,81 manat məbləğində komissiya haqqının tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
37. İddia tələbinin 16.164,23 manat işlərin görülməsi xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr dövrü ərzində 239.912,64 manat toplanmış sığorta haqqından 2437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır.
38. Hazırda iddiaçı ödənilməyən, 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr dövrü üçün qalan 9558,50 manat və 2020-ci il 1 yanvar – 2021-ci il 31 yanvar dövrü üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir.
39. Tərəflər arasında bağlanmış 2017-ci il 5 may tarixli vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. 40. 2019-cu il 1 may tarixli müqaviləyə 3 saylı Əlavədə “Sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər” formasında hüquq kimi qeyd olunması əsası ilə cavabdehin işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir.
41. Birinci instansiya məhkəməsi iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən əlavədə işl ərin aparılması xərclərinin “verilə bilər” formasında hüquq kimi qeyd olunmasını və iddiaçının da mənafelərini, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almış və iddianı həmin hissədə qismən təmin edərək cavabdehdən 2019-cu il 1 yanvar – 2019-cu il 31 dekabr dövrü üçün işlərin aparılması xərci olaraq ödənilməmiş 9558,5 manat ((239912,64 x 5%) – 2437,13)) məbləğində pul tutulması qənaətinə gəlmişdir.
42. Bundan başqa, iddiaçı ödənişin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 2000 manat faiz borcunun (1 illik) cavabdehdən tutulmasını tələb edir. İddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır.
43. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “ödənişin gecikdirilməsinə görə hesablanmış 2000 manat faiz borcunun cavabdehdən tutulması” hissədə qismən təmin edərək düzgün olaraq cavabdehdən gecikdirilmiş vaxt üçün 1146 manat (13.361,81 manat komissiya haqqı + 9558,5 manat işlərin görülməsi xərci olmaqla, cəmi 22.920,31 manat pulun 5%-i = 1146,01 ~ 1146 manat) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
44. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın cavabdehə aid edilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 150 manat hissəsinin cavabdehdən 50 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi ba rədə gəldiyi nəticə də əsaslı olmuşdur.
45. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 425.1, 445.1, 445.2.1, 445.7, 777.1, 783.2, 937.2, 937.2-1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
47. Həmin qətnamə 2023-cü il 22 may tarixdə iddiaçının, 2023-cü il 24 may tarixdə cavabdehin elektron kabinetlərində yerləşdirilmişdir.
48. Cavabdeh 2023-cü il 7 iyul tarixdə kassasiya şikayəti verməklə, iddiaçının cavabdehə qarşı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsin ə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 49. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2, 82.2-2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddələrinin tələbləri pozulmuşdur. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində əks olunmalıların dairəsinə işlərin görülməsi xərci daxil deyildir. Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəa liyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.
50. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3300/2021 saylı 2021-ci il 16 avqust tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehə qarşı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından dekabr ayınadək olan müddətə iddiaçıya ödənilməli olan 2255,81 manat komisyon muzd üzrə məbləğin ödənilməsi barədə iddiası rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı etiraz təq dim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin “həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə 2019-cu il 19 may tarixli 3 saylı əlavədə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15% intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. Bu səbəblə ona 0-15 arasındakı intervala uyğun olaraq veriləcək komisyon muzdunu biz təyin edə bilərik” formasındakı yanaşması mülki hüququn prinsipləri ilə bağlaşmadığı kimi, haqsız və qanunsuz bir yanaşmadır. Belə ki, iddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının 2019-ci il 1 yanvar tarixindən 2019-cu il 31 dekabr tarixədək dövrü ərzində 239.912,64 manat, 2020-ci il 1 yanvar tarixindən 2021-ci il 31 yanvar tarixə dək dövrü ərzində isə 132.114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 2019-cu il 1 yanvar tarixindən 2019-ci il 31 dekabr tarixədək dövrü üçün 33.586,39 manat, 2020-ci il 1 yanvar tarixindən 2021-ci il 31 yanvar tarixədək dövrü üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisələndirilən hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin (2019-cu il 1 may tarixli 3 saylı Əlavə nəzərə alınmaqla) 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəz ərə alan məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə MM-in 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur. Həmçinin cavabdehin İdarə Heyətinin sədri tərəfindən cavabdehin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 2019-cu il 6 may tarixli AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal-hazırda "İcbari Sığortalar haqqın da" Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir. Qeyd edilən 2019-cu il 6 may tarixli AS-19/1155 nömrəli məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin nümayəndəsi tərəfindən həmin məktubun mötəbərliyi mübahisələndirilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Habelə komisyon muzd mükafatının məhz 15% təşkil etməsi cavabdehin İdarə Heyətinin sədrinin məktubunda da göstərilmişdir. Bu səbəblə cavabdehin kassasiya şikayəti rədd olunmalıdır.
52. Cavabdeh hesab edir ki, işlərin verilməsi xərcini vermək tamamilə sığortaçının kefinə qalmış bir məsələdir, istəsə verər, istəsə verməz. Bu, qəbuledilməzdir. Belə ki, iddiaçıya cavabdeh tərəfindən 2019-cu il 1 yanvar tarixindən 2019-cu il 31 dekabr tarixədək dövr ərzində 239.912,64 manat toplanmış sığorta haqqından 2437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ödənilməyən, 2019-cu il 1 yanvar tarixindən 2019-cu il 31 dekabr tarixədək dövr üçün qalan 9558,50 manat və 2020-ci il 1 yanvar tarixindən 2021-ci il 31 yanvar tarixədək dövr üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir. İddia tələbinin həmin hissəsinə münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman (2017-ci il 5 may) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının vəzifəsi kimi, lakin müqaviləyə 3 saylı Əlavə bağlanan zaman isə (2019-cu il 1 may tarixində) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının hüququ kimi, yəni “5% işlərin aparılması xərcləri verilə bilər” formasında nəzərdə tutulmuşdur. Məhkəmənin haqlı qənaətinə əsasən həmin “verilə bilər” ifadəsinə istinad etməklə iddiaçının işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir və məhkəmənin qənaətinə əsasən bu, hüquqdan sui-istifadə təəssüratı yaradı r. Məhkəmə iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən həmin halları, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına t əminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” “Maddə
937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı... 937.2. Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: 937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; 937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə b ağlı sövdələşmələrin aparılması. 937.2–1. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır: 937.2–1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi; 937.2–1.2. sığortaçının adı və ünvanı; 937.2–1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i; 937.2–1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı; 937.2–1.5. tapşırıq müqaviləsinin predmeti; 937.2–1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı; 937.2–1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği; 937.2–1.8. tərəflərin hüquq və vəzifələri; 937.2–1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; 937.2–1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi; 937.2–1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət; 937.2–1.12. tərəflərin rekvizitləri....” 57. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
12. Sığorta haqlarının bölüşdürülməsi... 12.4. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissə sini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.”
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(103)334/2023 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
60. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, cavabdeh kassasiya şikayətində pozulmasına istinad etdiyi maddi hüquq normalarının mətnini qeyd etməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin normanın pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillər göstərməmişdir.
61. İşə baxmış məhkəmələr belə qənaətə gəlmişlər ki, 2019-cu il 1 may tarixli müqaviləyə 3 saylı Əlavədə “Sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər” formasında hüquq kimi qeyd olunması əsası ilə cavabdehin işlərin aparı lması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir. Məhkəmə kollegiyası, işə baxmış məhkəmələrin həm iddiaçının mənafelərini, həm də müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almaqla gəldiyi bu nəticəni əsaslı hesab edir.
62. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2- 2(103)334/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
64. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 4 may tarixli, 2-2(103)-334/2023 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.