Məhkəmə qərarları › İş №2-2(102)-464/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-464/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-464/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldi lməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 fevral tarixli 2-2(104)-36/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 10 sentyabr tarixli *** nömrəli baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150.000 manat məbləğində kredit xətti açılmışdır. 2. 2019-cu il 8 noyabr tarixli **saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.

3. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi m əqsədi ilə 2018-ci il 10 sentyabr tarixli *** saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət x saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat məbləğində müəyyən edilmişdir.

4. Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət x saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.

5. Cavabdeh1 kredit öhdəliyinin təmin edilməsi məqsədilə Cavabdeh3 və Ca vabdeh4 ilə bank arasında 2019-cu il 8 noyabr tarixli **nömrəli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”), Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”), Cavabdeh3 (bundan sonra-“Cavabdeh3”) və Cavabdeh4 (bundan sonra-“Cavabdeh4”) qarşı iddia ərizəsi ilə Qazax rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, ümumilikdə 55.986,07 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət x saylı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə (bundan sonra“ipoteka predmeti”) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşa ldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, 2021-ci il 5 may tarixinədək Cavabdeh1 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsi üzrə iddiaçıya 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, ümumilikdə 55.986,07 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş veril miş, reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır.

8. Qazax rayon Məhkəməsinin 2021-ci il 5 avqust tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 26 oktyabr tarixli 9/6011 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 2021-ci il 5 may tarixinə 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla, ümumilikdə 55.986,07 manat borcu vardır.

9. Qazax rayon Məhkəməsinin 2021-ci il 5 avqust tarixli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 1 mart tarixli ƏEM/M 16-189/22 nömrəli rəyə əsasən ipoteka predmetinin bazar dəyəri 70.000 manat, likvid dəyəri 47.000 manatdır.

10. Qazax rayon Məhkəməsinin 2022-ci il 21 aprel tarixli 2(023)-115/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. İddiaçı sonuncu dəfə 2023-cü il 10 aprel tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsi üzrə 34.482,18 manat əsas, 25.184,27 manat faiz, 7.178,57 manat cərimə, 2022-ci il 8 noyabr tarixindən 2023-cü il 10 aprel tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 759,75 manat məbləğində borc olmaqla, cəmi 67.604,77 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınm ası üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz yazılı etiraz təqdim edilməmişdir.

13. Cavabdeh1 məhkəmə iclasında izahatında bankdan çörək bişirmə fəaliyyəti ilə məşğul olmaq və biznesini inkişaf etdirmək üçün kredit götürdüyünü, yaranan maliyyə problemləri ilə əlaqədar olaraq işini qura bilmədiyini, bank tərəfindən ona faiz borcunun çox yazıldığını, 2022-ci il 22 iyun tarixində ödəniş etdiyini, lakin ödənilmiş məbləğin bank tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Bir müddət xəstəliyi ilə əlaqədar olaraq işini davam etdirə bilməmiş, mümkün olduqca borcunu ödəmiş, bankdan ona yeni ödəniş qrafiki ayrılmasını xahiş etmişdir. Əsas borcu qəbul etsə də, hesablanmış faiz borcu və ekspert rəyində evin bazar qiymətinin 70.000 manat, likvid qiymətinin 47.000 manat müəyyən edilməsindən narazıdır, belə ki, ipoteka predmeti Qazax şəhərinin mərkəzi küçəsində yerləşməklə bazar qiyməti 150.000 manatdır.

14. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək, bank tərəfindən qrafik müəyyən edilməklə borcun hissə-hissə ödənilməsini xahiş etmiş, bundan əlavə ekspertiza rəyində evin dəyərinin çox aşağı müəyyən edildiyini bildirmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 iyul tarixli 2-2(115)-1070/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2023-cü il 6 sentyabr tarixli 9/5329 nömrəli rəyinə əsasən, Cavabdeh1 2022-ci il 23 iyun tarixinə 47.437,62 manat əsas, 20.605,06 manat faiz borcu olmaqla, ümumilikdə 68.042,68 manat borcu vardır.

16. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli 2-2(115)-107 0/2022 nömrəli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 13 mart tarixli G-03/23-044 nömrəli rəyə əsasən ipoteka predmetinin bazar dəyəri 127.300 manat, likvid dəyəri 110.000 manatdır.

17. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 11 aprel tarixli 2-2(115)-23/2023 nömrəli qərardadı ilə təyin edilmiş təkrar kompleks məhkəmə-tikinti və məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli rəyə əsasən ipoteka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 72.500 manat, likvid dəyəri təqribən 66.000 manatdır.

18. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tar ixli 2-2(115)-23/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 30.782,18 manat əsas borc, 22.297,15 manat müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759,75 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54.339,08 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ilkin satış qiymətinin 66.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddi açıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim R.Məmmədov).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasına dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş 2023-cü il 10 aprel tarixli iddia tələbinin həcminin artırılması barədə ərizədə 34.482,18 manat əsas borc məbləği, 25.184,27 manat məbləğində müqavilə müddətinə faiz borcu tələb edilsə də, 2023-cü il 23 oktyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 30.782,18 manat əsas və müqavilə müddətinin sonuna 22.297,15 manat məbləğində faiz borcunun olduğu göstərildiyindən, maliyyə arayışında göstərilən əsas və müqavilə müddətinin sonuna olan faiz borcu məbləği əsas götürülməlidir. Ona görə də, əsas və faiz borcunun qalan hissəsi təmin edilə bilməz.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği təna sübsüz surətdə yüksək hesablandığından, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur.

22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 8 noyabr tarixli **saylı kredit müqaviləsinin qüvvədə olma müddəti 2022-ci il 8 noyabr tarixində bitdiyinə görə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi təmin edilə bilməz.

23. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsini əsaslı hesab edərək göstərmişdir ki, müxtəlif ekspertiza mərkəzlərindən fərqli ekspertiza rəyləri daxil olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi dövlət ekspertiza mərkəzi olduğundan, həmin qurumun 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 72.500 manat, likvid dəyəri 66.000 manat məbləğində müəyyən edilməsi əsas götürülməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 467, 470.1, 472.1ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 fevral tarixli 2-2(104)-36/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev).

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qətnamə ilə tutulan faiz və cərimə məbləğini mübahisələndirməklə həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də, tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Halbuki, birinci instansi ya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühaibatlıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi ilə cavabdehin 2022-ci il 23 iyun tarixinə 47.437,62 manat əsas, 20.605,06 manat faiz borcunun olması öz təsdiqini tapmışdır.

28. Məhkəmə cavabdehin əsas borc məbləğinə münasibətdə faiz məbləğinin çox olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən 2019-cu il 8 noyabr tarixində kredit müqaviləsi bağlandıqdan sonra 3 ay ərzində cəmi 5.754 manat ödəniş edilmiş, ekspert rəyi verilən 2022-ci il 23 iyun tarixinə kimi isə heç bir ödəniş edilməmişdir. Ödəniş cədvəlinə əsasən isə kredit müqaviləsi bağlandıqdan 3 ay sonrakı qalıq 46.826,89 manat əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləğinin 741,43 manat olması nəzərə alındıqda, keçən 27 aylıq dövr üzrə 2022-ci il 23 iyun tarixinədək hesablanmış faiz məbləğinin 20.605,06 manat məbləğində olması hər hansı bir şübhə yaratmır. Həmin tarixdən sonra edilmiş ödənişlər isə iddiaçı bank tərəfindən yalnız əsas borc məbləğindən silinmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti olan 2022-ci il 8 noyabr tarixinə qalıq faiz məbləğinin 22.297,15 manat olması da hər hansı bir şübhə yaratmamaqla əsaslı olmuşdur.

29. Həmçinin, əsas borc məbləğinə münasibətdə öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 759,75 manat faiz məbləği, o cümlədən, MM-in 467-ci maddəsinin tətbiqi baxımından birinci instansiya məhkəməsinin müəyyən etdiyi 500 manat cərimə məbləği də əsaslı olmuşdur.

30. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəli lə münasibətdə isə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 sentyabr tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat dəyərində qiymətləndirilsə də, birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi yenidən həyata keçirilmiş və 2023-cü il 21 sentyabr tarixli 9/3319 nömrəli rəylə ipoteka predmetinin likvid dəyəri 66.000 manat müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ "xxxx" MMC-nin 2022-ci il 1 mart tarixli mütəxəssis rəyinə və ipoteka müqaviləsi ilə müəyyən edilmiş məbləğə uyğun olmaqla, "xxxx" MMC-nin 2023-cü il 13 mart tarixli rəyi ilə müəyyən edilmiş məbləğdən kəskin fərqlənmişdir ki, bu da "xxxx" MMC-nin mütəxəssis rəyinin qeyri-mötəbər olmasını deməyə əsas vermişdir. Bundan başqa qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verir. Belə ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka predmetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.7, 317.1, 319.1, 385.1, 442, 448.1, 460.1, 462.1, 467 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 30.6, 36, 39.3 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi və “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası”nın 2-ci bəndi üzrə - məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının rəyini əsas götürmüş, bununla da qeyd edilən normanın tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həmin rəydə müəyyən edilmiş məbləğ "xxxx" MMC-nin 2022-ci il 1 mart tarixli mütəxəsiss rəyi və ipoteka müqaviləsi ilə müəyyən edilmiş məbləğə uyğun olmaqla, "xxxx" MMC-nin 2 023-cü il 13 mart tarixli rəyi ilə müəyyən edilmiş məbləğdən kəskin fərqlənmişdir ki, bu da "xxxx" MMC-nin mütəxəssis rəyinin qeyri-mötəbər olmasını deməyə əsas vermişdir. Məhkəmə bu ifadə ilə bir daha təsdiq etmişdir ki, qətnamə qəbul edilən zaman daşınmaz əmlakın 2024-cü ilə olan real bazar qiyməti yox, ipoteka müqaviləsində olan qiymət əsas götürülmüşdür. İşin materiallarında olan ipoteka müqaviləsindən də göründüyü kimi Qazax şəhəri, H.Əliyev küçəsində 0,04 hektar torpaq sahəsində yerləşən x fərdi yaşayış evinin qiymətini müəyyən edəcək müstəqil qiymətləndiricilərin rəyi ipoteka müqaviləsinə əlavə edilməmişdir. 34. “İpoteka haqqında” Qanunun 54-cü maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci və 96-cı maddəsinin 10-cu hissələri, Azərbaycan Respublikası Prez identinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.10-cu bəndi üzrə-məhkəmə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin qiymətləndirməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinə həvalə etməli olduğu halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının rəyini əsas götürmüş, bunun nəticəsində ipoteka predmetinin qiyməti bazar qiymətindən olduqca ucuz qiymətə müəyyənləşdirilmişdir. 2018ci il 10 sentyabr tarixli *** saylı baş kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150.000 manat məbləğində kredit xətti açılm ışdır. 150.000 manat kredit xəttinin 66.000 manat dəyərində evlə təminatlandırılması evin bazar qiymətinin 150.000 manatdan yüksək olmasına dəlalət edir. Aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərini nəzərə almadan, ipoteka predmetinə baxış keçirmədən əsassız rəyə istinadla qətnamə qəbul etmişlər. Ekspert öz rəyində təhqiqat obyektinə baxış keçirdiyini qeyd etsə də, sözügedən evə baxış keçirməmiş, Qazax şəhərinin müxtəlif ərazilərində yerləşən və təmirsiz evlərin dəyəri əsasında şəhərin mərkəzi küçəsində yol kənarında yerləşən evin qiymətini dəyərindən ucuz qiymətləndirmişdir.

35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 21 sentyabr tarixli 10/3139-9/3319 nömrəli rəyində ipoteka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun ümu mi dəyərinin təqribən 72.500 manat, likvid dəyərinin təqribən 66.000 manat olması göstərilmişdir. Lakin sözügedən ekspertin danşınmaz əmlakı qiymətləndirmək səlahiyyəti yoxdur və qanunun tələblərini kobud şəkildə pozmaqla rəy vermişdir. Qanunla qiymətləndirmə səlahiyyəti olmayan ekspertin daşınmaz əmlaka qiymət müəyyən etməsi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanına ziddir. Belə ki, həmin fərmanla təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.10-cu bəndində daşınmaz əmlakın, o cümlədən tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun fəaliyyət istiqamətlərinə aid edilm işdir. Sözügedən ekspertiza rəyi isə məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ilə bağlı olmuşdur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 53 və 88-ci maddələri üzrə-iddiaçı tərəfindən qeyd edilən maddənin tələbi kobud şəkildə pozulmasına baxmayaraq, məhkəmə pozuntuya göz yummuşdur. Cavabdeh tərəfindən ödənişlər edilməsinə baxmayaraq, ilkin olaraq faiz məbləği 10.055,06 manat tələb edilsə də, heç bir əsas və səbəb olmadan faiz məbləği şişirdilərək 25.184,27 manat tələb edilmişdir. 2021-ci il 26 oktyabr tarixli 9/6011 nömrəli ekspert rəyindən görünür ki, 2021-ci il 5 may tarixinə Cavabdeh1 iddiaçıya olan əsas borcu 45.682,18 manat, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla 55.986,07 manat ümumi borcu olmuşdur. Eyni zamanda 2022-ci il 6 sentyabr tarixli 9/5329 nömrəli ekspert rəyinə əsasən, 2022-ci il 23 iyun tarixinə Cavabdeh1 iddiaçıya 47.437,62 manat əsas, 20.605,06 manat faiz borcu olmaqla, 68.042,68 manat ümumi borcu müəyyən edilmişdir. Hər iki rəy məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş, lakin onlar arasında ziddiyyətlər aydınlaşdırılmamışdır. Belə ki, əsas məbləğdən cavabdeh tərəfindən aylıq ödənişlər edilməsinə baxmayaraq, əsas məbləğ ekspert tərəfindən əsassız şişirdilmiş, rəylər arasında ziddiyyətlər olmuş, lakin bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, iş materiallarında olan maliyyə arayışında Cavabdeh1 2019-cu il 8 noyabr tarixli **saylı kredit müqaviləsi üzrə 2023-cü il 23 oktyabr tarixinə banka 30. 782,18 manat əsas, 28.500,75 manat faiz borcu və 10.146,08 manat cərimə borcu olmaqla, ümumilikdə 71.062,16 manat məbləğində borcunun olması göstərilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi sözügedən ziddiyyətlərə aydınlıq gətirməyərək əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın qismən təmin edildiyi hissədə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəmə sinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşya nı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Az ərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” 41. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun təl əblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Süb ut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu ….. 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1c i maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

45. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2018-ci il 10 sentyabr tarixli *** nömrəli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150.000 manat məbləğində kredit xətti açılmış, 2019-cu il 8 noyabr tarixli **saylı kredit müqaviləsinə əsasən, ona illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı kimi cavabdehin mülkiyyətində olan Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət x saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tə rəfindən yerinə yetirilmədiyindən, iddiaçı tərəfindən bu qərarın 6-cı bəndində qeyd olunan məzmunda hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur.

46. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində mübahisələndirilmişdir. Apellyasiya baxışının hədlərinə uyğun olaraq, hazırki icraat çərçivəsində də iddianın qeyd olunan hissələri üzrə qiymətləndirmə aparılacaqdır (bax bu qərarın 38-ci bəndi).

47. Məhkəmə kollegiyası hazırki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

48. Belə ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın qiymətlən dirilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək 2023-cü il 21 sentyabr tarixli ekspert rəyi alınmışdır. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti 66.000 manat məbləğində müəyyən edilməlidir. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığ ından, kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan məzmunda pozuntuya yol verilməsi halları müəyyən edilmir.

50. Cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulması tələbinə gəldikdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

51. Məhkəmənin kredit müqaviləsi üzrə borcun tutulması barədə gəldiyi nəticəni mübahisələndirən cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, iddiaçı iş üzrə məhkəmə baxışında iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət etmiş, məhkəmə heç bir əsas olmadan icraata götürmüş, iddiaçının təqdim etdiyi maliyyə arayışını sübut kimi qəbul edərək, sonuncu dəqiqləşmə üzrə borcun tutulması qənaətinə gəlmişdir.

52. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin həmin dəlilləri üzrə hər hansı qiymətləndirmə aparılmamış, bununla da MPM-in 392.2-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədi yini göstərməyə borcludur.

53. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli Qərarında göstərilmişdir ki, “… kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (k ontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

54. Qərarda həmçinin göstərilmişdir ki, “..ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilə dən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir”.

55. Baxılan işin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2021ci il 21 yanvar tarixli x əbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

56. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cavabdehə 2021-ci il 21 yanvar tarixli xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən kredit üzrə faizlərin 2023-cü il 10 aprel tarixinədək tələb olunmasına dair ərizə verilmiş, iddia olunan borcun miqdarı ilə bağlı 2023-cü il 23 oktyabr tarixli maliyyə arayışı təqdim olunmuşdur. İşə baxmış məhkəmələr tərəfindən 2023-cü il 23 oktyabr tarixinə faiz borcunun tutulmasına dair qətnamə qəbul edilmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildiyi tarixədək deyil, iddia olunan tarixədək müqavilə faizinin tutulması əsaslı hesab olunmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli qərarındakı hüquqi mövqeyə zidd nəticəyə gəlinmiş, həmin qərarda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur.

58. Bundan əlavə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, işə mahiyyəti üzrə baxılarkən cavabdehin kredit borcunun miqdarı yalnız iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən müəyyən edilmişdir.

59. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici he sab edib, təkrar ekspertiza təyin etməyə bilər.

60. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən tələb olunan borcun miqdarına dair sübutların kifayətedici olması ilə bağlı hər hansı əsaslandırma aparılmadan, məhz iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən miqdarda borcunun olunması barədə nəticəyə gəlinməklə, MPM-in 88, 217 və 97-ci maddəsinin tələbləri pozulmuşdur.

61. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulmasına görə qismən cavabdehdən kredit borcunun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti q ismən təmin edilməlidir. Məhkəmə qətnaməsinin ləğv edildiyi hissədə yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir. 62.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 63.Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qər ara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 fevral tarixli 2-2(104)-36/2024 nömrəli qətnaməsi qismən - kredit borcunun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar