Məhkəmə qərarları › İş №2-2(102)-467/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-467/2024

31.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-467/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdehə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 iyul tarixli 2-2(113)-4844/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki icraat

1. İddiaçı 2024-cü il 7 mart tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 495 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 4 iyun tarixli 2(001)2773/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim İlkin Əliyev)

3. Həmin məhkəmənin mövqeyinə görə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış məlumatlara əsasən iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində avtomobillərin daşınması fəaliyyəti istiqaməti üzrə, cavabdeh isə taksi fəaliyyəti istiqaməti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Buna görə də mübahisə fərdi sahibkar kimi fəaliyyət göstərən iki fiziki şəxsin arasında deliktdən yaranan münasibətlərdən irəli gəlir və həmin mübahisə kommersiya mübahisəsi hesab olunur. Odur ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsində göndərilməlidir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 iyul tarixli 2-2(113)-4844/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır. (hakim Günay Həşimova)

5. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarına əsasən hazırkı mübahisə deliktdən irəli gələn (avtonəqliyyat hadisəsi zamanı vuruolmuş zərər) mübahisədir. Hazırki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olsa da, tərəflər arasında yaranmış mübahisənin predmetinin sonuncuların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi iş materialları ilə müəyyən olunmur.

6. Məhkəmə deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinin məhkəmə aidiyyət ini müəyyən edən həlledici meyar olmasını və deliktdən irəli gələn hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı deyil. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fə aliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq sub yektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayara q mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....” Ali Məhkəmənin mövqeyi

9. Məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesa b edir ki, aşağıdakı səbəblərdən iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

10. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin (bax §§7-8) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

11. Subyektiv tərkiblə əlaqədar iş materiallarından, eyni zamanda internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışlardan müəyyən edilmişdir ki, hazırkı i ş üzrə həm iddiaçı (VÖEN:**********), həm də cavabdeh (VÖEN:**********) fərdi sahibkar kimi uçota alınmışlar. İddiaçı avtomobillərin daşınması fəaliyyəti istiqaməti üzrə, cavabdeh isə taksi fəaliyyəti istiqaməti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Odur ki, hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.

12. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 12-ci bəndində (bax §8) formalaşdırılmış hüquqi mövqelərdən də aydın olur ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəali yyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Bununla yanaşı, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

14. Plenum Qərarının 14-cü bəndinə görə (bax §8) əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. İşdə olan materiallara görə, hazırkı mübahisə deliktdən irəli gələn (avtonəqliyyat hadisəsi zamanı vurulmuş zərər) mübahisədir və prezumpsiyada ondan ibarətdir ki, tərəflərin hər ikisi ayrıayrılıqda sahibkarlıq fəaliyyətini yük (avtomobillərin daş ınması) və sərnişin daşıma olmaqla nəqliyyat vasitəsilə həyata keçirirlər.

15. Beləliklə, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. Buna görə də iş məhkəmə aidiyyətinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

16. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının cavabdehə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə gö

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar