Məhkəmə qərarları › İş №2-2(102)-468/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-468/2019

12.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-468/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Ləğv prosesində olan “xxxx” ASC “Cavabdeh” Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: auditor rəyi, sübutetmə vasitəsi, sübutların mümkünlüyü. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin (onun adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh “Cavabdeh” şirkətinə qar şı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-250/2019 saylı iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC cavabdeh “Cavabdeh” şirkətinə qarşı məhkəməyə müraciət edərək 15.05.2012-ci il tarixli KP/TB/GUAR-1/15-05-2012 saylı qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci, cəmi 8.122,26 avro, 400 manat borcun, 18.05.2012-ci il tarixli KP/TB/GUAR/18-05-2012 saylı qarantiya müqaviləsi üzrə 125.850 avro əsas b orc, 48.201,99 avro faiz borcu, cəmi 174.051,99 avro borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən qarantiya müqavilələri üzrə vəsaitdən istifadə etmiş, lakin müqavilələrin tələblərinə zidd olaraq borcu ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdehə müqavilə üzrə borcun ödənilməsi haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər borcun ödənilməsi təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, 12 may 2014-cü il tarixli qətnaməsi (h akim – Z.M.Tağıyev) ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15.05.2012-ci il tarixli KP/TB/GUAR-1/15-05-2012 saylı qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz borcunun, 18.05.2012-ci il tarixli KP/TB/GUAR/18-05-2012 saylı qarantiya müqaviləsi üzrə 125.850 avro əsas borcun, 48.201,99 avro faiz borcunun, cəmi 181.933,9 avro borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-250/2019 saylı, 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasi ya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, 12 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəmə baxışı zamanı hazırkı iddia tələbi üzrə müəyyən edilmiş məbləğlərin banka ödənildiyi, bunun sübutu olaraq məhkəməyə audit yoxlamasının nəticələrini əks etdirən sənəd təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı ha zırkı iddia tələbini əsassız olaraq qaldırmışdır. İddiaçının məhkəməyə iddia tələbinin əsası kimi təqdim etdiyi yeganə sübut edici sənəd hesabdan çıxarış və bankın bu barədə yəni borcun yaranması barədə verdiyi arayış olmuşdur. Bununla bağlı olaraq cavabdeh tərəfindən məhkəmə baxışı zamanı bildirilmişdir ki, iddiaçının özü tərəfindən özünün mənafelərinə uyğun şəkildə verdiyi arayışın hazırkı iddia tələbi üzrə hüquqi qüvvəsinin olmaması nəzərə alınmalıdır. Lakin cavabdehin müqavilə öhdəlikləri və maliyyə hesabatları üzrə fəaliyyətinə dair aparılmış audit yoxlaması zamanı iddia edilən məbləğin ödənilməsini müəyyən edən hesabat - rəy məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, məhkəməyə bildirilmişdir ki, bankın öz mənafelərinə uyğun verdiyi arayışla müstəqil auditor tərəfindən verilmiş rəydə zidiyyətin olduğu hesab ediləcəyi təqdirdə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və cavabdeh tərəfindən ödənilmiş məbləğlər təkrar araşdırılmalıdır. Lakin məhkəmə vəsatəti təmin etməmiş, verilmiş audit hesabatını sübut kimi qəbul etməmişdir. Bu isə “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsinə ziddir. Həmin maddəyə görə auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi s ənəddir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş arayışı əsassız olaraq mötəbər sübut kimi qəbul etmiş, qanunla məhkəmə üçün hüquqi əhəmiyyətli sayılan auditor rəyini isə əsassız olaraq qəbul etməmişdir. Beləliklə, məhkəmənin qarantiya müqavilələri üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi qənaətinə gəlinməsi əsassız olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini m ümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər ara sında bağlanmış 15.05.2012-ci il tarixdə KP/TB/GUAR-1/15-05-2012 saylı və 18.05.2012-ci il tarixli KP/TB/GUAR-18-05-2012 saylı qarantiya müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1,448.2, 478, 489.1, 739.1 və 7390.2-ci maddələri iddiaçının tələbini haqlı edir. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim edilmiş arayışlara istinadla belə nəticəyə gəlmişdir ki, 15.05.2012-ci il tarixli qarantiya müqaviləsi üzrə cavabdehin 13.11.2013-cü il tarixə 7.881,91 avro ödənilməmiş faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci olmaqla, cəmi 8.122,26 avro və 400 manat, 18.05.2012-ci il tarix li qarantiya müqaviləsi üzrə 13.11.2013-cü il tarixə 125.850 avro ödənilməmiş əsas borc üzrə, 48.201,99 avro ödənilməmiş faiz olmaqla, cəmi 174.051,99 avro borcu vardır. Apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi 17.05.2019-cu il tarixli müstəqil auditor rəyini onun iddiaçıya olan borclarının ödənildiyini təsdiq edən sənəd kimi qəbul etməmişdir. Məhkəmə bu zaman MPM-in 81-ci maddəsinə əsaslanmaqla göstərmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu maddədən hərəkətlə apellyasiya məhkəməsi qeyd etmişdir ki, əgər cavabdeh iddiaçıya olan borcları bank vasitəsilə ödədiyini irəli sürürsə, həmin ödənişlərin təyinatını təsdiq edən sənədləri (ödəniş tapşırığı, mədaxil qəbz i, ekspert rəyi və sair) məhkəməyə təqdim etməli idi. Onun təqdim etdiyi digər materiallar isə Azərbaycan Respublikasının dövlət dilində olmadığı və tərcüməsi notariat qaydasında təsdiq edilmədiyi üçün müzakirə edilmir. Cavabdehin mövqeyinə görə onun tərəfindən təqdim edilmiş müstəqil auditor rəyinin (i.v. 35, İİ cild) məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi qanuna zidd olmuşur. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş icazə ilə fəaliyyət göstərən “xxxx” MMC tərəfindən verilmiş həmin müstəqil auditor rəyində göstərilmişdir ki, auditor nəticələrinə əsasən müəyyən olundu ki, 2012-ci ilin oktyabr-dekabr aylarında “Cavabdeh” şirkətindən onun Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-dəki hesabına ümumilikdə 469619,60 avro vəsait daxil olmuşdur ki, bu da b ank zəmanətlərinin və buna görə bankın xidmət haqqı və faizlərinin tam ödənilməsinə yönəlmişdir. “Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi “Auditor xidməti haqqında” Qanunda auditor rəyinin həm də məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd olduğu təsbit edilmişdir. Bu isə o mənaya gəlir ki, auditor rəyi Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə görə sübut kimi qəbul edilməlidir. MPM-in 88-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından görünür ki, cavabdeh auditor rəyini tərəflər arasında bağlanılmış qarantiya müqavilələri üzrə öhdəliklərin onun tərəfindən yerinə yetirilməsini təsdiq edən sübut kimi təqdim etmişdir. Müvafiq olaraq məhkəmənin sübut dəyəri daşıdığı üçün həmin rəyi MPM-in 88-ci maddəsindən irəli gələn işdəki digər sübutlarla birgə tədqiq etmək və qiymətləndirmək vəzifəsi olmuşdur. Apellyasiya məhkəməsi isə sübutların mümkünlüyünə dair norma kimi çıxış edən MPM-in 81-ci maddəsinə istinadla ümumiyyətlə həmin sübutu yoxlamaqdan və qiymətləndirməkdən imtina etmişdir. Kollegiya hesab edir ki, məhkəmə bu zaman prosessual hüquq normalarını düzgün tətbiq etməmiş dir. Hazırkı halda, auditor rəyinə münasibətdə MPM-in 81-ci maddəsinin tətbiqi düzgün deyildir. Həmin norma müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsindən göründüyü kimi auditor rəyi hər hansı halı qəti müəyyən edən sübutetmə vasitəsi deyil, hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Beləliklə, hüquqi əhəmiyyəti olan rəsmi sənəd kimi auditor rəyi məhkəmədə tərəflərin tələb və etirazlarını əsaslandıran halları müəyyən edən sübutetmə vasitələrindən biridir. Ona görə də, məhkəmə ona təqdim olunmuş auditor rəyini iş üzrə mübahisələndirilən halları aydanlaşdırmağa yönəlmiş sübutlardan biri kimi qəbul etməklə müvafiq qaydad a tədqiq etmək və qiymətləndirmək vəzifəsi daşıyır. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində cavabdehin sübut kimi təqdim etdiyi auditor rəyinin yoxlanılması və qiymətləndirilməsi təmin edilməmişdir. Həmin sübuta qiymət verilməməsi müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilibedilmədiyi ilə bağlı məsələ üzrə də nəticənin dəqiq müəyyən edilmədiyinə dəlalət edir. Təkrar apellyasiya baxışında auditor rəyinin, eləcə də ondan irəli gələn mümkün digər halların və sübutların işdəki digər sübutlarla birgə tədqiq edilməsi və qiymətləndirilməsi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddə lərini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-250/2019 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar