Məhkəmə qərarları › İş №2-2(102)-468/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-468/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-468/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 may tarixli, 2-2(103)-66/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyə verən "xxxx" MMC ilə icarəçi X3 Müəssisəsi” MMC arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli, AZTX/312 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir; - 4.1-ci bəndinə əsasən, icarə haqqı aylıq ödənilir; - 4.2-ci bəndinə əsasən, aylıq icarə haqqı hər icarə obyekti üçün əlavələrdə mü əyyən edilir; - 4.2.1-ci bəndinə əsasən, aylıq icarə haqqına ƏDV (əlavə dəyər vergisi) daxil deyil; - 4.3-cü bəndinə əsasən, icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura hazırlayacaq; - 4.4-cü bəndinə əsasən, xidmətlərə görə ödəmələr icarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın icarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir; - 4.5-ci bəndinə əsasən, icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir; - 4.6-cı bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində 1 0 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (aylıq icarə haqqı/234 saat) * əlavə iş saatı; - 4.7-ci bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində icarə obyektində icarəyə verən tərəfindən heç bir əngəl olmadığı halda 9 saatdan az istifadə edərsə, icarə obyektinin iş saatı 9 saatdan (nahar fasiləsi daxil deyil), icarə haqqı isə “aylıq icarə haqqı/234*9 saat” kimi hesablanır; - 4.10-cu bəndinə əsasən, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda, illik 5 faizi keçməmək şərti ilə günlük 0,01 faiz ödəmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. İcarəyə verən icarə haqların ın ödənişinin gecikməsi durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir.

2. Həmin icarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JH-***, 99-JX341, **-JH-***, **-JH-***, **-JH-***, **-JH-***, 99-JF471, **-JA***, **-JA-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

3. Həmin icarə müqaviləsinə 2 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JX-***, 99-JH695, **-JF-***, **-JH-*** və **-JX-*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

4. Həmin icarə mü qaviləsinə 5 saylı Əlavədən görünür ki, aşağıdakı “Volvo” markalı, 2013-cü il buraxılışlı **-JA-***, 99-JX340, **-JR-***, **-JF-***, **-JA-***, **-JH-*** və **-JX*** dövlət qeydiyyat nişanlı texnikalar üçün icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir.

5. Həmin icarə müqaviləsinə 8 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 110- FX-976 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil), “Volvo” markalı, 2015-ci il buraxılışlı 90-T-818 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 6.500 manat (ƏDV daxil deyil), saatlıq 27,8 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir.

6. Həmin icarə müqaviləsinə 9 saylı Əlavədən görünür ki, “Komatsu” markalı, 18-T783 dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir.

7. Həmin icarə müqaviləsinə 10 saylı Əlavədən görünür ki, “Volvo” markalı, 2014-cü il buraxılışlı 1**-FX-*** dövlət qeydiyyat nişanlı texnika üçün icarə haqqı aylıq 9.500 manat (ƏDV daxil deyil), saatlıq 40,6 manat (ƏDV daxil deyil) məbləğində müəyyən edilmişdir. 8. 2019-cu ildə "xxxx" MMC tərəfindən 7 mart tarixli, EAAR seriyalı, 387.861 saylı elektron qaimə tərtib edilərək 133.840,42 manat; 8 aprel tarixli, EAAS seriyalı, 745.836 saylı elektron qaimə tərtib olunaraq 161.119,56 manat; 7 may tarixli, EAAU seriyalı, 090874 saylı elektron qaimə tərtib edilərək 184.149,62 manat; EAAV s eriyalı, 741575 saylı elektron qaimə tərtib olunaraq 214.722,24 manat; 11 iyul tarixli, EAAX seriyalı, 022953 saylı elektron qaimə tərtib edilərək 227.122,86 manat; 14 avqust tarixli, EAAY seriyalı, 462064 saylı elektron qaimə tərtib olunaraq 212.994,72 manat; 4 oktyabr tarixli, EBAA seriyalı, 791494 saylı elektron qaimə tərtib edilərək 234.939,18 manat məbləğində haqqın ödənilməsi X3 Müəssisəsi” MMC-dən tələb edilmişdir.

9. İddiaçı "xxxx" MMC 2019-cu il 19 dekabr tarixli, AZT/Xİ-1526 nömrəli pretenziya məktubu ilə cavabdeh X3 Müəssisəsi” MMC-yə müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə haqqı və gecikdirilmiş günlər üzrə cərimələr də daxil olmaqla, ümumilikdə 82.837,71 manat məbləğində pulun 14 gün ərzində iddiaçı "xxxx" MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

10. Pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, 2019-cu il 2 sentyabr tarixində icarəçiyə göndərilmiş 683 saylı e-qaiməyə əsasən, icarəçi tərəfindən 199.101 manat əsas məbləğ və 35.838,18 manat ƏDV olmaqla, cəmi 234.939,18 manat məbləğində icarə haqqı ödənilməlidir. Lakin icarəçi qeyd edilən icarə haqqından 152.885,87 manat hissəsini ödəmiş, 82.083,31 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanan AZTX/312 saylı, 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən, icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab-faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5 faizi keçməmək şərti ilə günlük 0,01 faiz gecikmə faizi hesablanır. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi 2019-cu il 2 sentyabr tarixindən 5 iş günü nəzərə alınmaqla, 2019-cu il 9 sentyabr tarixindən hər gecikdirilmiş gün üçün 0,01 faiz həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 82.083,31 x 0.01%=8,20 manat cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdeh X3 Müəssisəsi” MMC-dən dəfələrlə pulun ödənilməsi tələb olu nmuş, bundan əlavə, 2019-cu il 9 dekabr tarixində müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmişdir. Cavabdeh X3 Müəssisəsi” MMC uzun müddət keçməsinə baxmayaraq müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinə görə, cavabdeh X3 Müəssisəsi” MMC-dən ödəməli olduğu 82.083,31 manat əsas borc və müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,01 faiz (cərimənin hesablanmağa başladığı 2019-cu il 9 sentyabr tarixindən iddia ərizəsinin verildiyi tarixinədək 185 günün keçdiyi nəzərə alınmaqla), yəni 185 x 8,20=1.517 manat cərimə məbləğinin, ümumilikdə 83.600,31 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 4.5-ci maddəsinin tələblərinə əsasən, icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Müqavilənin 4.6-cı maddəsinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən, artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı). Müqavilənin tələblərinə uyğun olaraq GPRS sistemi əsasında texnikaların müqavilə şərtlərindən əlavə olaraq artıq iş saatlarında istifadə edilməsi müəyyən olunmuş və buna müvaf iq olaraq texnikaların hesablanmış əlavə iş saatları üzrə 273.318,24 manat (əsas məbləğ ) və 49.197,28 manat (ƏDV məbləği ) məbləğində sistemə daxil olunan e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmışdır. Geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir. Geri qaytarılan e-qaimələr qeyd olunmuşdur. Əlavə edilmiş cədvələ müvafiq olaraq cavabdeh X3 Müəssisəsi” MMC-dən müqavilə tələblərinə uyğun olaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

11. İddiaçı "xxxx" MMC tərəfindən tərtib edilmiş 2020-ci il 10 mart tarixli maliyyə arayışına əsasən, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli, AZTX/ 312 saylı icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikaların 2019-cu ilin yanvar-avqust ayları ərzində icarəçinin təyin etdiyi ərazidə fəaliyyət göstərməsi ilə əlaqədar qeyd olunan aylar üzrə ümumilikdə 1.199.838,47 manat (əsas məbləğ) və 215.970,92 manat (ƏDV məbləği) icarə haqqı hesablanmış və icarəçi tərəfindən icarəyə verənə ümumilikdə 1.129.755 manat (əsas məbləğ) və 203.355,90 manat (ƏDV məbləği) ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçinin icarəyə verənə 70.083,47 manat əsas məbləğ və 12.615,02 ƏDV məbləği ödənilməmiş borcu qalmışdır. Texnikaların əlavə iş saatları üzrə 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləğinə dair sistemə daxil olunan e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv” olaraq gös tərilmişdir.

12. Cavabdeh X3 Müəssisəsi” MMC müəssisənin direktoru Qanuni nümayəndə2 tərəfindən 2020-ci il 20 avqust tarixində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq 2019-cu il 18 yanvar tarixli, AZTX/312 saylı icarə müqaviləsinə əsasən, qeyd olunan adda ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri, icarə haqqı və ödəniş şərtləri müqavilədə müəyyən iddiaçı "xxxx" MMC-dən icarəyə götürülmüş və nəticədə icarə haqqından icarə verənə 82.083,31 manat məbləğində ödənilməmiş borc qalmışdır. Lakin iddia tələbində iddiaçı "xxxx" MMC tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb olunması səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində borcun olması hiss əsində iddianın əsassız olduğunu, texnikaların müqavilə üzrə müəyyən olunmuş müddətlərdə işlədildiyini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı "xxxx" MMC (bundan sonra-“iddiaçı”) 2020-ci il 16 mart tarixində cavabdeh X3 Müəssisəsi” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 18 yanvar tarixli, AZTX/312 saylı icarə müqaviləsinə (bundan sonra - 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsi) əsasən, icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 82.083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1,517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83.600,31 manat (ƏDV daxil) məbləğində pul, həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği, ümumilikdə 322.515,52 manat olmaqla, cəmi 406.115,83 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 yanvar 2019-cu il tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” ("xxxx" MMC) müqavilənin əlavələrində qeyd olunmuş “icarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə ("xxxx" QSC X3 Müəssisəsi” MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu mü qavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, xx.xx.2019-cu il tarixdə 683 saylı e-qaimə icarəçiyə göndərilmişdir. Həmin e-qaiməyə əsasən icarəçi tərəfindən 199101,00 (yüz doxsan doqquz min yüz bir) manat əsas məbləğ və 35838,18 (otuz beş min səkkiz yüz otuz səkkiz manat on səkkiz qəpik) manat ƏDV olmaqla, cəmi 234939,18 (iki yüz otuz dörd manat doqquz yüz otuz doqquz manat on səkkiz qəpik) manat məbləğində icarə haqqı ödənilməlidir. Lakin icarəçi qeyd edilən icarə haqqından 152885,87 (bir yüz əlli iki min səkkiz yüz səksən beş manat səksən yeddi qəpik) manat hissəsini ödəmiş, 82083,31 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanan AZTX/312 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən İcarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi xx.xx.2019-cu il tarixdən 5 iş günü nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən hər gecikdirilmiş gün üçün 0.01% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 82083,31 x 0.01%=8,20 manat cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2019-cu il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzu n müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Göstərilənlərə əsasən hesab edirlər ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən ödəməli olduğu 82083,31 manat əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,01% (cərimənin hesablanmağa başladığı xx.xx.2019-cu il tarixdən iddia ərizəsinin verildiyi tarixədək 185 günün keçdiyi nəzərə alınmaqla), yəni 185 x 8,20=1517 (bir min beş yüz on yeddi manat) manat cərimə məbləğinin, ümumilikdə 83600,31 (səksən üç min altı yüz manat otuz bir qəpik) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 4.5-ci ma ddəsinin tələbərinə əsasən icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Müqavilənin 4.6-cı maddəsinə əsasən icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə işsaatı). Müqavilənin tələblərinə uyğun olaraq GPRS sistemi əsasında texnikaların müqavilə şərtlərindən əlavə olaraq, artıq iş saatlarında istifadə edilməsi müəyyən edilmiş və buna müvafiq olaraq texnikaların hesablanmış əlavə iş saatları üzrə 273318,24 manat ( əsas məbləğ ) və 49197,2 8 manat ( ƏDV məbləği ) məbləğində sistemə daxil edilən Eqaimələr icarəçi tərəfindən qəbul edilməyərək, geri qaytarılmışdır. Geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir. Geri qaytarılan E-qaimələr qeyd olunmuşdur. Əlavə edilmiş cədvələ müvafiq olaraq cavabdeh "xxxx" QSC X3 Müəssisəsi” MMC-dən müqavilə tələblərinə uyğun olaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas və 49197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322515,52 manat (üç yüz iyirmi iki manat beş yüz on beş manat əlli iki qəpik) məbləğində pul alınaraq iddiaçı"xxxx" MMC-yə ödənilməlidir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.2.1, 389.1, 390.1, 442 və 373-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 24.1-ci maddəsinə istinad olunmuşdur.

16. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddiaçının iddia ərizəsi qismən əsassız olduğundan tələbin qismən təmin edilməsi və onlardan 70.053 manat əsas və 12.030,31 manat ƏDV olmaqla 82.083,31 manat borcun tutulmasına dair qətnamə qəbul olunması xahiş edilmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə bağlandığı tarixdən etibarən iddiaçıya məxsus ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri 2019-cu ilin yanvar-avqust ayları ərzində təyin edilən ərazilərdə fəaliyyət göstərmişdir. Həmin müddət ərzində icarə obyektlərinin icarə haqqı ümumilikdə 199.838,47 manat əsas və 215.970,92 manat ƏDV hesablanmış və iddiaçıya ümumilikdə 1.129.755 manat əsas və 203.355,90 manat ƏDV ödənilmiş, ica rə haqqından icarə verənə 70.053 manat əsas və 12.030,31 manat ƏDV olmaqla 82.083,31 manat ödənilməmiş borc olaraq qalmışdır. Müqavilənin 3cü bəndinə əsasən, müqavilənin qüvvəyə mindiyi gündən 7 gün müddətinə müqavilədə nəzərdə tutulan icarə obyektləri icarəyə verən tərəfindən icarəçiyə, avadanlığın ümumi vəziyyətini ətraflı bildirən AKT-lar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi.

18. Lakin icarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKT-lar tərəflər arasında tərtib edilməmiş və imzalanmamışdır. Buna səbəb isə müqavilədə nəzərdə tutulmuş icarə obyektləri üçün icarəyə verən tərəfindən servis komandası yaradılmasını və icarə obyektlərinin vaxtında servis olunmasını və əsas lı təmirini, eləcə də bununla bağlı texniki xidməti həyata keçirməyi üzərinə öhdəlik götürmüş və icarəçi tərəfindən isə icarəyə verənin qeyd edilən xidmətləri həyata keçirməsi üçün icarə obyektlərinin işlədiyi ərazidə şərait yaradılmasını üzərinə öhdəlik götürmüşdür (müqavilənin 5.1.2 və 5.2.10 bəndləri).

19. Müqavilədə nəzərdə tutulmuş avadanlıqlar icarəçinin istismarında deyil, istifadəsində olmuş və dəmir yolu xəttinin tikintisi üçün nəzərdə tutulmuş tikinti materiallarının (qum, çınqıl) bir nöqtədən digərinə daşınmasından ibarət olmuşdur. İcarəçi tərəfindən təmin edilmiş ərazidə isə servis komandası yaradılması və icarə obyektlərinin vaxtında servis olunaraq, əsaslı təmiri, eləcə də digər texniki xidmətlər edilməsi icarəyə verən tərəfindən həyata keçirildiyindən və icarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKT-lar isə tərəflər arasında tərtib olunmadığı üçün icarə obyektlərinin məhz icarəçi tərəfindən əlavə iş saatlarına cəlb edilməsinə dair iddiası tam əsassızdır.

20. İşə əlavə olunmuş 2019-cu ilin fevral-avqust aylarında iddiaçının nümayəndəsi Şöhrət Musayevin iştirakı ilə hazırlanaraq imzalanmış və həmin aktların əsasında tərtib edilmiş elektron qaimələrin formasından da göründüyü kimi, icarə obyektlərinin işləmə qaydası və buna uyğun ödəniləcək icarə haqqı, nəqliyyat vasitələrinin istifadə olunmuş ümumi iş saatı hesablanaraq aylıq icarə haqqı təsdiqlənmişdir. İcarə obyektlərinin əlavə iş saatlarına cəlb edilməsi barədə aktda heç bir bildiriş və razılaşma qeyd olunmamış, əlavə ödənişlə bağlı tələb olmamışdır. İcarə müqaviləsində icarə obyektlərinin müqavilədə qeyd olunmuş işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 234 saat (nahar fasiləsi xaric) olması nəzərdə tutulmuş, müqaviləyə əlavələrdə özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı 5.000 manat, saatlıq icarə haqqı 21.4 manat, ekskavatorların isə aylıq icarə haqqı 9.500 manat, saatlıq icarə haqqı 40,6 manat müəyyən olunmuşdur.

21. Lakin tərəflər arasında tərtib edilmiş aktlarda həmin nəqliyyat vasitələrinin iş rejimi, aylıq iş günləri müəyyən olunmaqla, bir günü, özüboşaldan yükdaşıyan avtomobilləri üçün 192 manat, ekskavatorlar üçün isə 250 manat və 365 manat müəyyən edilərək, tərəflər arasında akt tərtib olunmuş, həmin akt əsasında da iddiaçı tərəfdən elektron qaimələr göndərilmişdir. Həmin aktlara nəzər salsaq, özüboşaldan yükdaşıyan avtomobilləri üçün bir gününün qiyməti olaraq hesablanmış 192 manatı, saatlıq icarə haqqı olaraq müəyyən edilmiş 21,4 manata böldükdə (192 manat / 21,4 manat = 8,9 saat) təqribi olaraq gündəlik 9 saatdan artıq olmur ki, bu isə müqavilədə nəzərdə tutulmuş gündəlik 10 saat limitinin aşılmaması deməkdir. Bundan əlavə, 2019-cu il 30 aprel tarixli aktdan görünür ki, özüboşaldan yükdaşıyan avtomobillərin aylıq icarə haqqı, müqaviləyə əlavələrdə nəzərdə tutulmuş 5.000 manatdan artıq hesablanmışdır. Bu isə o deməkdir ki, nəqliyyat vasitələrinin artıq iş saatı hesablanaraq akta əlavə edilərək, elektron qaimə iddiaçı tərəfindən həmin aktın əsasında göndərilmişdir. Bundan əlavə, iddiaçı icarə müqaviləsində qeyd edilən nəqliyyat vasitələrinin əlavə iş saat larına cəlb olunmasına görə müəyyən edilmiş 322.515,52 manat borc məbləğini təsdiq edən mötəbər sübutu iş materiallarına əlavə etməmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, e-2-2(113)1176/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2021-ci il 20 aprel tarixli, 9/5020 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən tərəflər arasında bağlanmış 2019cu il 18 yanvar tarixli icarə müqaviləsi üz rə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. - Lakin, iş materiallarında iddiaçının 2020-ci il 10 mart tarixli maliyyə arayışı mövcuddur ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083,31 (ƏDV ilə birlikdə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat (əsas məbləğ) və 49.197,28 manat (ƏDV məbləği) sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini tapmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 (ƏDV ilə) manat borc məbləği qəbu l edilmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 iyun tarixli, e-2-2(113)-115/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 82.083,31 manat əsas borc, 1.517 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 6 manat olmaqla cəmi 83.606,31 manat məbləğində pul iddiaçının xeyrinə tutulmuş, ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin olunmamış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 41 manat hissəsinin cavabdehdən, 159 manat hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Axundova).

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı cavabdehdən müqavilə üzrə ö hdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ƏDV daxil 82.083,31 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur və cavabdehdən iddiaçının xeyrinə 1.517 manat məbləğində cərimə borcu tutulmalıdır.

25. İddia tələbinin digər hissəsi texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsindən ibarət olmuşdur. İddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb olunması işin gedişində sübuta yetirilə bilməmiş və ümumilikdə əlavə iş saatlarına görə 322.515,52 manat borcun yaranmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, ekspertiza təyin olunmuş, lakin verilən rəydə qeyd olunmuşdur ki, icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, əlavə iş saatları ilə bağlı e-qaimələr cavabdeh tərəfindən qəbul olunmayaraq, “səhv” qeydi ilə geri qaytarılmışdır. Bununla da, texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən cavabdehin iddiaçıya ümumilikdə 322.515,52 manat məbləğində borcunun yaranması sübuta yetirilmədiyindən, iddia tələbi həmin məbləğin cavabdehd ən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmamalıdır.

26. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 700.1 və 700.2-ci maddələrinə, MPM-in 14.2, 76.1, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə istinad etməklə əsaslandırmışdır.

27. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1035/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

29. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2022-ci il 4 mart tarixli, 9/8222 saylı rəyi verilmişdir. Rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən tərəflər arasında bağlanmış 2019cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş, iş materiallarındakı GPRS sistemindən çıxarış (cild 1, vərəqə 215-231) əsasında hesablama həyata keçirilərək texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu mə bləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin iş materiallarında yoxlama (təftiş, audit) materialları və mühasibat sənədləri tam şəkildə mövcud deyildir. - Bununla yanaşı, iddiaçının 2020-ci il 10 mart tarixli maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083,31 (ƏDV ilə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat (əsas məbləğ) və 49.197,28 manat (ƏDV məbləği) sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini tapmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 manat borc məbləği qəbul edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2-2(103)-52/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunaraq cavabdehdən iddiaçı xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322.515,52 manat (ƏDV daxil) məbləğində pulun tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər –R.Qurbanov, V.Məmmədov).

31. Apellyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat borcun cavabdehdən tutulmasıdır. İddiaçının bu tələbinin əsasını icarə müqaviləsinin 4.6-cı bəndi təşkil etmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı.

32. İcarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Əlavələrə əsasən, cavabdehə hər biri aylıq 5.000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haqqı 9.500 və 6.500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9.500 manat olan “Komatsu” markalı texnika icarəyə verilmişdir.

33. Cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab oluna bilməz.

34. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin X1ması Sisteminə iclas zalında kompyuter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət olunduğu, həmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir. Sistemə baxış nəticəsində müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız “A+A Security” MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məlumatları əldə edə bilir.

35. Eyni zamanda, tərəflərin n ümayəndələri arasında tərtib edilmiş, icarəyə verilmiş obyektlərin istifadə olunduğu günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim olunmuş elektron qaimədə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi 3 illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan, bu ödənişlərin hər ay tələb edilməməsi iddianın təmin olunmaması üçün əsas ola bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 372.6 və 385.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV olmaqla, cəmi 322.515,52 manat tutulması hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 sentyabr tarixli, 2-2(102)-499/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2-2(103)-52/2022 saylı qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi B.Məmmədli, hakimlər B.Qəribov və İ.Şəfiyev).

39. Kassasiya instansiyası məhkəməsi tərəflər arasında aylıq hesablaşmalar aparıldığından hazırda iddiaçının əlavə iş saatlarına görə haqq tələb etməsinin əsassız olduğunua dair kassatorun dəlilləri ilə razılaşmamış və apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini əsaslı hesab etmiş, göstərmişdir ki, iddiaçının cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat borcun cavabdehdən tutulmalı olmasına dair tələbinin əsasını 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinin 4.6-cı bəndi təşkil etmişdir. Cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab oluna bilməz.

40. Kassasiya instansiyası məhkəməsi, baxılan iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi hissəsində kassatorun dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən iddiaçı tərəfin təqdim etdiyi sənədləri qiymətləndirərkən prosessual qanunun tələblərinə əməl etməmiş, həmin sənədləri işdə olan digər sənədlərlə əlaqəli şəkildə təhlil etməmişdir.

41. Məhkəmə qeyd etmişdir ki, birinci instansiy a məhkəməsində məhkəməmühasibatlıq ekspertiza təyin olunmuş, ekspert məhkəməyə vəsatət verərək aşağıdakı sənədlərin təqdim olunmasını tələb etmişdir: 1) istifadə edilmiş texnikaların əlavə iş saatlarına hansı tarixlərdə və saatlarda cəlb olunmasına dair ətraflı məlumat (arayış); 2) texnikaların əlavə iş saatlarına cəlb olunmasının hansı qaydada müəyyən edilməsi ilə bağlı ətraflı məlumat (əlavə iş saatlarına görə yaranmış borc məbləğinin hansı qaydada hesablanması göstərilməklə).

42. Ekspert rəyindən məlum olmuşdur ki, vəsatətlə bağlı təqdim edilmiş məlumatlar natamam olduğundan, eyni zamanda, vəsatətdə göstərilənlər iddiaçının təqdim etdiyi CD diskdə müəyyən olunmadığından texnikaların əlavə iş saatlarına cəlb olunmasına və buna görə ödənilməli məbləğin həcminə dair ekspertiza qarşısında q oyulmuş suala cavab vermək mümkün olmamışdır.

43. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi materiallar natamam olduğundan ekspert rəyini əldə etmək mümkün olmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış da təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində həmin sənədə istinad etmişdir.

44. Apellyasiya icraatı zamanı yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Lakin ikinci ekspert rəyindən də məlum olur ki, sözügedən GPRS sistemindən çıxarış əsasında hesablama keçirilərək texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu vəsaitin həcmini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə -mühasibatlıq ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Bundan başqa, iş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin həcmini müəyyən etmək üçün müvafiq audit aktı mövcud olmamışdır.

45. Beləliklə, yenə də müvafiq mühasibat sənədləri təqdim olunmadığından GPRS sistemindən çıxarış əsasında texnikaların əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı suala cavab almaq mümkün olmamışdır. Lakin iş üzrə yeni ekspertiza təyin olunmamış, habelə müvafiq audit aktının alınması da təmin edilməmişdir. Belə olan təqdirdə, lazımi sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda GPRS sistemindən çıxarışa istinad edərək müvafiq iddia tələbini təmin edərkən apellyasiya instansi yası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir.

46. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə görə, hər bir icarə obyekti (texnika) aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verilmişdir. Müqavilənin 1, 2 və 5 saylı Əlavələrinə görə, “Volvo” markalı, özüboşaldan maşınların hər birinin icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir (aylıq 5.000 manat: saatlıq 21,4 manat = aylıq 233,6 saat). İcarə obyektlərinin böyük hissəsini də məhz özüboşaldan maşınlar təşkil etmişdir.

47. Halbuki, işin materiallarında olan tərəflərin imzaladıqları aylıq aktlarda belə texnikalar üzrə bir sıra hallarda müqavilənin Əlavəsində nəzərdə tutulmuş 5.000 manatdan daha artıq qiymətlər-5088, 5184, 5280, 5376, 5472, 5568, 5760 manat göstərilmişdir. Həmin aylıq qiymətləri 21,4 manata (saatlıq qiymətə) böldükdə isə iş saatlarının həcmi müvafiq olaraq 237, 242, 246, 251, 253, 260 və 269 saata çatır ki, bu da faktiki olaraq texnikalar üzrə müqavilə üzrə müəyyən edilmiş aylıq 234 saatdan əlavə saatların hesablanmasına gətirib çıxarmışdır. Eyni sözlər aylıq qiymətləri daha baha olan texnikalara da (ekskavator, buldozer) şamil edilə bilər. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. İddiaçının tələb etdiyi əlavə iş saatlarının həcminin cavabdeh tərəfindən faktiki olaraq əvvəlki aktlar üzrə artıq tam və ya qismən ödənilməsi, nəticə etibarilə eyni əsasla təkrar ödənişlərin tələb edilməsi istisna olunmur.

48. Məhkəmə hesab etmişdir ki, işin materiallarında olan bütün aktlar, arayışlar və digər sənədlər üzrə ixtisaslı qaydada dəqiq hesablamalar aparılmadan iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

49. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 700.1 və 700.2-ci maddəl ərinə, MPM-in 14.2, 77.1, 88 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 yanvar tarixli, 2-2(103)-66/2023 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

51. Məhkəmənin həmin qərardadının icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndistexniki ekspertizasının 2023-cü il 5 aprel tarixli, 9/1294 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən iddiaç ı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş və iş materiallarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə olunmuş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparılaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Belə ki, yuxarıda da göstərildiyi kimi, məhkəmə-mühasibatlıq ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Bundan başqa, yuxarıda da göstərildiyi kimi, iş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlar a görə ödənilməli məbləğin nə qədər təşkil etməsini və s. müəyyən etmək üçün müvafiq audit aktı mövcud deyildir. - Bununla yanaşı iş materiallarında iddiaçının 2020-ci il 10 mart tarixli maliyyə arayışı mövcuddur ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083,31 (ƏDV ilə birlikdə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat (əsas məbləğ) və 49.197,28 manat (ƏDV məbləği) sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini tapmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 82.083,31 (ƏDV ilə) manat borc məbləği qəbul edilmişdir. - Tədqiqi hissədə öz əksini tapmış səbəblərdən məhkəmənin hazı rki ekspertiza təyini haqqında qərardadının 3-cü səhifəsinin 5-6-cı səhifələrində göstərilənlər nəzərə alınaraq iş materiallarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə edilmiş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparıldıqda (sualda göstərilən çıxarış) iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğ 322.515,52 (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) manat müəyyən olunur.

52. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 may tarixli, 2-2(103)-66/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfində n qəbul olunmuş 2021-ci il 4 iyun tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmuş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi təmin olunmuş, icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb olunmasına görə yaranmış borcun ödənilməsi məqsədilə 322.515,52 manat (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim M.Məmmədov, hakimlər F.Talışınski və C.Musayeva).

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat məbləğində borcun cavabdehdən tutulmasıdır. İddiaçının bu tələbinin əsasını onunla cavabdeh arasında 2019-cu il 18 yanvar tarixində bağlanmış “İcarə müqaviləsinin” 4.6-cı bəndi təşkil edir. İcarə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Əlavələrə əsasən, cavabdehə hər biri aylıq 5.000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haq qı 9.500 və 6.500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9.500 manat olan “Komatsu” markalı texnika icarəyə verilmişdir.

54. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış təqdim etmişdir. 55. 2019-cu il 1 fevral tarixli müqavilədən görünür ki, iddiaçı ilə “A+A Security” MMC arasında iddiaçıya məxsus nəqliyyat vasitələrinə nəzarət sxeminin qurulması üçün müqavilə bağlanmışdır. “A+A Security” MMC-nin verdiyi 2020-ci il 12 sentyabr tarixli arayış ilə təsdiq etmişdir ki, iddiaçıya 2019-cu ilin yanvar-avqust ayları üzrə nəqliyyat vasitələrinin dövlət nömrə-nişanları arayışda qeyd edilmiş cədvəldə göstərildiyi kimi “webuser974” istifadəçi kodu vasitəsi ilə şirkətə aid X1ması Sistemi üzərindən monitorinq imkanı verilmişdir.

56. İddiaçı tərəfindən tərtib edilmiş 2020-ci il 10 mart tarixli maliyyə arayışından görünür ki, texnikaların əlavə iş saatları üzrə 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləğinə dair sistemə daxil edilən 2020-ci il 17 fevral tarixli, EBAG 180409, EBAG 186047, EBAG 235166, EBAG 239219, EBAG 249491, EBAG 252944, EBAG 255845, EBAG 267162 nömrəli e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi X1ması Sistemindən (GPRS) çıxarışın iddiaçının tələbinin əsaslı olduğunu təsdiq edən mötəbər sübut olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Məhkəmə ona əsaslanmışdır ki, cavabdeh icarə müqaviləs ini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab oluna bilməz.

58. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim olunmuş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin X1ması Sisteminə iclas zalında kompüter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, h əmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir.

59. İşə apellyasiya qaydasında birinci dəfə baxılan zaman işə baxmış məhkəmə kollegiyası tərəfindən sistemə baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız “A+A Security” MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məlumatları əldə edə bilir.

60. Məhkəmə hesab etmişdir ki, tərəflərin nümayəndələri arasında tərtib olunmuş, icarəyə verilmiş obyektlərin istifadə edildiyi günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd olunmaması və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim edilmiş elektron qaimədə öz əksini tapmaması iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi üç illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan bu ödənişlərin hər ay tələb olunmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz.

61. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən icarə götürülmüş texnika və nəqliyyat vasitələri əlavə iş saatlarına cəlb olunmuşdur. Bu səbəbdən də müqavilə şərtlərinə görə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

62. Məhkəmə MM-nin 442, 445.1, 445.2.1, 448.1, 700.1 və 700.2-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcud olmuş və iddiaçı ona qarşı apellyasiya baxışının predmeti olan hissədə hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur. İddiasının mövqeyinə texnika və nəqliyyat vasitələri əlavə iş saatlarına cəlb edilməsinə görə, cavabdehin ona 322.515,52 manat borcu yaranmışdır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb olunmasına görə yaranmış borcun məbləğinin düzgün müəyyən edilməsi, habelə Azərbaycan Res publikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi 2022-ci il 27 sentyabr tarixli qərarında qeyd olunan göstərişin yerinə yetirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

63. Apellyasiya instansiyası iş üzrə verilmiş ekspert rəyində (bax yuxarıda bu qərarın 51-ci bəndi) göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş sübutların mötəbər olub-olmamasına ekspert deyil, isə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilir. Buna görə də, məhkəmə rəyin nəticə hissəsinin yalnız 3-cü abzasında göstərilənləri nəzərə almışdır. Çünki ekspert onun qarşısında qoyulmuş sual (2019-cu il 18 yanvar tarixli icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş və iş materi allarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə olunmuş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparılaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğ nə qədər təşkil edir?) üzrə tədqiqat apararaq sualı cavablandırmışdır.

64. Yuxarıda qeyd olunan rəyi şübhə altına ala biləcək sübut (məsələn: alternativ rəy) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən işə baxmış məhkəmə tərəfindən “A+A Security” MMCnin X1ması Sisteminə (GPRS) iclas zalında kompüter vasitəsi ilə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə olunması mümkün deyil. Bu səbəbdən də məhkəmə rəyi (3-cü abzas) mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin iddiaçı qarşısında yaranmış borcun məbləği 322.515,52 (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) manat təşkil etmişdir.

65. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamənin qismən, “273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV olmaqla, 322.515,52 manat tutulması” hissəsində ləğv olunması və həmin hissədə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

66. Azərbaycan Respublikasının Konstitusiyasının 71.1-ci maddəsinin, MM-in 385.1, 386.1, 390 və 700-cü maddələrinin tələbləri pozulmuşdur- 2019-cu il 18 yanvar tarixli müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin qüvvəyə mindiyi gündən 7 gün müddətinə müqavilədə nəzərdə tutulan icarə obyektləri icarəyə verən tərəfindən icarəçiyə, avadanlığın ümumi vəziyyətini ətraflı bildirən AKT-lar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi. Lakin icarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKTlar tərəflər arasında tərtib edilməmiş və imzalanmamışdır. İcarə obyektlərinin təhvil verilməsi və geri daşınması zamanı avadanlıqların ümumi vəziyyətini ətraflı bildirən AKTlar tərəflər arasında tərtib edilmədiyi üçün icarə obyektlərinin məhz icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasına dair iddiası tam əsassızdır. 67. 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur-işin materiallarında iddiaçının 2020-ci il 18 yanvar tarixli maliyyə arayışı öz əksini tapmışdır ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083.31 manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318.24 manat (əsas məbləğ) və 49.197.28 manat (ƏDV məbləğ) sistemə daxil olunan e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı göstərilmişdir. Bundan başqa, cavabdeh tərəfindən 82.083,31 (ƏDV ilə) manat borc məbləği qəbul olunmuşdur. İddiaçı tərəfindən tərtib olunmuş cavabdehin istifadəsində olan texnikalar üzrə əsas və əlavə iş saatları barədə ümumi arayış birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edilmiş sənəd olduğu üçün hüquqi əsası mövcud deyil. Sözügedən sənəd cavabdeh tərəfindən təsdiq və qəbul edilməmiş, möhürlənməmiş, imzalanmamışdır. Həmin birtərəfli tərtib olunmuş sənəd əsassızdır, mötəbər sübut hesab oluna bilməz. İddiaçı görmədiyi işlərə görə cavabdehdən əsassız olaraq əlavə pul tələb edir, apellyasiya məhkəməsi də səhv hüquqi nəticəyə gələrək həmin pulu cavabdehdən tutmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı öz iddia tələblərinin əsaslı olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

68. MM-in 442-ci maddəsinin tələbi pozu lmuşdur-işə əlavə edilmiş 2019-cu ilin fevral-avqust aylarında iddiaçının nümayəndəsi Şöhrət Musayevin iştirakı ilə hazırlanaraq imzalanmış və həmin aktların əsasında tərtib olunmuş elektron qaimələrin formasından da göründüyü kimi, icarə obyektlərinin işləmə qaydası və buna uyğun ödəniləcək icarə haqqı, nəqliyyat vasitələrinin istifadə olunmuş ümumi iş saatı hesablanaraq aylıq icarə haqqı təsdiqlənmişdir. İcarə obyektlərinin əlavə iş saatlarına cəlb edilməsi barədə aktda bildiriş və razılaşma qeyd edilməmiş, əlavə ödənişlə bağlı tələb olmamışdır.

69. MM-in 425.1, 442, 529.5 və 560.3.4-cü maddələrinin tələbləri pozulmuşdur. MMC-nin təqdim etdiyi arayışlarda yalnız müqavilə münasibətləri üzrə hansı texnikalara GPRS sisteminin qoşulması öz əksini tapmışdır. Lakin həmin arayışlarda texnikalar ın əsas və əlavə iş saatlarının hansı qaydada və metodla hesablanması göstərilməmişdir. Yəni, icarəyə verilmiş texnikaların hər hansı biri üzrə əlavə saatlarda işləməsi MMC-nin verdiyi arayışlarla müəyyən edilmir. Halbuki icarə müqaviləsinin 4.6-cı bəndinə əsasən, icarə obyekti üzrə əlavə saatların olub-olmaması GPRS sistemi ilə müəyyən edilməlidir. Məhkəmənin sübut kimi qəbul etdiyi həmin “arayışlarda” da texnikaların əlavə saat işləməsi müəyyən olunmur. Bu səbəbdən, həmin sənədlərə sübut olaraq mübahisənin həll edilməsində istinad olunması əsassızdır.

70. İş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunmuşdursa, həmin saatlara görə ödənilməli məbləğin həcmini müəyyən etmək üçün müvafiq audit aktı mövcud deyildir. Müvafiq mühasibat sənədləri təqdim edilmədiyindən GPRS sistem indən çıxarış əsasında texnikaların əlavə iş saatlarına cəlb olunması ilə bağlı suala cavab almaq mümkün olmamışdır. Lazımi sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda GPRS sistemindən çıxarışa istinad edərək müvafiq iddia tələbini təmin edərkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir.

71. MPM-in 14.1, 77, 81, 88, 372.2, 386 və 418.1-418.3-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə tərəfindən iş üzrə mötəbər sübut olmadan, ekspert və mütəxəssislər tərəfindən müvafiq mühasibat sənədlərinin olmaması səbəbindən ekspert rəyinin verilməsi mümkün olmadığı halda, məhkəmə özünü xüsusi biliyə malik ekspert və ya mütəxəssis zənn etməklə əsassız hesablanmış borcu cavabdehdən tutmuşdur.

72. İddiaçı tərəfindən "aylıq icarə haqlarına əlavələrlə" bağlı birtərəfli qaydada tərtib edilmiş ümumi arayışı və A+A Security MMC tərəfindən tərtib olunmuş 2020-ci il 12 sentyabr tarixli, 66/20 saylı və 2021-ci il 25 noyabr tarixli, 54/21 saylı arayışları birinci instansiya məhkəməsinə təqdim etməmiş, əsaslı səbəb göstərmədən birbaşa apellyasiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.2 və 380ci normalarının da tələblərini pozmuşdur. Məhkəmənin sübut kimi qəbul etdiyi həmin "arayışlarda" da texnikaların əlavə saat işləməsi müəyyən edilmir. Bununla da apellyasiya instansiyası sübutlara düzgün qiymət verməyərək birtərəfli qaydada həmin Arayışlara istinad etmiş və yuxarıda sadalanan halların dəqiqləşdirilməsi üzrə araşdırma aparmamışdır.

73. MPM-in 97.1 və 103.2-ci maddələrinin tələbləri pozulmuşdur- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 2021-ci il 20 aprel tarixli və 2022-ci il 4 mart tarixli ekspert rəylərində ekspertlər tərəfindən iddiaçının hesabladığı əsassız borcun hansı əsasla hesablandığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 aprel tarixli ekspert rəyi mövcuddur. Apellyasiya instansiya məhkəməsi qeyd edilən 3 ekspert rəyini müqayisəli şəkildə təhlil etmədən, yalnız öz mülahizəsi ilə sonuncu rəyin yalnız 3-cü abzasını iş üzrə sübut kimi qəbul etmişdir. İş üzrə keçirilmiş əvvəlki ekspert rəyləri ilə sonuncu 2023-cü il 5 aprel tarixli ekspert rəyi bir-birinə ziddiyyət təşkil edir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələ bini pozaraq iş üzrə ziddiyyətli olan ekspert rəyini əsas götürərək iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışın hədləri

75. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

77. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgə r bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

78. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prins ipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 80. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

81. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi ilə iddiaçının tərəflər arasında icarə müqaviləsinə əsasən texnikaların istifadə olunduğu əlavə iş saatlarına görə haqqın tutulması tələbi əsaslı hesab edilmişdir.

82. İddiaçının həmin tələbinin tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli icarə müqaviləsinin 4.6-cü bəndinə uyğun olmasına, artıq kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin qərarında hüquqi qiymət verilmişdir.

83. Cavabdeh iddia olunan haqqın miqdarını mübahisələndirsə də, işin yeni apellyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edərək, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdırmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəməyə təqdim etməsi işin materiallarından müəyyən edilmir.

84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin qərarında müəyyən edilən göstərişlər nəzərə alınmaqla, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya cavabdehin iddia tələbinə dair etirazının dəlilləri ilə eyni olan həmin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 31-40-cı bəndləri).

85. Kassasiya şikayətində digər bir dəlillə yeni apellyasiya baxışı zamanı təqdim olunmuş ekspert rəyi mübahisələndirilmişdir.

86. Bununla bağlı nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi za manı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

87. Qeyd olunmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

88. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uy ğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

90. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 05 may tarixli, 22(103)-66/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar