Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-468/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdeh xxx MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəməyə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəsi ilə), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan ibarət qarşıq tərkibdə İddiaçı cavabdeh xxx-a qarşı “Futbol+” Qəzetinin Baş Redaktorunun xx.xx.2024cü il tarixli işdən azad olunmağı haqqında əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi,həmin vəzifəyə-işə bərpa və hər ayı 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa barədə” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 09 iyul tarixli 2-2(113)4942/2024 saylı qərardadına əsasən, Bakı şəhər Nəimanov Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı cavabdeh xxxMMC-yə qarşı xxx-nin Baş Redaktorunun xx.xx.2024-cü il tarixli işdən azad olunmağı haqqında əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 1 8 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəzifəyə-işə bərpa və hər ayı 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa barədə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Bakı şəhəri Nərimanov ayon Məhkəməsinin 12 iyun 2024-ci il tarixli, 2(005)2246/2024 saylı qərardadına əsasən mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim-N.Tağıyeva)
3. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh “Futbol+qəzeti Redaksiyası” MMC isə kommersiya hüquqi şəxsidir. İddiaçı VÖEN alaraq cavabdeh təşkilatda xidməti müqavilə əsasında juralist kimi fəaliyyət göstərirdi. xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış xidməti müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı həmin xidməti müqavilənin ləğv edilməsindən narazı qalaraq məhkəməyə müraciət etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 07 iyul tarixli 2-2(113)-4942/2024 saylı qərardadı ilə iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – G.Hə şimova).
5. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki hazırki tələb “işdən azad olunmağı haqqında əmrin qanunsuz hesabolunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görəkompensasiyanın ödənilməsi,həmin vəzifəyəişə bərpa və hər ayı 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işəbərpa” əmək mübahisəsidir və hazırki tələb tərəflər arasında mövcud olan xidmətmüqaviləsi ilə bağlı deyildir, iddia ərizəsində hər hansı xidmət müqaviləsi ilə bağlı tələb irəlisürülməmişdir. Bu səbəbdən hazırki işə bərpa tələbinə Kommersiya Məhkəməsində baxıla bilməz. Kassasiya instansiya məhkəməsinin mövqeyi
6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsi MPM-in 24.2, 25.1, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh “Futbol+qəzeti Redaksiyası” MMC isə kommersiya hüquqi şəxsidir. İddiaçı VÖEN alaraq cavabdeh təşkilatda xidməti müqavilə əsasında juralist kimi fəaliyyət göstərirdi. xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış xidməti müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı həmin xidməti müqavilənin ləğv edilməsindən narazı qalaraq məhkəməyə müraciət etmişdir
7. MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliy yətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq ) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
9. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
10. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər
11. Baxılan işdə iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirirlər, lakin onlar arasında münasibətlər xidməti müqavilə əsası nda yanmış olsada mübahisə əmək hüquqlarının müdafisəi ilə bağlıdır. İddiaçı cavabdehlə arasında bağlanmış və onlar arasında əmək münasibətlərinin yaranmasına əsas olan ləğv olunmuş müqaviləni mübahisələndirir, həmin müqavilənin ləğv edilməsi və işə bərpa olunmasını tələb edir. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəllə müəyyən edilmişdir ki, tərəflərin subyekt tərkibindən asıl ı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır.
13. Bu baxımdan Bakı şəhər Nərimanov rayon Məhkəməsi tərəflərin subyektiv tərkibi və tərəflər arasında xidmət müqaviləsinin bağlanması hallarına istinad edərək mübahisənin kommersiya mübahisəsi olmasına dair gəldiyi nəticəsi düzgün olmamışdır.
14. Ona görə də iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instans iyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh xxx-a qarşı xxx-nın Baş Redaktorunun xx.xx.2024-cü il tarixli işdən azad olunmağı haqqında əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəz ifəyə-işə bərpa və hər ayı 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.