Məhkəmə qərarları › İş №2-2(102)-469/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-469/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-469/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət mülkiyyətində olan torpaqların icarəsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2024-cü il 25 aprel tarixli 2-2(103)-344/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında 2021-ci il 30 sentyabr tarixdə bağlanmış 858 nömrəli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilədə (bundan sonra – “icarə müqaviləsi”) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 kv.m torpaq sahəsi (bundan sonra – “icarə torpaq sahəsi”) Cavabdeh istifadəsinə verilməsi, bir aylıq icarə haqqının 2827 manat olmaqla illik 33.924 manat təşkil etməsi, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitan verilə bil məsi nəzərdə tutulmuşdur. 2. **********172 nömrəli 2022-ci il 29 mart tarixli 11 nömrəli notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizədə Cavabdeh icarə torpaq sahəsinə ehtiyacının olmadığı və müqavilənin ləğv edilməsi ilə bağlı tədbir görülməsinin Əmlak Məsələləri Dövlət Xidmətindən xahiş edildiyi əks olunmuşdur.

3. Cavabdeh məktubu Əmlak Məsələləri Dövlət Xidmətinin poçt qutusuna 2022-ci il 30 mart tarixində salınmışdır (E&R Express Courier Service-in qəbzi).

4. Cavabdeh icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı **********172 nömrəli 2022-ci il 29 mart tarixli ərizəsi Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrdə qeydiyyata alınmamışdır.

5. Cavabdeh 2023-cü il 30 sentyabr tarixə ödənilməmiş icarə haqqı 59.461 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instans iya məhkəməsindəki icraat

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) 2023-cü il 5 iyun tarixində iddia və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 kv.m torpaq sahəsinin (bundan sonra – “torpaq sahəsi”) icarəyə verilməsi barədə 2021-ci il 30 sentyabr tarixli 858 nömrəli icarə müqaviləsi (bundan sonra – “icarə müqaviləsi”) üzrə mövcud olan 59.461 manat icarə haqqı borcunun və mediasiya ilə bağlı ödənilmiş 200 manat vəsaitin tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsasl andırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əməl etməyərək icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqını ödəməmişdir. İcarə müqaviləsi ləğv edilməmiş, cavabdehə 2022-ci il 29 sentyabr tarixli **********24 nömrəli xəbərdarlıq məktubu ilə müraciət olunsa da, o icarə haqqını ödəməkdən imtina etmişdir. İddiaçı hesab etmişdir ki, icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur

8. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçıdan yerin naturada təhvil verilməsi xahiş olunsa da, buna müsbət cavab verilməmiş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cavabdeh torpağın i stifadəsindən imtina etmiş və icarə müqaviləsinin ləğv olunmasına dair 2022-ci il 29 mart tarixində notariat qaydasında ərizəni təsdiq etdirərək 2022-ci il 30 mart tarixində iddiaçıya rəsmi qaydada göndərmişdir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında icarə müqaviləsinin ləğv olunmasına dair 2022-ci il 29 mart tarixində notariat qaydasında təsdiq edilmiş ərizənin xidmətə daxil olmadığını bildirərək, bununla bağlı məhkəməyə cavabdehin xidmətə müraciətləri ilə bağlı reyestrdən çıxarışı təqdim etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli e-2-2(113)3382/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2023-cü il 30 sentyabr tarixə yaranmış 59.461 manat və mediasiya ilə bağlı ödənilmiş 200 manat, cəmi 59.661 manat məbləğində vəsaitin tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Əliyev).

11. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı qarşısında 59.461 manat borcu yaranmışdır.

12. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirmişdir ki, §2-də göstərilən ərizədə cavabdehin izahatında qeyd etdikləri öz əksini tapmamış, həmçinin cavabdehin çoxsaylı müraciətlərinin öz əksini tapmasına baxmayaraq iddiaçının məhkəməyə təqdim etdiyi reyestrdən çıxarışda məhz həmin ərizənin xidmətə daxil olması aşkar edilməmişdir. Bununla yanaşı icarə müqaviləsinin 7.2-ci bəndində müqavilənin ləğvinin tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçir ildiyi nəzərdə tutulmuş, lakin hazırkı halda iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı heç bir razılığı olmamış, cavabdeh isə 2022ci il 29 mart tarixli ərizəsinin nəticəsi ilə maraqlanmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1 və 700.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-344/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin müqavilənin ləğv edilməsi ilə bağlı notarial ərizəsində ləğv etmənin əsası kimi qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına istinad olunmamış, yalnız cavabdehin torpaq sahəsindən istifadə edilməsinə ehtiyacının olmadığı göstərilmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından isə cavabdehin belə məzmunlu ərizəsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola bilməz.

17. Bundan başqa, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifində müddət göstərilmədikdə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı halda cavabdeh təklifində müddət göstərməmiş, otuz gün qanunu n müəyyən etdiyi müddət ərzində cavab almamış və müqavilənin ləğvinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, mübahisə predmeti olan icarə müqaviləsi qüvvədə olduğuna görə cavabdeh icarə haqqını ödəməkdən əsassız olaraq boyun qaçırmışdır.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 421.2, 421.3, 423.1, 423.2, 424.3, 700.1, 700.2, 704.1 və 706.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 29-cu maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.3-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 107 və 119-cu maddələrinə istinad etməklə əsasla ndırmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 421.1, 421.2 və 421.3-cü maddələri üzrə – cavabdeh bildirir ki, o qarşı tərəfə hər hansı bir ziyan vurmamış və vaxtında müqavildədən imtina etdiyi barədə məlumat vermişdir. Müqavilədən imtina ilə bağlı iddiaçıya təqdim edilmiş ərizə ilə artıq müqavilənin ləğv olunduğu sübuta yetmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, müqavilədən imtina barədə iradə ifadəsinin qa rşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Hazırkı halda cavabdeh 2022-ci il 29 mart tarixli pretenziya məktubu ilə müraciət edərək aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv olunmasını xahiş etmişdir.

22. MPM-in 76, 77, 88 və 89-cu maddələri üzrə – məhkəmə işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir.

23. Cavabdeh kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd edir ki, iddiaçıya dəfələrlə müraciət etməsinə baxmayaraq iddiaçı öz öhdəliklərini lazımi qaydada icra etməmiş, plan və cizgidə düzəliş edərək torpaq sahəsini düzgün ölçərək yerində naturada təhvil verməmiş, bununla da müqavilə şərtini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən cavabdeh qarşı tərəfə notarius təsdiqli ərizə göndərərək icarə müqaviləsinin ləğvini xa hiş etmişdir. Qarşı tərəf bu müraciəti qəbul etsə də, gizlətməklə cavabdehin hüquqlarını pozmuşdur. Ərizənin iddiaçı tərəfindən qəbul olunmaması belə cavabdehin təqsiri ucbatından baş verməmişdir. Məhkəmə isə bu məsələyə heç bir əhəmiyyət verməmişdir. Cavabdehin iddiaçıdan təhvil almadığı torpaq sahəsinə görə icarə haqqı ödəməsi düzgün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası m əhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərd ə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır ”Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi v ə ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhk əmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

704. İcarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağl anarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir...” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər....” 28. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda is ə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “Maddə

29. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. 29. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 2.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlə t mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər; 2.3-1. həmin Qanunun 10-cu maddəsinin altıncı hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;...”

30. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.

31. Azərbaycan Respublikası Prezi dentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Fərmanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə xidmətiə keçmişdir.

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, hazırkı mübahisə dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqı borclarının ödənilməməsindən irəli gəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıya torpaq sahəsinin plan və cizgisinin yenidən düzgün tərtib olunması barədə dəfələrlə müraciət etmiş, iddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilmədiyinə görə notarial qaydada təsdiqlənmiş müqavilənin ləğvinə dair ərizəsini 2022-ci il 30 mart tarixdə iddiaçıya göndərmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçı təşkilatın reyestrindən çıxarışda isə həmin ərizənin daxil olması müəyyən edilməmişdir.

35. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətl i dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırkı halda iddiaçının müqavilədə plan və cizginin düzəldilməsi öhdəliyi nəzərdə tutulmamışdır.

36. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7-ci bəndində müqavilənin tərəflərin qarşılıqlı razılaşması və ya tərəflərdən birinin tələbi əsasında məhkəmə qərarı ilə xitam verildiyi nəzərdə tutulmuş, cavabdehin məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizə ilə müqaviləyə xitam verilməsinə dair şərt isə müqavilədə mövcud olmamışdır.

37. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifində müddət göstərilmədikdə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Ha zırkı halda cavabdeh təklifində müddət göstərməmiş, otuz gün müddətində cavab almamış və müqavilənin ləğvinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bekəliklə mübahisə predmeti olan icarə müqaviləsi qüvvədə olduğuna görə cavabdehin icarə haqqı borcu yaranmışdır.

38. Cavabdehin iddiaçıya göndərdiyi müraciətdə isə torpaq sahəsinə ehtiyacının olmaması səbəbindən müqavilənin ləğv edilməsi istiqamətində tədbir görülməsi xahiş edilmiş, müraciətdə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulduğu iddia olunmamışdır.

39. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəainin tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar