Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-47/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin cavabdeh ”Cavabdeh” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, digər icraat üzrə məhkəmə xərclərinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı “İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyinin cavabdeh ”Cavabdeh” MMC-yə qarşı (üçüncü şəxs: Yasamal Rayon İcra və Probasiya Şöbəsi) “zərərin öd ənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 16 oktyabr tarixli 2-2(103)-599/2019 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı “İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyi cavabdeh ”Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ''İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyinin hüququnu bərpa etmək üçün çəkdiyi xərclərə (əldən çıxmış faydaya) görə 100.000 (bir yüz min) manat və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 1.000.000 (bir milyon) manatın cavabdeh "Cavabdeh” MMC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddia tələbində göstərilən "ziyanın ödənilməsi" barədə "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin tələbinə, Birliyin nümayəndəsi x vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, hazırkı iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Cavabdeh" MMC-yə aid edilməsi, 2012-ci ildən gedən məhkəmə proseslərində vəkil xidmətindən istifadə etdiklərinə görə ödədiyi maliyyə vəsaitinin cavabdehdən tutularaq iddiaçı "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh MMC cavabdeh “İddiaçı” Mədəni İrsi və Tarixi X1rşı “davranışın qərəzli olmaqla qanunsuz hesab edilməsi, borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İctimai Birliyin iddia tələblərinin rədd edilməsi, "İddiaçı” Mədəni İrsi və X10 X8 prospekti 22 ünvanında yerləşən 1926-cı ilə aid 3030 inventar nömrəli Elektrik dəmiryol vağzalının binasında mövcud olan digər telekommunikasiya operatorlarına aid avadanlıqlarla müqayisədə Cavabdehnə münasibətdə davranışının qərəzli olmaqla qanunsuz hesab edilməsi, 64221,18 manat zərərin və 30 manat dövlət rüsumunun, cəmi 64241,18 manat vəsaitin "İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyindən tutularaq "Cavabdeh" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçının əsaslandırması: İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2012-ci ildən "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin iddiası üzrə başlamış məhkəmə prosesi 3 dəfə apellyasiya, 3 dəfə kassasiya instansiyalarında baxılaraq, nəhayət 2016-cı ildə iddiaçı "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin xeyrinə sona yetmişdir. İddiaçı “İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin cavabdeh “Cavabdeh" MMC-yə, üçüncü şəxslər Mədəniyyət və Turizm Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, “xxxx" QSC-yə və X5 qarşı memarlıq abidəsinin üzərində qurulmuş mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2015-ci il tarixli 2-2(103)-377/2015 saylı qətnaməsi ilə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2-2(10 2)-120/2016 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "Cavabdeh" MMC-nin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi icraatı üzrə məhkəmə iclasında baxılaraq "Cavabdeh" MMC-nin şikayəti üzrə konstitusiya işinin icraatına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxx 2017-ci il tarixli Qərardadı ilə xitam verilmişdir. Bundan sonra dəfələrlə borclu "Cavabdeh" MMC qüvvəyə minmiş və icraya yönəld ilmiş məhkəmə qətnaməsinin icrasına müxtəlif yollarla mane olmağa çalışmışdır. İcra sənədi üzrə həyata keçirilmiş icra tədbirləri nəticəsində "Cavabdeh" MMCnin anten və ona aid olan avadanlıqları xx.xx.2017-ci il tarixdə x şəhəri, z prospekti x ünvanında yerləşən "Elektrik dəmiryol vağzalının binası" (inv. 3030, 1926-cı il) üzərindən sökülməsinə baxmayaraq, sökülən avadanlıqlar yenidən "borclu" tərəfindən həmin binanın üzərinə quraşdırılmışdır. Bununla əlaqədar məhkəmə qərarının məcburi icrası xx.xx.2017ci il tarixə təyin olunmuş və icra olunmuşdur. Uzunmüddətli məhkəmə prosesləri və məhkəmə qətnaməsinin icrası dövründə "borclu" "Cavabdeh" MMC tələbkar "İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyinin ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqs ız rəqabət üsul və vasitələrindən istifadə (ictimai, təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində İB-nin işgüzar nüfuzuna qəsd etmişdir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs AR MM-nin 21-ci və 1097-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda belə onun əməli obyektiv surətdə hüquqa zidd olarsa, zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. "İddiaçı” Mədəni İrsi və X10" İctimai Birliyinin 2012-ci ildən 2016-cı ilə qədər bütün məhkəmə çəkişmələri dövründə hüququ bərpa etmək üçün çəkdiyi xərclər və hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), o cümlədən İB-nin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzini "borclu" "Cavabdeh" MMC tərəfindən tam həcmdə ödənilməsini tələb edir. ''İddiaçı” Mədəni İrsi və X10” İctimai Birliyi hüququnu bərpa etmək üçün çəkdiyi xərcləri və əldən çıxmış faydanı 100.000 (bir yüz min) manat məbləğində müəyyən edir. ''İddiaçı” Mədəni İrsi və X10” İctimai Birliyi işgüzar nüfuzuna vurulmuş zərərin əvəzini 1.000.000 (bir milyon) manat müəyyənləşdirmişdir. Qarşılıqlı iddiaçının əsaslandırması: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının tələbinin əsasını mübahisəli radio-baza stansiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 132 nö mrəli Qərarı ilə təsdiq edilmiş Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əsasən memarlıq abidəsi hesab edilən Azadlıq prospekti, 22 ünvanında yerləşən 1926-cı ilə aid 3030 inventar nömrəli Elektrik dəmiryol vağzalının binasında quraşdırılması təşkil etmişdir. İş üzrə radio-baza stansiyası müvafiq məhkəmə aktına əsasən xx.xx.2017 tarixində demontaj olunmuşdur. Qeyd edilməlidir ki, Bakı şəhəri, Azadlıq 22 ünvanında yerləşən "Rabitə evi"nin damında iddiaçının istinad etdiyi mübahisə dövründə və indi də digər telekommunikasiya operatorlarına aid radiobaza stansiyasına aid telekommunikasiya avadanlıqları mövcud olmuş və olmaqdadır (fotocədvəl əlavə edilir). Belə olan halda iddiaçının öz nizamnaməsinə və yaradılma məqsədlərinə zidd olan ikili qərəzli yanaşması, onla rın bərabərlik hüququnun pozulması və iddiaçının hüquqdan sui-istifadəsi halı yaranmışdır. Belə ki, hal-hazırda Azadlıq 22 ünvanında telekommunikasiya bazarında rəqabətdə olduqları operatorların telekommunikasiya avadanlıqları mövcud olsa da, cavabdehin telekommunikasiya avadanlıqlarının ərazidən çıxarılması şəraitində iddiaçının bu avadanlıqlarla bağlı öz nizamnamə tələblərinə zidd şəkildə və qarşısına qoyduğu məramına uyğun olmayan formada əməli addımlar atmaması, MMC-yə qarşı qərəzliliyin, ayrı-seçkiliyin, diskriminasiyanın, sui-istifadənin təzahürü olmaqla belə bir hal yaratmışdır ki, faktiki olaraq eyni hallardan və hüquqi əsaslardan ibarət olan vəziyyət üzrə fərqli davranılmış, xx.xx.2017-ci il tarixindən sonra haqsız rəqabət vəziyyəti formalaşmış, MMC xeyli vəsait itirmişdir. Azər baycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Eyni faktiki hallara malik hallar üzrə fərqli davranış haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmamaqla yuxarıda göstərilmiş hüquq normalarına zidd olmaqla konstitusion hüquqi müəyyənlik prinsipi ilə bir araya sığmır, hüquqdan sui-istifadədir. Yuxarıdakı qərəzli davranış şəklində təzahür etmiş hüquqdan sui-istifadə nəticəsində Cavabdeh MMC hər gün üçün 157,02 manat mənfəət gətirən radio-baza stansiyasından məhrum olmuş, həmin ərazidə öz rəqiblərinə münasibətdə əlverişsiz vəziyyətə düşməklə maliyyə itkilərinə məruz qalmışdır. İddiaçının qərəzli davranışı qanunsuz hesab edilməklə xx.xx.2017 - xx.xx.2018 əhatə edən 409 gündən ibarət dövr üçün hər gün 157,02 manat qəpik olmaqla MMC-yə vurulmuş cəmi 64221,18 manat zərər məhkəmə qaydasında xeyirlərinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-287/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 100 manat məbləğində vəkil xidmətinə görə ödənilmiş vəsait tutularaq “İddiaçı” Mədəni İrsi və X10 İctimai Birliyinə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələblərinin tam rədd edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli 2-2(103)-599/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-287/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İlk iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddiaya aid hissədə ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Qarşılıqlı iddi açı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İlk iddiaçının kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 19.2.3-cü maddəsinin tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən riayət edilməmişdir. MPM-in 19.2, 19.2.3-cü maddəsinə əsasən: 19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Hazırkı iş üzrə tərəflərin iştirak etdiyi digər iş üzrə (İddiaçı “İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin cavabdeh “Cavabdeh" MMC-yə qarşı memarlıq abidəsinin üzərində qurulmuş mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi tələbinə dair)mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hakim V.Baxışovanın sədrliyi ilə baxılmış və iddiaçının tələbi rədd edilmişdir. Hakim V.Baxışovanın hazırkı iş üzrə məhkəmə tərkibində olmasına iddiaçının nümayəndəsinin etiraz etməsinə baxmayaraq, V.Baxışova hazırkı işə baxılmasında iştirak etmiş və yenə də qanunsuz qərar qəbul edilmişdir. Qarşılıqlı iddi açının kassasiya şikayətinin dəlillərinin əsasını qarşılıqlı iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, vəkil xidmətinə görə ödənilmiş vəsaitin tutulmasına dair məsələ MPM-in tələbləri çərçivəsində və əvvəlki icraatda həll edilməli idi. Qarşılıqlı iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin tələblərlə bağlı dəlilləri nəzərə almamış, qətnaməni həmin dəlillər baxımından əsaslandırmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi məhkəmə çıxışlarında iştirak etmədi. Qarşılıqlı iddiaçı ilk iddiaçının kassasiya şikayətinə qarşı etiraz verərək ilk iddiaçının kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçının vəkili və nümayəndəsi kassas iya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, ilk iddiaçının kassasiya şikayətinə qarşı etirazı müdafiə edərək şikayətin rədd edilməsini xahiş etdilər. Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). İlk iddiaçının şikayəti əsassız olduğundan rədd edilməlidir. Bu, a şağıdakı səbəblərdən irəli gəlir. Şikayətin dəlili ondan ibarətdir ki, hazırkı iş üzrə tərəflərin iştirak etdiyi digər iş üzrə mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hakim V.Baxışovanın sədrliyi ilə baxılmış və iddiaçının tələbi rədd edilmişdir. Hakim V.Baxışovanın hazırkı iş üzrə məhkəmə tərkibində olmasına iddiaçının nümayəndəsinin etiraz etməsinə baxmayaraq, V.Baxışova hazırkı işə baxılmasında iştirak etmiş və yenə də qanunsuz qərar qəbul edilmişdir. Qarşılıqlı iddiaçı şikayətin həmin dəlilinin hüquqi əsası kimi MPM-in 19.2.3-cü maddəsinə istinad etmişdir. MPM-in 19.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: (...) 19.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. MPM-in 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. MPM-in 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. İşdən göründüyü kimi, ilk iddiaçının nümayəndəsinin istinad etdiyi hallar hazırkı işdə mövcud olmadığından, məhkəmə tərkibinə daxil olan hakim V.Baxışova haqlı olaraq özüözünə etiraz etməmişdir. İşdə bunun üçün, MPM-in təkcə 19.2.3-cü maddəsində deyil, hakim V.Baxışovanın hazırkı işə baxılmasında iştirakını istisna edə bilən və digər normalarda (o cümlədən, MPM-in 19.1-ci maddəsində) təsbit edilmiş hallar da mövcud olmamışdır. İlk iddiaçının nümayəndəsinin hakim V.Baxışovaya etiraz edilməsi barədə ərizəsinə gəldikdə (MPM-in 21.2-ci maddəsinə əsasən, etiraz etmə yazılı formada əsaslandırılmalıdır), həmin ərizənin imzalanmadığına baxmayaraq (İİ cild, iş v. 32), apellyasiya instansiyası məhkəməsi ərizəni geri qaytarmamış, onu mahiyyəti üzrə həll edərək təmin etməmişdir. Hər bir halda, yuxarıda qeyd edildiyi kimi, ilk iddiaçının nümayəndəsinin istinad etdiyi hallar hazırkı işdə mövcud olmadığından, hakim V.Baxışovanın işə baxılmasında iştirakdan kənarlaşdırılması üçün əsaslar da olmamışdır. Qarşılıqlı iddiaçının şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası “vəkil xidmətinə görə ödənilmiş vəsaitin MPM-in tələbləri çərçivəsində və əvvəlki icraatda həll edilməli” olduğuna dair qarşılıqlı iddiaçının dəlili ilə aşağıdakı səbəblərə görə razılaşır. MPM-in 115.0, 115.0.6-cı maddələrinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinin müddəalarına əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1). Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür (119.5). Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, m üvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir (119.6). MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində...məhkəmə xərclərinin bölüşdürülməsi...göstərilməlidir. Yuxarıda qeyd edildiyi kimi, “iddiaçı “İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin cavabdeh “Cavabdeh" MMC-yə qarşı memarlıq abidəsinin üzərində qurulmuş mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-377/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı" Mədəni İrsi və X10 İctimai Birliyinin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-232/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən, memarlıq abidəsi olan «Elektrik dəmiryol vağzalının binası» üzərindən Cavabdeh MMC-yə məxsus mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, «xxxx» ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 7/2011 saylı müqavilə Cavabdeh MMC tərəfindən «Rabitə evinin» yerüstü binalarında Fiber-anten sistemlərinin yerləşdirilməsinə dair hissədə etibarsız hesab edilməsi, iddianın «memarlıq abidəsin ə dəymiş ziyanın cavabdehdən dövlət büdcəsinə tutulması» hissəsində təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın Cavabdeh MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-120/2015 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, həmin iş üzrə məhkəmə xərclərinə dair məsələ həmin icraat çərçivəsində və yuxarıda qeyd edilən məzmunda həll edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin məzmunda icraya yönəldilmişdir. Hazırkı iş üzrə iddiaçının yuxarıda qeyd edilən (hazırkı iş üzrə tərəflərin əvvəl lər iştirak etdiyi) iş üzrə icraat zamanı vəkilin xidməti üçün çəkdiyi xərc də həmin icraat çərçivəsində, MPM-in 119, 121.1 və 220.5-ci maddələrinə əsasən həll edilməli olan məsələdir. Başqa sözlə, MPM-də məhkəmə xərclərinin işdə iştirak edən şəxslər arasında bölüşdürülməsinin xüsusi qaydası nəzərdə tutulduğundan, həmin xərclərin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan “zərərin əvəzi” kimi) başqa icraatda ayrıca iddia irəli sürmək yolu ilə ödənilməsi tələb oluna bilməz. Həmin xərcə dair məsələ hazırkı iş üzrə tərəflərin iştirak etdiyi digər icraata aid və həmin icraat çərçivəsində həll edilməli olduğundan, ilk iddiaçı çəkdiyi xərcin ödənilməsi barədə müvafiq ərizə ilə həmin icraat çərçivəsində müraciət edə bilər. Beləliklə, iddianın həmin hissəsinə hazı rkı mülki məhkəmə icraatında baxılmalı olmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin tələbə aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qarşılıqlı iddiaçının bilavasitə özünün irəli sürdüyü tələblərlə bağlı şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinin əsası kimi qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə cavabdehin digər telekommunikasiya operatorları ilə müqayisədə "Cavabdeh" MMC-yə münasibətdə davranışının qərəzli hesab edilməsini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, ”Cavabdeh” MMC məhkəməyə tələbini n əsası kimi özü tərəfindən tərtib etdiyi arayışı təqdim etsə də, arayışda qeyd olunan məbləğdə zərərin "İddiaçı Mədəni İrsi və X10" İctimai Birilliyinin hansı qanunazidd əməli nəticəsində vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə həmin normalara uyğun olmuşdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İlk iddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli 2-2(103)-599/2019 nömrəli qətnaməsi ilk iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qarşılıqlı iddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli 2-2(103)-599/2019 nömrəli qətnaməsi ilk iddianın “Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində vəkil xidmətinə görə ödənilmiş vəsaitin tutularaq“İddiaçı” Mədəni İrsi və X10” İctimai Birliyinə ödənilməsi” hissəsində ləğv edilir, həmin hissədə iş üzrə icraata xitam verilir. Qarşılıqlı iddiaçının kassasiya şikayəti qalan hissədə təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli 2-2(103) -599/2019 nömrəli qətnaməsi qarşılıqlı iddiaçının şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-2(102)-47/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-47/2020
18.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver