Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-47/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-47/2023 Bakı şəhəri Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2( 103)-757/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC və "X4 FZCO" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. AGBank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 8.600.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə əks olunmuş ödəmə qrafikinə əsasən, borcalan əsas məbləğ üzrə 8.600.000 ABŞ dolları, faiz borcu üzrə 43.000 ABŞ dolları ödəməlidir. 2. 2020-ci il 2 mart tarixli, 104.CL.020320.00001/a nömrəli saxlanc müqaviləsinə əsasən, tərəfləri girovsaxlayan və Cavabdeh1 MMC olan 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə 8.600.000 ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit, kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 9.650.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. 3. 2020-ci il 2 mart tarixli, 104.CL.020320.00001/b nömrəli zaminlik müqaviləsinə əsasən, zamin - Star Gulf FZCO Şirkəti bu müqaviləyə əsasən, bank qarşısında 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədə n borcalanın 8.600.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
4. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 nömrəli kredit müqaviləsinə əsasən, kreditor - "xxxx" ASC borcalan - Cavabdeh1 MMC-yə 3.000.000 ABŞ dolları məbləğində kredit ayırır. 5. 2020-ci il 17 mart tarixli, 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsinə əsasən, zamin - “Star Gulf FZCO Şirkəti” bu müqaviləyə əsasən, "xxxx" ASC qarşısında 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesabl anmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin bu müqaviləyə əsasən, bank qarşısında 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 6. 2020-ci il 17 mart tarixli, 104.CL.170320.00001/b saylı saxlanc müqaviləsinə əsasən, tərəfləri girovsaxlayan və Cavabdeh1 MMC olan 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, illik 1 faiz dərəcəsi ilə 3.000.000 ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit müqaviləsi və ona edi lmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 3.400.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. 7. 2020-ci il 3 aprel tarixli, 104.CL.030420.00001/a saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh1 MMC arasında 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, illik 1 faiz dərəcəsiylə 6.000.000 ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmə k məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 6.800.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur.
8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 6.000.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə borcalanın əsas məbləğ və faizlər daxil edilməklə ödəmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən borclanan əsas məbləğ üzrə 6.000.000 ABŞ dolları, 30333,33 ABŞ dolları isə faiz məbləği ödəməlidir. 9. “X7” Şirkəti tərəfindən Azərbaycan Əmanətlərin Sığortalan ması Fonduna göndərilən 2020-ci il 6 iyul tarixli tələblərin qeydə alınmasına dair ərizəyə əsasən, X2 "xxxx" Şirkəti İddiaçı ASC-də olan AZ42AZEG******************** saylı cari hesabındakı 16.203.007,74 ABŞ dolları və AZ57AZEG******************** saylı cari hesabındakı 1.928.952,15 manat məbləğində pul vəsaitlərinin təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alındığına dair filiala qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri təminat müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabınd an tutulmaqla həmin əməliyyatdan sonra Bankda qalan filiala məxsus 2.537.827,78 ABŞ dolları məbləğində pul vəsaitinin filialın özünə qaytarılmasını xahiş etmişdir.
10. Cavabdeh1 MMC tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş tələblərin qeydə alınmasına dair 2020-ci il 6 iyul tarixli ərizəyə əsasən, Cavabdeh1 MMC-nin lisenziyası ləğv edilmiş və müflis elan edilmiş İddiaçı ASC-də olan AZ12AZEG******************** saylı cari hesabındakı 115.129,98 manat, AZ79AZEG******************** saylı cari hesabındakı 0,24 Britaniya funt sterlinqi, AZ94AZEG******************** saylı cari hesabındakı 119.480,75 ABŞ dolları, AZ34AZEG******************** saylı cari hesabındakı 804.22 Avro məbləğində pul vəsaitlərinin təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alınmasına dair MMC-yə qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri Təminat Müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabından tutulması və bu barədə MMC-yə məlumat verilməsini xahiş etmişdir.
11. İddiaçı ASC tərəfindən verilmiş 2020-ci il 10 iyul tarixli, 0349 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzə əsasən, İddiaçı ASC qarşısında 115.129,98 manat, 119.480,75 ABŞ dolları, 804.22 avro, 0,24 Britaniya funtu məbləğində kreditor tələbi qeydə alınmışdır.
12. İddiaçı ASC tərəfindən verilmiş 2020- ci il 10 iyul tarixli, 0350 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzdən görünür ki, İddiaçı ASC qarşısında 1.928.952,15 manat və 16.203.007,74 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır.
13. İddiaçı ASC tərəfindən verilmiş 2021-ci il 20 aprel tarixli, **********003 nömrəli arayışa əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 2021-ci il 16 aprel tarixinə yaranan tələb: əsas borc üzrə 6.000.000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 28.001 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 60.834 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 159.167 ABŞ dolları, müqavilənin tələbləri üçü n yaranmış 6.248.002 ABŞ dolları təşkil edir.
14. İddiaçı ASC tərəfindən təqdim olunmuş 2021-ci il 22 aprel tarixli, **********039 nömrəli arayışa əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə 2021-ci il 16 aprel tarixinə yaranan tələb əsas borc üzrə 3.000.000 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 13.917 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 33.417 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz 87.085 ABŞ dolları, ümumilikdə 3.134.419 ABŞ dolları təşkil edir.
15. İddiaçı ASC tərəfindən verilmiş 2021-ci il 22 aprel tarixli, **********040 nömrəli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC ar asında bağlanmış 2020-ci il 2 mart tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 2021-ci il 16 aprel tarixinə yaranan tələb: əsas borc üzrə - 8.600.000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər – 32.251 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 102.962 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 267.555 ABŞ dolları, müqavilənin tələbləri üçün yaranmış 9.002.768 ABŞ dolları təşkil edir.
16. AGBank” ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC və "xxxx" Şirkətinə ünvanlanmış 2021-ci il 20 aprel tarixli xəbərdarlıq məktublarından görünür ki, 2020-ci il 2 mart tarixli, 2020-ci il 17 mart tarixli, 2020-ci il 3 aprel tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi təklif olunmuş, ək s təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 5 iyul tarixində cavabdehlər Cavabdeh1 MMC və "xxxx" Şirkətinə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 8.600.000 ABŞ dolları əsas, 32.251 ABŞ dolları faiz, 102.962 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 267.555 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 9.002.768 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 6 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 8.600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixə kredit borcu 9.002.768 ABŞ dolları təşkil etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
19. İddiaçı 2021-ci il 6 iyul tarixində cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 3.000.000 ABŞ dolları əsas, 13.917 ABŞ dolları faiz, 33.417 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 87.085 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 3.134.419 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsa slandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 6 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 2020-ci il 17 mart tarixli, 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixinə kredit borcu 3.134.419 ABŞ dolları təşkil etmişdir.
21. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələr inə istinad olunmuşdur.
22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 avqust tarixli, e-2-2(113)3483/2021 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3483/2021 saylı iş, iddiaçının “borcun tutulması” tələbinə dair e-2-2(113)3514/2021 saylı işlə bir icraatda birləşdirilmiş və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilmişdir (hakim – K.Hüseynov).
23. İddiaçı 2021-ci il 5 iyul tarixində cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 6.000.000 ABŞ dolları əsas, 28.001 ABŞ dolları faiz, 60.834 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 159.167 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 6.248.002 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 104.LN.2005.030420.00001 nömrəli 2020-ci il 3 aprel tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 6 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 6.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC-yə kredit verilərkən "xxxx" Şirkəti ilə bank arasında 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, zamin durmuş şəxs kredit borcunun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixinə kredit borcu 6.248.002 ABŞ dolları təşkil etmişdir.
25. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
26. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyul tarixli, e-2-2-(113)-3479/2021 saylı qərardadı ilə cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilərək, iddiaçının cavabdehlərə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2-2-(113)3479/2021 saylı iş məhkəmənin icraatında olan iddiaçının cavabdehlərə qarşı “borcun tutulması və sairə” tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir (hakim – S.Nuriyeva).
27. Cavabdehlər 2021-ci il 10 avqust tarixində qarşı lıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan tərəflər arasında imzalanmış saxlanc müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 may tarixli, e-2-2(113)-225/2022 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.
28. Cava bdehlərin nümayəndəsi vəsatətlə ekspertiza təyin olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 oktyabr tarixli, e-2-2(113)-3514/2021 nömrəli qərardadı ilə vəsatət qismən təmin olunmuş, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır (hakim – Ü.Həsənova). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2022-ci il 24 fevral tarixli, 9/8142 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı müqavilə üzrə - iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixinə iddiaçıya olan borcu, ümumilikdə, 3.099.583,33 ABŞ dolları müəyyən edilir, o cümlədən: 2021-ci il 16 aprel tarixinə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu 3.000.000 ABŞ dolları, faiz borcu 99.583,33 ABŞ dolları təşkil edir. - 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı müqavilə üzrə - iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixinə iddiaçıya olan borcu, ümumilikdə, 6.184.333,33 ABŞ dolları müəyyən edilir, o cümlədən: 2021-ci il 16 aprel tarixinə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 6.000.000 ABŞ dolları, faiz borcu 184.333,33 ABŞ dolları müəyyən edilir. - 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı müqavilə üzrə - iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2021-ci il 16 aprel tarixinə iddiaçıya olan borcu, ümumilikdə, 8.895.744,44 ABŞ dolları müəyyən edilir, o cümlədən: 2021-ci il 16 aprel tarixinə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 8.600.000 ABŞ dolları, faiz borcu 295.744,44 ABŞ dolları müəyyən edilir.
29. Bakı Kommersiya Məhkəməsinin 2022 -ci il 6 may tarixli, e-2-2(113)-190/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı Krеdit müqaviləsi üzrə 3.000.000 ABŞ dolları əsas, 99.583,33 ABŞ dolları faiz, 33.417 ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, cavabdehlərdən müştərək qaydada 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı krеdit müqaviləsi üzrə 6.000.000 ABŞ dolları əsas, 184.333,33 ABŞ dolları faiz borcu, 60.834 ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, cavabdehlərdən müştərək qaydada 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı krеdit müqaviləsi üzrə 8.600.000 ABŞ dolları əsas, 295.744,44 ABŞ dolları faiz borcu, 50.000 ABŞ dolları cərimə (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 manat e kspertiza xərcinin 75 manat hissəsinin iddiaçıdan, 75 manat hissəsi isə cavabdehlər X3 və "Star Gulf FZCO” Şirkətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
30. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və MM-in yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
31. Digər tərəfdən, cavabdehlərdən tutulacaq faiz borcu 2022-ci il 24 fevral tarixli, 9/8142 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmişdir.
32. Bununla yanaşı, iddiaçı 2020-ci il 17 mart tarixli, 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 33417 ABŞ dolları, 2020-ci il 3 aprel tarixli, 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 60.834 ABŞ dolları, 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102.962 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehlərdən cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 2020-ci il 2 mart tarixli, 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102.962 ABŞ dolları tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə həmin müqavilə üzrə 50.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
34. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tərəflər arasında imzalanmış saxlanc müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, eləcə də iddiaçının Cavabdeh1 MMC və filiala qarşı kredit borcu tələblərin girova yönəldilməsi və girov vasitəsilə ödənilməsi barədə, məhz 6.245.167,33 ABŞ dollar məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dollar məbləğində pul vəsaitinin hesabına, 3.133.000,33 ABŞ dollar məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dollar məbləğ ində pul vəsaitinin hesabına və 8.945.744,44 ABŞ dollar məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 9.650.000 ABŞ dollar məbləğində pul vəsaitinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-757/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
37. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı hesab etmişdir ki, MM-nin 285.4-cü maddəsi girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya z ədələnməsi halları ilə bağlı münasibətləri tənzimlədiyindən həmin norma hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. İddiaçının müflis olması isə banka saxlanc müqaviləsi əsasında girov qoyulmuş pul vəsaitinin itirilməsi kimi qiymətləndirilə bilməz.
38. Cavabdehlərin iddiaçıdan tərəflər arasında imzalanmış saxlanc müqavilələrinin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, iddiaçının Cavabdeh1 MMC-yə və filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində iddiaçıda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində iddiaçıda saxlanılan 3.400.000 ABŞ dolları məbl əğində pul vəsaiti hesabına ödənilməsi barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-190/2022 saylı, 2022-ci il 6 may tarixli qərardadı ilə xitam verilmiş və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 10 iyun tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardadda cavabdehlərə izah edilmişdir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş tələb ləğv prosesində olan bankın bank fəaliyyətindən irəli gələn tələb olduğundan cavabdehlər tələblərin əvəzləşdirilməsi barədə ərizə ilə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidirlər.
39. Bundan əlavə, MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmini üsulları kimi nəzərdə tutulmuş girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminli k, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullardan hansısa birini seçmək hüququ kreditora aiddir. Hazırkı halda kreditorun tələbi girov qoyulmuş əmlaka yönəltmək hüququndan istifadə etməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 399.1, 442, 460.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 oktyabr tarixində iddiaçı, Cavabdeh1 MMC-yə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
42. Cavabdeh1 MMC və "X4 FZCO" şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin qətnamədən 2022-ci il 5 dekabr tarixində kassasiya şikayəti verərək, onun ləğv edilməsi, tərəflər arasında imzalanm ış saxlanc müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatlar həyata keçirilməsini, iddiaçının Cavabdeh1 MMC-yə və filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6,245,167.33 ABŞ dolları məbləğində kredit borcu saxlanc müqaviləsi üzrə girov şəklində iddiaçıda saxlanılan 6,800,000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, 3,133,000.33 ABŞ dolları məbləğində kredit borcu saxlanc müqaviləsi üzrə girov şəklində iddiaçıda saxlanılan 3,400,000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına və 8,945,744.44 ABŞ dolları məbləğində kredit borcu saxlanc müqaviləsi üzrə girov şəklində iddiaçıda saxlanılan 9,650,000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kas sasiya şikayətinin dəlilləri
43. MM-in 285.4-cü maddəsinin tələbi pozulmuşdur. Girov saxlayanın tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov şəklində iddiaçıda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən "xxxx" MMC-nin girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid oluna bilər.
44. MM-in 295-ci maddəsinin tələbi pozulmuşdur. MM-in 301-ci maddəsinə əsasən, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. İddiaçı, "xxxx" MMC və "X6 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında imzalanmış saxlanc müqavilələrin 2.3-cü maddələrində qey d olunur ki, girov saxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Həmin müqavilələrin 3.1-ci maddəsində qeyd olunur ki, borcalan və/və ya girovqoyan yaranmış borcu kredit müqaviləsi üzrə müəyyən edilmiş vaxtda ödəyə bilmirsə, saxlanc müqaviləsi üzrə yaradılan təminat yerinə yetirilir. Həmin müqavilələrin 3.2-ci maddəsinə əsasən, tərəflər saxlanc və ya kredit müqaviləsinin şərtlərinin yerinə yetirilmədiyi hallarda girov qoyulmuş əmlaka mülkiyyət hüququnun girov saxlayanın adına rəsmiləşdirilməsinə razılıqlarını ifadə edirlər. Eyni qayda MM-in 295-ci maddəsində öz əksini tapır. Beləliklə, iddiaçı girov qoyulmuş əmlaka görə məsuliyyət daşımaqla yanaşı, həmin əmlak üzərində mülkiyyət hüququ əldə edə bilir. Bununla da, iddiaçı saxlanc müqavi ləsi ilə yaradılmış təminat hesabındakı vəsaitlə kredit müqaviləsi üzrə "xxxx" MMC-yə qarşı borc tələbini təmin edə bilər. 45. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) 78.1-ci maddəsinin tələbi pozulmuşdur. MM-in 527.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. MM-in 540-cı maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ ola n tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Eyni zamanda, MM-in 545-ci maddəsində öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən hallar sadalanır və həmin hallar arasında cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddia üzrə tələblər öz əksini tapmır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 4 sentyabr tarixli, 2-1(102)-1332/2019 saylı Qərarında nəzərdə tutulmuş hallar üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər - öhdəliklərin əvəzləşdirilməsi ilə bağlı məhkəmə təcrübəsini nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli, 2-1(102)1332/2019 saylı Qərarında kredit borcunun əvəzləşdirilməsinin hüquqi əsası və mümkünlüyü təsbit olunur. Qərarda aşağıdakılar qeyd olunur: “Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məcəllənin 545-ci maddəsi tələblərin əvəzləşdirilməsinin yol verilmədiyi halları aşağıdakı kimi sadalayır: o tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; o öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; o öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; o digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli o lduqda və bu müddət keçdikdə; o alimentlərin tutulması ilə bağlı olduqda; o Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar,məcəllədə nəzərdə tutulmuş digər hallar da istisna təşkil edir. “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Daha sonra qəradar vurğulanmışdır ki, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinin aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Həm MM-in 540.1-ci maddəsi, həm “Banklar haqqında” Qanunun 78.1-ci maddəsi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinin aparılmasının mümkünlüyünü təsbit etmişdir. Qeyd olunmalıdır ki, “Banklar haqqında” Qanunun 78.1-ci maddəsində istinad edilən Qanunun 82.1-ci maddəsi kreditorlar arasında növbəlilik qaydasını müəyyən edən xüsusi normadır. MM-in 540 və 545-ci maddələri isə ümumi normalardır və MM-in 545-ci maddəsində təsbit edilən öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən halların arasında hazırkı iş üzrə tələb olunan əvəzləşmə, yəni müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi qeyd olunmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, MM mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdik də Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.” Əlavə olaraq qeyd edilməlidir ki, “Banklar haqqında” Qanunda iflas prosesində olan bankın aktivlərinin (verilmiş kreditlərinin) təminatı olan girov qoyulmuş əmlakın (pul vəsaiti daxil olmaqla) hüquqi statusu, onlara ləğvedici tərəfindən tələblərin yönəldilməsi və bunun nəticəsində artıq qalmış vəsaitin girov qoyana qaytarılması proseduru mövcud deyil. Buna görə, kassator hesab edir ki, Qanunun 78.1-ci maddəsində əks olunan əvəzləşdirmə qaydası girov əmlakına (o cümlədən, girov qoyulmuş pul vəsaitinə) tələblərin yönəldilməsini tənzimləmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kassator hesab edir ki, iddiaçının "xxxx" MMC-yə və Filiala qarşı olan kredit müqavilələri üzrə tələbinin girov şəklində iddiaçıda saxlanılan pul vəsait i hesabına ödənilməsi MM-in müddəalarına əsasən həyata keçirilməlidir və tərəflər arasında imzalanmış saxlanc müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatlar həyata keçirilə bilər və iddiaçının "xxxx" MMC-yə və Filiala qarşı kredit borcu tələbləri girova yönəldilib, girov qoyulmuş vəsaitlər hesabına ödənilməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-86/2021 nömrəli 2021-ci il 17 mart tarixli Qərarında nəzərdə tutulmuş hallar üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər - şikayət olunan Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 27 oktyabr tarixli Qərarında məhkəmə Konstitusiya Məhkəməsinin Qərarını səhv tətbiq etmiş, və ləğvetmə prosesində olan banka qarşı iddiaların xarakterinə görə iki fərqli qrupa bölündüyünü nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin 2017-ci il 13 iyun tarixli Qərarının təcrübədə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tətbiqi nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin 2-2(102)- 2021-ci il 17 mart tarixli, 86/2021 nömrəli Qərarında aşağıdakılar qeyd olunur: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımından hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətin dən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları. Yuxarıda göstərilənlərə əsaslanmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq olunması, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. İddiaçının müflis elan olunmasına dair məhk əmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
48. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli, e-2-2(103)-424/2019 saylı qərardadından isə görünür ki, yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istinad edilərək, MPM-in 261-ci maddəsi rəhbər tutulmaqla iş üzrə icraata xitam verilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/19 saylı qətnaməsi ləğv olunmuşdur. Məhkəmə həmin qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında əks olunan hüquqi mövqelərdə fərqləndirici əlamətləri də (müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyət i ilə bağlı olan iddialar; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar) göstərmişdir. Daha sonra isə, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrasının mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində həyata keçirilməsinə, iflas proseduruna məhkəmə nəzarətinin məhz bu prosedur çərçivəsində müəyyən edilməsinə, belə fərqləndirmənin mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasının şərtləndirilməsinə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətin dən irəli gələn (banka qarşı və bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsinin MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılması imperativliyinə, bu kateqoriyadan olan işlərə bank fəaliyyətinin həyata keçirildiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələblərinin, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil olmaması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə əsaslanmaqla hazırki nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında müflis elan olunmuş banka qarşı tələblərə (iddialara) görə fərqləndirici əlamətlər baxımından müəyyənləşdirdiyi iki əsas qrupla bağlı hüquqi mövqe tam nəzərə alınmamış, hüquqi yanlışlığa yol verilən qərardad qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblərin (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə onların mahiyyəti baxımından “Banklar haqqında” Qanun ilə tənzimlənən tələblərə aid olub-olmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, bu cür tələblərə (ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahi yyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) MPM-in 254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərkən onun iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar ilə bağlı hüquqi mövqeyini nəzərdən qaçırmışdır. Halbuki, iddiaçı ilə bank arasında bağlanmış müqaviləyə əsasən faktiki olaraq bank kreditor qismində çıxış etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kassator hesab edir ki, iddiaçının "xxxx" MMC-yə və Filiala qarşı olan kredit müqavilələri üzrə tələbinin girov şəklində iddiaçıda saxlanılan pul vəsaiti hesabına ödənilməsi MM-in müddəalarına əsasən həyata keçirilməlidir və tərəflər arasında imzalanmış saxlanc müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatlar həyata keçirilə bilər və iddiaçının kredit borcu tələbləri girova yönəldilib, girov qoyulmuş vəsaitlər hesabına ödənilə bilər.
50. MPM-in 88, 218.3-cü maddələrinin tələbləri pozu lmuşdur. Hakim kreditlərin girovla təmin olunmasını nəzərə alaraq və müvafiq təqdim olunmuş sübutları qiymətləndirərək həmin maddəyə əsasən tələbin girova yönəldilməsini qət edə bilərdi.
51. MPM-in 254-cü maddəsinin tələbi pozulmuşdur. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüqu qi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü mad dələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq olunması, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır.
52. Eyni zamanda Qərarda qeyd olunmuşdur ki, təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab olunması, ləğv edilməsi və s.) irəli sürülür. Müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın MPM-in 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
53. Beləliklə, "xxxx" MMC-nin və Filialın iddiaçıya qarşı tələbi qiymətləndirilməyən tələbdir və girov müqaviləsinin icra edilməsi ilə bağlıdır. "xxxx" MMC-nin və Filialın iddiaçıya qarşı tələbi qiymətləndirilən kreditor tələbi deyil, kreditlər üzrə borcun girov vasitəsilə ödənilməsindən və girov üzrə təminatın həyata keçirilməsindən ibarətdir. Bunu nəzərə alaraq, kassator hesab edir ki, həmin iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. İddiaçı 2023-cü il 9 yanvar tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, "Bos Shelf MMC və "X4 FZCO” şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-757/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
55. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış kredit m üqavilələri üzrə 6.245.167,33 ABŞ dolları məbləğində kredit borcunun təminatı kimi 6.800.000 ABŞ dolları məbləğində, 3.133.000,33 ABŞ dolları məbləğində kredit borcunun təminatı kimi 3.400.000 ABŞ dolları məbləğində, 8.945.744,44 ABŞ dolları məbləğində kredit borcunun təminatı kimi 9.650.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər və iddiaçı arasında bağlanmış saxlanc müqavilələrinə əsasən girov qoyulmuşdur.
56. Cavabdehlər iş üzrə bir neçə əhəmiyyətli məqama öz subyektiv mülahizələrinə və maraqlarına uyğun şəkildə yanlış hüquqi qiymət verməyə çalışmış, banka olan kredit borcu öhdəliklərinin təminatı kimi çıxış edən vəsait üzərində tələb hüquqlarının mövcud olmasına və bu hüquqların qanunvericiliyə uyğun qaydada qeydə alınmasına baxmayaraq, kredit borcu ilə əvəzləşdirilməsi nəzərd ə tutulan həmin tələblərin növbəliliyə düşməməsi üçün öz hüquqi statuslarını bank kreditoru kimi yox, bankın borclusu kimi müəyyənləşdirməyə çalışmışlar. Halbuki burada tələblər qarşılıqlıdır, cavabdehlər də bankın kreditoru kimi çıxış edir və onların kreditor tələbləri ləğvedici tərəfindən qeydə alınmışdır.
57. Həmçinin, cavabdeh kassasiya şikayətinin əsas dəlili kimi, MM-in 285.4-cü maddəsinə əsasən, girov şəklində bankda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində Filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən MMC-nin girovla təmin edilmiş öhdəliyinin ödənilməsinə aid edilməsini göstərir. MM-in 285.4-cü maddəsi girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsi halları ilə bağlı münasibətləri tənzimlədiyindən həmin norma hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. İddiaçının müflis olması isə banka saxlanc müqaviləsi əsasında girov qoyulmuş pul vəsaitinin itirilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin üsulları kimi nəzərdə tutulmuş girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullardan hansısa birini seçmək hüququ kreditora aiddir. Bu halda kreditorun tələbi girov qoyulmuş əmlaka yönəltmək hüququndan istifadə etməməsi iddianın rədd olunması üçün əsas deyildir.
58. Kassasiya şikayətinin digər dəlili kimi, “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən, cavabdehlərin banka olan kredit borcları ilə saxlanc müqavilələri əsasında öhdəliyin təminatı olaraq pul vəsaitlərinin əvəzləşdirilməs i təşkil edir. Cavabdehlər qeyd olunan yanlış mülahizə əsasında bankın tələbinin təminata yönəldilməsi məsələsinin “Banklar haqqında” Qanunun müddəalarına əsaslanaraq növbəlilik qaydasında icra edilməsi yox, MM-in tələblərinə uyğun olaraq saxlanc müqaviləsinin şərtlərinə uyğun şəkildə növbədənkənar qaydada həyata keçirilməsini mümkün hesab etmişlər.
59. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 may tarixli, 23(103)-132/2020 saylı qərarı ilə iddiaçı müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu Bankın Ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında" Qanunun 72-ci maddəsinin tələblərinə əsasən, banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Bu isə b anka qarşı kreditor tələblərin ödənilməsinin həmin qanunun 82.1-ci maddəsinə uyğun olaraq yalnız növbəlilik qaydasında mümkün olmasını müəyyən edir.
60. Beləliklə, cavabdehlərin kreditor tələblərinin banka olan kredit borcu öhdəlikləri ilə əvəzləşdirilməsi yalnız “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən mümkündür. Həmin maddəyə əsasən, bu qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin qanunun 82.1-ci maddəsi müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülməsini nəzərdə tutur. Həmin qanunun 87-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə tə snifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1 maddələri ilə, eləcə də Azərbaycan Respublikası Qanununun 72,77 və 82 maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğv proseduranda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası məhz “Banklar haqqında” Qanunun maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, saxlanc müqavilələri üzrə girov şəklində saxlanılan pul vəsaitlərinin kredit borcu ilə əvəzləşdirilməsi yalnız “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilə bilər. Buna görə, hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qəbul etdiyi Qətnaməsi qanuni və əsaslıdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
63. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığ ı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
65. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh i lə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit ora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
66. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-757/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
68. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, girov saxlayanın tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər, girov şəklində iddiaçıda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən "xxxx" MMC-nin girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid oluna bilər.
69. Məhkəmə kollegiyası hesab edir ki, MM-in 285.4-cü maddəsi girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsi halları ilə bağlı münasibətləri tənzimlədiyindən həmin norma hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. İddiaçı ASC-nin müflis olması isə banka saxlanc müqaviləsi əsasında girov qoyulmuş pul vəsaitinin itirilməsi kimi qiymətləndirilə bilməz.
70. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, hazırkı halda Azərbaycan Respubli kasının “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən cavabdehlərin banka olan kredit borcları ilə saxlanc müqavilələri əsasında öhdəliyin təminatı olaraq pul vəsaitləri əvəzləşdirilməli idi.
71. Qeyd olunan dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin iddiaçıdan MMC, Filial və Bank arasında imzalanmış saxlanc müqavilələrinin 3.1-ci bəndlərinə uyğun olaraq, təminatların həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dolları məbl əğində pul vəsaiti hesabına ödənilməsi barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-190/2022 saylı, 2022-ci il 6 may tarixli qərardadı ilə xitam verilmiş və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 10 iyun tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardadda izah edilmişdir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş tələb ləğv prosesində olan bankın bank fəaliyyətindən irəli gələn tələb olduğundan cavabdehlər tələblərin əvəzləşdirilməsi barədə ərizə ilə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidirlər.
72. Həmçinin qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı 2020-ci il 14 may tarixli qərarının surətindən görünür ki, Azər baycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin olunmuş, "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu həmin ASC-nin ləğvedicisi təyin edilmişdir.
73. Digər tərəfdən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2, 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız həmin Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
74. Bununla yanaşı, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul e dilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
75. Həmin Qərarda qeyd edilmişdir ki, “müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.”
76. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcları ilə saxlanc müqavilələri əsasında öhdəliyin təminatı olaraq pul vəsaitləri əvəzləşdirilməsi ləğv prosesində olan bankın bank fəaliyyətindən irəli gələn tələb olduğundan bank müflis elan edildikdən sonra irəli sürülmüş bu tələblə bağlı mülki məhkəmə icraatı həyata keçirilə bilməz və buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslı olmuş və qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq normalar düzgün tətbiq olunmuşdur.
77. Kassasiya şikayətinin dəlilləri ə sasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmçinin, şikayətin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
78. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-757/2022 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-757/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.