Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-470/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı XXX cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı XXX cavabdeh ASC-yə qarşı “borcun silinməsi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-216/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. ASC (bundan sonr a – “cavabdeh”) ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi (bundan sonra – “iddiaçı”) arasında bağlanmış 2016-cı il 17 avqust tarixli S040665-311 saylı alğı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən icraçı Nizami rayonu ünvanına texniki şərtə uyğun olaraq bir ədəd smart tipli, ön ödənişli Abşeron CSS-20K markalı su sayğacının quraşdırılması öz öhdəsinə götürmüşdür. - 1.2-ci bəndinə əsasən Sifarişçi isə İcraçının bank hesabına 247,23 (ƏDV ilə birlikdə) manat məbləği ödəmişdir. - 1.3-cü bəndinə əsasən İcraçı ilə Sifarişçi arasında hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2016-cı il 8 noyabr tarixli məktubdan görünür ki, iddiaçıdan 2016-cı il 1 oktyabr tarixinə istifadə edilmiş sudan və tullantı suyunun axıdılması xidmətinin istifadəyə görə cavabdehə 46.380,59 manat məbləğində borcun olduğu bildirilmiş və həmin borcun qısa müddət ərzində ödənilməsi məqsədi ilə tədbirlər görülməsi tövsiyə olunmuşdur. 3. 2020-ci il 12 noyabr tarixli 040665 saylı üzləşmə aktında iddiaçının cavabdehə sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 48.493,59 manat məbləğində borcunun olması göstrərilmişdir. Həmin akt yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 3 may tarixli 61/Ç saylı məktubda sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə iddiaçının 2012ci ildən əvvəlki illər üzrə cavabdehə 48.394,59 manat ödənilməmiş borcunun öhdəlik müddətinin keçd iyi səbəbindən qüvvəsini itirdiyinə görə hesabdan silinməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 16 iyun tarixli 03/01-7/5/8811 saylı məktubda iddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcunun 48.473,59 manat məbləğində olduğu bildirilmiş, borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə, su təchizatının fəaliyyətinin birtərəfli qaydada dayandırılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən birtərəfli qaydada 2016-cı il 12 aprel tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətinə görə h esablanmış 44.698,78 manat məbləğində borcun qanunsuz və əsassız hesablanmasını və həmin borcun tələb edilməsinə görə iddia müddətinin keçməsini nəzərə alıb həmin protokolun etibarsız hesab edilməsi və iddiaçıya hesablanmış 44.698,78 manat məbləğində borcun şəxsi hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mütəxəssisləri tərəfindən 2016-cı il avqust ayında iddiaçının inzibati binasında və eləcə də tabeçiliyində olan MKİS-də mövcud olmuş su sayğacları çıxarılaraq yoxlanması məqsədilə laboratoriyaya göndərilmiş və iddiaçının inzibati binasında tərəflər arasında müqavilə bağlanmaqla 2016-cı il 26 avqust tarixdə “Smart CSS-20K” markalı 102535 nömrəli yeni tipli su sayğacı quraşdırılmışdır. Lakin yeni tipli su sayğa cından əvvəl hesablamalar aparılarkən iddiaçıda mövcud olmuş su sayğaclarının mexaniki sərfiyyat göstəricisinə əməl olunmayaraq daxildən keçən su borusunun diametrinə əsaslanaraq və iki müəssisə arasında üzləşmə aparılmadan birtərəfli qaydada cavabdeh tərəfindən 2016-cı il 12 aprel tarixdə tərtib olunmuş 040665 saylı protokola əsasən 2016-cı il 01 yanvar tarixə iddiaçıya su sərfiyyatı üzrə 37.636,05 manat, çirkab su sərfiyyatı üzrə 7.062,73 manat, ümumilikdə cəmi 44.698,78 manat dəyərində əsassız borc hesablanmışdır.
8. Eyni zamanda, 2012-ci ildən hazırkı vaxta qədər sudan istifadə və kanalizasiya xidmətlərinə görə iddiaçı tərəfindən aylıq istifadəyə görə vaxtaşırı ödəmələr aparılsa da, cavabdeh tərəfindən təkrarən birtərəfli qaydada və iki müəssisə arasında üzləşmə aparılmadan tərtib ol unmuş 2020-ci il 12 noyabr tarixli 040665 saylı üzləşmə aktına əsasən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə 48.394,59 manat dəyərində əsassız borc hesablanmışdır.
9. Bundan əlavə, cavabdehin iddiaçıya ünvanlandığı 2016-cı il 8 noyabr tarixli 03/033/16653 saylı və 2021-ci il 16 iyun tarixli 03/01-7/5/8811 saylı cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən borc məbləği sözügedən müəssisədə əvvəlki dövrdə istifadə olunmuş içməli su və kanalizasiya xidmətlərinin dəyərinin tam şəkildə ödənilməməsi nəticəsində yaranmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 44.698,78 manat dəyərində borc qeyri-dəqiq hesablaşmalar aparılmaqla əsassız olmaqla bərabər, həm də 2016-cı ildən əvvəlki dövrlərdən yaranmı ş borcdur. Həmin borca görə cavabdeh iddia müddətini keçirmişdir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.2-ci, “Su təchizatı və tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə istinad etmişdir.
11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 44.698,78 manat məbləğində borcun hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 noyabr tarixli e-2-2(113)-5315/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya 2016-cı il 1 yanvar tarixinəd ək olan dövrdə hesablanmış 44.698,78 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – L. Əliyeva).
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan iddiaçının silinməsini tələb etdiyi 44.698,78 manat məbləğində borc 2016-cı ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur.
15. İddiaçı tərəfindən mübahisəli borcdan ödənişlər edilməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin kəsilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi iddiaçı tərəfindən son beş il ərzində 2016-cı il tarixinədək olan dövrdə yaranmış borcdan ödəniş edilməsini və ümumiyyətlə iddiaçı tərəfindən cari borcdan kənar hər hansı ödəniş edilməsini tə sdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan abonent haqqında məlumatdan göründüyü kimi, 2016-cı ilin yanvarından başlayaraq iddiaçının cavabdehə sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə borcunun məbləği 44.698,78 manatdan aşağı düşməmişdir.
16. İşin göstərilən halları ilə təsdiq edilmişdir ki, 2016-2021-ci illərdə iddiaçı tərəfindən 2016-cı ilədək yaranmış tələbin ödənilməsi istiqamətində hər hansı addımlar atılmamış, hissə-hissə icra edilməmiş, təminat verilməmiş, eləcə də cavabdeh tərəfindən mübahisəli borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia irəli sürülməmişdir.
17. Cavabdehin iddiaçıya qarşı 2016-cı ilin əvvəlinədək yaranmış 44.698,79 manat məbləğində tələbi üzrə müddətin axımının kəsilməsinə əsas olan hallar baş verməmi şdir. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi 44.698,79 manat məbləğində borcun 2016-cı il tarixədək yarandığını, 2016-cı ildən başlayaraq həmin öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan halların baş vermədiyini, belə olan halda isə həmin borcun yaranmasından MM-in tələbinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə cavabdehin tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır.
18. Məhkəmə öz mövqeyini MM-in 550, 551.1, 551.2.1, 553.1, 553.1.1, 553.1.2-ci, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1, 36.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM” ) 114.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh 2021-ci il 21 dekabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi və apellyasiya şikayəti üçün ödənilmiş 112,05 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-216/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R. Qurbanov və V. Baxışova).
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan 040665 kodu üz rə iddiaçıya məxsus abonent haqqında məlumatdan müəyyən edilir ki, iddiaçının içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə borcu 2016-cı il 1 yanvar tarixinə 44.698,79 manat, 2017-ci il 1 yanvar tarixinə 46.936,59 manat, 2018-ci il 1 yanvar tarixinə 48.040,59 manat, 2019-cu il 1 yanvar tarixinə 48.406,59 manat, 2020-ci il 1 yanvar tarixinə 48.394,59 manat, 2021-ci il 1 yanvar tarixinə isə 48.423,59 manat təşkil etmişdir.
22. Su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən iddiaçının bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, qanunvericiliklə müəyyən edilən 1 aylıq müddətdə icra etmədiyi işin mübahisəsiz halı olsa da, iddiaçının hazırkı tələblə məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etdiyi nəzərə alınmaqla, cava bdehin 2016cı il 1 yanvar tarixinədək olan dövrə aid ödənişlər haqqında tələbləri 2021-ci il 1 yanvar tarixinədək 5 il keçdiyi üçün qüvvəsini itirmişdir.
23. Belə ki, həmin müddətin dayandırılması, yaxud axımının kəsilməsi ilə bağlı MM-də təsbit olunan hallar iş üzrə müəyyən olunmur. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli dövrdə ödənişlər həyata keçirdiyinə istinad etsə də, abonent haqqında məlumatdan görünür ki, həmin ödənişlər cari illərdə yaranmış borcların ödənilməsindən ibarət olmuşdur. Yalnız 2019-cu ildə iddiaçı cəmi 498 manat satış və xidmət müqabilində cəmi 510 manat, yəni 12 manat artıq ödəniş etmişdir ki, bu məbləğ də məhkəmə kollegiyası tərəfindən ümumi borcla müqayisədə cüzi olduğu üçün MM-in 553.1.1-ci maddəsində nəzərdə tutulan “mükəlləfiyyətli şəxs tələbi ix tiyarlı şəxsə hissə-hissə ödənişlərlə,... icra edirsə;” şərtinə cavab verən əvvəlki illərə görə borcları ödəmək niyyətinin mövcudluğunun dəlili kimi qiymətləndirilmir. İddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında əvvəlki illərə görə borcları ödəməklərini və ödəmək istəmədiklərini, ödənişlərin yalnız cari borclara görə həyata keçirildiyini bildirmişdir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir məzmunda yeganə dəlili ilə razılaşmamış və onu əsassız saymışdır.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 527.1, 551.1, 551.2, 551.2.1, 552.1, 552.2, 552.2.1, 552.2.2, 552.3, 553.1, 553.1.1, 553.1.2, 553.2, 554.1ci, Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanununun 26, 62-ci, MPM-in 372-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.9, 2.1.9.2, 3.1, 3.1.2, 7.2, 7.14-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 11 aprel tarixində iş üzrə tərəflərə göndərilmiş və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
26. Cavabdeh 2022-ci il 6 may tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və ödənilmiş 112,05 manat rüsumun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 551.2.1, 553.1.1-ci maddələri üzrə - MM-in tələbindən göründüyü kimi, hisəhissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, iddiaçı 2012-ci il üzrə 262.60 manat, 2013-cü il üzrə 422.50 manat, 2014-cü il üzrə 301.60 manat, 2015-ci il üzrə 649.70 manat, 2016-cı il üzrə 591.50 manat, 2019-cu üzrə 510 manat, 2020-ci il üzrə 613 manat, 2021-ci il üzrə 300 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində də öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir.
28. MPM-in 77.1-ci maddəsi üzrə - İddiaçı tərəf öz tələblərin i əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir.
29. MPM-in 88-ci maddəsi üzrə - Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəfimizdən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə prosessual hüquq normaları pozulmuşdur.
30. MPM-in 175.1-ci maddəsi üzrə - Təqdim edilmiş sübutlar işə baxan hakim tərəfindən baxılmalı və tədqiq edilməli olduğu halda, məhkəmə bununla bağlı heç bir hərəkət etməmiş, maddənin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edil məmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgü n qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depoz itə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir....” “Maddə
550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...” “Maddə
552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması 552.1. Müddətin axımı tə ləbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 552.2. Aşağıdakı hallarda müddətin axımı başlanmır və müddət dayandırılır:... 552.2.2. müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur.... 552.3. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır. Maddə
553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. 553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. Maddə
554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
36. Azərbaycan Respublikası “Dövlət müddəalarında aşağıdakılar nəzərdə tutulur: rüsumu haqqında” Qanununun müvafiq “Maddə
9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyət ləri... 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir....”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....”
38. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
26. Su təchizatı müəssisələrinin su təchizatının məhdudlaşdırılması və dayandırılması üzrə hüquqları
1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmiz lənməsinə ehtiyac yarandıqda; su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin qərarı ilə; dini eks tremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
2. Su təchizatı müəssisəsi bu maddənin 1-ci bəndinin altıncı və yeddinci abzaslarına əsasən su təchizatını dayandırdıqda və ya məhdudlaşdırdıqda o, istehlakçıdan su təchizatının dayandırılması, məhdudlaşdırılması və bərpası ilə əlaqədar xərclərin ödənilməsini tələb edə bilər.
3. İstehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidi r.
4. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur....” “Maddə
62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd ol mayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.”
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2.1. STKM-in vəzifələri aşağıdakılardır:... 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək):... 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə;... 3.1. STKM-in hüquqları aşağıdakılardır:... 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya s uölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.... 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.... 7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidi r. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 27-30) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)216/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 37) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 22(103)-216/2022 saylı q ətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.