Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-471/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit xətti müqaviləsinə, kredit razılaşmalarına xitam v erilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 2-2(103)390/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il 19 avqust tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsinə, 2014-cü il 26 avqust tarixli 17R000007524 saylı krеdit razılaşmasına və 2015-ci il 11 fevral tarixli 017R********** saylı krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabd eh4, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində krеdit bоrcu, 219.419,88 ABŞ dolları məbləğində faiz bоrcu və 30.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 575.484,27 ABŞ dolları borcun, 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində krеdit bоrcu, 82.949,14 ABŞ dolları məbləğində faiz bоrcu və 10.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 223.987,58 ABŞ dolları borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 799.471,85 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1.060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rü sum və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə, ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 799.471,85 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1.060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, h ərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahə dən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)-650/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış 2014cü il 19 avqust tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsi, 2014-cü il 26 avqust tarixli 17R000007524 saylı krеdit razılaşması və 2015-ci il 11 fevral tarixli 017R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində əsas bоrc, 173.718,94 ABŞ doll arı məbləğində faiz bоrcu və 15.000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 514.783,33 ABŞ dolları; 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində əsas borc, 64.541,74 ABŞ dolları məbləğində faiz bоrcu və 6.500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 202.080,18 ABŞ dolları; hər iki kredit razılaşması üzrə ümumilikdə 716.863,51 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 960 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 360 manat xərc, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 190 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 230.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən a rtıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 315.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutulması, Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən 177.6 m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.70 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 130 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 15 manat hissə sinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva). Həmin qətnamədən iddiaçı Cavabdeh5 2023-cü il 26 yanvar tarixində apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 2-2(103)-390/2023 saylı qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)650/2022 saylı qətnaməsi kredit xətti müqaviləsi və kredit razılaşmalarına xitam verilməsi, kredit borcunun məbləği, t utmanın ipoteka qoyan Cavabdeh1 məxsus olan ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn). Həmin qətnamədən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2023-cü il 2 avqust tarixli, 2-2(102)-471/2023 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2023-cü il 23 avqust tarixli məktubunda hazırkı iş üzrə digər Cavabdeh1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə verilməsi ilə əlaqədar, işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 18 aprel tarixli 2(103)-390/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2023-cü il 2 avqust tarixli, 2(102)-471/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 apellyasi ya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 18 aprel tarixli 2(103)-390/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2023-cü il 2 avqust tarixli, 2(102)-471/2023 saylı qərardadı ləğv edilsin. 2-2(102)-471/2023 saylı kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommers iya kollegiyasının 2023-cü il 18 aprel tarixli 2(103)-390/2023 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinə baxılması ilə əlaqədar kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-471/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-471/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver