Məhkəmə qərarları › İş №2-2(102)-471/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-471/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-471/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 22(103)-322/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfin dən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi. İş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada K4022 saylı kredit müqaviləsinə əsasən 1.042.100 manat əsas, 493.982,97 manat faiz, 152.112,92 manat cərimə borcu olmaqla, cəmi 1.688.195,89 manat borcun; K4023 saylı kredit müqaviləsinə əsasən 351.719 manat əsas, 100.889,06 manat faiz, 125.020,18 manat cərimə borcu olmaqla, cəmi 577.628,24 manat borcun; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42.500 manat əsas, 4.319,46 manat faiz, 29.478,26 manat cərimə borcu olmaqla, cəmi 76.297,72 manat borcun; K246 1/05 saylı kredit müqaviləsinə əsasən 35.700 manat əsas, 3.658,46 manat faiz, 24.761,78 manat cərimə borcu olmaqla, cəmi 64.120,24 manat borcun; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30.600 manat əsas, 3.213,33 manat faiz, 21.751,50 manat cərimə borcu olmaqla, cəmi 55.564,83 manat borcun; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29.750 manat əsas, 2.184,84 manat faiz, 21.941,25 manat cərimə borcu olmaqla, cəmi 53.876,09 manat borcun; K2017-603LG saylı kredit müqaviləsinə əsasən 17.100 avro əsas, 114 avro faiz, 9.471,98 avro cərimə borcu olmaqla, cəmi 26.685,98 avro məbləğində borcun onun xeyrinə tutulmasını və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 dekabr tarixli e-2-2(113)-2131/2023 nömrəli qətnaməsi ilə id dia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada K4022 saylı kredit müqaviləsinə əsasən 1.042.100 manat əsas borc, 276.040,70 manat faiz borcu, 43.026,30 manat cərimə borcu; K4023 saylı kredit müqaviləsinə əsasən 351.719 manat əsas borc, 93.166 manat faiz borcu, 17.500 manat cərimə borcu; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42.500 manat əsas borc, 4.319,46 manat faiz borcu, 2.100 manat cərimə borcu; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35.700 manat əsas borc, 3.658,46 manat faiz borcu, 1.700 manat cərimə borcu; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30.600 manat əsas borc, 3.213,33 manat faiz borcu, 1.500 manat cərimə borcu; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29.750 manat əsas borc, 2.184,84 manat faiz borcu, 1.400 manat cərimə borcu; K20 17- 603LG saylı müqaviləyə əsasən 17.100 avro əsas borc, 114 avro faiz borcu, 850 avro cərimə borcu, ödənilmiş 1.000 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, 270 manat xidmət haqqı olmaqla, ümumilikdə 1.983.848,09 manat və 18.064 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 024-cü il 9 aprel tarixli 2-2(103)-322/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcuna və Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilmiş, K4022 saylı kredit müqaviləsi üzrə faiz borcu 449.725,7 manat məbləğində, K4023 saylı kredit müqaviləsi üzrə faiz borcu 100.889,06 manat məbləğində, Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğ isə 2.165.256,15 manat məbləğində müəyyən edilmiş, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh2 MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, əsas borca hesablanmış cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbi q edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şika yətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən, hazırda onun şikayəti əsasında işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil.

8. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin cavabdehdən iddiaçının xeyrinə bir neçə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi yalnız bütün kreditlər üzrə dəbbə pulunun, habelə K4022 və K4023 saylı maliyyələşdirmə üçün ərizələr üzrə faiz borcunun tutulması tələblərinin təmin edilməyən hissələrində yoxlanılmış və qətnamə K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək, həmin müqavilələr üzrə faiz borcunun məbləğləri artırılmışdır.

10. Belə olan halda, MPM-in 403.1-ci maddəsinin tələblərinə (bax – § 6) əsasən, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcunun məbləğinin dəyişdirilmiş – artırılmış hissəsində kassasiya şikayəti vermək hüququ olmuşdur.

11. Cavabdeh isə hazırkı kassasiya şikayətində həmin qətnamənin ləğv olunmasını, əsas borca hesablanmış cərimə məbləğinin silinməsini xahiş etmiş və şikayətində əsa s borcun məbləğinin hesablanması, cərimə borcunun silinməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə istinadən iddiaçı tərəfindən onun əmlak vəziyyətinin pisləşməsinin sübuta yetirilməməsi barədə dəlillər irəli sürmüşdür.

12. Göründüyü kimi, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya şikayəti vermək hüququ olmayan hissələrdə mübahisələndirmişdir ki, bu da prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olmamışdır.

13. O da qeyd olunmalıdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş şəxslərin, həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdikləri kassasiya şikayətlərinə hansı hallarda baxılmasının mümkün olması barədə Azərbaycan Respublikası Ali Məhk əməsinin Mülki və Kommersiya kollegiyalarının konkret vahid hüquqi mövqeyi formalaşdırılmışdır.

14. Həmin Kollegiyaların “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli Qərardadının 53-cü maddəsində qeyd olunmuşdur ki, “Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apellyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apellyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmal ıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır”.

15. Hazırkı halda isə cavabdehə münasibətdə sözügedən istisna halların mövcudluğu iş materiallarından görünmür.

16. Ona görə də, Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və kassasiya icraatına qəbul olunmamalıdır.

17. Şərh olunanları nəzərə alaraq və MPM-in 403.1, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 22(103)-322/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qa ytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar