Məhkəmə qərarları › İş №2-2(102)-471/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-471/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-471/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə ibarət qarışıq tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 5 may tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadından Cavabdeh2 tə rəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2022-ci il 27 aprel tarixli NSBK584 nömrəli kredit müqaviləsi üzrə 14 961,62 manat əsas borc, 1 202,2 manat faiz borcu, 656,18 manat cərimə olmaqla cəmi 16 820 manat borcun və müvafiq ərazi idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 141 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ünvanında yerləşən 173,4 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi və mülkiyyətində olan 0.0497 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasındakı hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığını, kredit müqaviləsində onun təyinatının sahibkarlıq fəaliyyəti və ya biznes fəliyyəti üçün götürüldüyünün qeyd edilmədiyini göstərmiş və bununla əlaqədar işin baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 5 may tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə aidiyyət haqqında ərizə rədd edilmişdir.

4. Cavabdeh2 2025-ci il 22 may tarixində Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 5 may tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək işin baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 4 iyun tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birgə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim: F.Həmidli). Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.2. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır....” “Maddə

417. Kassasi ya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Aşağıda göstərilənlərə əsasən hazırkı iş kassasiya baxışından çıxarılmalıdır.

8. Cavabdeh2 şikayəti Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 13 iyun tarixli e-2-2(119)-671/2025 nömrəli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və 2025-ci il 21 iyun tarixli 2-2(102)-471/2025 nö mrəli qərardadla icraata qəbul edilmişdir.

9. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Belə ki, şikayət vəkil tərəfindən imzalanmamış, eləcə də şikayətə vəkil orderi əlavə olunmamışdır.

10. MPM-in 403-1.3-ci maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir

11. Həmçinin qeyd olunmalıdır ki, M PM-in 408-ci maddəsində müəyyənləşdirilmiş kassasiya şikayətinin qaytarılması əsaslarından biri də həmin şikayətə vəkil orderinin əlavə olunmamasıdır (MPM-in 408.1.3-cü maddəsi). Belə MPM-in 403-1.4-ci maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

12. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (MPM-in 417.1.7-ci m addəsi).

13. Bununla əlaqədər olaraq qarışıq məhkəmə tərkibi hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 5 may tarixli e-2-2(119)-671/2025 nömrəli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 21 iyun tarixli 2-2(102)-471/2025 nömrəli qərardadı ləğv olunmalı, qərardaddan Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 407.3 və 407.4-cü maddələrinin tələbinə zidd olaraq icraata qəbul edildiyindən kassasiya baxışından çıxarılmalı və qaytarılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

14. Şərh edilənlərə əsasən və MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 5 may tarixli e-2-2(11 9)-671/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının 2025-ci il 21 iyun tarixli 2-2(102)-471/2025 nömrəli qərardadı ləğv olunsun və cavabdeh tərəfindən verilmiş şikayət kassasiya baxışından çıxarılsın və Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar