Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-473/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borc; öhdəliyin icrası təminatı olan daşınmaz əmlaka faktiki sahiblik; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin iştirakı ilə, iddiaçı "xxxx" MMC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-2(107)-39/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" MMC (bundan sonra – MMC) ilə Cavabdeh (bundan sonra – Müəssisə) arasında bağlanmış 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Müəssisəyə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 70.000 manat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti 2019-cu il 8 iyul tarixdə bitmişdir.
2. MMC ilə Müəssisə arasında bağlanmış 2014-cü il 18 sentyabr tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Müəssisəyə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 40.000 m anat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti 2019-cu il 18 sentyabr tarixdə bitmişdir. 3. 2014-cü il 8 iyul tarixli K-095/2014 №-li və 2014-cü il 18 sentyabr tarixli K136/2014 №-li kredit müqavilələrinin təminatı kimi göstərilmiş Müəssisənin mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (inzibati bina) ipoteka predmeti kimi qəbul olunmuşdur.
4. Müəssisə kredit müqavilələri üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü kredit borcunu ödəmədiyindən MMC iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Müəssisəyə qarşı "2014-cü il 8 iyul tarixli K 095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixə 69242 manat məbləğində əsas borc, 10.390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171.730 manat borcun, 2014-cü il 18 sentyabr tarixli K136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 15 may tarixə 39.908 manat məbləğində əsas borc, 6.433 manat məbləğində faiz borcu, 42.803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89.144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260.874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin 2014-cü il 8 iyul tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və 2014-cü il 18 sentyabr tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabd eh Müəssisənin mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140.000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə cavabdeh Müəssisənin bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 fevral tarixli, 2-2(84)-2/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixə 69242 manat məbləğində əsas borc, 9.812,66 mana t məbləğində faiz borcu, 60.000 manat məbləğində dəbbə (penya) pulu, 2014-cü il 18 sentyabr tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 15 may tarixə 39.908 manat məbləğində əsas borc, 5.602,74 manat məbləğində faiz borcu, 30.000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214.565,40 manat məbləğində pulun cavabdeh Müəssisədən iddiaçı MMC-nin xeyrinə tutulması, həmin 214.565,4 manat məbləğində borcun ödənilməsi üçün 2014-cü il 8 iyul tarixli İ017/2014 nömrəli ipoteka müqaviləsinə və 2014-cü il 18 sentyabr tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdeh Müəssisənin mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilm əsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239732,50 manat müəyyən edilməsi, iddianın tələb olunan pul məbləğinin qalan 46308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə Cavabdeh ipoteka qoyulmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir.
6. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2020ci il 10 may tarixli 2-2(107)-25/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 fevral tаrixli 2-2(084)-2/2019 nömrəli qətnaməsi, 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20.000 manat dəbbə (penya) pulu, 2014-cü il 18 sentyabr tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154.565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, həmin qətnamənin nəticə hissəsinin yeddinci abzasının 3-cü cümləsində “1,07 manat” söz və rəqəmlərində rəqəmlər dəyişdirilərək “31,07 manat” kimi oxunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
7. Qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2019-cu il 25 sentyabr tarixli 2-2(102)-402/19 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2019-cu il 10 may tarixli, 2-2(107)-25/2019 nömrəli qətnaməsi ləğv edil miş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli 2-2(107)-54/2019 nömrəli qətnaməsi ilə cavabdeh Müəssisənin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 fevral tаrixli 2-2(084)-2/2019 nömrəli qətnaməsi, 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 2014-cü il 18 sentyabr tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154.565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154.565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı MMC-nin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-2(102)147/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Müəssisəsinin kasasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-54/2019 nömrəli, 2019-cu il 9 dekabr tarixli qətnaməsi cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, 2014-cü il 18 sentyabr tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilmiş, qətnamə 2014-cü il 8 iyul tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixə 69.242 manat əsas borc, 9.812,66 manat faiz borcu, 2014-cü il 18 sentyabr tarixli K136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018ci il 15 may tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 2014-cü il 8 iyul tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və 2014-cü il 18 sentyabr tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəm əsinin 2020-ci il 10 iyun tarixli 22(102)147/2020 nömrəli icra vərəqəsi əsasında 2020-ci il 30 oktyabr tarixdə keçirilən hərracda ipoteka predmetini 152.829,47 manata tələbkar əldə etmiş və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra tələbkar MMC-nin ipoteka predmeti olmuş Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 2020-ci il 5 noyabr tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı MMC cavabdeh Müəssisəyə qarşı məhkəməyə 2019-cu il 16 may tarixdə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə müraciət edərək cava bdehdən 2014-cü il 8 iyul tarixli, K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixindən 2019-cu il 8 iyul tarixinə kredit müqaviləsi başa çatana kimi 69.242 manat məbləğində əsas borca hesablanmış 4.146,82 manat məbləğində faiz borcunun, 106.632,68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110.779,50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 2019-cu il 8 iyul tarixdən 2020-ci il 1 noyabr tarix dövrünə kimi hesablanmış 6.354,88 manat məbləğində faiz borcunun, 163.411,12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280.545,5 manat məbləğində borcun, 2014-cü il 18 sentyabr tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixindən 2019-cu il 18 sentyabr tarixinə kredit müqaviləs i basa çatana kimi 39.908 manat məbləğində əsas borca hesablanmış 2.933,24 manat məbləğində faiz borcunun, 75.076,12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78.009,36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 2019cu il 18 sentyabr tarixdən 2020-ci il 1 noyabr tarix dövrünə kimi əsas borca hesablanmış 3.119,48 manat məbləğində faiz borcunun, 79.865,08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82.984,56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160.993,92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441.539 manat borcun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə kredit müqavilələri üzrə 2018-ci il 1 sentyabr tarixə kimi olan borc öhdəliyi barədə "xxxx" MMC-nin iddia tələbi Şəki İnzibati-İqtisad məhkəməsinin 2-2(84)-2/2019 nömrəli, 2019-cu il 7 fevral tarixli Qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh kreditdən isifadə etməklə kredit öhdəliyi üzrə yalnız 2019-cu il 28 mart tarixdə 350 manat ödəniş etmişdir. Bu məbləğ cavabdehin kredit müqavilələrinin şərtinə müvafiq olaraq hesablanmış dəbbə (cərimə) məbləğindən azaldılmışdır. Məhkəmə qətnaməsinin məzmunun predmeti kreditdən istifadənin 2018-ci il 1 sentyabr tarixdək olan dövrün borc öhdəliyinə aid olmuşdur. Məhkəmə qətnaməsinin məzmununa aid olmayan 2018-ci il 1 sentyabr tarixdən 2019-cu il 1 aprel tarixinə kimi olan dövrdə də kredit vəsaiti cavabdehin sərəncamında qanunsu z saxlanılmaqla istifadə edilmiş və cavabdeh faydalandığına görə kreditdən istifadə dövrü hesab edilir. Qanunvericiliyin tələbinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Borcun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımı nca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.
13. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 18 fevral tаrixli, e-2-2(117)-1/2021 saylı qətnaməsi ilə iddiaçı MMC-nin cavabdeh Müəssisəyə qarşı 2014-cü il 8 iyul tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixindən 2019-cu il 8 iyul tarixinə kredit müqaviləsi başa çatana kimi 69.242 manat məbləğində əsas borca hesablanmış 4.146,82 manat məbləğində faiz borcunun, 106.632,68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110.779,50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 2019-cu il 8 iyul tarixdə n 2020-ci il 1 noyabr tarixədək dövrünə kimi hesablanmış 6.354,88 manat məbləğində faiz borcunun, 163.411,12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280.545,5 manat məbləğində borcun, 2014-cü 18 sentyabr il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il 1 sentyabr tarixindən 2019-cu il 18 sentyabr tarixinə kredit müqaviləsi başa çatana kimi 39.908 manat məbləğində əsas borca hesablanmış 2.933,24 manat məbləğində faiz borcunun, 75.076,12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78.009,36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra 2019-cu il 18 sentyabr tarixdən 2020-ci il 1 noyabr tarixədək dövrünə kimi əsas borca hesablanmış 3.119,48 manat məbləğində faiz borcunun, 79.865,08 manat məbləğində dəbbə (p enya) pulu olmaqla cəmi 82.984,56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160.993,92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441.539 manat borcun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Rüfət Məcidov).
14. Həmin məhkəmə bildirmişdir ki, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və belə olan halda tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün məsliyyətə cəlb oluna bilməz. Hazırkı halda, məhkəmə qətnaməsi qanuni qüvvəsini a ldıqdan sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir. Borclu tərəfindən girov əmlakın təhvil verilməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir və MMC Müəssisədən Mülki Məcəllənin 449-cu maddəsinə istinadən pul tələb edə bilməz.
15. Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(84)-2/2019 saylı iş üzrə yekunlaşmış mübahisə üzrə iddia tələbinin ifadə tərzində 2018-ci il 1 sentyabr tarixə olan əsas borcun tutulması iddia olunsa da, faktiki olaraq müqavilələrin müddətlərinin bitməməsinə baxmayaraq, məhkəmələr tərəfindən müqavilələr üzrə bütün əs as borc cavabdehdən tutulmuşdur. Öhdəliyin icrası vaxtından əvvəl borcverən tərəfindən tələb edildiyindən və öhdəliyin icrası müddəti bitmədən müqavilələr üzrə əsas borc, məhkəməyə müraciət edənədək faiz borcu və dəbbə pulu cavabdeh Müəssisədən tutulduğundan tərəflər arasında bağlanmış kredit müqavilələri öz qüvvəsini itirmişdir. Hüquqi qüvvəsi olmayan və özündə göstərilən öhdəlik vaxtından əvvəl icra edilərək tələb ipoteka predmetinə yönəldilən müqaviləyə istinadən iddiaçı MMC-nin cavabdeh Müəssisədən hər hansı pul vəsaitini tələb etməsi də əsassız olmuşdur.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respub likası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 399, 428.4, 448.2, 448.4, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən MMC apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-2(107)-39/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən E.Hüseynov, hakimlər R.Rəfiyev və V.Məlikov)
19. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi əsasları təkrarlamış və bildirmişdir ki, kredit müqavilələri üzrə tərəflərin bir-biri qarşısın da icra ediləcək öhdəliyi qalmamış, öhdəliyin yaranmasına əsas olan kredit müqavilələri üzrə MMC haqqı çatan pul məbləğini məhkəmə qətnamələri ilə almış və kredit müqavilələri üzrə Müəssisənin öhdəliklərinə həmin məhkəmə qətnamələri ilə xitam verilmişdir. Əks yanaşma Müəssisənin əsassız maliyyə yükü ilə yüklənməsinə, ədalətli tarazlığın pozulmasına və sahibkar subyekti olan hüquqi şəxsin iflasına gətirib çıxara bilər.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Mül ki Məcəllənin 386.1, 399, 428.4, 441, 445.2.1, 448.1, 448.2, 448.4, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 14 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
22. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. MMC apellyasiya məhkəməsinin subyektiv mülahizələrə əsasən öhdəliyin icra edilməsinin təminatı olan daşınmaz əmlakın MMC-nin mülkiyyətinə keçməsindən sonra Müəssisədən hər hansı bir məbləğdə pul un tutula bilmədiyinə dair gəldiyi nəticə ilə razılaşmadığını bildirmişdir. Belə ki, Müəssisə öhdəliyi icra etməməsinə görə ipoteka predmeti olan daşımnaz əmlakın - Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyriyaşayış binasının hərracdan MMC tərəfindən alınaraq onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsi, lakin həmin əmlakın Müəssisə tərəfindən faktiki olaraq boşaldılıb kreditora təhvil verilməməsi və əmlakın faktiki sahibliyə keçməsinə hər cür üsul və vasitələrlə maneçilik törədilməsi apellyasiya məhkəməsinin qeyd etdiyi kimi əmlakın könüllü təhvil verilməsi kimi qiymətləndirilə bilməz. Borc əvəzinə qəbul edilmiş əmlak üzərində MMC-nin əmlak hüququ “de youre” 2020-ci il 5 noyabr tarixdə qeydə alınmış, lakin o əmlakı “de fakto” əldə etməmişdir. Faktiki olaraq ə mlak üzərində Mülki Məcəllənin 152-ci maddəsini tələblərinə uyğun iddiaçının-kreditorun sahiblik, istifadə və sərəncam hüququnun təmin edilməsi üçün Müəssisəyə əmlakı könüllü boşaldıb təhvil verməsi ilə bağlı olunmuş müraciət təmin edilmədiyindən, əmlakın boşaldılıb təhvil verilməsinin təmin edilməsi barədə məhkəmədə iddia qaldırılmışdır. Apellyasiya məhkəməsi isə əmlakın kreditora təhvil verilməsi tələbinə dair məhkəmə icraatında e-22(117)-34/2021 saylı işin mövcud olduğunu nəzərə almamışdır. İddiaçı hesab edir ki, cavabdeh əmlakı özündə saxlamaqla ondan faydalanır, borcverən-kreditor isə fayda əldə edə bilmir və zərərə məruz qalır.
24. İddianın kredit müddətinin bitdiyi dövrdən sonrakı dövrə dəbbə pulu ilə bağlı tələbi isə ona əsaslanır ki, Müəssisə borc öhdəliyinin icrasını təmin etmir və özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, gecikdirməklə ondan faydalanır və bununla da Müəssisənin təqsirli hərəkəti nəticəsində kreditora davamlı zərər vurulur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı
25. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.
26. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
27. Məhkəmə k ollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Q ərarı Azərbaycan Respublikası Mülki Məcəlləsi 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcə yini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 445.2.1. Öhdəliyin onun icrası üçün müəy yənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, öhdəliyin icra edilməsinin təmi natı olan daşınmaz əmlak MMC-nin mülkiyyətinə keçsə də, cavabdeh müəssisə həmin əmlakı faktiki olaraq MMC-yə təhvil verməmişdir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
36. İş materiallarından göründüyü kimi, mübahisənin predmetini tərəflər arasında bağlanmış 2014-cü il 8 iyul tarixli və 2014-cü il 18 sentyabr tarixli kredit müqavilələri təşkil etmişdir.
37. Həmin müqavilələrlə bağlı yaranmış məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-2(102)-147/2020 saylı qərarı ilə yekunlaşmış, Ali Məhkəmənin eyni tarixli icra vərəqəsi əsasında 2020-ci il 30 oktyabr tarixdə keçirilən hərracda tələbkar ipoteka predmetini əldə etmiş və onun həmin ipoteka predmeti üzərində mülkiyyət hüqu qu dövlət qeydiyyatına alınmışdır (bax §10)
38. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
39. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s.aiddir.
40. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
41. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hal larla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
42. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı əmlakın cavabdeh tərəfindən ona qaytarılmaması və qaytarılmasına maneələrin yaradılmasına dair aşağı instansiya məhkəmələrinə hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir.
43. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmur u borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
44. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, öhdəliyin icrası təminatı olan əmlakın faktiki olaraq təqdim edilməməsi bilavasitə məhkəmə qətnaməsinin icrası prosesi ilə bağlıdır ki, bu zaman məhkəmə qətnaməsinin ta m icrasına nail olmaq üçün qanunvericilik icra məmurlarına bir sıra səlahiyyətlər vermiş, lakin məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı iddiaçı tərəfindən cavabdehə qarşı yeni məhkəmə mübahisəsinin başlanmasını nəzərdə tutmamışdır. İddiaçının eyni mübahisə ilə bağlı məhkəmə müdafiəsi hüququndan dəfələrlə istifadə etməsi cavabdehin iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Halbuki, iddiaçı məhkəmə qaydasında artıq ona məxsus olan əmlaka əşya hüququnun digər müdafiə vasitələrindən istifadə edə bilərdi.
45. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, Müəssisə borc öhdəliyinin icrasını təmin etmir və özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, gecikdirməklə ondan faydalanır və bununla da Müəssisənin təqsirli hərəkəti nətic əsində kreditora davamlı zərər vurulur.
46. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 2009-cu il 9 iyul tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.
48. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin (bundan sonra – “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir.
49. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri i lə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.
50. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
51. Bununla belə, Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətl ərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.
52. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
53. Göründüyü kimi, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş və zəruri əsaslandırma aparılmışdır.
54. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-2(107)-39/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
55. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 22(107)-39/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.