Məhkəmə qərarları › İş №2-2(102)-473/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-473/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-473/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətini imzalamış şəxsin səlahiyyətlərinin müəyyən olmaması, hüquqi şəxsin qanuni təmsilçisi Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə qalıq borcun tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-215/202 2 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim:

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 2019-cu il 7 fevral tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh "xxxx" MMC-dən 2017-ci il 1 aprel tarixli satış agentinin icarə müqaviləsi üzrə 61.521,68 manat qalıq borc, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 71.521,68 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 dekabr tarixli, 2-2(81)403/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 61.521,68 manat əsas borcun, 615,21 dəbbə pulunun, cəmi 62.143,89 manatın tutularaq İddiaçı MMC-nə ödənilməsi, İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 20 manat hissəsinin cavabdehə, 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – F.Mədətli).

3. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-215/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

5. Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verə rək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin t əsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

9. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kassasiya şikayəti yalnız vəkil tərəfindən deyil, eyni zamanda onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Habelə, hüquqi şəxsi onun səlahiyyətli şəxsi və ya müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin müəssisə olan işçisi təmsil edə bilər.

10. Hazırki halda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmış, habelə Vəkil1 2021-ci il 11 oktyabr tarixli etibarnamə verilmiş, etibarnamə müəssisənin direktoru kimi X1 tərəfindən imzalanmışdır. Həmçinin, cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətində müəssisənin direktorunun adından imza da X1 tərəfindən icra olunmuşdur. Halbuki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında "xxxx" Travel MMC-nin qanuni təmsilçisi kimi X2 Mgotir öz əksini tapmışdır. Göründüyü kimi, Vəkil1 etibarnamənin verildiyi, həmçinin cavabdeh tərəfindən kassasiya şikayətinin imzalandığı tarixdə müəssisənin qanuni təmsilçisinin kim olması qeyri-müəyyən qalmışdır.

11. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəm ə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir

12. Lakin, iş materiallarında olan və Vəkil1 verilmiş etibarnamədə cavabdehin adından kassasiya şikayətlərinin imzalanması səlahiyyətlərinin verilmiş olması da öz əksini tapmamışdır.

13. Azərbaycan Respublikası MPM-in 408.1.-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Sadalanmış qa nunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır.

15. Həmçinin, MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

16. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti həmin tərəfə qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

17. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-215/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar