Məhkəmə qərarları › İş №2-2(102)-473/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-473/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-473/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka p redmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(103)-330/2023 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı hazırda ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə 100.L.N.2004.230413.00001 saylı 2013-cü il 23 aprel tarixli kredit müqaviləsi əsasında 84 ay müddətinə illik 6 faizlə 1.200.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəmə qrafikindən görünür ki, borcalan 2016-cı il 23 noyabr tarixədək hər ay yalnız faiz ödəməli, əsas borcun ödənilməsi həmin tarixdən başlayaraq 2020-cü il 23 mart tarixdə başa çatmalı idi.

3. Öhdəliyin təminatı olaraq “ip otekaqoyan”lar Cavabdeh1 və "xxxx" MMC ilə imzalanmış 2009-cu il 6 iyul tarixli İ-SKMF/30 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası, 2009-cu il 19 avqust tarixli İSKMF/130/b saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza), 2009-cu il 9 noyabr tarixli İSKMF/130/c saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran), 2013-cü il 10 oktyabr tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş 15/22 nömrəli 2022-ci il 29 sentyabr tarixli qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) bazar qiyməti 5.800.000 manat, likvid dəyəri 4.800.000 manat, 17/22 nömrəli 2022-ci il 29 sentyabr tarixli qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) baz ar dəyəri 780.000 manat, likvid dəyəri 690.000 manat, 16/22 nömrəli 2022-ci il 29 sentyabr tarixli qiymətləndirmə rəyində Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının bazar dəyəri 530.000 manat, likvid dəyəri 480.000 manat, 18/22 nömrəli 2022-ci il 29 sentyabr tarixli qiymətləndirmə rəyində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin bazar dəyəri 1.050.000 manat, likvid dəyəri 930.000 manat qeyd olumuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fond (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, cəmi 1.804.615,34 (bir milyon səkkiz yüz dörd min altı yüz on beş manat otuz dörd qəpik) manat – bundan 763.200 (yeddi yüz altmış üç min iki yüz) manat əsas, 33.869,70 (otuz üç min səkkiz yüz altmış doqquz manat yetmiş qəpik) manat faiz, 973.837,64 (doqquz yüz yetmiş üç min səkkiz yüz otuz yeddi manat altmış dörd qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 33.708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcunun və ödənilmiş 1292.70 (bir min iki yüz doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Lə vəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mağaza) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına (mehmanxana-restoran) yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipotek a predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2013-cü il 23 aprel tarixli, 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsinə və 2013-cü il 10 oktyabr tarixli Əlavə Razılığa əsasən Cavabdeh2 MMC-yə 84 (səksən dörd) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 1.200.000 (bir milyon iki yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC ilə 100.LN.2004.230413.00001 saylı kredit müqaviləsi bağlanar kən Cavabdeh1 ilə bank arasında 2013-cü il 23 aprel tarixli, 100.CL.230413.00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış 2009-cu il 6 iyul tarixli İ-SKMF/30 saylı ipoteka müqaviləsinə və ona edilmiş 2013-cü il 23 aprel tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2013-cü il 26 aprel tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış 2009-cu il 19 avqust tarixli İ-SKMF/130/b s aylı ipoteka müqaviləsinə və ona edilmiş 2013-cü il 23 aprel tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2013-cü il 26 aprel tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mağaza) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış 2009-cu il 9 noyabr tarixli İ-SKMF/130/c saylı ipoteka müqaviləsinə və ona edilmiş 2013-cü il 23 aprel tarixli Əlavə Razılığa əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2013-cü il 26 aprel tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası (mehmanxana-restoran) ipotekaya qoyulmuşdur. Tərəflər arasında imzalanmış 2013-cü il 10 oktyabr tarixli 100.CL.230413.00001/k saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2013-cü il 12 oktyabr tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evi ipotekaya qoyulmuşdur.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445.2.1, 445.2.2, 445.3, 472.2, 474.2, 739.1, 445.7, 465, 449.1, 449.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2, 59.3.1-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 36.5, 3.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə istinad etmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli, e-2-2(113)-2204/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 763.200 (yeddi yüz altmış üç min iki yüz) manat əsas, 33.869,70 (otuz üç min səkkiz yüz altmış doqquz manat yetmiş qəpik) manat faiz, 80.000 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 33.708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcu və ödənilmiş 1.292.70 (bir min iki yüz doxsan iki manat yetmiş qəpik) manat dövlət rüsumu tutulması, "xxxx" MMC-yə ödənilməli olan cəmi 1.000 manat cavabdehlərdən müştərək qaydada tutulması, tutma Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılması, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxanarestoran) ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə t əmin edilməməsi qət edilmişdir (hakim –A.Əliyeva).

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, cavabdehlərin nümayəndəsinin həmin məbləğləri mübahisələndirmədiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 MMC-dən 763.200 manat əsas borc, 33.869,7 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

11. İddiaçı kredit razılaşması üzrə əsas bor cu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 973.837,64 (doqquz yüz yetmiş üç min səkkiz yüz otuz yeddi manat altmış dörd qəpik) manat cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür.

12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

13. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yü ksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 80.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflər arasında cərimə məbləğinin tutulması barədə yazılı razılığın olmamasına dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən qeyd edilənlərə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 2.5-ci bəndində kreditin cədvəl üzrə ödənilməsi razılaşdırılmadığı halda cərimə məbləğinin tutulması razılaşdırılmışdır.

14. Bundan başqa iddiaçı AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 33.708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcunun tutulmasını da tələb etmişdir.

15. Qeyd olunanları əsas götürərək, məhkəmə hesab etmişdir ki, 33.708 (otuz üç min yeddi yüz səkkiz) manat faiz borcu Cavabdeh2 MMC-dən tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin kredit alan Cavabdeh2 MMC-nin kredit müqaviləsi razılaşmasından irəli gələn öhdəliklərinə zamin olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cərimə məbləğinin zamindən müştərək qaydada tutulması barədə iddia qaldırmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 2013-cü il 23 aprel tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsinin 5.1-ci maddəsində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilən cədvələ uyğun olaraq ödəməyə borcludur. Ödəniş cədvəlinə əsasən birinci ödəniş 2013-cü il 23 aprel, sonuncu ödəniş isə 2020-ci il 23 aprel tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 2020-ci il 23 aprel tarixdə qaytarılmasını razılaşdırmışlar. 2013-cü il 23 aprel tarixli 100.LN.2004.230413.00001 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, 2022-ci il 15 aprel tarixində məhkəməyə müraciət edərək, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-in 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasın a dair hissəsi ilə razılaşmamış və hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxana-restoran) ilkin satış qiyməti 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəng i dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 434b saylı bağ evinin ilkin satış qiyməti 930.000 manat müəyyən edilməlidir.

19. Məhkəmə iddia tələbinin ipoteka predmetlərinin hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulmasına münasibətdə qeyd etmişdir ki, qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər.

20. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 1292,7 manat dövlət rüsumu, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan cəmi 1.000 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

21. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1, 48.1, 472.1, 472.2, 462.1, 739, 467, 445.7, 470, 477.0.4, 269.4, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə, MPM-in 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən apellyasiya şik ayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli, e-2-2(113)-2204/2022 nömrəli qətnaməsini qismən - “mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.077 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasının (mehmanxanarestoran) ilkin satış qiymətinin 4.800.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində olan qeyriyaşayış binasının (mağazanın) ilkin satış qiymətinin 690.000 manat, Cavabdeh1 məxsus Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən 0.02867 ha torpaq sahəsi və üzərində olan qeyriyaşayış binasının ilkin satış qiymətinin 480.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində üzərində olan 434b saylı bağ evinin ilkin satış qiymətinin 930.000 manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilməsini, iş üzrə əmlakların hazırkı likvid dəyərlərinin yenidən müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini və həmin rəyə əsasən əmlakın ilkin satış qiymətlərinin müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli e-2-2(113)2204/2022 saylı qətnaməsinin qismən, yəni cavabdehdən 80.000 manat cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 33.708 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsi barədə q ətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(103)-330/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 noyabr tarixli e-2-2(113)-2204/2022 saylı qətnaməsi cərimə ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 22896 manat cərimə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim - V.Baxışova, hakimlər R.Qurbanov, A.Hüseyn).

25. İddiaçının apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakların li kvid dəyəri düzgün müəyyən edilmədiyindən məhkəmə tərəfindən əmlakların yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən 2023-cü il 29 mart tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə "xxxx" MMC-nin qiymətləndirmə rəyindəki qiymətlərin reallığa uyğun olmadığını təsdiq etmək üçün məhkəməyə sübut ( qiymətləndirmə hesabatının) təqdim edilməsi təklif edilmiş, bununla əlaqədar məhkəmə iclası təxirə salınmış, iddiaçı tərəfindən isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilməsi üçün MPM-nin 102.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından iddiaçının bu barədə vəsatəti və apellyasiya şikayəti əsassızdır.

26. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən icra olunmadığı və maliyyə sanksiyası tətbiq edilməsi tələb olunan öhdəliklərin icrasının məhz borclunun risk dairəsinə daxil olan hərəkətlər və hərəkətsizliklər nəticəsində mümkün olmaması işin halları ilə sübuta yetirilmədiyindən cavabdehdən illik 5% tutulması hissəsində əsassızdır. Cavabdeh bu mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edilən mülahizə ilə bağlı qeyd etmişdir ki, illik 5%-lə pul məbləği MM-nin 449-cu maddəsinə əsasən deyil, 445-ci maddəsinə əsasən tutulduğundan, həmin normada isə kreditora pul məbləğinin ödənilməsini gecikdirmiş borcludan illik beş faiz ödənilməsi tələb etmək hüququ verildiyindən, o cümlədən kredit öhdəliyinin icrasının onun təqsirindən asılı olmayaraq təmin edilmədiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə hər hansı sübut təqdim edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi həm illik 5%-lə əldən çıxmış fayda, həm də cərimə tutulması hissəsində əsaslıdır.

28. Cavabdeh tərəfindən eyni zamanda qətnamə cavabdehdən 80.000 manat cərimə tutulması hissəsində mübahisələndirilir. Cavabdehin dəlili bundan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə tutulması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası bu mülahizəni əsassız hesab edərək qeyd etmişdir ki, 2013-cü il 23 aprel tarixli müqavilənin 2.5-ci bəndində qeyd olunmuşdur ki, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən bəndə “artrılmış faizlər” dedikdə öhdəliyin vaxtında icra edilməməsinə görə dəbbə pulu nəzərdə tutulur. Belə ki, dəbbə pulu onun tərəflər arasında bağlanmış müqavilədə hansı adla (cərimə, peniya, faiz) göstərilməsindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə borclunun ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, müqavilənin 2.5-ci bəndində eyni zamanda dəbbə pulunun hesablanma qaydası da müəyyən edildiyindən (kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz) cavabdehin dəbbə pulunun hesablanma qaydası barədə yazılı razılaşma olmadığına dair mülahizəsi əsassızdır.

29. Məhkəmə cavabdehdən tutulmuş əsas borc məbləğinin 763.200 manat olduğunu, cavabdehdən cərimə ilə yanaşı eyni zamanda illik 5 faizlə əldən çıxmış fayda tutulduğunu, MPM-nin 466.1-ci və 467-ci maddələrini və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmuş cərimə məbləği azaldılaraq 22.896 manat (əsas borcun 3 faizi) məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 472.1, 47 2.2, 739, 462.1, 465.2, 466.1, 467, 445.7, 470, 477.0.4, 269.1, 269.7, 269.4, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə, MPM-in 102.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh2 MMC həmin qətnamədən kassasiya şikayəti verərək, onun təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli 2-2(103)-330/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 22.896 manat cərimə, hesablanmış 33.708 manat faiz borcunun (illik 5% dərəcəsi ilə) tutulması tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) Cavabdeh2 MMC-nin kassasiya şikayətinin dəlilləri

32. MM-in 462, 463, 467-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kollegiyası tərəfindən iddiaçının tələb etdiyi tənasübsüz surətdə yüksək dəbbə pulu (cərimə) silinərkən onun 22.896 manat hissəsinin saxlanılması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Halbuki, məhkəmə tərəfindən qət edilmiş dəbbə pulu məbləğinin özü də kreditin təqsiri üzündən formalaşmış, habelə cavabdehin maliyyə vəziyyətinin kreditorun onun öhdəliklərini süni şəkildə ağırlaşdırması nəticəsində yaranmışdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ol a bilməz.

33. Kredit müqaviləsinin 8.1.5-ci bəndinin tələbləri tam anlaşılan olmasa da, bu bənd müqavilə üzrə dəbbə pulunun hesablanması qaydasını müəyyən etmir. Bununla bağlı qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinin şərtlərində (heç bir bəndində) gecikdirilmiş öhdəliyə dəbbə pulunun (cərimənin) hesablanması razılaşdırılmamışdır. Belə olan halda iddiaçı tərəfindən cərimə pulunun hesablanması meyarı müəmmalı qalmışdır. Belə ki, müqavilədə cərimə barədə razılaşma olduğu zaman gecikdirilmiş öhdəliyin gündəlik olaraq hansı hissəsi (faizi) cərimə kimi hesablanması düsturu göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında da cərimə pulunun (dəbbənin) hesablanması düsturu göstərilmədən tələb olunan dəbbə pulunun məbləği göstərilmişdir. Məhkəmə k ollegiyası isə faktiki olaraq tərəflər arasında konkret olaraq dəbbə pulu ilə bağlı hər hansı razılaşma mövcud olmadan dəbbə pulunu qismən də olsa təmin etmişdir. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2009-cu il 9 iyul tarixli qərarının tələbləri pozulmuşdur. Bank borcalan müəssisənin ödəmə qabiliyyətinin olmadığını, kredit öhdəliklərinin icrasının ondan asılı olmayan səbəblərdən gecikdirilməkdə olduğunu görmüş, bu zaman müqaviləyə xitam verərək tələbin ipoteka predmetlərinə yönədilməsi və ipoteka predmetləri hesabına borcun ödənilməsi imkanlarına malik olduğu halda bunu etməmişdir. Bundan sonra isə kreditor heç bir əsas olmadan borcalana əlavə 5% məbləğində faizlər hesabl amış, məhkəmə kollegiyası isə bunu nəzərə almamışdır.

35. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarının tələbləri pozulmuşdur. Borcalan müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələbi irəli sürmək hüququna malik olduğundan bu halda borcalana qarşı illik 5% həcmində tələb irəli sürə bilməzdi. Odur ki, iddia tələbi həmin hissədə tamamilə rədd olunmalı idi.

36. MPM-in 13.7, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarının tətbiqi zamanı Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarındakı şərhləri nəzərə almamışdır.

37. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası tərəfindən dəbbə pulunun tutulmasının müqavilə əsasları, tərəflər arasındakı kredit müqaviləsində bununla bağlı konkret şərtin mövcud olması, habelə borcalanın tələbin ipoteka predmetlərinə yönəldilməsinin yubanmasındakı təqsiri sübuta yetirilməmişdir. Halbuki, kreditor borcalanın çıxılmaz maliyyə vəziyyətini və ödəmə qabiliyyətinin olmadığını görüb tələbi ipoteka predmetlərinə yönəltməli, bu istiqamətdə tədbir görməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim ed ilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İş üzrə məhkəmə aktının qanuniliyi və əsaslılığı cavabdeh tərəfindən kassasiya şikayətində mübahisələndirilən hissələrdə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.7. Girovla və ipoteka ilə təmin edi lmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığı n tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödə məli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu hald a tələb edə bilər....” “Maddə

466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıq larını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 43. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun po çta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında q ərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə

47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi … 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. …” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutdu qları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;... 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar....”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

102. Əlavə və təkrar ekspertiza... 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN M ÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(103)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi tənasübsüz surətdə yüksək dəbbə pulu (cərimə) silinərkən onun 22.896 manat hissəsinin saxlanılması məhkəmə tərəfindən əsaslandırılmamış, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə tutulması nəzərdə tutulmuşdur.

47. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası şikayətin bu dəlili ilə əlaqədar qeyd edir ki, 2013-cü il 23 aprel tarixli müqavilənin 2.5-ci bəndində kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz məbləğində artırılmış faizləri kreditora ödəməli olduğu nəzərdə tutulmuşdur. Müqavilənin 2.5-ci bəndində “artrılmış faizlər” dedikdə isə öhdəliyin vaxtında icra edilməməsinə görə dəbbə pulu nəzərdə tutulur. Belə ki, dəbbə pulu onun tərəflər arasında bağlanmış müqavilədə hansı adla (cərimə, peniya, faiz) göstərilməsindən asılı olmayaraq öhdəli yin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə borclunun ödəməli olduğu pul məbləğidir.

48. Məhkəmə kollegiyası həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, müqavilənin 2.5-ci bəndində eyni zamanda dəbbə pulunun hesablanma qaydası da müəyyən edildiyindən (kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək (bu tarixə də daxil edilməklə) olan dövr ərzində illik 50 faiz) cavabdehin dəbbə pulunun hesablanma qaydası barədə yazılı razılaşma olmadığına dair mülahizəsi əsassızdır.

49. Kassasiya şikayətinin ikinci dəlili isə ondan ibarətdir ki, borcalan müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələbi irəli sürmək hüququna malik olduğundan bu halda borcalana qarşı illik 5% həcmində t ələb irəli sürə bilməzdi.

50. Apelyasiya Məhkəməsi cavabdehin apelyasiya şikayətinin eyni məzmunlu dəlili ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, illik 5%-lə pul məbləği MM-nin 449-cu maddəsinə əsasən deyil, 445-ci maddəsinə əsasən tutulduğundan, həmin normada isə kreditora pul məbləğinin ödənilməsini gecikdirmiş borcludan illik beş faiz ödənilməsi tələb etmək hüququ verildiyindən, o cümlədən kredit öhdəliyinin icrasının onun təqsirindən asılı olmayaraq təmin edilmədiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə hər hansı sübut təqdim edə bilmədiyindən, iddiaçının tələbi həm illik 5%-lə əldən çıxmış fayda, həm də cərimə tutulması hissəsində əsaslıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin verdiyi hüquqi dəyərləndirmə ilə razılaşaraq, kassasiya şikayətinin həmin dəlilinə də tənqidi yanaşır. 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.

53. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi ). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2023-cü il 12 aprel tarixli, 2-2(103)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(103)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar