Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-474/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi; faiz və cərimə; restrukturizasiya olunan kredit Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli, 2-2(107)-45/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 31 oktyabr tarixli 383/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14.500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ö dəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir.
3. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2014cü il 31 oktyabr tarixli 383/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2, Cavabdeh5 Qüdrət qızı, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 45 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesi ndə olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (bundan sonra - cavabdehlər) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək: - 14.500 manat əsas, 2.214,54 manat faiz 1568,42 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq 2088,39 manat olmaqla cəmi 20.371,35 manat kredit borcu, 30 manat ipoteka predmentinə tutmanın qeydiyyata alınması üçün ödənilən məbləğ və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulması; - tut manın mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 məxsus olan İsmayıllı rayonu, Mican kəndi ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 45 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, evin və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh2 arasında 2014-cü il 31 oktyabr tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabehə illik 6 faiz ödənilməsi şərti i lə 36 ay müddətinə 14.500 manat məbləğində kredit vəsaiti verilmiş, kredit müqaviləsinin təminatı olaraq 2014-cü il 31 oktyabr tarixli 383/14/SKMF nömrəli ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi ilə cavabdehlərin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 45 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. Kredit müqaviləsinə əsasən, Cavabdeh2 bankdan aldığı krediti və ona hesablanmış faizləri müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürsə də, xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
6. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 11 mart tarixli, e-2-2(117)-16/2021 saylı qətnaməsi ilə iddia qismən – Cavabdeh2 14.500 manat əsas borc, 30 manat ipoteka predmetinə tutumanın qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 45 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinə yönəldilməsi hissəsində təmin edilmiş, ipoteka predmeti olan İsmayıllı rayon Mican kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 36.000 manat, İsmayıllı şəhəri, H.Əliyev prospekti 45 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinin ilkin satış qiyməti 15.000 manat məbləğində müəyyən edilmişdir. Əmlakların açıq hərraclar vasitə si ilə satılması və satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Rüfət Məcidov).
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən nəticədə onun ödənilməmiş 14.500 manat əsasə borcu qalmışdır və həmin borc iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında (bundan sonra – Fərman) banklara vaxtı keçmiş borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətinə həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmana əsasən, problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq onun tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kre dit borclarına da şamil edilməsinin istisna olunmaması nəticəsinə gəlmişdir. Lakin, iddiaçı Fərmanın tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, məhkəmə iddia tələbinin 2214,54 manat faiz borcu, 1568,42 manat cərimə borcu və müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2088,39 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd olunması nəticəsinə gəlmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsaslı, lakin iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 tutularaq ödənilməsi hissəsində əsaslı olmamışdır. Belə ki, əmlakın satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olan təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirlərini davam etdirir. Bu isə icra mərhələsində həll edilməli məsələdir və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalıdır. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayon Mican kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyərini 36.000 man at, İsmayıllı şəhəri H.Əliyev prospekti 45 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinin isə likvid dəyərini 15.000 manat müəyyən etmişdir.
9. Məhkəmə mövqeyini “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanın (bundan sonra Fərman) 3, 5, 6, 7.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 269.1, 385.1, 386.1, 449.1, 470.1,472.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 47.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 119.1, 115.0.1, 116.2, 117.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
11. Həmin qətnamədən həmçinin Cavabdeh3 da apellyasiya şikayəti verərək onun dəyişdirilməsi, borc məbləğinin yalnız Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, e-2-2(117)-16/2021 saylı qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim R.Məcidov).
13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli, 2-2(107)-45/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onun tərəfindən işin müəyyən edilmiş hallarına istinad etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti yalnız formal mülahizələrə əsaslanmışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Fərmanın 3, 5, 6, 7.1-ci bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli, 4 saylı Qərarına, Mülki Məcəllənin 14.2.1, 386.1, 399.1, 739.1, 739.2, 442, 445.2.1, 448.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3-cü maddələri, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsas landırmışdır.
16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 17 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
17. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
18. Şikayətdə göstərilir ki, ləğv prosesində olan bank tərəfindən Fərmanının təsir dairəsinə düşən müştərilərin kredit borclarının restrukturizasiyası üçün bütün lazımi tədbirlər görülür, müştərilərin ərizələri qəbul olunmaqla yeni müqavilələr bağlanılır, müqavilələrdə Fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə 1 faiz olmaqla restrukturizasiya olunur, müqavilənin digər maddələri, o cümlədən təminat hissələri isə dəyişdirilmədən saxlanılır. İstinad olunan Fərmanın heç bir hissəsində onun təsir dairəsinə düşən restrukturizasiyası olunmayan kredit borclarının faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğin məhkəmələr tərəfindən silinməsi nəzərdə tutulmamışdır. Lakin, apellyasiya məhkəməsi qanunsuz olaraq cavabdehin müvafiq olaraq 2.214,54 manat, 1.568,42 manat və 2.088,39 manat məbləğində borclarını silmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz
19. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçıya kredit bo rcunun hissə-hissə ödənilməsi təklifi ilə müraciət etdiyini, lakin iddiaçı tərəfindən onların müraciətinə cavab vermək əvəzinə məhkəməyə kassasiya şikayəti ilə müraciət olunduğunu bildirmişdir. Etirazda kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı
20. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək borcun kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hesablandığını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya
21. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.
22. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqın da lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
23. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqd lər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya ba şqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borcl u kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul e dərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqı nda” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində m üəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6. banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmi n edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli, 4 saylı Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi “Məhkəmə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Fərmanının heç bir hissəsində onun təsir dairəsinə düşən restrukturizasiyası olunmayan kredit borclarının faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğin məhkəmələr tərəfindən silinməsi nəzərdə tutulmamış, lakin apellyasiya məhkəməsi cavabdehin həmin borclarını silmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə göstərilənlərə əsasən razılaşmadığını bildirir.
32. Belə ki, Fərmanda, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir.
33. Bu məqsədlə Fərmanın ayrı-ayrı bəndlərində qeyd olunmuşdur ki, ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (Fərmanın 2-ci bəndi).
34. Fərmanla banklara həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kredi tlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görlməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsi tövsiyyə olunmuşdur (Fərmanın 3.2, 6.3-cü bəndləri).
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamalı olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə və penya) silinməsi başa düşülür (Fərmanın 8.9-cu bəndi). Banklar borclulardan Fərmanı n təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borcları tələb edə bilərlər.
36. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymətini vermiş və düzgün nəticəyə gəlmişdir.
37. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli, 2-2(107)-45/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
38. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Şər h olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli, 2-2(107)-45/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.