Məhkəmə qərarları › İş №2-2(102)-475/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-475/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-475/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliri və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və X1 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 2-2(103)-520/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2013-cü il 6 avqust tarixli, 105 saylı kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. 2. 2022-ci il 20 sentyabr tarixli, **********3269 saylı maliyyə arayışında qeyd edilir ki, Cavabdeh 2013-cü il 6 avqust tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2022-ci il 12 sentyabr tarixə əsas borcu 194.773,34 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 47.920,66 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləğ 25.670,45 ma nat olmaqla, cəmi 268.364,45 manat borcu mövcuddur.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 2022-ci il 20 sentyabr tarixdə **********3266 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək, kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 268.364,45 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194.773,34 manat əsas, 47.920,66 manat faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 25.670,45 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və 159 manat dövlət rusumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2013-cü il 6 avqust tarixli, 105 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müq aviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2022-ci il 20 sentyabr tarixli, **********266 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilm əsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində b arışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdehin 2022-ci il 12 sentyabr tarixinə cəmi borcu 268.364,45 manat təşkil etmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.4 739.1-ci maddələrinə istinad olunmuşdur.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iş üzrə iddia müddəti tətbiq olunaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Ərizə belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə öhdəliyin son icra tarixi 2018-ci il 6 avqust olmuş, lakin idd iaçı kredit müqaviləsi üzrə hesablanmış borcun tələbi ilə bağlı iddia ərizəsini qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini 1 il 3 ay ötürməklə 2022-ci il 17 noyabr tarixdə vermişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 fevral tarixli, e-2-2(113)-374/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim – Z.Axundova).

10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı iş üzrə mülki qanunvericiliklə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında tərəflər arasında 2013-cü il 6 avqust tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin müddətinin son icra tarixi –2018-ci il 6 avqust tarixədək müəyyən olunmuş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022 -ci il 17 noyabr tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur (müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə edilmişdir).

11. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 386.1, 739, 442, 443.1, 448.1, 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını x ahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 2-2(103)-520/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, 2013-cü il 6 avqust tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliyin icra müddəti 2018-ci il 6 avqust tarixdə bitmişdir. İddiaçının özünün bildirdiyinə görə sistemdə görünsə də öhdəliyin icra müddətini n artırılması barədə tərəflər arasında yazılı razılaşma mövcud deyil. Hazırkı halda MM-nin 377.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti 2018-ci il 6 avqust tarixdə başlamış, 2021-ci il 6 avqust tarixdə bitdiyindən, iddiaçı isə 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına, 2022-ci il 17 noyabr tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən üç illik iddia müddəti ötürülmüşdür. İşdəki hesabdan çıxarışa əsasən müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə həyata keçirildiyindən iddia müddətinin axımı kəsilməmişdir.

15. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, bankın ləğv prosesində olması, ləğvedicinin iş yükünün çoxluğu, bankın məlumat sistemində bankın hansısa əməkdaşı tərəfindən öhdəliyin icra müddətinin uzadıldığına dair dəyişiklik edilməsi i ddia müddətinin üzürlü səbəbdən ötürülməsi və bu əsasla bərpası barədə ərizə verildiyi halda müzakirə oluna bilərdi. İddiaçının belə bir ərizəsi olmadığından qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas ola bilməzdi.

16. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 372.2, 373.2, 375.2 və 377.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Qətnamə 2023-cü il 22 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 2023-cü il 24 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 375.2, 377.2-ci maddəsi üzrə - Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovan ın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, iddia ərizəsinin kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu q eyd olunmuşdur. Həmçinin, hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Bakı Apellyasiya Məhkəməsi iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 200.000 manat məbləğində kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irə li gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Lakin, məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir.

19. MM-in 399.3, 399.4-cü maddələri üzrə - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399. 3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Bundan əlavə, həmin qərara əsasən kreditor və borclu arasında bağlanmş kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və b u məsələlərə heç bir münasibət bildirilməmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 217, 265.4, 385.1-ci maddələri üzrə - Bank tərəfindən iş üzrə xüsusi qərardadın çıxarılması barədə vəsatət və izahat verilmişdir. Belə ki, cavabdehlə Bank arasında imzalanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra edilməməsi ilə əlaqədar məhkəməyə müraciət etdikdən sonra Banka məlum olmuşdur ki, Bankın ləğvetmə prosesinə başlanılmasına baxmayaraq, fəaliyyət göstərən “İnam” filialında daxili araşdırma zamanı adını müəyyən etmək mümkün olmayan əməkdaşı 2016-cı il 19 oktyabr tarixdə öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək, Bankda olan kreditlərin elektron qeydiyyatının aparıldığı “ARB” bank əməliyyat sistemində qəsdən, bilərəkdən, özbaşına və hər ha nsı əsas olmadan kredit müqaviləsinin qüvvədə olma müddətinin uzadılmasını qeyd edib və kredit müqaviləsi üzrə müqavilə müddətinin guya 2020-ci il 6 fevral tarixi olmasını göstərən dəyişiklik etmişdir. Halbuki, Banka kreditlərin elektron qeydiyyatının aparıldığı “ARB” bank əməliyyat sistemində kredit müqaviləsinin uzadılmasına yalnız borcalanla kreditor arasında kağız formatda imzalanmış saziş əsasında yol verilir. Lakin, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit müqaviləsinin uzadılması ilə bağlı hər hansı bir məlumat və ya müqavilə tərəflərinin iradəsini ifadə edən əsas mövcud olmamışdır. Belə olan halda bankın kreditlərin elektron qeydiyyatının aparıldığı “ARB” bank əməliyyat sistemində kredit müqaviləsinin müddətinin əsassız uzadılması ilə bağlı cinayət əməlinin olması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Bankın “ARB” bank əməliyyat sistemindən çıxarış məhkəməyə təqdim edilmiş, lakin məhkəmə qətnaməsində bu hal iş üçün əhəmiyyətli olmasına və məlum olan fakt barədə izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Halbuki, 2013-cü il 6 avqust tarixli kredit müqaviləi üzrə “ARB” bank əməliyyat sistemində kredit müqaviləsinin uzadılması ilə bağlı məlumatların daxil edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməl idir. faktiki halların yoxlanılması və araşdırılması kimi III. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....”

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur: “... iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ə dalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”

27. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında qeyd olunmuşdur: “... kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır....”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti iddiaçının kredit borcunu tələb etməsi ilə bağlı subyektiv hüququnun olması səbəbindən iddia müddətinin tətbiqinin düzgün olmaması ilə əlaqədardır.

31. Məhkəmə kollegiyası apellyasiya məkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

32. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

33. Hazırkı halda işdən görünür ki, 2013-cü il 6 avqust tarixli, 105 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliyin icra müddəti 2018-ci il 6 avqust tarixdə bitmişdir. İddiaçının özünün bildirdiyinə görə sistemdə görünsə də öhdəliyin icra müddətinin artırılması barədə tərəflər arasında yazılı razılaşma mövcud deyil. Hazırkı halda MM-nin 377.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti 2018-ci il 6 avqust tarixdə başlamış, 2021-ci il 6 avqust tarixdə bitdiyindən, iddiaçı isə 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına, 2022-ci il 17 noyabr tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən üç illik iddia müddəti ötürülmüşdür. İşdəki hesabdan çıxarışa əsasən müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə həyata keçirildiyindən iddia müddətinin axımı kəsilməmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyündən və müddətin üzrlü səbəbdən ötürülməsi və ya onun axımının dayandırılması barədə hər hansı sübutlar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddia müddəti tə tbiq olunmaqla iddianın rədd edilməsinə dair qətnaməsinin qüvvədə saxlanılması qanuni və əsaslı olmuşdur.

35. İddiaçının kredit müqaviləsindən irəli gələn, verilmiş kredit məbləğini cavabdehdən tələb etmək üzrə subyektiv hüququ mübahisə doğurmasa da bu hüquq qnunla müəyyən edilmiş iddia müddətləri çərçivəsində həyata keçirilə bilərdi. İş materiallarına əsasən isə iddiaçı, kredit məbləğini geri tələb etmək üzrə subyektiv hüququndan hər hansı üzrlü səbəb olmadan vaxtında istifadə etməmiş, yalnız subyektiv hüququn mövcudluğu isə iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə prosessual qanunvericiliyin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 2-2(103)-520/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 22(103)-520/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar