Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-475/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-385/2024 nömrəli q ətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəyə verən X2 ilə icarəçi Cavabdeh arasında 2022-ci il 12 yanvar tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 791.85 kv/m olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə vermiş, icarə haqqı 600 manat, icarə müddəti 2024-cü il 12 yanvar tarixədək müəyyən edilmişdir. 2. 2022-ci ilin noyabr ayından etibarən haqqı ödənilmədiyi üçün iddiaçı cavabdehdən 2023-cü ilin may ayından sahəni boşaldaraq geri təhvil verməyi tələb etmiş, icarəçi sahəni təhvil vermədiyi və boşaltmadığı üçün 2023-cü ilin avqust ayından obyektə buraxılmamış, onun əmlakları iddiaçının həyat yoldaşı ilə "xxxx" MMC arasında bağ lanmış müqavilə əsasında daşınaraq "xxxx" MMC-nin anbarında saxlanmış, 2023-cü ilin dekabr ayında isə cavabdehə təhvil verilmişdir.
3. İcarə müqaviləsinin 5-ci bəndində aylıq icarə haqqı 600 manat nəzərdə tutulsa da, aylıq icarə haqqı 2.000 olmuş, sonradan isə 2.500 manata qaldırılmışdır; 9-cu bəndinə əsasən "icarəçi" "icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
4. Z.Axundova ilə "xxxx" MMC arasında 09 sentyabr 2023-cü il tarixli 23 saylı malların anbarda saxlama barədə müqaviləsinə əsasən saxlayıcı (anbar sahibi) sifariş əsasında tapşıranın onun verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, tapşıran isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür.
5. Həmin müqaviləni n 5.1-ci bəndinə əsasən malların anbarda saxlama haqqı aylıq 400 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. 6. 08 sentyabr 2023-cü il tarixli hesab-fakturadan və 02 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X3 tərəfindən "xxxx" MMC-yə 3.340 manat ödənilmişdir. 08 sentyabr 2023-cü il tarixində "xxxx" MMC ilə Axundov Taləddin arasında malların saxlanca təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı imzalanmışdır. 7. 11 dekabr 2023-cü il tarixli "xxxx" MMC ilə Axundov Taləddin arasındakı qarşılıqlı razılaşmadan görünür ki, anbara saxlanc üçün təqdim edilmiş mallar tez çıxarıldığı üçün müqaviləyə vaxtından əvvəl xitm verilmişdir və ödənilmiş 3340 manatdan 1200 manat nağd qaydada geri qaytarılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı X 2 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı 2023-cü il 18 avqust tarixdə iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 12 yanvar tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş qeyriyaşayış sahəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 25.000 manat icarə haqqı üzrə borc məbləği, 920 manat daşınma xərcləri və yeni anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən icarə haqqının ödənişlərində müəyyən çətinliklər yaranmış son bir neçə ay icarə haqqı ödənilməmişdir. İcarəyə gö türülən sahədən köçməyi üçün vaxt zərurəti yaranacağını nəzərə alaraq müqavilənin 8-ci bəndində qeyd olunan 1 aylıq müddəti gözləyərək müqavilənin 2023-cü il 7 may tarixdə xitam olunmuş hesab olunacağı və həmin tarixə icarəyə götürülmüş sahəni təhvil verməyi barədə cavabdehə müraciət olunmuşdur. Buna baxmayaraq, icarəyə götürülmüş sahə ona geri qaytarılmamış və bu günədək icarə sahədən cavabdehin istifadə etməyinə baxmayaraq, icarə haqqı ödənilmir. Müqavilə bağlanan zaman tərəflər arasında razılıq olmuşdur ki, icarə haqqı 600 manat olsun, sonradan tərəflərin şifahi razılığa görə (müqavilə üzrə icarə haqqının dəyişikliyi yazılı və ya şifahi olması şərtləşdirilməmişdir) icarə haqqı 2000 manat, zirzəmi verildikdən sonra isə icarə haqqı 2500 manat artırılmışdır. 2022-ci ilin noyabr ayından b aşlayaraq, cavabdeh icarə haqqını ödəməmişdir. İcarə haqqının artması və icarə haqqının noyabr ayından etibarən ödənilməməsi sübutları var və aralarında müvafiq yazışmalar mövcuddur. Ona görə də cavabdehin 2023-ci il 1 sentyabr tarixədək 10 ay üçün icarə haqqı borcu 25.000 manat təşkil edir. Mübahisə gedən zaman cavabdehə 2023-cü il 24 avqust tarixdə müraciət olunmuşdur ki, gəlib əşyaları sahədən götürsün. Lakin cavabdeh əşyaları götürməmişdir. O da məcbur olub əşyaları 166 xidmət və onların işçi heyəti vasitəsi ilə həmin xidmətə məxsus anbara daşımışdır. Bütün daşınma prosesi videoçəkilişlə aparılmışdır. Əşyalar isə daşıyıcı şirkətin anbarına aparılmışdır və müvafiq müqavilə bağlanmışdır. Yükdaşıma xidməti və daşımaq üçün cəlb edilmiş işçi qüvvəsi üçün daşıyıcı şirkətə 920 manat vəsait öd ənilmişdir. Əlavə olaraq, Xırdalan şəhəri, Mehti Hüseynzadə küçəsində yerləşən anbarda əşyaların saxlanılması üçün 6 aylıq ödəniş, yəni 2400 manat olunmuşdur. Cəmi 3340 manat vəsait ödənilmişdir.
10. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, icarə haqqı əvvəl 600 manat, lakin daha sonra 2000 manata, sonra isə 2500 manata qaldırılmışdır. Bu şifahi qaydada razılaşdırılmışdır. Onun tərəfindən icarə sahəsində təmir işləri aparılıb (arakəsmələr aradan qaldırılıb). Təmir işləri aparılan vaxt o, icarə haqqından azad idi. Hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. İcarə sahəsinə onun girişinə 2022-ci ilin avqust ayında məhdudiyyət qoyulmuş, icarə sahəsinə mühafizəçilər yerləşdirilmiş, açarları dəyişdirilmiş, cavabdeh özünə məxsus olan əşyaları oradan götürə bilməmişdir. Bu səbəbdən də çəkilmiş xərclərin ondan tələb edilməsi əsassızdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli e-2-2(113)-4563/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6000 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 6100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icarə sahəsi hazırda iddiaçının sahiblik və istifadəsindədir, cavabdehə məxsus əşyalar da 2023-cü il 9 sentyabr tarixində "xxxx" MMC tərəfindən icarə sahəsindən daşınaraq həmin MMC-yə məxsus anbarda saxlanılmış, daha sonra cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında təhvil alınmışdır. Göstərilən halı tərəflərin nümayəndələri də məhkəmə iclaslarında verdikləri izahatlarında təs diq etmişlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.
13. Məhkəmə iddianın cavabdehdən 25.000 manat icarə haqqının tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında 2022-ci il 12 yanvar tarixli icarə müqaviləsi notarial qaydada bağlanmış, ona hər hansı yazılı dəyişiklik və ya əlavə edilməmiş, müqaviləyə dəyişiklik edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə yazılı təklif ünvanlanmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq icarə haqqı borcu 2022-ci il 12 yanvar tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən aylıq 600 manat nəzərə alınmaqla, üm umilikdə 6.000 manat (600 manat * 10 ay) müəyyən edilməlidir.
14. Məhkəmə iddianın 920 manat daşınma xərcləri və anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, çəkilmiş xərclər cavabdehin təqsiri nəticəsində yaranmamış, əşyaların icarə sahəsindən kənar yerə daşınması həmin vaxt labüd və qaçılmaz olmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 386.1, 421.1, 423.1, 424.3, 675, 700.1, 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 14 aprel tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
16. İd diaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
17. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-385/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunduğu hissədə qismən ləğv edilməsi, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən iddi açının xeyrinə icarə müqaviləsi üzrə 25.000 manat əsas borc, 2.140 manat dəymiş ziyan (daşınma və saxlanc xərci), 210 manat dövlət rüsumunun tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).
19. Apellyasiya instansiyası məhkəməsi cavabdeh icarə obyektindən istifadə etdiyi halda 10 aylıq dövr üçün icarə haqqını ödəmədiyindən qeyd edilən dövr üzrə icarə haqqının ondan tutulmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
20. Bununla yanaşı məhkəmə aylıq icarə haqqının məbləğinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında şifahi razılığa əsasən aylıq icarə haqqının 2.500 manat təşk il etdiyi tərəflər arasındakı whatsapp yazışmaları və cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə təsdiq edildiyi halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, MM-nin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi barədə razılaşma yazılı formada bağlanmalı olduğundan və hazırda tərəflər bu qaydaya riayət etmədiyindən icarə haqqı borcu 2.500 manatla hesablana bilməz.
21. Halbuki MM-nin 423.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Normanın məzmununda qeyd edilmiş “işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə” ifadəsi onu nəzərdə tutur ki, məhkəmə müqavilənin hər hansı şərtinin tərəflərin qa rşılıqlı razılığı ilə dəyişdirilib-dəyişdirilmədiyini araşdırarkən tərəflər arasında formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır.
22. Hazırkı halda da cavabdeh tərəfindən aylıq icarə haqqının artıq 2022-ci ilin iyul ayından 2500 manatdan ödənildiyinə dair whatsapp yazışmaları olduğundan (qarşılıqlı iddia ərizəsində isə 3 ay 2000 manatdan, sonrakı aylarda 2500 manatdan ödəniş edildiyini qeyd edir) məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən 10 ay üçün ayda 2500 manat olmaqla, cəmi 25.000 manat icarə haqqı bocunun tutulması hissəsində tam təmin edilməlidir.
23. İddiaçı tərəfindən dəymiş ziyan olaraq tələb edilən 920 manat daşınma xərcləri və anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulması hissəsinə münasibətdə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.
24. Belə ki, MM-nin 685.2.1-ci maddəsi icarəyəverənə 2 dəfə ardıcıl icarə haqqını ödəməyən icarəçi ilə bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir v ə bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
25. Hazırkı halda cavabdeh 2022-ci ilin noyabr ayından sonra icarə h aqlarını ödəmədiyindən icarəyəverənin icarə müqaviləsini birtərəfli qaydada ləğv edərək icarəçidən icarə obyektinin boşaldılaraq qaytarılmasını tələb etmək hüququ olmuşdur. İcarəçi icarə müqaviləsinin ləğv edilməsi barədə bildirişi mübahisələndirməməklə icarə müqaviləsinin ləğv edilməsinə etiraz etməsə də icarə obyektindən öz əmlaklarını götürməyə cəhd etməmiş, bununla bağlı qarşı tərəfə müraciəti olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, icarəyəverən tərəfindən icarə obyekti ilə bağlı yeni müqavilənin bağlanması üçün obyektin boş və istifadəyə yararlı vəziyyətə gətirilməsinə (işdəki fotoşəkillərdən görünür ki, icarəyə verilmiş obyektin bir çox hissələrinin təmirə ehtiyacı olmuşdur) zərurət olduğundan icarəçinin əşyalarının daşınaraq digər sahədə müvəqqəti saxlanılması üçün id diaçı tərəfindən çəkilmiş xərclərin əvəzi ödənilməlidir. İşdəki sübutlardan görünür ki, iddiaçı tərəfindən (yoldaşının bağladığı müqavilə əsasında) "xxxx" MMC-yə cavabdehə məxsus avadanlıqların daşınması və saxlanması üçün 3340 manat ödənilmiş, sonradan bu məbləğin 1200 manatı geri qaytarılmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının dəymiş ziyanla bağlı tələbi qismən, 2140 manat (3340-1200) hissədə əsaslı hesab edilərək təmin edilməlidir.
26. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf icarəyə götürülmüş sahənin təmirinə xərc çəkdiyini iddia edərək bu xərcin icarə borcundan çıxılmalı olduğunu göstərir. Məhkəmə əvvəla qeyd edir ki, işin materiallarında icarəçi tərəfindən obyektin təmir edildiyini və təmir edilmişsə buna nə qədər xərc çə kildiyini təsdiq edən sübutlar yoxdur. Əksinə işdəki, fotoşəkillərdən göünür ki, obyek icarəyə verilərkən təmirli vəziyyətdə olmuş, geri qaytarılarkən isə təmirə zərurət olan vəziyyətdə olmuşdur. Bundan əlavə icarə müqaviləsinin 9-cu bəndində qeyd edilmişdir ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Hazırkı halda icarəyəverən tərəfindən belə razılıq verildiyinə dair sübut olmadığından hətta icarəçinin sahəni təmir etdiyi təsdiq edilmiş olsa belə “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 6cı bəndinə əsasən icarəçi bu xərclərin əvəzinin ödənilməsini və ya icarə haqqı üzrə borcla əvəzləşdirilməsini tələb edə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları bi rinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş, əlavə olaraq MM-in 21.3, 685.2, 685.2.1, 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 9-cu maddəsinin 5-7-ci bəndlərinə istinad etmişdir.
28. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi, MM-nin 1091 və 1091.2-ci maddələri üzrə-məhkəmə iş üzrə araşdırılmış sübutlara birtərəfli yanaşaraq, tam obyektiv hüquqi qiymət vermədən və əsaslandırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qeyd olunan ma ddi hüquq normasının tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir.
30. MPM-nin 14.2 və 217-ci maddələri üzrə - məhkəmə cavabdehə münasibətdə təqdim edilmiş dəlillərə əhəmiyyət verməmiş, qətnamədə bu dəlillərə münasibət bildirməmişdir. Qətnamədə sübut olunmamış xüsusatlara istinad etmişdir.
31. Kassasiya şikayətinin digər məsələlərə dair hissəsində qeyd olunmuşdur ki, məhkəmə iddiaçının təqdim etdiyi fotoşəkilləri sübut kimi qəbul etmişdir. Lakin həmin fotoların nə vaxt və harada çəkilmələri, həmçinin məhz adı çəkilən obyektdə çəkilməsi məlum deyildir. Çəkilən fotolar əsaslı şübhələr doğurur. Bundan başqa, qətnamədə cavabdehin təmir işləri görməsini məhkəmə sübut təqdim etməməsini qeyd edir. Bununla əlaqədar bildirir ki, təmir işlərinə dair qaimələr və digər sənədlər obyektdə olmu şdur. Çünki cavabdeh həmin obyekti ofis kimi istifadə etmişdir. Sonradan iddiaçı cavabdehi obyektə buraxmadığına görə qeyd olunan sənədləri əldə edə bilməmişdir. Bundan başqa, icarə müqaviləsinə istinad edən məhkəmə müqaviləyə əsasən icarəyə götürənin təmir işləri apara bilməməsini qeyd edir. Bu xüsusat məhkəmə tərəfindən baxılan işə ikili yanaşmasını göstərir. Belə ki, müqavilədə icarə haqqının 600 manat olmasına baxmayaraq tərəflərin şifahi razılaşmalarına istinad edərək icarə haqqının 2500 manat olması qənaətinə gəlir. Lakin cavabdehə münasibətdə eyni mövqedən yanaşmır. Belə ki, məhkəmə iclasında iddiaya etiraz edərkən də bildirilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ona görə ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh tərəf iddiaçının mülkiyyətində olan və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin təmirinə külli miqdarda xərc çəkmişdir. Lakin çəkdiyi xərcdən bəhrələnə bilməmişdir. Onların arasında olan yazışmalardan da məlum olur ki, iddiaçı çəkilən xərcləri cüzi də olsa nəzərə alaraq bir neçə ay icarə haqqından azad edilmələri barədə razılığa gəlir. Hazırkı vəziyyətdə tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış müqavilənin şərtləri əsasında deyil, tərəflər arasında olan şifahi razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərc məbləğində iddiaçı əsassız varlanmış, hazırda da həmin təmir işlərindən bəhrələnir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 403 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M addə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu mü qaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
36. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 37.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün ol ub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Lakin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ümumi ifadələrlə qeyd edilmiş, pozuntunun konkret nədən ifadə olunması əsaslandırılmamışdır.
39. Kassasiya şikayətinin «digər məsələlərə dair hissəsi»ndə göstərilən işin faktiki halları ilə bağlı irəli sürülən dəlillərə münasibətdə qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM, 407.2).
40. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericili yin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli, 2-2(103)-385/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.