Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-475/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-211/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2018-ci il 11 may tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: - Cavabdeh2 ASC-nin "xxxx" ASC-nə, İddiaçı2, X4, İddiaçı3, X2 və Babayev Əli Bədir oğluna qarşı borcun alınması tələbinə dair iddiasının qismən təmin edilməsi; - "xxxx" ASC-nin 2011-ci il 13 sentyabr tarixli 1 nömrəli kredit Müqaviləsi və ona 2011-ci il 16 noyabr tarixində edilmiş 01 nömrəli əlavə üzrə Cavabdeh2 ASC-yə olan 2.337.516,80 manat əsas borc, 345.529,28 manat cərimə, 2016-cı il 13 sentyabr tarixindən 2018-ci il 31 yanvar tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz d ərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163.950,83 manat pul, ümumilikdə cəmi 2.848.996,91 manat pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 manat dövlət rüsumunun "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulması; - tutmanın Babayev Əli Bədir oğluna məxsus, 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 204.928 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi –2011-ci il 18 iyul, nömrəsi AA ********); - İddiaçı2 məxsus, 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 65.787 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – 2011-ci il 2 iyun, nömrəsi AA ********); - X4 məxsus, 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat 62.612 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – 2011-ci il 9 avqust, nömrəsi AA ********); - İddiaçı3 məxsus, 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən 40.000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – 2011-ci il 2 iyun, nömrəsi AA 00002076 saylı); - X2 məxsus, 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nomina l dəyəri 2 manat təşkil edən, 19.360 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – 2011-ci il 18 iyul, nömrəsi AA 00002090 saylı) və zamin Babayev Əli Bədir oğluna yönəldilməsi; - girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması, "xxxx" ASC-nin 2011-ci il 13 sentyabr tarixli 01 nömrəli kredit müqaviləsi və ona 2011-ci il 16 noyabr tarixində edilmiş 01 nömrəli əlavə üzrə Cavabdeh2 ASC-yə olan borcu girov predmetinin satışdan əldə olunmuş pul vəsaitinin və zamin Babayev Əli Bədir oğlunun hesabına ödənilməsi; - girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada "xxxx" ASC-dən və Babayev Əli Bədir oğl undan tutulması və iddianın qalan hissədə təmin olunmaması.
2. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 12 dekabr tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2018-ci il 11 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən cavabdeh Babayev Əli Bədir oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019- cu il 17 may tarixli 2(102)-3369/2019 nömrəli qərarı ilə cavabdeh Babayev Əli Bədir oğlu kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2018ci il 12 dekabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmə qərarı icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəs inin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
5. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx/xx-138669/1 nömrəli, 2020-ci il 24 sentyabr tarixli məktub ilə "xxxx" ASC-nin İddiaçı2 məxsus 65.787 ədəd, X4 məxsus 62.612 ədəd, İddiaçı3 məxsus 40.000 ədəd, X2 məxsus 19360 ədəd və Babayev Əli Bədir oğluna məxsus 204.928 ədəd olmaqla, ümumilikdə 373.327 ədəd adi, sənədsiz adlı səhmlərin hərracda satılması ilə bağlı müraciət edilmişdir.
6. Cavabdeh1 QSC ilə İddiaçı3 arasında 2020-ci il 5 oktyabr tarixində xx/xx/1755 nömrəli və İddiaçı2 arasında 2020-ci il 5 oktyabr tarixində xx/xx/1756 nömrəli “investisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi rəisi tərəfindən imzalanmışdır. Eyni qa ydada Cavabdeh1 QSC ilə X5 arasında 2020-ci il 7 oktyabr tarixində xx/xx/1760 nömrəli "İnvestisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən imzalanmışdır. 7. 2020-ci il 5 oktyabr tarixli xx/xx/1756 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən 2020-ci il 5 oktyabr tarixində 1 nömrəli sifariş ilə "xxxx" ASC-nin İddiaçı3 məxsus 40.000 ədəd, İddiaçı2 məxsus 65.787 ədəd, həmçinin 2020-ci il 7 oktyabr tarixində 1 nömrəli sifariş ilə Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən X4 məxsus 62.612 ədəd adi, sənədsiz, adlı səhminin ilkin qiymət 2 manat dəyəri ilə hərrac yolu vasitəsilə satılmasına dair sifariş verilmişdir. 8. 2020-ci il 1 dekabr tarixində "xxxx" ASC-n in 373.327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış, lakin "xxxx" ASC-nin 373.327 ədəd adi, sənədsiz, adlı səhmlərini hər biri 2 manat dəyəri ilə almaq istəyi ilə heç bir sifariş olmadığından səhmlər satılmamışdır. 9. 2021-ci il 29 iyul tarixli xx/xx-138669/1-17680 nömrəli məktub üzrə 138669/1 nömrəli hərracın keçirilməsi haqqında sifarişlə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu İddiaçı2 Ərǝstun oğluna məxsus 65787 ədəd, İddiaçı3 məxsus 40.000 ədəd və X2 məxsus 19.360 ədəd üzərinə həbs qoyulmuş adi, sənədsiz, adlı səhmlərin satışı barədə hərracın yenidən, lakin bu dəfə ilkin qiymət olaraq 1,8 manat dəyəri ilə təşkil edilməsi barədə Cavabdeh1 QSC-yə sifariş verilmişdir. Qeyd olunan sifari şə müvafiq olaraq 2020-ci il 5 oktyabr tarixli xx/xx/1755 nömrəli müqaviləyə əsasən 2021-ci il 3 avqust tarixində İddiaçı3 adından və 2020-ci il 5 oktyabr tarixli xx/xx/1756 nömrəli müqaviləyə əsasən 2021-ci il 3 avqust tarixində İddiaçı2 adından Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən 2 nömrəli sifariş ilə İddiaçı3 məxsus 40000 ədəd və İddiaçı2 məxsus 65.787 ədəd sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. 10. 2021-ci il 29 iyul tarixli 853/2018 nömrəli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişlə, Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş borclu Babayev Əli Bədir oğluna məxsus 204928 ədəd və borclu X4 məxsus 62.612 ədəd səhm üzrə hərracın yenidən, lakin bu dəfə 373.327 ədəd adi, sənədsiz, adlı səhmlərin ilkin qiymət 1,8 manat dəyəri ilə hərracda satılması barədə Cavabdeh1 QSC-yə sifariş verilmişdir. Qeyd olunan sifarişə müvafiq olaraq 2020-ci il 7 oktyabr tarixli xx/xx/1760 nömrəli müqaviləyə 2021-ci il 3 avqust tarixində X3 adından Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən 2 saylı sifarişlə 62.612 sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. 11. 2021-ci il 11 oktyabr tarixində Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-nin 373.327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış və hərracda yeganə iştirakçı olan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Səhmlər 2021-ci il 12 oktyabr tarixində həmin bankın mülkiyyətinə keçmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra birlikdə – “iddiaçılar”) cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 ASC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-nin 2011-ci il 13 sentyabr tarixli 01 nömrəli kredit müqaviləsi və ona 2011-ci il 16 noyabr tarixində edilmiş 01 saylı əlavə üzrə Cavabdeh2 ASC-yə olan cəmi 2.3848.996,91 manat pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulması, tutmanın İddiaçı2 məxsus 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 65787 ədəd sənədsiz adlı adi səhmə, X4 m əxsus 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat 62.612 ədəd sənədsiz adlı adi səhmə və İddiaçı3 məxsus 1998-ci il 16 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən 40.000 ədəd sənədsiz adlı adi səhmə yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması üzrə keçirilən hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 QSC tərəfindən hərracın keçirilməsində qanun pozuntuları olmuşdur. Belə ki, borclu kimi keçirilən hərracdan məlumatları olmamış və buna görə də hərracda iştirak edə bilməmişlər. Başqa sözlə həmin hərracın açıq və ya qapalı olması məlum olmamışdır. Hansı ki, keçirilən hərracdan məlumatları olsaydı, girov səhmlərini daha artıq qiymətə alan alıcını hərraca dəvət edə və ən azından satışdan əldə edilən pul ilə kredit borcunun bütün və ya əhəmiyyətli hissəsini bağlaya bilərdilər. Bundan əlavə, cavabdeh tərəfindən səhmlərin satışı üzrə keçirilən hərracda sözügedən səhmlərin girov müqaviləsində göstərilən qiymətdən aşağı qiymətə satılması qanuna ziddir. Ona görə ki, müvafiq qanunvericiliyin tələbinə görə səhmlər yalnız girov müqaviləsində göstərilən qiymətə satıla bilərdi, satılmadığı halda isə girov predmetini təşkil edən qiymətli kağızların müqavilədə göstərilən qiymətdən aşağı qiymətə tələbkara təklif olunması qanunda nəzərdə tutul mamışdır. Beləliklə Cavabdeh1 QSC sözügedən səhmlərin satışı üzrə keçirilən hərracın qanunla nəzərdə tutulmuş qaydalarını pozduğundan bu hərrac etibarsız hesab edilməlidir.
14. Cavabdeh1 QSC iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2018-ci il 11 may tarixli icra vərəqəsinə əsasən, "xxxx" ASC-yə məxsus 373.327 ədəd adi, sənədsiz səhmlərin satış prosesi qanunvericiliyə və müvafiq prosedurlara tam uyğun həyata keçirilmişdir. Belə ki, səhmlərin hərracı ilkin qiymətlər – nominal dəyər əsasında (ilk mərhələdə 2 manat, sonrakı mərhələdə isə 1,8 manat) fond birjasında keçirilib, satışla bağlı məlumatlar müvafiq tərəflərə, o cümlədən alıcılara və KİV-ə vaxtında və tam şəkildə verilib. Hərrac nəticəsində səhmlər yalnız Cavabdeh2 ASC-yə satılmı ş və iddiaçıların nominal dəyərdən aşağı qiymətlə satışın edilməsi və maraqlı tərəflərə məlumat verilməməsi ilə bağlı irəli sürdüyü iddialar qanunvericiliyin tələblərinə zidd olmaqla, hüquqi əsası mövcud olmamışdır.
15. Cavabdeh1 QSC iddia müddətinin keçməsi barədə məhkəmədə bildirilmişdir ki, maraqlı şəxslər əqdin etibarsızlığına əsas verən halları 2021-ci il 9 sentyabr tarixində şirkətin bütün maraqlı tərəflərə göndərdiyi məktub vasitəsilə bilmişlər. Müvafiq səhmlər üzrə əqdin bağlanması 2021-ci il 12 oktyabr tarixində həyata keçirilmiş, lakin iddiaçılar bir illik iddia müddətini ötürərək məhkəməyə müraciət etmişlər.
16. Cavabdeh2 ASC iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 QSC hərracı qanunvericiliyə uyğun və pozuntu olmadan ke çirmiş, səhmlərin alınması üçün Bakı Fond Birjasında bütün iştirakçılara bərabər şərait yaradılmışdır. Bank da bu hüququndan istifadə edib səhmləri əldə etmişdir. Lakin iddiaçılar səhmlər üzrə əqd bağlandıqdan sonra 2021-ci il 12 oktyabr tarixindən bir ildən uzun müddət sonra, 2024-cü il 1 may tarixində məhkəməyə müraciət etmiş, yəni iddia müddətini keçirmişlər. MM-in 415.5-ci maddəsinə əsasən, hərracın nəticələri barədə protokol imzalanır və bu protokol müqavilə qüvvəsində olur. Buna görə də MM-in 354-cü maddəsində göstərilən birillik iddia müddəti hərrac protokoluna da şamil edilir. Həmin müddət iddiaçılar üçün, halları bildikləri və ya bilməli olduqları gündən hesablanır, burada isə həmin gün 2021-ci il 9 sentyabr tarixli məktubun tərəflərə göndərildiyi gündür. Əlavə olaraq, MM-in 375.2 -ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin ərizəsi əsasında iddia müddətini tətbiq edə bilər və müddətin keçməsi iddiadan imtina qərarının verilməsi üçün əsasdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e-2-2(113)3764/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar hazırkı iddia tələbinin əsası kimi 2 hala istinad etmişlər. Birinci hal tərəflərə hərracla bağlı məlumat verilməmişdir. İkinci hal girov qoyulmuş səhmlər nominal dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır.
19. Birinci hala münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin hərracın keçirilməsi ilə bağlı Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 2020-ci il 5 oktyabr tarixli sifariş və Biləsuvar rayon İcra və Probasiya şöbəsi t ərəfindən verilmiş 2020-ci il 7 oktyabr tarixli sifariş şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı iddiaçılar, Cavabdeh2 ASC və Babayev Əli Bədir oğluna 2020-ci il 14 oktyabr tarixli məktubla hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. Həmçinin, 2020-ci il 1 dekabr tarixli hərracın keçirilməsi ilə bağlı 2020-ci il 14 oktyabr tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq, 2020-ci il 14 oktyabr tarixli məktubla hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmiş və 2020-ci il 16 oktyabr tarixində Xalq Qəzetinin rəsmi internet səhifəsində bildiriş dərc edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 2021-ci il 29 iyul tarixli məktubu üzrə 138669/1 nömrəli hərracın keçirilməsi haqqında sifarişi və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 2021-ci il 29 iyul tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişi şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı iddiaçılar, Cavabdeh2 ASC və Babayev Əli Bədir oğluna 2021-ci il 9 sentyabr tarixli məktubla hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. Həmçinin, 2021-ci il 11 oktyabr tarixli hərracın keçirilməsi ilə bağlı İÇ490921 nömrəli 2021-ci il 9 sentyabr tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq, 2021-ci il 9 sentyabr tarixli İÇ4907-21 nömrəli bildirişlə hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmiş və Xalq Qəzetinin 2021-ci il 11 sentyabr tar ixli buraxılışının 7-ci səhifəsində 2021-ci il 11 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan hərracla bağlı bildiriş dərc edilmişdir. Bununla da keçiriləcək hərraclar ilə bağlı tərəflərin məlumatlandırılması məqsədilə bütün lazımi addımlar atılmışdır.
20. İkinci hala münasibətdə isə məhkəmə hesab etmişdir ki, ilkin olaraq hərrac keçirilmiş, hərracda iştirakçı olmadığından səhmlər satılmamışdır. Daha sonra Cavabdeh2 ASC müraciət edərək, 2020-ci il 2 dekabr tarixli hərracın alıcı olmadığından başa tutmadığını qeyd edərək, iddiaçılar və X2 məxsus səhmlərin yenidən hərrac sifarişinin verilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra şöbəsinin yuxarıda qeyd olunmuş müvafiq məktubları və sifarişləri əsasında 2021-ci il 11 oktyabr tarixində hərrac keçi rilmiş və keçirilmiş hərracda iştirak edən yeganə iştirakçı "xxxx" ASC tərəfindən səhmlər əldə edilmişdir.
21. Eyni zamanda, iddiaçılar hərracın etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilərdilər. Hazırda hərracın yekunlarından iddiaçıların hərrac keçirildiyi vaxtdan məlumatlı olmaları müəyyən olunmur. Həmçinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 2023-cü il 16 may tarixli xx/xx-138669/31 nömrəli məktubda qeyd edilmişdir ki, “X3, İddiaçı2 və İddiaçı3 tərəf olduqları icra işi ilə bağlı 2023-cü il 27 aprel tarixində şöbəyə daxil olan müraciətinizə baxılmışdır...” Ondan sonra iddiaçılar 1 illik müddəti ötürməyərək, hazırkı iddia ilə rayon məh kəməsinə müraciət etmiş, lakin aidiyyətlə bağlı iddia ərizəsi geri qaytarılmışdır.
22. Məhkəmə gəldiyi nəticəni MM-in 354.2, 415.1-415.7, 416, 1078-23.14, 107823.15 və 1078-23.16-ci maddələrinə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2016-cı il 3 fevral tarixli 9-q nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi” Qaydasının 3.7, 3.11 və 3.12-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Ba kı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-211/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmiş, iddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid olunmuşdur (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxan zaman mülki prosessual qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh əslində hazırkı iş üzrə cavabdehlər deyil, hərracın keçirilməsini təşkil edən "xxxx" QSC-dir. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək, “girov predmeti ol an qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması üzrə keçirdiyi hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını” xahiş etmişdir. Hərracın etibarsız hesab edilməsi ilə bağlı iddiada cavabdeh olaraq hərracı keçirən – təşkil edən olmalıdır. Çünki hərracın yekunlarına dair protokol hərracın təşkilatçısı tərəfindən hazırlanır. Hərracın təşkili və həyata keçirilməsini "xxxx" QSC etmişdir.
26. Birinci instansiya məhkəməsi əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll etməmişdir. Hazırkı iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, habelə iddia tələbinin məhz cavabdehə qarşı irəli sürülməli olması iddiaçı tərəfindən sübuta yetirilmədiyi əsası ilə iddia rədd olunmalıdır.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının MM -in 354.2, 415.1-415.7, 416, 1078-23.14, 1078-23.15 və 1078-23.16-ci maddələrinə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2016-cı il 3 fevral tarixli 9-q nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi” Qaydasının 3.7, 3.11 və 3.12-ci bəndlərinə, MPM-in 14.2, 54.1, 54.2, 76.1, 77, 167.1.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 1078-23.14 və 1078-23.16-cı maddələri üzrə - Cavabdeh1 QSC ikinci hərrac zamanı səhmləri nominal dəyərindən aşağı – 1,80 manata digər cavabdehə vermişdir. Hansı ki, bu qayda MM-in 1078-23.16-cı maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmir. Apellyasiya məhkəməsi qətnaməsində MM-in 1078-23.16-cı maddəsi göstərilsə də, bu qanun səhv təfsir edilmiş, bununla da maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, həm qanunda, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/21 nömrəli Qərardadının 14, 26 və 29-cu bəndlərinə əsasən, qiymətli kağızların müqavilədə göstəriləndən daha aşağı qiymətə satılması və ya tələbkara təklif edilməsi nəzərdə tutulmamışdır.
30. MPM-in 54.1-ci maddəsi üzrə - məhkəmə aktının icrası (ASC-yə məxsus səhmlərin satılması) hazırkı iş üzrə cavabdeh "xxxx" QSC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində sadalanan sübutlar, o cümlədən məktublar, Cavabdeh1 QSC-nin iddiaçılarla bağladığı “investisiya xidmətlərinin göstərilməsi barədə müqavilələr”, qəzet elanları və s. təsdiq olunur ki, etibarsız hesab edilməsi tələb edilən hərrac Cavabdeh1 QSC tərəfindən Bakı Fond Birjasında təşkil edilmiş və sonda təşkilatçı qurumla digər cavabdeh "xxxx" ASC arasında hərracın nəticəsinə dair protokol imzalanmışdır.
31. MPM-in 372.1-ci maddəsi üzrə - məhkəmə hansı prosessual normaların pozulmasını qətnaməsində göstərməmişdir. Habelə, məhkəmə hazırkı iddia tələbində Bakı Fond Birjasını əsl cavabdeh kimi nəzərə alırdısa, cavabdehləri əsl cavabdehlə əvəz edə bilərdi. Mülki prosessu al qanunvericilik apellyasiya məhkəməsinə bu hüququ vermişdir. Cavabdehin əsl cavabdehlə əvəz olunmaması iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz təqdim etmişlər.
33. Cavabdeh1 QSC-nin kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, səhmlərin 2 manat və 1,8 manat qiymətlərlə satışa çıxarılması qanunvericiliyə uyğundur. Belə ki, Qaydaların 3.7 və 3.11-ci maddələrinə əsasən, qiymət müəyyən olunmamışsa, satış nominal dəyərlə aparılır. Mərkəzi Bankın qaydalarına əsasən, investisiya şirkəti əməliyyatları yalnız sifariş əsasında həyata keçirir və girov predmeti müəyyən olunmuş mexanizm üzrə satışa çıxarılır. MM-in 1078-23.15-ci maddəsi də təsdiq edir ki, qiymət müəyyən edilmədikdə nominal dəyər tətbiq olunur. MM-in 1078-23.16-cı maddəsinə görə, ilk hərrac baş tutmadığından, ikinci hərracda girovsaxlayan Cavabdeh2 səhmləri almışdır, bu isə qanunidir. İddiaçıların istinad etdiyi Ali Məhkəmənin 2021-ci il 24 noyabr tarixli qərardadı hərracdan sonra qəbul edildiyindən, bu işə şamil oluna bilməz və geriyə qüvvəyə malik deyil. Həmçinin, orada göstərilən qaydalara tam əməl olunmuşdur. Səhmlərin satışı üzrə icra "xxxx" QSC-yə edilmiş sorğu əsasında, fond birjasının üzvü olan investisiya şirkətinə həvalə olunmalı idi. Cəmiyyətə bu vəzifə icra orqanı tərəfindən verilmişdir. Beləliklə, cəmiyyət yalnız icra orqanının seçimi əsasında vasitəçi kimi çıxış etmiş və hərracın təşkilatçısı olmamışdır. Cəmiyyət lisenziyalı investisiya şirkəti kimi yalnız müştəri si farişi əsasında xidmət göstərmiş, bu fəaliyyət “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.3.1-ci maddəsinə uyğun həyata keçirilmişdir. Müştərilərlə bağlanmış investisiya xidmətləri müqavilələrinin cəmiyyətin cavabdeh kimi qiymətləndirilməsi ilə hüquqi əlaqəsi yoxdur. Cavabdehin əsl cavabdehlə əvəz olunması MPM-in 54.1-ci maddəsi ilə tənzimlənir və bu, yalnız iddiaçının yazılı razılığı ilə və iş məhkəməyə hazırlanarkən mümkündür. Məhkəmə baxışı zamanı isə bu, yalnız yeni əsaslar yarandıqda mümkündür. İddiaçılar apellyasiya mərhələsində belə bir vəsatət təqdim etməmişdir, yəni əvəzləmə üçün tələb olunan hüquqi şərtlər mövcud olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında da vurğulanır ki, dispozitivlik prinsipinə əsasən prosesi tərəf lər müəyyən edir və məhkəmə onların iradəsindən kənar təşəbbüs göstərə bilməz. 2021-ci il 12 oktyabr tarixindən sonra iddiaçılar iddia tələbi ilə müraciət edərək müddəti keçirmiş, nəticədə qanunvericilik tələbləri pozulmuşdur. Bu əsas əvvəlki instansiya məhkəmələrində də irəli sürülmüşdür.
34. Cavabdeh2 ASC-nin kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində irəli sürülmüş dəlil və hüquqi əsaslar, mahiyyət etibarilə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi düzgün nəticəyə gələrək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən MPM-in tələblərini nəzərə almamış, cavabdeh subyektləri düzgün müəyyən etməmişdir. Belə ki, iddia girov predmeti olan qiymətli kağızların hərracının etibarsız hesab edilmə si ilə bağlıdır və bu halda cavabdeh, hərracı təşkil edən "xxxx" QSC olmalı idi. Hərracın nəticələrinə dair protokol da məhz bu qurum tərəfindən tərtib edilmişdir. İddia hərracda təşkilatçı kimi çıxış etməyən şəxslərə qarşı qaldırıldığından, bu baxımdan da əsassızdır. Cavabdeh1 QSC tərəfindən hərrac qanunvericiliyin tələblərinə uyğun keçirildiyindən hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz. Hərrac zamanı bütün iştirakçılara, o cümlədən iddiaçılara bərabər imkanlar yaradılmış və Bank bu imkanlardan istifadə edərək səhmləri əldə etmişdir. Bundan əlavə, iddia müddəti də əhəmiyyətli dərəcədə ötürülmüşdür. Belə ki, mübahisəli əqd 2021-ci il 12 oktyabr tarixində bağlanmış, iddia isə yalnız 2024-cü il 1 may tarixində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə əməl edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən hallar apellyasiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq 36. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
45. Fond birjasının vəzifələri 45.1. Fond birjasının vəzifələri aşağıdakılardır: 45.1.1. təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığını n təmin edilməsi; 45.1.2. öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi; 45.1.3. qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi; 45.1.4. ticarət sistemlərinin istismarı və dəstəklənməsi; 45.1.5. qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili; 45.1.6. fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi; 45.1.7. öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi; 45.1.8. ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması; 45.1.9. öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması; 45.1.10. b u Qanunun 5-ci fəsli və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr.”
37. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2016-cı il 3 fevral tarixli 9-q nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi” Qaydasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Bənd
4. Əqdlərin bağlanması, istinad qiyməti, qiymət dəhlizi, ticarətin dayandırılması, ticarət günləri, ticarət saatları, qiymət addımı və lot ölçüsü, bazara 7 nəzarət və ticarət olunan bazarların qorunması 4.1. Birjada əqdlərin bağlanması 4.1.1. Birjada əqdlər aşağıdakı şərtlər daxilində bağlanır: a) Əqdin hər iki tərəfi Birjanın ticarət sistemində bu Qaydalara müvafiq şəkildə bir-biri ilə uzlaşa biləcək şərtlərlə sifariş daxil etdikdə; b) Əqdlər Birjanın ticarət sistemi vasitəsi ilə bu Qaydalarda nəzərdə tutulmuş müvafiq ticarət üsulu vasitəsilə bağlandıqda. 4.1.2. Hər bir əqd üzrə aşağıdakı məlumatlar ticarət sistemi vasitəsi ilə ticarət iştirakçılarına bu Qaydalara uyğun olaraq açıqlanır: a) Əqdin bağlandığı qiymətli kağızın və ya törəmə maliyyə alətinin adı; b) Qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı; c) Bir lot qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti. 4.1.3. Birjada əqd elektron ticarət sistemi(sistemləri) vasitəsi ilə bağlanır. 4.2. İstinad qiyməti 4.2.1. Birjada istinad qiyməti aşağıdakı qaydalardan biri ilə müəyyən edilir: a) İstinad qiyməti qiymətli kağızlar üzrə ticarətin baş verdiyi ən son ticarət günü ərzində bağlanmış əqdlərin (Birjada bağlanmış ünvanlı əqdlər və yerləşdirilmə üzrə əqdlər istisna olmaqla) orta çəkili qiymətidir; b) Qiymətli kağızlar ilk dəfə ticarətə buraxıldıqda, istinad qiyməti bu qiymətli kağızların Birjanın daxili qaydaları ilə müəyyən edilmiş ilk dəfə ticarətə buraxıldığı qiymətidir. 4.2.2. Birjada hərrac qaydasında yerləşdirilmiş investisiya qiymətli kağızları ilk dəfə təkrar bazarda tədavülə buraxıldıqda, istinad qiyməti bu qiymətli kağızların yerləşdirilməsi zamanı təyin edilmiş orta çəkili qiymət olaraq müəyyən edilir. 4.2.3. X10 bazarın qorunması məqsədi ilə qiymətli kağızlarla qlobaləməliyyatlar və korporativ hadisələr zamanı istinad qiymətini dəyişdirə və ya ləğv edə bilər. 4.3. Qiymət dəhlizi 4.3.1. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə sifar işlər və kotirovkaların qiyməti, buraxılış şərtləri və ya digər hüquqisənəddə əksi qeyd olunmayıbsa qiymət addımına uyğun olan istənilən müsbət qiymət ola bilər. 4.3.2. Təqdim edilən sifarişlər və kotirovkalar qiymət dəhlizindən kənar qiymətlə uzlaşdığı təqdirdə, əqdlərin bağlanması və həmin alət üzrə ticarət dayandırılır. a) Qiymət dəhlizinin yuxarı həddi bu Qaydalara uyğun olaraq təyin edilmiş istinad qiymətindən 20% yuxarı olaraq müəyyən edilir; b) Qiymət dəhlizinin aşağı həddi bu Qaydalara uyğun olaraq təyin edilmiş istinad qiymətindən 20% aşağı olaraq müəyyən edilir. 4.3.3 Ticarətin dayandırılması halı baş verdikdə, İH Sədrinin qərarı ilə qiymət dəhlizinin hədləri artırıla və ya azaldıla bilər. 4.3.4 Qiymətli kağızlar ticarətə buraxıldıqdan sonra və ya bu qiymətli kağızlar üzrə son ba ğlanış qiyməti təyin edildikdən sonra onlarla 30 (otuz) ticarət günü ərzində əqd bağlanmadıqda(ünvanlı əqdlər istisna olmaqa), qiymət dəhlizinin yuxarı və aşağı həddi bu qaydalara əsasən yeniistinad qiymətinin təyin olunmasınadək tətbiq edilmir. 4.3.5 Birjada ticarətə buraxılmış törəmə maliyyə alətləri üzrə bu Qaydaların 4.3.2 bəndinin “a” və “b” yarımbəndi ilə nəzərdə tutulmuş qiymət dəhlizindən daha aşağı dəhliz həddi müəyyən edilə bilər. Bu zaman dəhliz həddi bu Qaydaların 11.7.2 bəndinə müvafiq törəmə maliyyə alətlərinin standartlaşdırılmış formasında qeyd edilir. 4.4. Ticarətin dayandırılması 4.4.1. Birjada ticarət, ticarət olunan bazar, qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə dayandırıla bilər. 4.4.2. Birjada ticarət aşağıdakı hallarda ticarət olunan bazar üzrə dayandırılır: a ) Ticarət sistemində və ticarət sisteminin quraşdırıldığı proqram texniki vasitələrdə texniki nasazlıqlar baş verdikdə, ticarət sisteminə birja üzvlərinin qoşulması Birja tərəfindən texniki cəhətdən təmin oluna bilmədikdə və ya Birjanın ticarət sistemində, habelə ticarət sisteminin işinə təsir edə biləcək proqram texniki avadanlıqlarda öncədən elan edilmiş profilaktik işlər görüldükdə; b) Bazarın qorunması məqsədi ilə Birjanın bazarda sui-istifadə hallarının qarşısının alınmasına dair qaydalarında nəzərdə tutulmuş hallarda; c) Fövqəladə hadisələr baş verdikdə; d) Nəzarət orqanının müvafiq qərarı ilə; e) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 4.4.3. Birjada ticarət aşağıdakı hallarda qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə dayandırılır: a) Bu Qaydaların 4.5-ci bəndinin m üddəaları ilə nəzərdə tutulduğu hallarda; b) Birjanın listinq və bazarda sui-istifadə hallarının qarşısının alınmasına dair qaydalarında nəzərdə tutulmuş hallarda; c) Bu Qaydaların 4.2-ci bəndinin müddəalarına müvafiq olaraq istinad qiymətinə düzəlişlər olunduqda; d) Nəzarət orqanının müvafiq qərarı ilə; e) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 4.5. Qiymət qeyri-sabitliyinin qarşısının alınması 4.5.1. Qiymətli kağızlarla bağlanılacaq əqdin qiyməti bu qiymətli kağızlar üzrə cari ticarət günü ərzində bağlanmış son əqdin qiymətinə nəzərən 10% aşağı və ya 10% yuxarı həddə çatdıqda, Birja, bazarda qiymət qeyri-sabitliyinin qarşısını almaq məqsədi ilə qiymətli kağızlar üzrə ticarəti 9 dayandıraraq bu Qaydalarla müəyyən edilmiş tarazlaşdırıcı hərrac üsulu ilə davam etdirir. 4.5.2. Qiy mət qeyri-sabitliyinin qarşısının alınması məqsədi ilə tətbiq edilən tarazlaşdırıcı hərracın müddəti 60 (altmış) saniyədən 120 (bir yüz iyirmi) saniyəyədək davam edir və təsadüfi qaydada müəyyən edilmiş vaxtda bitir. Bu müddətin sonunda ticarət dayandırılmadan öncəki ticarət üsulu ilə Birjanın ticarət reqlamentinə uyğun olaraq davam etdirilir. 4.5.3. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Hamısını İcra Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifariş avtomatik olaraq ləğv edilir və ticarət dayandırılmadan davam etdirilir. 4.5.4. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “X11” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu z aman belə sifarişin ticarətin dayandırılmasına səbəb olmayan hissəsi icra edilir, digər hissəsi isə ticarət dayandırıldıqdan sonra avtomatik olaraq ləğv edilir. 4.5.5. Bu Qaydaların 4.5.1-ci bəndi ünvanlı əqdlərə şamil edilmir. 4.5.6. Birjanın ticarət reqlamenti üzrə fasiləsiz ticarət fazasından öncə açılış hərracı fazası tətbiq edildikdə, bu Qaydaların 4.5.1-ci bəndi fasiləsiz ticarət fazası ərzində tətbiq edilir. 4.5.7. Ticarətin dayandırılması müddəti ərzində, bu müddətədək daxil edilmiş sifarişlər ticarət iştirakçıları tərəfindən ləğv edilə bilər. 4.5.8. Ticarətin dayandırılması müddəti ərzində ticarət iştirakçıları tərəfindən yeni sifarişlərin daxil edilməsi və artıq daxil edilmiş sifarişlərə düzəlişlərin edilməsinə məhdudiyyət tətbiq edilmir. 4.5.9. Birjanın ticarət reqlamenti ilə aç ılış hərracı fazası nəzərdə tutulduqda, ticarət dayandırıldıqdan sonra açılış hərracı fazası ilə tarazlaşdırıcı qiymətli hərrac qaydasında başlayır. Bu halda, açılış hərracı fazasının müddəti 30 (otuz) dəqiqədən artıq olmamalıdır. 4.5.10. Ticarət dayandırıldıqda, Birja Nəzarət orqanını və ticarət iştirakçılarını 1 (bir) iş günü ərzində məlumatlandırır. 4.5.11. Bu Qaydaların 4.5.1 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ticarətin dayandırılması X6 qərarı ilə həyata keçirilir. 4.6. Ticarət günləri, ticarət saatları və ticarət reqlamenti 4.6.1. Birjada ticarət yalnız ticarət günlərində və ticarət saatları ərzində baş verir. 4.6.2. Azərbaycan Respublikası ərazisində tətbiq edilən bütün iş günləri ticarət günləri hesab edilir. X10 məlumatı 1 (bir) iş günü öncədən açıqlamaqla, ticarət günlərinin təqviminə dəyişiklik edə bilər. Ticarət təqvimi ticarət və qeyri-ticarət günlərinin siyahısından ibarətdir. 4.6.3. Ticarət saatları və tətbiq edilən müxtəlif ticarət sessiyalarının başlanma və bitmə vaxtları ticarət reqlamentində əks olunur (Əlavə №1). 4.6.4. Ticarət təqvimi, ticarət reqlamenti və onlara edilmiş dəyişikliklər qüvvəyə minməmişdən ən azı 1 (bir) iş günü əvvəl açıqlanır. Birja, ticarət təqvimi və ticarət reqlamentinin özünün internet səhifəsi vasitəsi ilə mütəmadi açıqlanmasını təmin edir. 4.6.5. Zəruri hallarda cari ticarət günü üzrə ticarət reqlamentində əks olunan ticarət saatlarının dəyişdirilməsi Birjanın Əməliyyat struktur-bölməsi tərəfindən X10 ilə razılaşdırılmaqla həyata keçirilə bilər. Bu halda Birja üzvləri elektron şəkildə və ya ticarət sistemi vasit əsi ilə məlumatlandırılırlar. 4.7. Qiymət addımı və lot ölçüsü 4.7.1. Qiymət addımı ticarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur: a) Səhmlər üzrə qiymət addımı 0.01 manat; b) İstiqrazlar üzrə qiymət addımı 0.0001 manat; c) Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə təşkil edilmiş marja ticarəti üzrə qiymət addımı baza aktivinin xüsusiyyətləri ilə eynilik təşkil edir; d) Opsion və fyuçerslər üzrə qiymət addımı baza aktivinin xüsusiyyətləri ilə eynilik təşkil edir; e) Repo əməliyyatları üzrə qiymət addımı və lot ölçüsü Repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən edilir; f) Digər alətlər üzrə qiymət addımı X10 tərəfindən müəyyən olunur. 4.7.2. Standart lot ölçüsü t icarət olunan alətlər üzrə aşağıdakı kimi müəyyən olunur: a) Səhmlər üzrə lot ölçüsü 1 (bir) səhm; b) İstiqrazlar üzrə lot ölçüsü 1 (bir) istiqraz; c) Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin alınıb-satılmasını nəzərdə tutan törəmə maliyyə alətləri üzrə lot ölçüsü baza aktivinin xüsusiyyətləri ilə eynilik təşkil edir; d) Opsion və fyuçerslər üzrə lot ölçüsü 1 (bir) müqavilə olaraq müəyyən olunur; e) Repo əməliyyatları üzrə lot ölçüsü Repo baza aktivinin xüsusiyyətlərinə görə müəyyən edilir; f) Digər alətlər üzrə lot ölçüsü X10 tərəfindən müəyyən olunur. 4.8. Bazara nəzarət və ticarət olunan bazarların qorunması 4.8.1. Birja təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi, ticarət olunan bazarların qorunması və ticar ət əməliyyatlarının bu Qaydalara uyğun həyata keçrilməsini təmin etmək məqsədi ilə təşkil etdiyi bazarlara nəzarəti həyata keçirir. Birja tərəfindən nəzarət monitorinq qaydasında həyata keçirilir. 4.8.2. Bazarın qorunması və monitorinqi qayda və prosedurları Birjanın qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarında sui-istifadə hallarının qarşısının alınması və ticarət olunan bazarların qorunması üzrə qaydalarla tənzimlənir.”
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.” “Maddə
167. İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi müvafiq
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
41. Kassasiya şikayətində istinad olunan MM-in 1078-23.14 və 1078-23.16-cı maddələrinin tələblərinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə görə iddia əsl olmayan cavabdehlərə qarşı irəli sürülmüşdür və ona görə də, məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarını mübahisəyə tətbiq etməmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə məhkəmənin apardığı hüquqi dəyərləndirmənin həddi müxtəlif aspektlərdən asılı olaraq dəyişə bilər.
44. Belə ki, iddia özü-özlüyündə hüquqi cəhətdən əsassız olduqda cavabdehin bildirdiyi dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət olmur və yalnız iddiaçının özünün bildirdiyi faktlar əsasında hüquqi dəyərləndirmə aparılaraq iddianın rədd edilməsi barədə nəticəyə gəlinir.
45. Həmçinin, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sü rüldükdə məhkəmə iddianın mahiyyəti üzrə tam hüquqi dəyərləndirmə aparmır, aparılan hüquqi dəyərləndirmə isə yalnız iddia üzrə tələb hüququ olan və ya iddiaya cavab verməli olan şəxsin müəyyən edilməsi ilə məhdudlaşır.
46. Hazırkı işdə də məhkəmə məhz belə hüquqi dəyərləndirmə aparmış və ona görə də, iddiaçıların istinad etdiyi maddi hüquq normalarını tətbiq etməməklə pozuntuya yol verməmişdir.
47. İddianın əsl cavabdehlərə qarşı irəli sürülməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə də maddi və prosessual hüquq normaları baxımından düzgündür.
48. Belə ki, hərracın mübahisələndirilməsi barədə iddialar üzrə cavabdeh olmalı olan şəxslər iddianın əsasına görə müəyyən edilir. İddianın əsasını hərracın keçirilməsi ilə bağlı qanunda müəyyən edilən qaydaların pozulması və ya qanunsuz təşkil edilmə si təşkil edirsə, həmin iddia üzrə cavabdeh kimi hərracı keçirən şəxs (təşkilat) çıxış etməlidir. Çünki iddianın əsasında duran faktlar bilavasitə hərracı keçirən şəxsin (təşkilatın) hərəkətləri ilə bağlıdır. Belə iddialar üzrə digər cavabdeh olmalı olan şəxs isə hərracı udmuş şəxsdir. Çünki iddianın təmin edilməsi birbaşa onun hüquq və mənafelərinə toxunur.
49. Hazırkı iddianın əsasını da keçirilmiş hərrac barədə iddiaçılara məlumat verilməməsi və girov əmlakların satış qiymətinin qanuna zidd şəkildə müəyyən edilməsi təşkil edir.
50. Göründüyü kimi iddianın əsası bilavasitə hərracı keçirən şəxsin hərəkətləri, yəni iddiaçının bildirdiyinə görə onun tərəfindən edilməli olan, lakin edilməyən və qanunu pozmaqla edilmiş hərəkətlərlə bağlıdır. Belə olan halda isə hazırkı iddia üzrə birinci cava bdeh kimi məhz hərracı keçirən şəxs çıxış etməlidir.
51. Hazırkı işin halı da ondan ibarətdir ki, mübahisələndirilən hərrac "xxxx" QSC tərəfindən keçirilmişdir.
52. Eyni zamanda, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi fond birjasının vəzifələrinə aiddir (maddə 45.1., 45.1.1.) 53. "xxxx" QSC-nin İdarə Heyətinin 24 sentyabr 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın 4-cü bəndində isə əqdlərin bağlanması, istinad qiyməti, qiymət dəhlizi, ticarətin dayandırılması, ticarət günləri, ticarət saatları, qiymət addımı və lot ölçüsü, bazara nəzarət və ticarət olu nan bazarların qorunması qaydaları müəyyən olunmuşdur.
54. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iddia üzrə əsl cavabdehin hərracı keçirən şəxs olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Eyni zamanda nəzərə alınır ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddianın rədd edilməsi yenidən düzgün cavabdehləri qeyd edilməklə iddianın irəli sürülməsinin qarşısını almır.
55. Kassasiya şikayətində qeyd edilən MPM-in 54.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, həmin maddənin dispozisiya şərtlərinə görə əsl olmayan tərəfin əvəz edilməsinə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər və ya bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyi hallarda məhkəmə baxışında yol verilir.
56. MPM-in 54.4-cü maddəsində isə təsbit edilmişdir ki, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.
57. Göründüyü kimi MPM-in 54-cü maddəsi ilə müəyyən edilmiş əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı prosessual hərəkətlərin edilməsi səlahiyyəti yalnız birinci instansiya məhkəməsinə aiddir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin əsl olmayan tərəfi əvəz etməməsi ilə bağlı dəlillər əsassızdır.
58. MPM-in 372.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 167.1.4-cü maddəsinə istinad edilmişdir. Həmin maddədə isə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlamaqla bağlı hakimin hərəkətləri müəyyən edilm iş və həmin hərəkətlərdən birini də əsl olmayam tərəfin əvəz edilməsi təşkil edir.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 aprel tarixli 22(103)-211/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and