Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-476/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X2, X3, X8 mübahisə pre dmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “torpaq sahəsinin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-326/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi X7, baş məsləhətçi X9 və məsləhətçi X1 iştirakı ilə tərtib edilmiş 2022-ci il 22 aprel tarixli akta əsasən, aparılmış monitorinq zamanı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, və Nemət Quliyev küçələrinin kəsişməsində pilot layihə çərçivəsində Nəri manov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 saylı Sərəncamı və 2017-ci il 10 yanvar tarixli 001 saylı ayrıc aktı əsasında hündürmərtəbəli yaşayış binalarının inşa olunması məqsədi ilə ayrılmış 3,82 ha torpaq sahəsində cavabdeh tərəfindən tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Aparılmış araşdırma nəticəsində tikinti işlərinin həmin ərazidə əmlakı X2, X5 və X4 mülkiyyətində olan 5 saylı təmirtikinti sahəsinin (2001-ci il 28 noyabr tarixli, 000437 nömrəli Şəhadətnamə, 1998-ci il 18 iyul tarixli Texniki pasport) yerləşdiyi 2112,9 kv.m dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən özəlləşdirilmədən, eləcə də kateqoriyasının dəyişdirilmədən aparıldığı müəyyən edilmişdir.
2. X2, X5, X6 verilm iş mülkiyyət hüququ haqqında 2001-ci il 28 noyabr tarixli 000437 nömrəli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı təmir tikinti sahəsinin əmlakı qeyd olunan şəxslərə aiddir.
3. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 01/17 nömrəli istifadəyə verilmiş torpaq sahəsinə dair ayrıc aktında torpaq sahəsinin qonşu torpaqları şimaldan Təbriz küçəsi, şərqdən F.Məmmədov küçəsi, cənubdan Qarabağ küçəsi, qərbdən N.Quliyev küçəsi qeyd olunmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamı ilə qərara almışdır ki: 1) Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qar abağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilsin. 2) Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış bina "xxxx" MMC-yə göstərilənlər həvalə edilsin: 2.1 "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2 Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4 Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "xxxx" MMC-yə tapşırılsın; 2.5 Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilsin; 2.6 Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər. 3) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülsün. 4) Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilsin. 5) Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 6) Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı aparatının rayon təsərrüfatı şöbəsinə tapşırılsın.
5. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. 6. “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqı nda” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin əsasənamənin 10-cu bəndinə uyğun olaraq özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 2.0.5-ci bəndinə əsasən, dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin fəaliyyət istiqamətidir. Əsasnamənin 3.0.46-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək xidmətin vəzifələrinə aid edilmişdir.
8. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə AR NK-nin qüvvədən düşmüş Bakı şəhəri, 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab ver məyən Suraxanı rayonu üzrə 3.828 nəfərin yaşadığı, 1.127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16.206 nəfərin yaşadığı 5.771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6.956 nəfərin yaşadığı 2.016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11.031 nəfərin yaşadığı 3.028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5.395 nəfərin yaşadığı 1.779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1.257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1.819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı ray onu üzrə 3.131 nəfərin yaşadığı 1.174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Aərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı X2, X3, X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə 2022-ci il 15 sentyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, X2, X5, X8 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, X2, X5, X8 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi də daxil olmaqla Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi ünvanında yerləşən ərazidə tikinti işlərinin aparılması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 5 saylı təmir-tikinti sahəsinin əmlakı özəlləşdirilsə də, həmin qeyri-yaşayış obyektinin yerləşdiyi 2112,9 kv.m torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Cavabdeh tərəfində n qanunsuz olaraq həmin tikili sökülməklə tikilinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla həmin ərazidə tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahəni n üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, qanunvericiliyə əsasən özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncam vermə səlahiyyəti yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Xidmət tərəfindən ünvan 1 ünvanında yerləşən, X2, X5, X8 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi cavabdehə nə satılmamı ş, nə də icarəyə verilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə istifadə edilməsi qanunsuzdur.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 43.3, 155.1, 155.2, 157.4, 180.1, 180.4cü maddəsinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14 maddəsinə; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2, 11-ci bəndlərinə; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı yarımbəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 39.1-ci maddələrinə istinad edilmişdir.
12. Cavabdeh ərizəyə qarşı etiraz təqdim etməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli e-2-2(113)-5451/2022 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 20 manat mediasiya xərci onun özünə aid edilməsi qət edilmişdir (hakim – A.Əliyeva).
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamı ilə Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikint isinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi cavabdehin daimi istifadəsinə verilmişdir. Eyni zamanda bununla bağlı cavabdehə ayrıc aktı da verilmişdir. Hazırda iddiaçı özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncam vermə səlahiyyətinin yalnız ona məxsus olduğunu bununla da cavabdeh tərəfindən aparılan təmir-tikinti işlərinin aparıldığı torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini tələb etmişdir.
15. İşin hallarına əsasən, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ərazidən cavabdehin çıxarılmasını istəmiş, cavabdeh mübahisəli torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyini bildirmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sa həsi dövlət mülkiyyətindədir, iddiaçının bundan irəli gələn mülkiyyətçiyə məxsus hüquqları vardır, cavabdehin mövcud vəziyyətdə sahiblik və istifadə hüququ isə icra hakimiyyətinin sərəncamı əsasında yaranmış, qeyd edilən sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
17. Məhkəmə istinad etdiyi mülki qanunvericilik normalarına əsasən qeyd etmişdir ki, öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddianı nəzərdə tutur. Vindikasiya iddiası əmlaka sahibliyini itirmiş mülkiyyətçinin əmlakın faktiki sahiblik edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbidir. Vindikasiya və neqator iddiaların təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı v ə ya onun tərəfindən əşyaya qəsd və maneə törədilməli, cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.
18. İşin hallarına əsasən, cavabdeh mübahisələndirilən torpaq sahəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında fəaliyyət göstərir və qeyd olunan sərəncam iddiaçı tərəfindən mübahisələndirməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi müəyyən edilməmişdir.
19. İddiaçı cavabdehin sahiblik və istifadə hüququnun qanunsuz olmasını iddia edərək mülkiyyət hüququnun qorunmasını tələb etsə də, cavabdehin bu hüquqlarının sərəncam əsasında yarandığı və iddiaçı tərəfindən bu aktın mübahisələndirilməməsi və bilavasitə cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilmədiyindən məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması tələbi təmin edilməməlidir.
20. Məhkəmə öz mövqeyini MM-in 152.1, 152.5, 157.2, 157.4-cü; MPM-in 14.2, 77.1, 80, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı 2023-cü il 16 yanvar tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli e-2-2(113)-5451/2022 saylı qətnaməsini ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-326/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 dekabr tarixli e-2-2(113)5451/2022 saylı qətnaməs i dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
23. Belə ki, iddia tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil etmişdir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmamışdır.
25. Belə ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərima nov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli (hazırda qüvvədən düşmüş) qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət də və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1.127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16.206 nəfərin yaşadığı 5.771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6.956 nəfərin yaşadığı 2.016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11.031 nəfərin yaşadığı 3.028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5.395 nəfərin yaşadığı 1.779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1.257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1.819 nəfərin yaşadığı 535 mənzildə n ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3.131 nəfərin yaşadığı 1.174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə v erilməsi tapşırılmışdır.
26. Göründüyü kimi, 86 nömrəli həmin qərar 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir.
27. Sonradan həmin qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə ləğv edilmiş olsa da, qüvvədə olduğu zaman icra olunmuş və buna uyğun olaraq da Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamı ilə Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq s ahəsi cavabdehin daimi istifadəsinə verilmişdir. Eyni zamanda, bununla bağlı cavabdehə ayrıc aktı da verilmişdir.
28. Göründüyü kimi cavabdeh, hazırda isə "xxxx" MMC mübahisələndirilən torpaq sahəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş Bakı şəhəri, 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına uyğun olaraq qəbul edilmiş və hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında fəaliyyət göstərir və qeyd olunan sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
29. Eyni zamanda kollegiya qeyd etmişdir ki, tikiləcək yaşayış binalarının və qeyriya şayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qüvvədən düşmüş 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarında öz əksini tapmışdır. Həmin qərar isə məhz pilot layihə çərçivəsində yaşayış evlərinin sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası məqsədi ilə qəbul edilmişdir.
30. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirməyin xidmətin fəaliyyət istiqamətinə aid edilməsi isə özündən əvvəlki hüquq münasibətlərini, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamının icrasını istisna edə bilməz.
31. Həmçinin cavabdehin özbaşına olaraq mübahisəli torpaq sahəsini zəbt etməsi və həmin torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olması müəyyən edilməmişdir. Əksinə göstərilənlərə əsasən müəyyən edilmişdir ki, həmin sahiblik qanuni əsaslarla həyata keçirilmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğundan sübutla r araşdırılmadan rədd edilməlidir.
32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.1, 152.5, 157.2-ci; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
33. Həmin qətnamə 2023-cü il 11 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
34. İddiaçı 2023-cü il 12 iyul tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-326/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanununun 1.0.3-cü maddəsinin tələbi pozulmuşdur – Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına obyektiv hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddianın rədd edilməsinə əsas kimi, cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində sahibliyinin və ya müdaxiləsinin qanunsuz olmadığını, həmin sahə üzrə hüquqlarının Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında əmələ gəldiyini qeyd etmişdir. Mübahisənin predmeti olan torpaq sahəsi özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin yerləşdiyi ərazi olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunan əmlak (5 saylı təmir-tikinti sahəsi) özəlləşdirilmiş və buna dair mülkiyyətçilərə 2021-ci il 28 noyabr tarixli mülkiyyət hüququ barədə şəhadətnamə təqdim olunmuşdur. 5 saylı təmir-tikinti sahəsinin əmlakının istifadəsi ndə olan mübahisəli 2112,9 kv. m torpaq sahəsi ilə bağlı hər hansı bir özəlləşmə aparılmamış və həmin sahə dövlət mülkiyyətində qalmış və həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncam vermə səlahiyyəti iddiaçıya məxsus olmuşdur.
36. MM-in 157.2-ci; Torpaq Məcəlləsinin 60.1-ci maddələrinin tələbləri pozulmuşdur – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən həmin torpaq sahəsi özəlləşdirmə obyektidir və yalnız dövlət əmlakının özəlləşməsi haqqında qanuna uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilər. Qanunvericiliyə əsasən özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncam vermə səlahiyyəti yalnız iddiaçıya məxsusdur. Xidmət tərəfindən ünvan 1 ünvan ında yerləşən, X2, X5, X8 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi cavabdehə nə satılmamış, nə də icarəyə verilməmişdir. Bu səbəbdən "xxxx" MMC (cavabdeh) tərəfindən qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə istifadə edilməsi qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edərkən iddiaçının Əsasnaməsinin 2020-ci il 12 may tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edildiyini, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının mübahisəli torpaq sahəsinin cavabdehə ayrılması barədə sərəncamı 2016-cı il 12 dekabr tarixində qəbul edildiyindən iddiaçının əsasnaməsinin icra hakimiyyətinin sərəncamının icrasını istisna edə bilməyəcəyini qeyd etmişdir. Bununla bağlı iddiaçı bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi yanlışdır hazırda iddiaçının Əsasnaməsi ilə Xidmətin səlahiyyətləri kimi müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin satılması, icarəyə verilməsi, torpaq sahələrində tikinti işlərinin aparılmasına razılıq verilməsinə dair funksiyalar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı il 12 dekabr tarixli sərəncam verilən zaman qüvvədə olmuş Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsində də həmin Komitənin səlahiyyətləri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tətbiqində yanlışlığa yol vermişdir. Şərh edilənlərə əsasən iddiaçı bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin halları kifayət qədər obyektiv araşdırılmamış qanunvericiliyin tətbiq və təfsirində səhvə yol verilmiş və nəticədə birinci instansiya məhkəməsinin əsassız olan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. MPM-in 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsi qeyd edilən prosessual normaları pozmaqla əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Hazırkı icraat çərçivəsində apellyas iya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 1 52.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın...” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri təl əb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....”
42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin müvafiq müddəalarında “Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orad a olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-32 6/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinin, MM-in 157.2-ci, Torpaq Məcəlləsinin 60.1-ci, MPM-in 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur, məhkəmə işin faktiki hallarına obyektiv hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
46. Kasssasiya şikyətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamı ilə N ərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi cavabdehin daimi istifadəsinə verilməklə, cavabdehin adına müvafiq ayrıc aktı tərtib edilmiş, hazırda isə iddiaçı özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi 2112,9 kv.m torpaq sahəsi barəsində sərəncam vermə səlahiyyətinin yalnız ona məxsus olduğunu, bununla da cavabdeh tərəfindən təmirtikinti işlərinin aparıldığı torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini tələb etmişdir.
48. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli 2112,9 kv.m torpaq sahəsi dövlət mülkiyyətində və iddiaçının bunda n irəli gələn mülkiyyətçiyə məxsus hüquqları olsa da, cavabdehin mövcud vəziyyətdə sahiblik və istifadə hüququ isə icra hakimiyyətinin sərəncamı əsasında yaranmış, cavabdeh mübahisələndirilən torpaq sahəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında tikinti işləri aparır və qeyd olunan sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmiş, beləliklə, cavabdehin mübahisəli torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi müəyyən edilməmişdir.
49. İddiaçı cavabdehin sahiblik və istifadə hüququnun qanunsuz olmasını iddia edərək mülkiyyət hüququnun qorunmasını tələb etsə də, cavabdehin bu hüquqlarının sərəncam əsasında yarandığı və iddiaçı tərəfindən bu aktın mübahisələndirilməməsi və bilavasitə cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilmədiyindən məhkəmə lər haqlı olaraq bu nəticəyə gəlmişlər ki, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilə bilməz.
50. Apellyasiya məhkəməsi tərəfindən qətnamə qüvvədə saxlanılarkən həmçinin qeyd edilmişdir ki, iddia tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil etmiş və həmin maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bildiyi halda hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmamışdır.
51. Belə ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərima nov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli (hazırda qüvvədən düşmüş) qərarına əsasən Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmiş, sonradan həmin qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə ləğv edilmiş olsa da, qüvvədə olduğu zaman icra olunmuş və buna uyğun olaraq da Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamı ilə Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi cavabdehin daimi istifadəsinə verilmişdir.
52. Göründüyü kimi cavabdeh, hazırda isə "xxxx" MMC mübahisələndirilən torpaq sahəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş Bakı şəhəri, 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına uyğun olaraq qəbul edilmiş və hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında fəaliyyət göstərir və artıq yuxarıda da qeyd edildiyi kimi həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməm işdir.
53. Eyni zamanda kollegiya qeyd etmişdir ki, tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qüvvədən düşmüş 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən həyata keçirilmişdir. Həmin qərar isə məhz pilot layihə çərçivəsində yaşayış evlərinin sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası məqsədi ilə qəbul edilmişdir.
54. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirməyin xidmətin fəaliyyət istiqamətinə aid edilməsi isə özündən əvvəlki hüquq münasibətlərini, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 12 dekabr tarixli 430 nömrəli sərəncamının icrasını istisna edə bilməz.
55. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verərək, düzgün nəticəyə gəldiyindən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayət ində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-326/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
56. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALİR:
57. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 22(103)-326/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.