Məhkəmə qərarları › İş №2-2(102)-477/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-477/2021

19.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-477/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı iddia tələbinə dair iş üzrə Açar sözlər: borcun silinməsi və artıq ödənilmiş pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkilinin iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş pulun tutulması” tələblərinə dair kommersiya işi üzrə iddiaçı t ərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 2-2(103)192/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh ASC (bundan sonra – “ASC”) tərəfindən abunəçi İddiaçı MTK-ya (bundan sonra – “MTK”) təqdim edilmiş hesab fakturalardan görünür ki, abunəçiyə elektrik enerjisindən istifadəyə görə 2017-ci ilin iyul-avqust ayları üzrə 3.040,11 manat; 2017-ci ilin avqust-sentyabr ayları üzrə 3.601,35 manat; 2017-ci ilin sentyabr-oktyabr ayları üzrə 2.482,56 manat; 2017-ci ilin oktyabrnoyabr ayları üzrə 2.579,94 manat; 2017-ci ilin noyabr-dekabr ayları üzrə 3.524,31 manat; 2017-ci ilin dekabr-2018-ci ilin yanvar ayları üzrə 3.180,87 manat; 2018-ci ilin yanvar-fevral ayları üzrə 2.316,69 man at; 2018-ci ilin fevral-mart ayları üzrə 1.587,06 manat; 2018-ci ilin mart-aprel ayları üzrə əsasən 3.582,72 manat; 2018-ci ilin aprel-may ayları üzrə 1.425,06 manat; 2018-ci ilin mayiyun ayları üzrə 6.740,82 manat; 2018-ci ilin iyun-iyul ayları üzrə 4.113,27 manat; 2018-ci ilin iyulavqust ayları üzrə 3.459,60 manat; 2018-ci ilin avqust-sentyabr ayları üzrə 3.351,29 manat; 2018-ci ilin sentyabr-oktyabr ayları üzrə 2.850,30 manat; 2018-ci ilin oktyabr-noyabr ayları üzrə 3.132,54 manat; 2018-ci ilin noyabr-dekabr ayları üzrə 3.756,60 manat; 2018-ci ilin dekabr-2019-cu ilin yanvar ayları üzrə 1.761,84 manat; 2019-cu ilin yanvar-fevral ayları üzrə 5.994,09 manat; 2019-cu ilin fevral-mart ayları üzrə 5.155,74 manat; 2019-cu ilin mart-aprel ayları üzrə 4.371,30 manat; 2019-cu ilin aprel-may ayla rı üzrə 3.311,10 manat; 2019-cu ilin may-iyun ayları üzrə 3.338,46 manat; 2019-cu ilin iyun-iyul ayları üzrə 3.334,50 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. MTK 2019-cu il 3 iyul tarixində ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC tərəfindən MTK-ya hesablanmış 17.051,86 manat borcun silinməsi və artıq ödənilmiş 320.000 manat məbləğində pul vəsaitinin ASC-dən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi aşağıdakı hallarla əsaslandırılmışdır: 3.1.ünvan 1 ünvanında yerləşən yaşayış binası MTK tərəfindən inşa edilmişdir. Yaşayış binasına elektrik enerjisi iddiaçının balansında olan transformatorlar vasitəsi ilə verilir. Həmin transformatorların balans mənsubiyyəti sərhədində hesablaşma elektrik sayğacları quraşdırılmışdır. Eyni zamanda, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə uyğun olaraq, binada mövcud olan hər bir mənzilə, liftə, nasosxanaya, qaraja və digər ümumi istifadə yerlərinə ayrıayrılıqda sayğaclar quraşdırılmışdır. 2010-cu ildən bu günə qədər MTK tərəfindən heç bir əlavə elektrik enerjisi sərfiyyatı olmadığı təqdirdə ASC-yə ümumilikdə 320.000 manat ödəniş edilmişdir. 3.2.Hesab ödəniş vərəqələrində tariflər düzgün müəyyənləşdirilməmişdir. Belə ki, Tarif (Qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli 3 №-li Qərarına əsasən elektrik enerjisinin pərakəndə satışı bütün istehlakçılar üçün 1 kVt/saat ƏDV ilə birlikdə 6 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. 2016-c ı il 28 noyabr tarixli 17 №-li Qərara əsasən isə elektrik enerjisinin pərakəndə satışı əhali üçün aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi 7 qəpik, 300 kVTs-dan çox olan hissəsi 11 qəpik, qeyri-əhali üçün 1 kVt/saat ƏDV ilə birlikdə 9 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. Həmin Qərarın 2.4-cü bəndinə görə, elektrik enerjisi tranzit ötürüldüyü təqdirdə, tranzit ötürülmə xərcləri həmin əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində nəzərdə tutulan hallarda 2.1.1-ci və 2.1.2-ci sətirlərlə müəyyən edilmiş tariflərə əlavə edilməklə istehlakçı, digər hallarda isə elektrik enerjisinin satışını həyata keçirən təsərrüfat subyekti tərəfindən ödənilir. 3.3.Lakin nədənsə tranzit ötürülmə xərcləri MTK-ya aid edilmiş, 2016-cı ilin avqust ayına qədər 5 qəpik, 2016-cı ilin av qust ayından 2017-ci ilin yanvar ayına qədər 6 qəpik, 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayına qədər 8 qəpik, 2018-ci ilin avqust ayından 0,07627 qəpik və hazırda yenidən 8 qəpik tarifləri tətbiq edilmişdir. Halbuki “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.25-ci bəndinə görə, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. 3.4.Digər tərəfdən nəzərə almaq lazımdır ki, MTK artıq hər hansı bir sah ibkarlıq fəaliyyəti ilə məşğul deyildir və yalnız inşa edilmiş binanın idarəçiliyi ilə məşğuldur. Binanın bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar mövcuddur və həmin sayğaclara uyğun olaraq ödənişlər həyata keçirilir. Belə olan halda hər ay MTK-ya 3.500 manat dəyərində elektrik enerjisi haqqı hesablanması anlaşılan deyildir. Bu cür böyük məbləğdə elektrik enerjisi haqqı hesablanması yalnız elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) ASC tərəfindən MTK-ya aid edilməsi, tariflərin və əmsalların düzgün tətbiq edilməməsi ilə izah oluna bilər. Halbuki elektrik enerjisi itkiləri qəti şəkildə MTK-ya aid edilə bilməz və bu itkilərə görə məsuliyyəti ASC özü daşıyır ( EEİQ-in 1.4-cü bəndi). Qaydaların tələblərinə baxmayaraq ASC tarifləri və əmsalları düzgün tətbiq etməmiş və elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) dəyərini MTK-ya aid edərək, elektrik enerjisi üçün 17.051,86 manat əsassız borc yazmış və qanunsuz pullar tutmuşdur.

4. İddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – “EEİQ”) 1.4, 7.9, 7.13, 8.10, 8.13, 8.25-ci bəndlərinə istinad edərək əsaslandırılmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 sentyabr tarixli e-2-2(81)-993/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 5.1 MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar mövcuddurmu? Əgər mövcuddursa, həmin sayğaclara əsasən 2010-2019-cu illər ərzində orta aylıq enerjisi sərfiyyatı və son 3 il ərzində ümumi elektrik enerjisi sərfiyyatı nə qədər təşkil edir? 5.2 Binanın transformator məntəqəsindəki elektrik xətlərindən istifadə edən bütün istehlakçılar sayğacla təmin olunmuşdurmu? 5.3 ASC tərəfindən MTK-ya hər ay göndərilən hesab ödəniş vərəqələrində əks olunmuş sayğacların göstəriciləri ilə ümumi məbləğdə ciddi fərq yaranm asının səbəbi nədir? 5.4 MTK tərəfindən son 3 il ərzində balans hesabat sayğacının göstəricisi üzrə həyata keçirilmiş ödənişlərlə yuxarıda 1-ci sual üzrə qeyd olunan sayğaclar üzrə ümumi elektrik enerji sərfiyyatı arasında fərq nə qədər məbləğ təşkil edir?

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 22 may tarixli 27057/29873 nömrəli ekspert rəyində qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: 6.1 Birinci sual üzrə: MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar quraşdırılmışdır. Həmin elektrik sayğaclarının bir qismi ASC-nin qeydiyyatına götürülmüş, d igərləri isə qeydiyata götürülməmişdir. Qeyd olunan elektrik sayğaclarının göstəricilərinə görə, binanın qeyri-yaşayış sahələrində (yəni liftlərə, nasosxanaya, qarajların və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrin (pilləkən, dəhliz və həyətyanı sahələrin) işıqlandırmasına) bir günlük sərf edilmiş orta elektirk enerji sərfiyyatı 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatı 11 859,21 kWh, üç il üçün isə bu sərfiyyat 426931,56 kWh təşkil edir. 2010-2019-cu illər üçün isə, yəni 10 il üçün bu sərfiyyat 1423105,2 kWh təşkil edir. 6.2 İkinci və üçüncü suallar üzrə: baxış zamanı 1402 nömrəli transformator məntəqəsinin yüksək paylayıcı qurğularının yerləşdiyi otağında MTK-nın 2 ədəd 60005819M714 və 60005901M863 nömrəli elektrik (hesabat) sayğacları quraşdırıldığı elektr ik şəbəkəsinə, həmin MTK-ya məxsus binanın mənzilləri ilə yanaşı, qeyri-yaşayış sahələrinin, qonşuluqda olan "A" MMCyə məxsus yaşayış binasının nasosxana, qeyri-yaşayış sahələrinin və qarajlarının işıqlandırması, eləcə də müxtəli təyinatlı obyektlərin qoşulması müəyyən edilmişdir. Həmin istehlakçıların bir qismində ASC-də qeydiyyata alınmış elektrik sayğacların quraşdırıldığı, MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan digərlərində isə ASC-də qeydiyyata alınmamıış elektrik sayğacların quraşdırıldığı, MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan bəzi qeyri-yaşayış sahələrinin (obyektlərin) ümumiyyətlə elektrik sayğacların quraşdırılmadığı müəyyən edilmişdir. Qeyd olunanlar, yəni MTK-nın hesabat sayğaclarına ASC-də qeydiyyata alınmamış elektrik sayğaclarının quraşdırılması, ümumiyyətlə sayğacları quraşdırılmamış istehlakçıların qoşulması, MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkilərinin də (texnoloji sərfiyyat) MTK-ya hesablandığı və hətta ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəricilərinin (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.M) hesabat sayğacının göstəricilərindən çıxılmama hallarının mövcudluğu ASC tərəfindən MTK-ya hər ay göndərilən hesab ödəniş vərəqələrində əks olunmuş sayğacların göstəriciləri ilə ümumi məbləğ arasında fərqin yaranmasına səbəb olmuşdur. 6.3 Dördüncü sual üzrə: 2016-cı ilin iyul ayından iddia verilən 2019-cu ilin iyul ayına qədər MTK tərəfindən istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə real ödənməli olan 29.292 manat məbləğ və 2019-cu ilin i yul ayına olan 14.624 manat borcu nəzərə alındıqda MTK tərəfindən 72.379 manat artıq ödəmə aparıldığı müəyyən edilir. Beləliklə, MTK tərəfindən son 3 il ərzində balans hesabat sayğaclarının göstəriciləri üzrə həyata keçirilmiş ödənişlərlə 1-ci sual üzrə qeyd olunan sayğaclar üzrə ümumi elektrik enerji sərfiyyatı arasındakı məbləğ fərqi 72.379 manat təşkil edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli 2-2(113)-96/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim – L.Əliyeva): 7.1.iddianın qismən təmin edilməsi; 7.2.ASC tərəfindən MTK-ya hesablanmış 5.626 manat məbləğində borcun silinməsi; 7.3. MTK tərəfindən ASC-yə artıq ödənilmiş 50.751,12 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin ASC-dən tutularaq MTK-ya ödənilməsi; 7.4.qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin MTK-ya aid edilməsi; 7.5. iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul məbləğinin 100 manat hissəsinin MTK-dan, qalan 45 manat hissəsinin isə ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına ödənilməsi.

8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 8.1.MTK-nın artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia tələbi əsassız varlanmadan irəli gələn tələbdir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. 8.2.MTK hazırkı iddianı 2010-2019-cu illərdə ASC tərəfindən ona faktiki sərf etdiyi elektrik enerjisinin dəyərindən artıq məbləğdə borclar hesablanması və əsassız hesablanmış həmin borcların MTK tərəfindən ASC-yə ödənilməsi ilə əsaslandırmışdır. 8.3.İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, MTK-nın hesabat sayğaclarına ASC-də qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, ümumiyyətlə, sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, eyni zamanda MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də (texnoloji sərfiyyat) MTKya hesablanmış və hətta ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.Mehdiyev) hesabat sayğacının göstəricilərindən çıxılmamış, nəticədə MTK-ya faktiki sərf etdiyi elektrik enerjisi dəyərindən artıq məbləğdə borclar hesablanmışdır. 8.4. Belə olan halda, məhkəmə ASC tərəfindən MTK-ya elektrik enerjisindən istifadəyə görə artıq borc hesablanmasının iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, MTK ASC tərəfindən ona əsassız olaraq hesablanmış borclara görə ödədiyi pulun qaytarılmasını, eləcə də əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. 8.5. Digər tərəfdən, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, MTK hazırkı iddia ərizəsində 2010-2019-cu illərdə - 10 illik müddət ərzində ASC-yə artıq ödədiyi pulların geri qaytarılmasını tələb edir. 8.6. Mülki Məcəllənin 1095-ci maddəsinin məzmunundan göründüyü kimi, məhrum olanın əsassız varlanma obyektini geri qaytarmaq tələblərinə iki illik kəsici müddət şamil edilir. Göstərilən müddəa onu nəzərdə tutur ki, məhrum olan şəxs hü ququnun məlum olduğu vaxtdan iki il keçdikdən əsassız varlanma obyektinin geri qaytarılması hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. 8.7. Transformator məntəqəsi MTK-nın balansında olduğundan MTK-nın kənar abonentlərin həmin məntəqəyə qoşulması barədə məlumatlı olması açıq-aşkardır. Bundan əlavə, MTK-ya təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğacının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesabfakturada sadalanmışdır. Belə olan halda isə MTK transformator məntəqəsinə qoşulmuş bəzi abonentlərin sərfiyyatlarının balans sayğac göstəricilərinə əsasən MTK-ya hesa blanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərin sərfiyyatların MTK-ya hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. 8.8. MTK yalnız iddia verildiyi tarixdən əvvəlki iki illik müddət üçün, ASC-yə artıq ödədiklərinin, yəni ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə tələb irəli sürmək hüququna malikdir. 8.9. İddia qaldırıldığı tarixdən əvvəlki iki illik müddət üçün iddiaçıya artıq hesablanmış borcun məbləğinə gəldikdə isə, əvvəla, yuxarıda göstərilən ekspert rəyi ilə MTK-nın bir günlük sərf edilmiş orta elektrik enerji sərfiyyatının 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatının 11.859,21 kWh olması müəyyən edilmişdir. 8.10. Ekspertizanın rəyi ilə müəyyən edilmiş orta aylıq sərfiyyatı nəzərə alsaq 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün MTK-ya elektrik enerjisi sərfiyyatına görə hesablanmalı olan məbləğ 11.859,21x24x0,09 manat=25.616 manat təşkil etməli idi. 8.11. İş materiallarına əlavə edilmiş hesab-fakturalardan isə görünmüşdür ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün MTK-ya ASC tərəfindən cəmi 82.000,12 manat məbləğində borc hesablanmışdır. 8.12. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, MTK-ya iki illik müddət üçün 56.384,12 manat (82.000,12-25.616) məbləğində artıq borc hesablanmışdır. 8.13. Belə olan halda məhkəmə qətnamənin çıxarıldığı tarixə MTK-nın ASC-yə 5.626 manat məbləğində borcunun olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, MTK-ya iddia qaldırıldığı vaxtdan əvvəlki 2 illik müddət üçün artıq hesablanmış borc məbləğin 5.626 manat hissəsi silinməli, MTK-nın ASC-yə artıq ödəmiş olduğu 50.758,12 manat məbləğində pul vəsaiti isə ASC-dən alınaraq MTK-ya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 1091.1, 1091.2, 1092.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 119.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

10. MTK 2020-ci il 7 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. ASC 2020-ci il 10 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələblərinin təmin olunduğu hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 2-2(103)192/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli e-2-2(113)-96/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda § 8), öz qətnaməsini birinci instansiy a məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 9), həmçinin əlavə olaraq, EEİQ-in 1.1, 1.3, 5.1, 8.2, 8.3, 8.4-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.

14. MTK 2021-ci il 3 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələblərinin rədd edilməsini hissəsində ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

15. Məhkəmə iddia tələbinin qanuni əsasını əsassız varlanma kimi qiymətləndirərək 2 illik kəsici müddəti tətbiq etməklə iddia tələblərini qismən təmin edərkən səhvə yol vermişdir. Tərəflər arasındakı münasibətlər müqavilə münasibətlərdir. Belə ki, ASC elektrik enerjisi satmı ş, MTK da öz növbəsində elektrik enerjisini almışdır. Pul vəsaitləri ASC tərəfindən tərtib və təqdim edilmiş hesab ödəniş vərəqələri əsasında ödənimişdir. İddia tələblərinin mahiyyəti isə ASC tərəfindən MTK-ya satılmış elektrik enerjisinin real dəyərindən artıq hesab ödəniş vərəqələrinin tərtib edilməsi və pul vəsaitinin alınması təşkil edir. Göründüyü kimi, MTK-nın tələbi EEİQ-in və elektrik enerjisinin alqısatqı müqaviləsinin ASC tərəfindən pozulması (faktiki verilmiş elektrik enerjisinin dəyərindən daha artıq məbləğə hesab ödəniş vərəqələrinin tərtib edilərək, vəsait alınması) nəticəsində vurulmuş zərərin ödənilməsindən ibarətdir. Qısası, iddia tələbləri alqı-satqı müqaviləsindən irəli gələn tələblərdir.

16. Tərəflər arasında mövcud olan müqavilə münasibətləri ilə bağlı irəli sürülmüş t ələblər üzrə qanunverici 3 illik iddia müddəti müəyyən etsə də, ASC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda isə iddia müddətinin tətbiq edilməsi mümkün deyildir. 17.Digər tərəfdən, hətta hazırkı münasibətlərə əsassız varlanma ilə bağlı müddəaları tətbiq etmək istəsək belə, bu iş üzrə müddətin tətbiq edilməsi mümkün deyildir. ASC tərəfindən hər ay hesab ödəniş vərəqələri göndərildiyi üçün MTK ümumiyyətlə hüquqlarının pozulduğunu bilməmişdir. Hətta MTK-nın hüquqlarının pozulub-pozulmadığını müəyyən etmək xüsusi bilik tələb etdiyindən iş üzrə kompleks ekspertiza keçirilmişdir. Yalnız ekspertiza tədqiqatı ilə dəqiq şəkildə müəyyən edilmişdir ki, iddiaçının hesabat sayğaclarına cavabdehdə qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, üm umiyyətlə sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, iddiaçı tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də (texnoloji sərfiyyat) MTK-ya hesablanmış və hətta ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri hesabat sayğacının göstəricilərindən çıxılmamış və nəticədə iddiaçıya faktiki sərf etdiyi elektrik enerjisinin dəyərindən artıq məbləğdə borclar hesablanmışdır. Müəyyən edilməsi xüsusi bilik tələb edən bu halların MTK tərəfindən aşkarlanması qeyri-mümkün olmuşdur. MTK sadəcə ona ASC tərəfindən artıq məbləğ hesablanmasında şübhələnmiş və bu halın araşdırılması üçün ilk öncə ASC-yə, ASC-dən bir cavab olmadığı üçün isə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

18. Kassator kassasiya şikayətini MM-in 372.1, 372.2, 373.1, 373.2, 375.1, 375.2, 1091.1, 1091.2, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili kassasiya şikayətini qəbul etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. 21.Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq MTK tərəfindən məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olu nduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İddia tərəfi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kass asiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”

26. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır....” 27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin veri lməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda -30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 0 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi …” 28.EEİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarı mstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları;... 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır.... 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət ele ktroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur.... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricil ərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğac larının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir....”

29. KMP-nin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilmişdir ki: “İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:... - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 30.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, ACS-nin vəkilinin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

31. Məhkəmə kollegiyası, iddia tələbinin qanuni əsasını əsassız varlanma deyil, müqavilə münasibətlərinin təşkil etməsi nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsinin səhvə yol verməsinə dair kassatorun dəlili (bax yuxarıda § 15) ilə razılaşmır.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına istinad edərək qətnamədə göstərmişdir ki, MTK-nın hesabat sayğaclarına ASC-də qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, ümumiyyətlə, sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, eyni zamanda MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də MTK-ya hesablanmış, hətta ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri hesabat sayğacının göstəricilərindən çıxılmamış, nəticədə M TK-ya faktiki sərf etdiyi elektrik enerjisi dəyərindən artıq məbləğdə borclar hesablanmışdır.

33. Məhkəmə kollegiyasının mövqeyinə görə, ASC-nin bu hərəkətləri qanunsuz və müqavilə tələblərindən kənardır. Daha doğrusu, həmin hərəkətlər nəticəsində hesablanmış borca görə MTKdan vəsait alınması ASC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Başqa, sözlə ASC MTK-dan sözügedən vəsaiti heç bir hüquqi əsas, yəni qanuni əsas və ya müqavilə əsası olmadan almışdır.

34. MM-in 1091.1 və 1091.2-ci maddələrinə (bax yuxarıda § 25) görə, əsassız varlanan o sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

35. Göründüyü kimi, ASC tərəflər arasında bağlanmış müqavilənin tələblərindən kənarlaşaraq hüquqazidd hərəkətlər nəticəsində MTK-ya borc hesablamış, həmin vəsaiti MTK-dan alaraq əsassız şəkildə (qanuni əsas və ya müqavilə əsası olmadan) varlanmışdır.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə MM-in əsassız varlanmaya dair normalarının tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən maddi hüquq pozuntusuna yol verməmişdir.

37. Məhkəmə kollegiyası, ASC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmədiyi halda iddia müddətinin tətbiq edilməsinin mümkün olmamasına dair kassatorun dəlili (bax yuxarıda § 16) ilə bağlı bir daha bildirir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını müqavilə münasibətləri deyil, əsassız varlanma təşkil edir. Bu səbəbdən də hazırkı işdə iddianın müvafiq hissədə rədd edilməsi üçün məhkəmənin tətbiq etdiyi müddət iddia müddəti deyil, MM-in 1095-ci maddəsinə (bax yuxarıda § 25) əsasən, kəsici müddət olmuşdur.

38. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 29) görə isə, iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlərdən biri ondan ibarətdir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

39. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ASC-nin müvafiq ərizəsinin olmamasına baxmayaraq kəsici müddəti tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən hər hansı maddi və prosessual hüquq pozun tusuna yol verməmişdir.

40. Məhkəmə kollegiyası, ASC tərəfindən hər ay hesab ödəniş vərəqələri göndərildiyi üçün MTK-nın ümumiyyətlə hüquqlarının pozulduğunu bilməməsinə dair kassatorun dəlili (bax yuxarıda § 17) ilə bağlı qeyd edir ki, həmin məsələ apellyasiya baxışında da müzakirə predmeti olmuş, apellyasiya instansiyası məhkəməsi işin hallarına əsaslanaraq öz qətnaməsində bununla bağlı əsaslandırılmış mövqeyini əks etdirmişdir.

41. Həmin mövqe ondan ibarət olmuşdur ki, transformator məntəqəsi MTK-nın balansında olduğundan MTK-nın hüququnun pozulmasından, yəni kənar abonentlərin həmin məntəqəyə qoşulmasından xəbərdar olmaması mümkün deyil. Bundan əlavə, MTK-ya təqdim edilmiş hesabfakturalardan da görünür ki, balans sayğacının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Belə olan halda isə MTK transformator məntəqəsinə qoşulmuş bəzi abonentlərin sərfiyyatlarının balans sayğac göstəricilərinə əsasən MTK-ya hesablanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərin sərfiyyatların MTK-ya hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmamaq üçün əsas görmür. Kassatorun bununla bağlı hazırkı şikayətində gətirdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin nəticəsini şübhə altına almağa imkan vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuş işin hallarından aydın şəkildə görünür ki, MTK ona əsassız borc hesablanması faktını əvvəlcədən bilirdi və ya bilməli idi.

43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 22(103)-192/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar