Məhkəmə qərarları › İş №2-2(102)-479/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-479/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-479/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi; iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASCnin nümayəndəsi Aydan Ağazadənin və vəkili Vəkil, cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi Zamiq Abdullyevin və vəkili Nurlan Kərimlinin iştirakları ilə, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-619/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC (bundan sonra – iddiaçı) ilə "Akkord Qum” MMC (bundan sonra – MMC) arasında bağlanmış 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit müqaviləsinə əsasən bank borc alana 49.500.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borc alan isə hesabında vəsaitin olmaması nəticəsində ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr ilə qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 2. 2019-cu il 20 iyun tarixli, MXK 40 1 saylı maliyyə arayışından görünür ki, 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə 2009-cu il 10 noyabr tarixdə bank tərəfindən MMC-yə verilmiş 16950000 manat kredit məbləği üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 2019-cu il 20 iyun tarixə qalıq borc 4.552.267,21 ABŞ dolları təşkil edir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 8 dekabr tarixli, 9/1539 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla MMC-nin 2010-cu il 10 noyabr tarixə (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) banka olan faiz borc u 2.712.000 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən MMC ilə iddiaçı arasında bağlanmış 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit sazişi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən 2010-cu il 10 noyabr tarixdən (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) sonra 18021479,76 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, bank tərəfindən həmin məbləğin 16950000,00 ABŞ dolları əsas borca, 1071479,76 ABŞ dolları isə faiz borcuna silinmişdir.

4. Tərəflər arasında bağlanmış kredit müqvaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın bu Kredit Sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə Bank ona 49.500.000,00 (qırx doqquz milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açır.

5. Müqavilənin 3.2-ci bəndinə borcalan kredit xətti çərçivəsində ayrıl an vəsaiti banka təqdim olunmuş akkreditivlərin açılması üçün ərizə əsasında həyata keçirir.

6. Müqavilənin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində akreditivlər üzrə yaranan ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr əsasında qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür.

7. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunur.

8. Müqavilənin 15.1-ci bəndinə əsasən Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. 9. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC (bundan sonra – cavabdeh) tərəfindən iddiaçıya ün vanlanmış 2011-ci il 20 sentyabr tarixli məktubdan görünür ki, MMC cavabdehə qoşulma nəticəsində yenidən təşkil edilmiş və cavabdeh MMC-nin yeganə hüquqi varisidir. 2011-ci il 10 avqust tarixindən etibarən əvvəllər imzalanmış və hazırda qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində cavabdeh çıxış edəcəkdir. Cavabdehin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, MMC-nin hüquq və vəzifələrinin cavabdehə keçirilməsi qərara alınmışdır.

10. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 19 iyul tarixli, 14/A815 nömrəli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcun 5 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunaca ğı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı 2019-cu il 7 oktyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin hüquqi varisi olaraq cavabdehdən 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4.552.267,21 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Müştəri Xidməti Departamenti ilə MMC arasında bağlanmış 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit müqaviləsinə əsasən bank MMC-yə 49.500.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə kreditlər üzrə faizlər ill ik 16 faizlə hesablanmışdır. Eyni zamanda müqavilənin 6.1-ci bəndinə əsasən borc vaxtında ödənilmədikdə vaxtı keçmiş borc əmələ gəlir və borc hesabatında əks etdirilir. Eyni zamanda kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 16 faizlə hesablanan cərimə faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılma tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesablarına daxil olduğu tarix hesab edilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 2011-ci il 22 sentyabr tarixli müraciətdə bildirilmişdir ki, MMC cavabdehə qoşulma nəticəsində yenidən təşkil edilmiş və cavabdeh MMC-nin yeg anə hüquqi varisidir. Qeyd edilmişdir ki, əvvəllər imzalanmış və hazırda qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində cavabdeh çıxış edəcəkdir. MMC kredit xəttindən istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq hesablanmış faiz borcunu müqavilə ilə müəyyən edilən qaydada ödəməmişdir. 2019-cu il 20 iyun tarixə MMC-nin hüquqi varisi olaraq cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 4.552.267,21 ABŞ dolları məbləğində faiz borcu mövcud olmuşdur. Cavabdehə MMC-nin hüquqi varisi olaraq kreditin qaytarılması haqqında dəfələrlə xəbərdar olunmuş, lakin cavabdeh tərəfindən kredit borcu və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 fevral tаrixli, e-2-2(113)-48/2021 saylı qətnamə si ilə iddia qismən – cavabdehdən 2007-ci il 14 may tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə 2.712.000 ABŞ dolları məbləğində faiz borcunun manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 18 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş. Ödənilmiş dövlət rüsumunun 12 manatı iddiaçıya aid olunmuş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın isə cavabdehdən tutulması qət edilmişdir (hakim Zeynəb Axundova).

14. Məhkəmə bildirmişdir ki, iş üzrə əldə olunmuş ekspert rəyinə əsasən cavabdehin 2010-cu il 10 noyabr tarixə iddiaçıya olan faiz borcu 2.712.000 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən, iddia tələbi ekspert rəyi ilə müəyyən olunan həcmdə təmin edilməlidir. Məhkəmə həmçinin qanunvericilik normalarını və müqavilə şərtlərini, müqavilə ilə kreditin tam həcmdə qaytarılması tarixinin kredit üzrə əsas borc və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunması şərtinin mövcudluğu nəzərə alınaraq iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 372.2, 373.2, 375.2, 377.2, 385.1, 386, 399.1, 399.3, 442, 443.1, 448.1, 739-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 12 fevral tаrixli, 2-2(113)48/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğ v edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli 2-2(103)-619/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iddia tələbi cavabdehdən 2.712.000 ABŞ dollarının tutulması hissəsində də rədd edilmişdir (sədrlik edən V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).

19. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi öhdəliyin icra müddətinin kredit müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməli olduğuna dair düzgün nəticəyə gələrək iddia müddətinin başlanğıcını düzgün müəyyən etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə öhdəliyin əmələ gəlməsi, dəyişdirilmə si və xitamının bağlı olduğu vaxt ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanır, ya da hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilir. Hazırkı halda, borcalan tərəfindən kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına ödənilməsi hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz, çünki borclu öz öhdəliyini icra etməyə də bilər. Bundan başqa, hazırkı mübahisə üzrə kreditdən istifadə müddəti müqavilə ilə 12 ay müəyyən edildiyindən kredit alan tərəfindən kredit və faizlərin banka ödənilməsi öhdəliyinin icrası üçün müəyyən edilmiş müddət 12 ay olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürüldüyündən iddia tələbi 2.712.000 ABŞ dolları pulun tutulması hissəsində də rədd edilməli dir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 367.1, 367.2, 367.3, 372.2, 373, 375.2, 377.1, 377.2, 380.1, 384.0.4 maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 1 iyul tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

22. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

23. Məhkəmə zamanı cavabdeh yazılı vəsatətlə müraciət edərək iddiaçıya olan borcunun müəyyən edilməsi il ə bağlı ekspertizanın keçirilməsini xahiş etmişdir. Bununla da, cavabdeh iddiaçı qarşısında öhdəliyinin davam etməsi faktını etiraf etmişdir. Mülki Məcəllənin tələblərinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (399.3, 399.4-cü maddələri). Hazırkı halda, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın bu Kredit Sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə Bank ona 49.500.000,00 (qırx doqquz milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, Borcalan kredit xətti çərçivəsində ayrılan vəsaiti Banka təqdim olunmuş akkreditivlərin açılması üçün ərizə əsasında həyata keçirir. Müqavilənin 4.1-ci bəndinə əsasən Borcalan hesabında vəsait olmaması nəticəsində Akreditivlər üzrə yaranan ssuda borcunu istifadə tarixindən 12 (on iki) ay ərzində rüblük bərabər hissələr ilə qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunur. Müqavilənin 15.1-ci bəndinə əsasən Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və Bo rcalanın Bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. İddiaçı hesab edir ki, qanunvericilik normalarına əsasən, habelə müqavilədə kreditin tam həcmdə qaytarılması tarixinin kredit üzrə əsas borc və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunması şərti mövcud olduğundan, iddia müddəti ötürülmüş hesab oluna bilməz. Tərəflərin izahatları

24. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, iddia müddətinin ötürülmədiyini bildirərək məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.

25. Məhkəmə kollegiyası iclasında cavabdehin nüma yəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərə findən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbət ən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qəd ər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

31. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqa vilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həm qanunvericilik normalarına əsasən, həm də müqavilədə kreditin tam həcmdə qaytarılması tarixinin kredit üzrə əsas borc və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunması şərti mövcud olduğundan, iddia müddəti ötürülmüş hesab oluna bilməz.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

34. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

35. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin hüquqi varisi olduğu MMC ilə 2007-ci il 14 may tarixdə 148/1 saylı kredit müqaviləsi bağlanmışdır (bax § 1, 9).

36. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

37. Həmçinin, Mülki Məcəllənin tələblərinə əsasən, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilir (Mülki Məcəllənin 367.1-367.3-cü maddələri).

38. Tərəflər arasında bağlanmış Müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, borcalan hesabında vəsait olmaması nəticəsində akreditivlər üzrə yaranan ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr əsasında qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (bax §6).

39. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

40. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddət i bitdikdə başlanır.

41. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilm iş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən iddia müddətinin kreditin icra müddəti bitdiyi gündən hesablanması nəzərə alınmalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə cavabdehin öhdəliyini icra etməsi müddəti bir il olduğundan, həmçinin cavabdeh 16.950.000 ABŞ dolları kredit vəsaitindən 2009-cu il 10 noyabr tarixdə istifadə etdiyindən üç il lik iddia müddətinin axımı 2010-cu il 10 noyabr tarixdən başlamış, cavabdeh kredit üzrə 2011, 2014-cü ildə ödənişlər həyata keçirdiyindən iddia müddətinin axımı kəsilmiş, cavabdehin kredit üzrə son ödənişi 2014-cü il 12 iyun tarixə təsadüf etdiyindən üç illik iddia müddətinin axımı sonuncu ödəniş tarixindən yenidən başlamış və 2017-ci il 12 iyul tarixdə bitmişdir.

45. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, qanunvericilik hətta borclu tərəfindən borcun olduğunu etiraf etdiyi halları belə iddia müddətinin tətbiq edilməməsi üçün istisna kimi nəzərdə tutmamışdır. Habelə, müqavilədə onun borclu tərəfindən borcun tam ödənildiyi vaxtadək qüvvədə olduğu göstərilsə də, borcalan tərəfindən kredit üzrə əsas borc və hesablanmış faizlərin borc verənin hesabına ödənilməsi hökmən baş vermə li olan hadisə kimi qiymətləndirilə bilməz. Belə ki, borclu öhdəliklərini icra etməyərək ödənişləri etməyə də bilər. Bu isə, iddia müddətinin belə münasibətə tətbiqinin aradan qaldırılması, beləliklə iddia müddəti məfhumunun əhəmiyyətsizləşdirilməsi ilə nəticələnə bilər. 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət gö stərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 47. “Stanyo Belçikaya” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 2009-cu il 7 iyul tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. İddia müddəti, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəala rını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-619/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

50. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 23 iyun tarixli, 2-2(103)-619/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar