Məhkəmə qərarları › İş №2-2(102)-479/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-479/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-479/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "icarə müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 21 iyun tarixli 2-2(106)-115/2024 nömrəli qərardadından cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 29 dekabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında mövcud olan 43.000 manat icarə haqqı üzrə borc, müqavilənin ləğv edildiyi 2023-cü il 1 iyul tarixinədək hesablanmış 2.250 manat penya borcu olmaqla, ümumilikdə 45.250 manat pulun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225,75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 202 4-cü il 16 aprel tarixli e-2-2(121)338/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 2022-ci il 1 aprel tarixli icarə müqaviləsi üzrə 43.000 manat əsas borc, 200 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və 225,75 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43.625,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Z.Abbasov).

3. Cavabdehin nümayəndəsi Nümayəndə Novruz oğlu (bundan sonra – “Nümayəndə”) həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 21 iyun tarixli 2-2(106)-115/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti q eyrimümkün hesab edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – T.Kərimov və S.Mayılov).

5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin yekun aktından apellyasiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur. Lakin apellyasiya şikayəti Nümayəndə tərəfindən (nümayəndə qismində) imzalansa da, sonuncunun cavabdehin vəkili olaraq həmin şikayəti imzalamaq səlahiyyətinə dair müvafiq sənəd – order əlavə edilməmişdir. Həmçinin Nümayəndə birinci instansiya məhkəməsinə cavabdehin vəkili qismində iştirak etməsi üçün 2024-cü il 25 yanvar tarixli *** **** nömrəli vəkil orderi təqdim etmişdir.

6. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir.

7. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 361.2 və 363.1.1-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və qətnamədən verilmiş şikayətə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri

9. MPM-in 9, 50.1, 69.1, 69.1-1, 267.1, 267.2, 267.3, 269.1 və 269.2-ci maddələri üzrə - Cavabdeh tərəfindən verilmiş 2024-cü il 23 yanvar tarixli etibarnamədə xüsusi olaraq göstərilmişdir ki, həmin etibarnamə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində, apellyasiya məhkəməsində və bütün digər məhkəmə instansiyalarında cavabdehin adından istənilən növ ərizə və şikayətlər verməyi, işləri aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, məhkəmə aktlarından şikayətlərin verilməsi və imzalanması, MPM-in 74-cü maddəsinə uyğun olaraq mülki işlər və kommersiya mübahisələri ilə bağlı işlər üzrə şəxsin birinci və apellyasiya instansiyası məhkəmələrində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Azərbaycan Respublikasının Konstitusiya M əhkəməsində təmsil edilməsi, nümayəndəyə aid hüquqları həyata keçirməyi, iddia ərizəsinin, vəsatətlərin və sorğuların imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddianın təmin olunması, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətini və ya həmin səlahiyyətləri başqa şəxsə tapşırmağı, məhkəmə aktlarından apellyasiya, kassasiya şikayətlərinin verilməsi, o cümlədən cavabdehin hüquqlarının müdafiə olunması Nümayəndə etibar edilir. Lakin məhkəmə etibarnamə üzrə apellyasiya şikayətinin verilməsi səlahiyyətinin olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsində iştirak edən vəkil kimi məhkəmə baxışı zamanı müvafiq order və etibarnamə məhkəməyə tə qdim edilmiş, məhkəmə vəkilnümayəndəni qəbul etmiş və o, elektron sistemdə kabinetə əlavə olunmuşdur.

10. Həmin vəkil orderi və etibarnamə birinci instansiya məhkəməsində müvafiq qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəyə minənədək qüvvədə olmuşdur. Yəni, qətnamədən apellyasiya şikayətinin verilməsi birinci instansiya məhkəməsində iştirak edən vəkil-nümayəndənin vəzifə borcuna aiddir. Apellyasiya məhkəməsində şikayətə baxılarkən yeni vəkil orderinə zərurət yaranmaqla, vəkil orderi məhz həmin vaxt məhkəmə kollegiyasına təqdim edildikdən sonra işə buraxılacaqdır. Göründüyü kimi, məhkəmə kollegiyası hələ yaranmamış münasibətlərə dair sənədi tələb etməkdə haqlı olmamışdır.

11. MPM-in 67.1-ci maddəsi üzrə - Qeyd edilən normada açıq aşkar göstərilmişdir ki, yalnız kassasiya şikayətini gö ndərmək vəkil vasitəsi ilə məcburidir. Digər hallarda, yəni apellyasiya şikayəti və iddia ərizəsi yazılıb göndərilərkən, vəkilin olması məcburi deyil və tələb olunmur. Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim olunmuş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmişdir. Cavabdeh tərəfindən verilmiş etibarnamədə apellyasiya şikayətinin yazılıb imzalanaraq göndərilməsi səlahiyyətləri göstərilsə də, məhkəmə tərəfindən xəta kimi orderin olmaması qeydi ilə geri qaytarılmışdır. Bununla da ədalətli məhkəmə araşdırılması hüququ təmin olunmamış və nəticədə düzgün olmayan məhkəmə qərardadı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

13. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

361. Apellyasiya şikayətinin məzmunu... Məcəlləsinin müvafiq 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir....” “Maddə

363. Apel lyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

15. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayəti qeyri-mümkün hesab etmiş və mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti nümayəndə qismində Nümayəndə tərəfindən imzalansa da prosessual qanunvericiliyin tələbinə zidd olaraq, sonuncunun cavabdehin vəkili olaraq həmin şikayəti imzalamaq səlahiyyətinə dair müvafiq sənəd – order iş materiallarına əlavə edilməmişdir.

16. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

17. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayət ini imzalamış Nümayəndə işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin adından “məhkəmə aktlarından şikayət vermək” hüququnu təsdiq edən etibarnaməsi məhkəməyə təqdim edilmiş (bax i/v 20), sözügedən etibarnamə onun tərəfindən apellyasiya şikayəti verilərkən də qüvvədə olmuşdur.

18. MPM-in 361.2-ci maddəsinə (bax § 14) əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

19. Prosessual qanunun istinad olunan normasında əsas məqsəd apellyasiya şikayətinin müvafiq səlah iyyət verilmiş şəxs tərəfindən imzalanması halında, bununla bağlı etibarlılıq məsələlərinin müəyyən edilməsi üçün müvafiq sənədlərin şikayətə əlavə edilməsindən ibarətdir. Lakin qanun iş materiallarında etibarnamə olduğu təqdirdə onun yenidən apellyasiya şikayətinə əlavə olunmasına dair tələbi özündə əks etdirmir.

20. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda apellyatorun adından şikayət verən şəxsin müvafiq səlahiyyətə malik olmasını təsdiq edən etibarnamə, yuxarıda qeyd edildiyi kimi, şikayət verilərkən iş materiallarında mövcud olduğundan, apellyasiya şikayətinin qaytarılması üçün əsas olmamışdır.

21. O da qeyd edilməlidir ki, səlahiyyətli nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayətinin mütləq vəkil tərəfindən imzalanmalı olmasına dair məcburi tələb prosessual qanunda nəzərdə tutulmamışdır. Həmçinin nümayəndənin apellyasiya şikayəti verilənədək işdə vəkil kimi iştirak etməsi də onun yalnız nümayəndə kimi apellyasiya şikayətini imzalamaq səlahiyyətini istisna etmir. Odur ki, hazırkı halda Nümayəndə kimi apellyasiya şikayətini imzalaması şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmış olmasına dəlalət edir.

22. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 363.1 və 363.1.1-ci maddələrinin (bax § 14) tələblərinə uyğun deyildir.

23. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 21 iyun tarixli 22(106)-115/2024 nömrəli qərardadı qanuni hesab oluna bilməz. Buna görə də kassasiya şikayəti təmin olunmalı, həmin qərardad ləğv edilməl i, iş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-ci il 21 iyun tarixli 2-2(106)-115/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2024-ci il 16 aprel tarixli e2-2(121)-338/2024 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilməsi üçün iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar