Məhkəmə qərarları › İş №2-2(102)-48/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-48/2021

02.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-48/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh İB-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi 02.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı MMC-nin nümayəndəsi, onun vəkili cavabdeh İB-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixl i 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İB (bundan sonra – “İB”) ilə “İddiaçı” MMC (bundan sonra – “MMC”) arasında 2015-ci il 5 fevral tarixində bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə uyğun olaraq MMC-yə gələn qaz xəttinə quraşdırılmış G-400 markalı elektron sayğacın elektron və mexaniki göstəricilərinə əsasən istehlak olunan təbii qazın həcmi müəyyən edilir.

2. MMC 2016-cı ilin fevral ayında fəaliyyət göstərmədiyi halda, qaz sayğacının mexaniki göstəricisi 153.298 m³ həcmində sərfiyyat qeydə alması ilə əlaqədar 2016-cı ilin 14 mart tarixində qaz sayğacının yoxlanılması üçün MMC tərəfindən X şirkətinin İnformasiya, Texno logiya və Rabitə İdarəsinə müraciət olunmuş və qaz sayğaclarına mexaniki xidmət göstərən Y Departamenti tərəfindən qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmışdır.

3. X şirkətinin İnformasiya, Texnologiya və Rabitə İdarəsi tərəfindən MMC-yə məxsus elektron ünvana göndərilmiş qaz sayğacının elektron göstəriciləri çıxarışından görünür ki, 153.298 m³ sərfiyyat qeydə alınmamışdır.

4. Qeyd olunan hallar nəticəsində MMC-yə 15.298 manat maddi ziyan dəyməsinə dair İB-yə 2017-ci il 6 mart tarixində pretenziya qaydasında müraciət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. MMC 2017-ci il 31 mart tarixində İB-yə qarşı “MMC-yə 2016-cı ilin fevral ayında istehlak edilmiş təbii qaza görə hesablanmış 15.298 manat borcun ləğv edilməsi”nə dair iddia ərizəs i ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2019-cu il 25 iyun tarixində məhkəməyə təqdim etdiyi ərizə ilə iddianın dəyişdirilərək tələbin “təbii qazdan istifadəyə görə cavabdehin iddiaçıya hesabladığı 15.298 manat borcun silinməsi” kimi qəbul olunmasını xahiş etmiş, müraciət təmin edilmişdir.

6. İddia tələbi yuxarıda §§ 1-4-də göstərilən hallarla əsaslandırılmış və qeyd edilmişdir ki, MMC-nin 2016-cı ilin mart tarixli müraciəti ilə əlaqədar Y Departamenti qaz sayğacı yoxlamaya aparılması üçün çıxarılarkən İB-nın quraşdırdığı xüsusi plomba və qaz sayğacına kənar müdaxilənin olması aşkar edilməmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, sayğacın mexaniki göstəricisi 153.298 m³ qaz sərfiyyatı qeydə aldığı halda, elektron göstəricisi bu sərfiyyatı qeydə almamışdır. B elə ki, X şirkətinin İnformasiya, Texnologiya və Rabitə İdarəsi tərəfindən MMC-yə məxsus elektron ünvana göndərilmiş qaz sayğacının elektron göstəriciləri çıxarışından aydın şəkildə görünür ki, 153.298 m³ sərfiyyat qeydə alınmamışdır.

7. Bu uyğunsuzluğun səbəbi şifahi olaraq MMC-yə gələn qaz xəttində təzyiqin qəfil 1 atmosferdən 3 atmosferədək artması nəticəsində qaz sayğacındakı hesablayıcı mexanizmdə pozulmanın olduğu bildirilmişdir. 8. “İB” ilə MMC arasında bağlanmış müqavilənin 2.1.7-ci bəndinə əsasən paylayıcı qazın verilməsində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etməlidir. Eyni zamanda həmin müqavilənin 2.4.2-ci bəndində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət olunmasını paylayıcıdan tələb etməsi hüququ da müə yyən edilmişdir.

9. MMC-yə gələn qaz xəttində müəyyən edilmiş təbii qazın təzyiqi 1 atmosferdir. Bundan başqa, MMC tərəfindən qış aylarında təbii qaz minimum həcmdə istehlak olunur. Çünki qış aylarında, xüsusən də 2016-cı ilin fevral aynda hava şəraiti qarlı və yağmurlu olduğundan, sifarişlər olmur, yəni asfalt çəkilişi işlərinin yağmurlu hava şəraitində aparılması mümkünsüz olur. MMC asfalt istehsalı ilə məşğuldur. Odur ki, MMC-nin 2016-cı ilin fevral ayında qeydə alınmış 153.298 m³ qaz sərfiyyatını, digər qış aylarında istehlak etdiyi sərfiyyatla müqayisə etdikdə, 50% artıq olduğunu görmək olar. Qeyd olunan hallar MMC-yə 15.298 manat maddi ziyan dəyməsinə dəlalət edir. Cavabdehə pretenziya qaydasında müraciət olunsa da, müsbət nəticə əldə olunmamışdır.

10. Məhkəmənin 2017-ci il 15 noyabr tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Z İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) MMC-yə gələn qaz xəttinə quraşdırılmış G-400 markalı (tipli) 80101372 nömrəli (zavod nömrəli) qaz sayğacı 2016-cı ilin fevral ayı ərzində mexaniki və elektron göstəricilərində hansı həcmdə istehlak olunmuş təbii qazı qeydə almışdır? 2) Həmin sayğacın elektron yaddaşına müdaxilə edilmişdirmi? 3) MMC-yə gələn “Digah-Sənaye” tranzit qaz xəttinə quraşdırılmış iri həcmli ROK-407 markalı (tipli) sayğacın 2016-cı ilin fevral ayı üzrə göstəriciləri ilə MMC-yə quraşdırılmış G-400 markalı (tipli) qaz sayğacının g östəriciləri arasında fərq mövcuddurmu? 11. 2018-ci il 8 fevral tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 2018-ci il 26 yanvar tarixli məktubu ilə qurumun ekspertinin həmin tarixli 30701 nömrəli ekspertiza rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: 11.1.1-ci sual üzrə: MMC-yə gələn qaz xəttinə quraşdırılmış G-400 markalı (tipli) 80101372 zavod nömrəli qaz sayğacı 2016-cı ilin fevral ayı ərzində mexaniki göstəricilərinə görə 32.783 m³, elektron göstəricilərinə görə isə 153.298 m³ həcmdə qaz sərfiyyatı qeydə almışdır. Qeyd olunan aylıq sərfiyyat sayğacın mexaniki və elektron hesablama mexanizmləri üzrə fərqli olması ilə yanaşı, bu göstəricilər mövsüm üzrə müvafiq aylarda qeydə alınmış sərfiyyat göstəricilər inə də uyğun gəlmir ki, bu da sayğacda yaranmış qüsurla əlaqədar hesabatın düzgün aparılmadığını göstərir. 11.2.2-ci sual üzrə: Ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman G-400 markalı (tipli) 80101372 zavod nömrəli qaz sayğacının elektron yaddaşına və qoşulma sxeminə müdaxilə edilmə əlamətləri aşkar edilməmişdir. Bununla yanaşı, mülki iş materialları ilə təqdim olunmuş sənədlərə əsasən sayğac İB tərəfindən çıxarılarkən və yoxlamadan keçirilərkən (xüsusi stenddə “test” və “kolibrovka” olunarkən) sayğacın plomblarına və hesablama mexanizmlərinə müdaxilə əlamətləri aşkar edilməmişdir. 11.3.3-cü sual üzrə: Ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman MMC-yə gələn “Digah-Sənaye” tranzit qaz xətti üzərində olmuş ROK-407 markalı (tipli) sayğacın çıxarıldığı aşkar ol undu. Mülki iş materiallarına ROK-407 markalı (tipli) sayğacın göstəriciləri barədə sənədlər olmadığlna görə 2016-cı ilin fevral ayı üzrə ROK-407 markalı və G-400 markalı qaz sayğaclarının göstəriləri arasında fərqin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadı. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İB tərəfindən MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış 15.298 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – R.K).

13. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İB-nın əməkdaşları tərəfindən MMC-yə məxsus obyektdə təbii qaz təchizatı üçün quraşdırılmış sayğaca baxış keçirərkən həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq aşkar olunmuş və sayğacın mexaniki göstəricilərinin sərfiyyatı qeydə aldığı halda, elektron göstəricilərinin sərfiyyatı qeydə almadığı müəyyən edilmişdir. Bunun əsasında İB tərəfindən MMC-yə müvafiq sərfiyyat üzrə 15.298 manat borc hesablanmışdır. MMC həmin borcu mübahisələndirir.

14. Məhkəmə qeyd etmişdir ki, MMC-yə təbii qazdan istifadə üzrə hesablanmış borc sayğaca müdaxiləyə görə, eləcə də texniki şərtdə göstərilənlərdən əlavə qaz qurğusunun və ya sayğacdankənar qaz xəttinin qoşulması ilə bağlı olmamışdır. Qaz sayğacının iki göstəriciləri arasında fərq yarandığı halda, abonentə əlavə sərfiyyatın hesablanması “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Qazdan istifadə Qaydaları”nın müddəalarında, eləcə də bu sahəni tənzimləyən başqa normativ aktda və tərəflər arasında bağlanmış müqavilədə nəzə rdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, İB tərəfindən MMC-yə məxsus obyektdə qazdan istifadə üzrə hər ay ona məlumat (hesab) təqdim edilməli idi.

15. Qeyd olunanlara, eləcə də işdə olan ekspert rəyinə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, MMC-yə məxsus obyektdə quraşdırılmış sayğaca müdaxilə, əlavə qaz qurğusunun və ya sayğacdankənar qaz xəttinin qoşulması halları olmadığı, lakin həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərqin mövcud olduğu halda, əlavə sərfiyyatın olması qənaəti ilə bu sərfiyyata görə borcun hesablanması əsassızdır.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 26.1, 36.9, 53, 76, 77.1, 217-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü ma ddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “QİQ”) 1.1, 1.4, 2.1, 2.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

17. İB-nın nümayəndəsi 2019-ci il 26 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli 22(103)-BAM1/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsi dəyi şdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – V.A, hakimlər – A.N və C.Y).

19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 13-16).

20. Həmin qətnamədən İB-nın nümayəndəsi və vəkili 2019-cu il 9 dekabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli 2-2(102)-AM1/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli 2-2(103)-BAM1/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – İ.D, hakimlər – A.H və B.Q).

22. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində 2016-cı ilin fevral ayında 153.298 m³ (15.329,80 manat) həcmində təbii qazdan istifadə etmənin qeyri-mümkün olduğu göstərilsə də, abonentin saldosuna əsasən MMC-nin 2016-cı ilin iyun ayında 166.700 m3, avqust ayında isə 151.418 m³ təbii qazdan istifadə etdiyi aydın olur. Aylar üzrə istifadə edilmiş qazın həcmlərində cüzi, əhəmiyyətsiz fərqlərin olması təbiidir və hazırkı halda aylar üzrə sərfiyyatın işin həcmindən asılı olaraq cüzi fərqlənməsi (faktiki isə təxminən uyğun olması) öz növbəsində sayğacın düz gün işləmədiyi, istifadə olunan qazın həcmini düzgün qeydə almadığı barədə MMC-nin dəlillərinin əsaslı olmadığını təsdiq edir.

23. İş materiallarına əsasən MMC-yə verilən təbii qazın dəyəri MMC-də quraşdırılmış “Elster G400” tipli, 80101372 saylı qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş, MMC isə 2016cı ili fevral ayında sayğaçın elektron korrektoru işləmədiyi üçün sərf edilən qazın həcminin sayğacın mexaniki göstəricilərinə əsasən müəyyən edildiyini bildirmişdir. Beləliklə, İB tərəfindən tələb edilən borc məbləği əlavə hesablanmış qazın sərfiyyatı barədə deyil, məhz sayğacın göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərindən ibarətdir.

24. Kassasiya məhkəməsi onu da qeyd etmişdir ki, işdəki P Komitəsinin 2017-ci il 20 aprel tarixli məktubunda qeyd edilmişdir ki, sə naye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır.

25. İş materiallarına əsasən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən İB-nın işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər dəlillərinə hər hansı qiymət verilməsi, işdəki sübutlara istinadən bu dəlillərin təkzib edilərək müfəssəl hüquqi dəyərləndirilməsi həyata keçirilməmiş, bununla da qeyd edilən prosessual pozuntuya yol verilmişdir. Təsadüfi deyildir ki, İB-nın kassasiya şikayətində də eyni dəlillər göstərilməklə, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilmişdir.

26. Məhkəmə öz qərarını MPM-nin 88, 217.1, 217.3, 217.4, 220.4, 418.1-ci maddələrinə, QİQ-in 5.2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin (bundan sonra – “AİHM”) “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-2(103)BAM2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddianın əsaslı olubolmadığına hüquqi qiymət verərkən ilk əvvəl MMC-nin istina d etdiyi əsas dəlillə bağlı sübut olubolmamasını yoxlamalı idi. 29. 2016-cı ilin fevral ayında MMC-nin fəaliyyət göstərməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə işin bu halını yoxlamamışdır.

30. MMC-nin nümayəndəsi işə apellyasiya qaydasında yenidən baxılarkən verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin ayda müəssisə tam işləməsə də, müəyyən günlər fəaliyyət göstərmişdir. İş materiallarının 42-ci vərəqindəki MMC tərəfindən İB-yə ünvanlanmış 2016-cı il 14 mart tarixli məktubda 2016-cı ilin fevral ayında MMC-yə məxsus zavodun fasilələrlə işlədiyi və 400 ton asfalt istehsal etdiyi qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, qeyd edilən dövrdə MMC-nin fəaliyyət göstərməməsi barədə iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Bundan əlavə, qeyd edilən dövr də MMC müəyyən həcmdə qaz istehlak etdiyini qəbul edirsə, həmin ay üçün hesablanmış borcun hansı əsasla tam silinməsini tələb etdiyi anlaşılan deyil.

31. İş materiallarında MMC-yə məxsus obyektdə quraşdırılmış sayğacın mexaniki göstəricisində 2016-cı ilin fevral ayında qüsur olması barədə hər hansı sübut yoxdur. Müəyyən olunur ki, müəssisə tərəfindən qeyd edilən dövr üçün qaz istehlak edilmiş və bu səbəbdən sayğac qaz sərfiyyatını qeydə almışdır. Məhkəmə qətnamədə MMC-nin istehlak etdiyi təbii qaza görə sayğac göstəricisi əsasında hesablanmış borcu hansı normaya əsasən qanunsuz hesab etdiyini qeyd etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi işin həqiqi faktiki halları ilə uyğun gəlmədiyindən məhkəmə tərəfindən sübut kimi nəzərə alına bilməz. Belə ki, həm iddia ərizəsində, həm də pretenziya məktubunda MMC 2016-cı ilin fevral ayında ona məxsus sayğacın mexaniki göstəricisi üzrə qaz sərfiyyatının 153.298 m³ qeydə alındığını göstərsə də, ekspert rəyində bu sərfiyyatın elektron göstəriciyə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Bundan əlavə, ekspert rəyində sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisinin fərqli olmasının sayğacın qüsurla işlədiyini təsdiq etdiyi qeyd edilmiş, ekspertin hansı normativ sənədə əsasən bu nəticəyə gəldiyi rəydə qeyd edilməmişdir.

33. İşdəki P Komitəsinin 2017-ci il 20 aprel tarixli məktubunda qeyd edilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın h əcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır.

34. İddiaçıya məxsus obyektdə quraşdırılmış sayğacın mexaniki və ya elektron hissəsinin işlək vəziyyətdə olmaması və bu səbəbdən dəyişdirilməsi barədə də iş materiallarında sübutlar mövcud deyil.

35. Bundan əlavə, iddia ərizəsində 2016-cı ilin fevral ayında 153.298 m³ (15.329,80 manat) həcmində təbii qazdan istifadə etmənin qeyri-mümkün olduğu göstərilsə də, abonentin saldosuna əsasən iddiaçının 2016-cı ilin iyun ayında 166.700 m³, avqust ayında isə 151.418 m³ təbii qazdan istifadə etdiyi aydın olur. Aylar üzrə istifadə edilmiş qazın həcmlərində cüzi, əhəmiyyətsiz fərqlərin olması qaz sayğacının düzgün işləmədiyinə dair iddiaçının dəlillərinin əsaslı olduğunu təsdiq edə bilməz.

36. Məhkəmə bu qənaətini MPM-nin 77.1-ci maddəsinə, QİQ-in 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

37. Qətnamə 2020-ci il 25 avqust tarixində tərəflərə göndərilmişdir.

38. Həmin qətnamədən 2020-ci il 23 oktyabr tarixində MMC-nin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

39. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, MMC tərəfindən 2016-cı ilin fevral ayında istehlak olunmuş təbii qazın həcmi digər aylarda istehlak olunmuş təbii qazın həcmi ilə uyğunluq təşkil edir. Ancaq İB-nın təqdim etdiyi “abonentin saldosu"na nə zər saldıqda görünür ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstərici arasında böyük fərq mövcuddur və İB əsas olaraq elektron göstəricini qeyd etmişdir. Amma həmin saldoda 2016-cı ilin aprel ayında mexaniki göstərici (33.073 m³) də qeydə alınaraq hesaba əlavə edimişdir.

40. Bundan başqa, apelyasiya məhkəməsini qətnaməsində göstərilmişdir ki, MMC tərəfindən İByə göndərilmiş məktubda qeyd olunur ki, 2016-cı ilin fevral ayında MMC 400 ton asfalt istehsal etmişdir. Bildiririk ki, digər aylarda istehsal olunan asfaltın həcmi 2.000 tondan yuxarı olmuşdur və bu məktubu göndərməkdə məqsəd, həmin ayda çox kiçik həcmdə asfalt istehsal olunmasına dəlalət idi.

41. Apellyasiya instansiya məhkəməsi iş üzrə ekspert rəyinin olmasına baxmayaraq, həmin rəyin işin həqiqi halları ilə uyğun gəlməməsin i əsaslandıra bilməmiş, eləcə də MMC-nin 2016-ci ildə istifadə etdiyi təbii qazın dəyərinin həmin dövrdə istehsal olunan asfalt örtüyünün kütləsi ilə müəyyən edilməsi üçün əlavə və ya təkrar ekspertiza təyin etməmişdir. Belə ki, ekspert rəyində də konkret qeyd olunmuşdur ki, qaz sayğacı 2016-cı ilin fevral ayı ərzində mexaniki göstəriciyə əsasən 32.783 m³, elektron göstəriciyə əsasən 153.298 m³ həcmdə təbii qazı qeydə almışdır. Qeyd olunan aylıq sərfiyyatların mexaniki və elektron sayğaclarda fərqli olması ilə yanaşı, bu göstəricilər mövsüm üzrə müvafiq aylarda qeydə alınmış sərfiyyat göstərcilərinə də uyğun gəlmir ki, bu da sayğacda yaranmış qüsurla əlaqədar hesabatın düzgün aparılmadığını göstərir.

42. Göründüyü kimi, mexaniki sayğacda 2016-cı ilin fevral ayı üzrə istehlak olunan təbii qazın həcmi 32.783 m³ olduğu, iddiaçının istifadəsində olan qaz sayğaclarına hər hansı müdaxilə edilmədiyi müəyyən olunduğu halda, apellyasiya instansiyası məhkəməsi hansı əsasla MMC-nin 2016-cı ilin fevral ayı üzrə 153.298 m³ təbii qaz istehlak etməsini əsaslandıra bilməmişdir.

43. Eləcə də apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının istehsal etdiyi asfalt örtüyü qış aylarında havanın yağışlı və şaxtalı keçməsi ilə əlaqədar az istifadə olunur. 44. 2016-cı ilin mart ayından may ayına kimi qaz sayğacı MMC tərəfindən verilmiş şikayət əsasında yoxlamada olmuş, buna görə də MMC tərəfindən həmin dövrdə təbii qazdan istifadə olunmamışdır. Sayğacın mexaniki göstəricisinin qeydə aldığı 33.073 m3 həcmində təbii qaz 2016cı ilin fevral ayında istifadə olunmuş təbii qazdır və onun dəyəri tam ödənilmişdir ki, İB həmin hesabatı saldoda 2016-cı ilin aprel ayı üzrə qeyd etmişdir. Bununla da, MMC tərəfindən 2016-cı ilin fevral ayında istifadə olunmuş təbii qaza görə İB qüsurlu elektron göstəricisində göstərilən 153.298 m³ və mexaniki göstəricidə qeyd olunan 33.073 m3 təbii qazın dəyərini də MMC-dən tələb etmişdir.

45. İddiaçı kassasiya şikayətini MPM-nin 9, 14, 77.1, 88, 189-cu, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının 6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

47. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

48. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi.

49. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olu nması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

53. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. …” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır.” “Maddə

220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” 54. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Qazın pаylаnmаsı və sаtılmаsı...

8. Qa z paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”

55. QİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəy ərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.... 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.... 2.1. Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəy yən edilir.... 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmam ış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”

56. KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında qeyd olunmuşdur ki: “... Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştir akçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır....”

57. KMP-nin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında qeyd olunmuşdur ki: “.... məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar ə laqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir....”

58. KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı)....”

59. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “...hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə g ətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnı z Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir....”

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) «Mahmudov Rusiyaya qarşı» iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında müəyyən edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

61. İHAM-ın “Qavazov Bolqarıstana qarşı iş üzrə 2008-ci il 6 mart tarixli qərarında müəyyən edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93).

62. AİHM-in Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarında qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

63. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

64. Sayğacın elektron göstəricisi ilə mexaniki göstərici arasında böyük fərq olmasına və cavabdehin əsas olaraq elektron göstəricini qeyd etməsinə dair dəlillə (bax yuxarıda § 39) məhkəmə kollegiyası razılaşmır.

65. Belə ki, işdə olan P Komitəsinin 2017-ci il 20 aprel tarixli məktubundan aydın olur ki, elektron korrektorlu sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı elektron tablonun göstəricilərinə əsasən aparılır. Apellyasiya instansiya məhkəməsi həmin məktuba istinad edərək bu məsələ ilə bağlı düzgün nəticəyə gəlmişdir. 66. 2016-cı ilin aprel ayında mexaniki göstəricinin də qeydə alınaraq hesaba əlavə edilməsinə gəldikdə isə, bu məsələ işin faktiki halları ilə bağlıdır və apellyasiya baxışının predmetini təşkil etməmişdir. İddia predmeti də 2016-cı ilin fevral ayı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası həmin məsəl əyə ayrıca münasibət bildirməyə lüzum görmür.

67. Məhkəmə kollegiyası 2016-cı ilin fevral ayında müəssisənin 400 ton asfalt istehsal etməsinə dair dəlillə (bax yuxarıda § 40) bağlı bildirir ki, həmin məsələ işin materialları ilə öz təsdiqini tapmır. MPM-nin 9.3, 14.2, 77.1, 88, 217.3-cü maddələrinin, KMP-nin 2012-ci il 28 fevral, 2019-cu il 18 mart tarixli, İHAM-ın 2007-ci il 26 iyul, 2008-ci il 6 mart tarixli qərarlarının (bax yuxarıda müvafiq olaraq §§ 53, 58-61) tələblərinə əsasən, hazırkı iş üzrə sübutetmə yükü borcun silinməsini tələb edən MMC-nin üzərinə düşür. MMC isə bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Belə ki, digər mövsümlərlə və aylarla müqayisədə 2016-cı ilin fevral ayında müəssisənin dövriyyəsinin kiçik olmasını təsdiq edən sənədlər MMC tərəfindən təqdim olunmamışdır.

68. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmənin ekspert rəyinin işin həqiqi halları ilə uyğun gəlməməsini əsaslandıra bilməməsinə dair dəlili (bax yuxarıda § 41) əsassızdır.

69. Ekspert rəyinin nəticə hissəsindən görünür ki, bu rəy müvafiq qaydada və normativ sənədlər əsasında tədqiqat aparılmaqla deyil, ekspertin subyektiv mülahizələri, digər aylar üzrə nəticələrlə müqayisəli təhlil əsasında verilmişdir. Halbuki bu mülahizə və müqayisələrin aparılması üçün ekspertiza təyin olunmasına zərurət yox idi.

70. İşin digər materialları ilə də sayğacın qüsurla işləməsi, nasaz və ya yararsız vəziyyətdə olması öz təsdiqini tapmır. Bundan başqa, eyni sayğacın MMC tərəfindən mübahisədən sonrakı dövrdə, hətta hazırda da istifadə etdiyi məlum olur.

71. Qeyd olunanlar ona dəlalət edir ki, sayğacın qü surlu və ya yararsız olması barədə dəlillər əsassızdır. Məhkəmə də bu barədə düzgün nəticəyə gəlmişdir.

72. Məhkəmənin hansı əsasla iddiaçının 2016-cı ilin fevral ayı üzrə 153298 kubmetr təbii qaz istehlak etməsini əsaslandıra bilməməsi dəlili (bax yuxarıda § 42) ilə də məhkəmə kollegiyası razılaşmır. Yuxarıda qeyd olunanlar məhkəmənin toplanmış materiallar əsasında iş üzrə düzgün nəticəyə gəldiyini, maddi və prosessual hüquq pozuntularına yol verilmədiyini təsdiq edir.

73. Belə ki, hazırkı iş üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşdüyü halda, MMC 2016cı ilin fevral ayı üzrə onun tərəfindən 153298 kubmetr təbii qaz istehlak edilmədiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmənin sayğacın elektron göstəricisinə əsaslanaraq qeyd olunan istehlakın mövcu d olması barədə gəldiyi nəticənin düzgün olmadığını söyləmək üçün əsas yoxdur.

74. Məhkəmə kollegiyasının yuxarıda § 67-də ifadə olunmuş mövqeyi asfalt örtüyünün qış aylarında az istifadə olunmasına dair dəlilə (bax yuxarıda § 43) də aiddir.

75. Məhkəmə kollegiyası eyni təbii qazın sərfiyyatını ölçən mexaniki və elektron sayğaclar əsasında iddiaçıdan iki dəfə təbii qazın dəyərinin ödənilməsinin tələb edilməsinə dair dəlili (bax yuxarıda § 44) ilə bağlı bildirir ki, bu məsələ işin faktiki halları ilə bağlıdır və iddia predmetini, habelə apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası həmin məsələyə ayrıca münasibət bildirməyə lüzum görmür.

76. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2(103)-BAM2/2020 saylı qətnaməsi qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar