Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-48/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı LPO "XXX” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "XXX” Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə QƏRAR 2-2(102)-48/2024 Açar sözlər: zaminliklə bağlı öhdəliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, Vəliyeva Elşanə Rafiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı LPO "XXX” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "XXX” MTK-ya qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 müstəqil tələb irəli sürməyən şəxs lər olmaqla) “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-843/2023 nömrəli qətnaməsindən iddiaçı "XXX” ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. "XXX” ASC ("XXX” ASC) (Bank) ilə cavabdeh "XXX” MTK (kooperativ) arasında bağlanmış 2015-ci il 6 fevral tarixli (əməkdaşlıq və ya birgə fəaliyyət haqqında) müqaviləyə əsasən ünvan 2 və ünvan 1 ünvanlarında tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faiz dərəcəsi ilə 5-7 il müddətinədək (istisna hallarda - 10 ilədək) kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəliklər i təşkil edir.
2. Cavabdeh MTK 2015-ci il 31 mart tarixli, 33 nömrəli məktubla "XXX” ASC-yə (İddiaçı ASC) müraciət edərək, Cavabdeh MTK ilə "xxxx" ASC (İddiaçı ASC) arasında bağlanılmış 2015-ci il 6 fevral tarixli (əməkdaşlıq və ya birgə fəaliyyət) müqaviləsinə əsasən Xxx ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində İ blok İX mərtəbədə yerləşən 40 saylı, ümumi sahəsi 83,04 kv.m olan mənzilin alqı-satqısı ilə əlaqədar XXX1 qızına 10 il müddətinə 12% dərəcəsi ilə 76.396 manat qarşılığında 73.457 ABŞ dolları məbləğində kredit vəsaitinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
3. Həmin müqavilənin - 4.1-ci bəndinə görə bu müqavilə üzrə tərəflərin üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün tərəflər mülki hüquqi məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə görə kooperativ üzərinə düşən öhdəlikləri icra etmədikdə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1%-i məbləğində (gecikdirilmiş vəsaitin 10% məbləğindən çox olmamaqla) Banka dəbbə pulu ödəməlidir. - 5.1-ci bəndinə görə satılmış mənzilin dəyərinin bank tərəfindən kreditləşdirilməsi halında, kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır; 5.6-cı bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə veirlmiş kredit üzrə ödənişlər 90 günsən artıq gecikdirildikdə. Bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, kooperativ bütün borcu və hesbalanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürürş Bu halda həmin məbləğin tə ləb eidlməsi hüququu kooperativə keçir və bunun üçün lazım olan bütün sənədləri bank təqdim etməlidir. - 7.2-ci bəndinə görə tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. - 9.1-ci bəndinə görə bu müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra edilənədək qüvvədədir; 9.2-ci bəndinə görə bu müqavilə ilə yaranmış münasibətlər bu müqavilə çərçivəsində yaranmış kredit öhdəlikləri tam həcmdə yerinə yetirildikdə xitam olunur.
4. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 5. "XXX” ASC tərəfindən "XXX” MTK-ya pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq ya ranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-355/2019 nömrəli 2019-cu il 23 yanvar tarixli qərarına əsasən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun XXX1 qızına qarşı kredit borcunun tutulması tələbinə dair ilkin, XXX1 qızının LPO İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia üzrə cavabdeh XXX1 qızının Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 7 sentyabr tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə olan 2018-ci il 7 sentyabr tarixli 2(103)-8108/18 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunç u rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, "XXX” ASC ilə XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 qızından 70.824,93 ABŞ dolları əsas borcu, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun "XXX” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ekspertiza xərci 50 manat məbləğində pulun XXX1 qızından tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 7 sentyabr tarixli qətnaməsi ilə Bakı şə həri Sabunçu rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli 2(008)233/2018 nömrəli qətnaməsi ilkin iddia üzrə cavabdeh XXX1 qızına münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "XXX” ASC ilə XXX1 qızı arasında 2015-ci il 31 mart tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, illik 12% ödəmək şərti ilə 73.457 ABŞ dolları istehlak krediti verilməsi üçün kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank həmin məbləğdə pulu cavabdehə verməyi, cavabdeh üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı götürmüşdür. Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan kreditin ödənilməsini təmin etməmiş, bu müqavilə üzrə öhdəliyi laz ımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "XXX” ASC (bundan sonra – “İddiaçı)” cavabdeh "XXX” MTK-ya (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə 2018-ci il 14 avqust tarixli 2(008)-4282/2018 nömrəli qətnamə ilə müəyyən edilən 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; iddiaçı ilə XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 2018-ci il 15 mart tarixli 2(008)-233/2018 nömrəli qətnamə ilə müəyyən edilən 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə borcu, cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 2021ci il 29 iyun tarixli, 2(008)-489/2021 nömrəli qətnamə ilə müəyyən edilən 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcu, cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; ümumilikdə 276.700,31 ABŞ dolları məbləğində borc və 90 manat dövlət rüsumunun, həmçinin hazırki iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 361 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ünvan 2 və ünvan 1 ünvanlarında Kooperativ tərəfindən tikintisi aparılan çox mərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə 2015-ci il 6 fevral tarixində müqavilə imzalanmışdır. Bundan sonra müştərilərə kreditlər verilmişdir. Aşağıdakı borc alanlar kredit üzrə borcların ödənilmədiyindən barələrində borcun tutulması qətnamələri qəbul edilmişdir. Belə ki: 1) iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs3 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 87.136 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs3 t ərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən İddiaçı cavabdeh Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunnçu rayon Məhkəməsinin 2018-ci il 14 avqust tarixli 2(008)-4282/2018 nömrəli qətnamə ilə iddia qismən təmin olunaraq cavabdeh Maraqlı şəxs3 iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 2) iddiaçı ilə XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli 1887/15 saylı kredit müqaviləsinə əsasən XXX1 qızına 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 73.457 ABŞ dolları məbləğində kredit verilmiş dir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri XXX1 qızı tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdeh XXX1 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin 2018ci il 15 mart tarixli 2(008)-233/2018 nömrəli qətnamə ilə iddia qismən təmin olunaraq cavabdeh XXX1 qızından iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 3) iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli 1890/15 saylı kredit müqaviləsinə əsasən Maraqlı şəxs2 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 91.211 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs2 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdeh Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin 2021-ci il 29 iyun tarixli 2(008)-489/2021 nömrəli qətnamə ilə iddia qismən təmin olunaraq cavabdeh Maraqlı şəxs2 iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rü sumunun tutulması qət edilmişdir. İddiaçı tərəfindən cavabdeh qeyd edilən borcların ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2022-ci il 2 dekabr tarixli xəbərdərlıq göndərilməsinə baxmayaraq, cavabdeh qeyd edilən kredit müqavilələri üzrə borcun qaytarılmasını təmin etməmişdir. 2015-ci il 6 fevral tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən, satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, Kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil dövlət qeydiyyatından keçdikdən (çıxarış alındıqda) və ipoteka qismində bankın xeyrinə yüklü edildikdən sonra kooperativ bu öhdəlikdən azad olunur. Müqavilənin 5.6-cı maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzr ə ödənişlər 90 gündən artıq gecikdirildikdə, bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Kooperativ bütün borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-571/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiaçı ilə Maraqlı şəx s3 arasında bağlanmış 2018-cü il 14 avqust tarixli müqavilə və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).
11. Həmin qərardadan görünür ki, iddiaçı Maraqlı şəxs2 və cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63.802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18.366,96 ABŞ dolları faiz, 25.749,07 ABŞ doları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenumunun qərarına əsasən hesablanmış 9.878,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 117.79,14 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehərdən tutulması, Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Maraqlı şəxs2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-489/2021 nömrəli 2021-ci il 29 iyun tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli 1890/15 saylı kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun, cəmi 92.909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspertiza xərc i 145 manat məbləğində pulun Maraqlı şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 2021ci il 25 oktyabr tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı işi üzrə 2021-ci il 29 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1711/2022 nömrəli 2022-ci il 19 aprel tarixli qərarına əsasən iddiaçının cavabdeh Maraqlı şəxs2 və hazırki iş üzrə cavabdehə (Cavabdeh MTK) qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizləri n ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 2021-ci il 25 oktyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 2021-ci il 25 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bununla yanaşı iş materiallarına əsasən, iddiaçı cavabdeh Maraqlı şəxs3 və hazırki iş üzrə cavabdehə ("xxxx" MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları əsas və 21.990,21 ABŞ dolları faiz olmaqla, cəmi 105.165,53 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçü n ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Maraqlı şəxs3 məxsus Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 14 avqust tarixli 2(008)-4282/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Qasımov) iddia qismən təmin edilmiş, Maraqlı şəxs3 iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları məbləğində əsas kredit borcu, 21.990,21 ABŞ dolları kreditə görə faiz borcu, cəmi 105.165,53 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borcun, 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MKnın 2019-cu il 26 avqust tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4282/2018 saylı iş üzrə 2018-ci il 14 avqust tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8243/2019 saylı 2019-cu il 26 dekabr tarixli qərarına əsasən İddiaçının cavabdeh Maraqlı şəxs3 və hazırki iş üzrə cavabdehə (Cavabdeh MTK) qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 2019-cu il 26 avqust tarixli qətnaməsindən iddiaçı tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 2019-cu il 26 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Göründüyü kimi iddiaçı əvvəllər cavabdehə və Maraqlı şəxs2 qarşı iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə üzrə borcun tutulması, cavabdehə və Maraqlı şəxs3 qarşı iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddialar qaldırmış və qanuni qüvvədə olan yuxarıda göstərilən məhkəmə aktları ilə cavabdehə qarşı olan hissədə həmin iddialar rədd edilmişdir.
15. Beləliklə, məhkəmə qeyd etmişdir ki, eyni tərəflər (hazırki iş üzrə İddiaçı ASC və hazırki iş üzrə Cavabdeh MTK), eyni pr edmet (hazırki iş üzrə İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqavilələri borcun tutulması) və eyni əsaslar (Cavabdeh MTK-nın əməkdaşlıq müqaviləsinə əsasən kredit müqavilələri üzrə öhdəliklərə zamin durması, əsas borcluların isə həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
16. Yuxarıda göstərilən işlər üzrə məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 6 fevral tarixli əməkdaşlıq barədə müqavilənin məhkəməyə təqdim edilməməsi səbəbindən cavabdehə qarşı hissədə iddiların rədd edilməsi (Maraqlı şəxs2 qarşı olan işdə həmin müqavilə apellyasiya instansiya məhkəməsində işə baxı larkən təqdim edilmiş, lakin sübut qismində qəbul edilməmişdir), hazırda isə həmin müqavilənin məhkəməyə təqdim edilməsi, göstərilən halın iddianın qaldırılması üçün yeni əsas qismində çıxış etməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddianın əsası dedikdə iddia tələbinin irəli gəldiyi və iddiaçının həmin tələbi əsaslandırdığı faktiki halların məcmusu başa düşülür. Sübutlar özü-özlüyündə iddia tələbinin əsasını təşkil etmir, onlar yalnız iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları təsdiq edən vasitədir. Odur ki, yeni sübutların təqdim edilməsi iddia tələbinin əsasının dəyişdirilməsi demək deyildir. Hazırkı halda hər iki işdə iddiaçı cavabdehə qarşı olan hissədə iddia tələblərinin əsası kimi tərəflər arasında bağlanmış 2015-ci il 6 fe vral tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən cavabdehin mübahisəli kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti üzərinə götürməsinə istinad etmişdir. Odur ki, iddiaçının cavabdehə qarşı iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015ci il 31 mart tarixli kredit müqavilələri üzrə borcun tutulması üzrə borcun tutulması barədə hissədə hazırkı iddia yeni əsasla qaldırılmamışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi isə eyni tərəflər arasında və eyni predmet barəsində iddia qal dırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yenidən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir.
17. Odur ki, iddiaçının cavabdehə qarşı iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2018-cü il 14 avqust tarixli müqavilə və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.
18. Məhkəmə qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 233.3 261.0.2, 262.1-ci maddələrinə istinad etməklə əsaslandırmışd ır.
19. İddiaçı 2023-cü il 7 aprel tarixində Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-571/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadı ləğv edərək işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli e-2-2(113)-571/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilən şikayət təmin edilməmişdir (hakim – L.Əliyeva).
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
22. İddiaçı 2023-cü il 26 may tarixində şikayət verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli 2-2(102)-383/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim – İ.Dadaşov, hakimlər – Ə.Əhmədov və B.Məmmədli).
24. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli 2-2(113)-571/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – L.Əliyeva).
25. Bu məhkəmə göst ərmişdir ki, işin mübahisə edilməyən (qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş) hallarına əsasən, iddiaçı ilə XXX1 XXX1 qızı arasında 2015-ci il 31 mart tarixində 120 ay müddətinə, illik 12% ödəmək şərti ilə 73.457 ABŞ dolları istehlak krediti verilməsi üçün kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank göstərilən məbləğdə pulu borc alan XXX1ya verməyi, XXX1 isə müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edərək kredit məbləğini borc alana versə də, borc alan XXX1 həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qanuni qüvvədə olan 2018-ci il 15 mart tarixli qətnaməsi ilə idd iaçı ilə XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 qızından 70.824,93 ABŞ dolları əsas borcu, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dolları (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla) məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
26. Hazırda iddiaçı cavabdeh ilə aralarında ünvan 2 və ünvan 1 ünvanlarında kooperativ tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə 2015-ci il 6 fevral tarixli müqavilənin bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin sözügedən komp leksdə mənzillərin alınması üçün veriləcək kreditlər üzrə borc alanların öhdəliklərinə görə məsuliyyəti üzərinə götürdüyünü, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX1 XXX1 qızına 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə kreditin məhz həmin müqavilə əsasında kompleksdə mənzil alınması məqsədilə MTK-nın müraciəti əsasında verildiyini əsas göstərərək iddiaçı ilə XXX1 XXX1 qızı arasında bağlanmış kredit müqaviləsi üzrə 70.824,93 ABŞ dolları əsas borcun, 7.148,67 ABŞ dolları faiz borcunun və 651 ABŞ dolları cərimənin cavabdehdən tutulmasını tələb etmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə XXX1 XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 XXX1 qızının öhdəliklərinin icra edilməsinə görə cavabde hin məsuliyyət daşımalı olub-olmaması işin mübahisəli halını təşkil etmişdir.
28. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Hazırkı iddia tələbinin əsaslandığı iddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 6 fevral tarixli müqavilənin məzmununa görə, həmin müqaviləyə əsasən cavabdeh müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə bütün borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürmüşdür.
30. Göründüyü kimi tərəflər arasında bağlanmış sözügedən müqavilə iddiaçı tərəfindən əməkdaşlıq və ya birgə fəaliyyət haq qında müqavilə adlandırılsa da, həmin müqavilənin məzmunu gələcəkdə yaranacaq öhdəliyin icrasının təmin etmək məqsədilə bağlanan zaminlik müqaviləsinin məzmununa uyğun gəlir, eyni zamanda sözügedən müqavilə zaminlik müqaviləsi üçün müəyyən edilmiş forma tələblərinə riayət edilməklə yazılı formada bağlanmışdır.
31. Bundan əlavə sözügedən müqavilə bağlanarkən zaminliklə təmin olunacaq öhdəliklərin - müştərilərə veriləcək kreditlərin şərtləri müəyyən edilməsə də, XXX1ya (xxx1ya) mübahisəli kreditin verilməsi cavabdehin banka müraciəti (veriləcək kreditin şərtləri göstərilməklə) əsasında həyata keçirilmiş, yəni cavabdeh (MTK) zamin durduğu kredit öhdəliyinin şərtləri barədə məlumatlı olmuşdur.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, 2015-ci il 6 fevral tarixli müqav iləyə əsasən cavabdeh inşa etdiyi komplekslərdə mənzil satacağı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılacaq kreditlər üzrə müştərilərin öhdəliklərinə, o cümlədən XXX1nın (xxx1) mübahisəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinə zamin durmuşdur.
33. Digər tərəfdən məhkəmə XXX1nın (xxx1) 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə bank qarşısında yaranmış və cavabdeh tərəfindən zaminliklə təmin edilmiş pul öhdəliyinin həcminə münasibətdə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmənin baxış iclasında verdiyi izahatda iş üzrə məhkəmə qətnaməsi çıxarıldığı tarixdən etibarən XXX1 (xxx1) tərəfindən 2.500 ABŞ dolları məbləğində ödəniş edildiyini bildirmiş, eyni zamanda həmin halı təsdiq etmək üçün hesabdan çıxarışlar və maliyyə arayışını məhkəməyə təqdim et mişdir. Eynilə cavabdehin nümayəndəsi baxış iclasında XXX1 (xxx1) tərəfindən ödəniş edilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən sübutların təqdim edilməsi əsasları baxış mərhələsində əmələ gəlməmiş, eləcə də hər iki tərəf təqdim etdiyi sözügedən sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Odur ki, məhkəmə həmin sənədlərin sübut qismində qəbul edilməsini mümkün saymamışdır.
34. Bununla belə iddiaçının nümayəndəsinin izahatında iddiaçı ilə XXX1 arasında bağlanmış mübahisəli kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə qəbul edildikdən sonra borc alan XXX1 (xxx1) tərəfindən həmin müqavilə üzrə 2.500 AB Ş dolları məbləğində pulun ödənilməsi faktını təsdiq etmişdir. Məhkəmə göstərilən izahatı faktın etirafı kimi qəbul etmişdir.
35. Odur ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli qanuni qüvvədə olan qətnaməsi ilə 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 XXX1 qızından tutulması qət edilmiş məbləğdən (70.824,93 ABŞ dolları əsas borcu, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə) XXX1 (xxx1) tərəfindən 2.500 ABŞ dolları məbləğində vəsait ödənildiyini, eləcə də həmin ödənişin AR Mülki Məcəllənin 432-ci maddəsində müəyyən edilmiş ardıcıllıqla faiz borcundan silinməli olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda XXX1nın (xxx1) mübahisəli kredit müqaviləsi üzrə əsas borcu 70.824,93 ABŞ dolları, faiz borcu 4.648,67 (7.148,67-2.500) manat, dəbbə pulu borcu 651 ABŞ dolları olmaqla cəmi borcu 76.124,6 ABŞ dolları təşkil etmişdir.
36. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, zaminlikdən irəli gələn öhdəlik hüquq münasibəti öz xarakterinə görə zaminin əmlak vəziyyətində qeyrimüəyyənlik yaradır. Belə ki, zaminliyin qüvvədə olduğu müddət ərzində əsas borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi, kreditorun isə öz təminat hüququnu həyata keçirməsi, nəticədə zaminin məsuliyyətə cəlb edilməsi ehtimalı mövcud olur. Əmlak xarakterli məsuliyyətin yaranmasının uzun müddətli riski isə öz növbəsində zaminin əmlak münasibətlərində azadlığını məhdudlaşdırır. Bu baxımdan mülki hüquq qaydası tərəflər arasında münasibətlərdə uzun müddətli qeyri-müəyyənliyin qarşısının alınmasını tə ləb edir ki, həmin tələbə mülki hüquqda müddətlər institutu vasitəsi ilə nail olunur. Zaminliyə xitam verilməsi müddətləri Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmişdir.
37. Həmin maddəyə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
38. Göründüyü kimi qanunverici müddətin keçməsi ilə bağlı zaminliyə xitam verilməsinin üç halını müəyyən etmişdir.
1. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.
2. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.
3. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.
39. Hazırkı halda mübahisəli müqavilədə həmin müqavilənin tərəflərin öhdəlikləri tam icra edilənədək qüvvədə olması (müqavilənin 9.1-ci bəndi), eləcə də müqavilə ilə yaranmış münasibətlərin bu müqavilə çərçivəsində yaranmış kredit öhdəlikləri tam hə cmdə yerinə yetirildikdə xitam verilməsi (müqavilənin 9.2-ci bəndi) barədə şərtlər yer almışdır. Hər iki bənddə göstərilən zaman aralıqlarının qeyri-müəyyən olmaqla müddətlər üçün mülki qanunvericilikdə müəyyən edilmiş tələblərə (təqvim tarix göstərilməklə, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə və ya hökmən baş verməli olan hadisənin göstərilməsi ilə) uyğun olmadığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli müqavilədə zaminliyin qüvvədə olma müddəti müəyyən edilməmişdir.
40. Zaminliklə təmin olunmuş əsas öhdəliyin icrası vaxtına gəldikdə iş materiallarına əsasən, 2015-ci il 31.05.tarixli kredit müqaviləsində kredit borcunun qaytarılması müddəti 120 ay (on il) olaraq göstərilmişdir.
41. Digər tərəfdən yuxarıda göstərildiyi kimi 20 15-ci il 31 may tarixli kredit müqaviləsi üzrə öhdəlik əsas borclu XXX1 (xxx1) tərəfindən müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra edilmədiyindən bank tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun əsas borcludan dərhal tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 2019-cu il 23 yanvar tarixində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddia təmin edilərək kredit müqaviləsi üzrə qalıq borcun əsas borcludan tutulması qət edilmişdir. Göründüyü kimi kreditor tərəfindən kredit müqaviləsi üzrə əsas borcluya qarşı qalıq borcun dərhal ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilərkən, həmin tələb üzrə qətnamə çıxarılarkən və qüvvəyə minərkən kredit müqaviləsində nəzərdə tutulmuş kreditin verilməsi müddəti başa çatmamışdır. Odur ki, XXX1 ilə bağlanmış kredit müqaviləsində kreditin qaytarılması öhdəliyinin icra edilməsi müddəti ilkin olaraq 2025-ci il 31 may tarixədək müəyyən edilsə də, sonradan yuxarıda göstərilən məhkəmə qətnaməsinə əsasən həmin müqavilə vaxtından əvvəl ləğv edilmiş, kredit müqaviləsi üzrə bütün qalıq borcun (əsas, faiz və dəbbə pulu) əsas borclu tərəfindən vaxtından əvvəl icra edilməli olması qət edilmiş, yəni hazırda sözügedən kredit müqaviləsi, o cümlədən müqavilənin kreditin qaytarılması öhdəliyinin icra edilməsi müddətini müəyyən edən şərti qüvvədə deyildir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, hazırkı halda əsas öhdəliyin icrası vaxtı əsas borclu tərəfindən həmin öhdəliyin vaxtından əvvəl icra edilməsi barədə məhkəmə qətnaməsinin qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
42. Əks yanaşma Mülki Məcəllənin 477.0.4-cü maddəs inin məqsədinə (yəni tərəflər arasında mülki hüquq münasibətlərdə uzunmüddətli qeyri-müəyyənliyin qarşısının alınmasına nail olmaq) uyğun hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi əsas öhdəlik əsas borclu tərəfindən həmin öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdə icra edilmədikdə, yəni kreditor hüquqlarının pozulmasını bildikdə və ya bilməli olduqda kreditorun zaminə qarşı iddia irəli sürülməsi imkanını reallaşdırması üçün ağlabatan müddət (bir il) müəyyən edir. Hazırkı halda cavabdeh ən geci kredit müqaviləsinin ləğv edildiyi və həmin müqavilə üzrə əsas borcluya qarşı tələbin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 2019-cu il 23 yanvar tarixindən əsas borclu tərəfindən onun hüquqlarının pozulmasını bildi yi halda zaminə qarşı hazırkı iddianı həmin vaxtdan dörd ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır.
43. Beləliklə, iddiaçı əsas öhdəliyin icrası vaxtının çatdığı, yəni əsas öhdəliyin əsas borclu tərəfindən dərhal icra edilməsinə dair bankın iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən cavabdehin zaminliyinə xitam verilmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə XXX1 XXX1 qızı arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 XXX1 qızının öhdəlikləri üzrə cavabdehin zaminliyinə müddətin keçməsi ilə bağlı xitam verildiyindən iddiaçı sözügedən kredit müqaviləsi üzrə borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyild ir.
45. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 432, 470.1, 470.2, 471, 477.0.4-ci; MPM-in 78.1, 106.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
46. İddiaçı 2023-cü il 27 aprel tarixində apellyasiya şikayəti verməklə, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli 2-2(113)-571/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
47. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-843/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-571/2023 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
48. İşin mübahisəsiz hallarına əsasən, cavabdehlə iddiaçı arasında 2015-ci il 6 fevral tarixli müqavilə əsasında cavabdeh tikdiyi binadan mənzillərin alqı-satqısı zamanı bank tərəfindən müştərilərə verilən kreditlər üzrə öhdəliklərin müştərilər tərəfindən icra edilməsinə zəmanət vermişdir.
49. İşdəki Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli qətnaməsinə əsasən, cavabdeh tikdiyi binadan iddiaçıdan götürdüyü kredit hesabına mənzil əldə etmiş şəxslərdən biri-XXX1 qızı kredit borcunun ödənilməsi üzrə öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı ona qarşı iddia qaldırararaq borcun vaxtından əvvəl qaytarılmasını xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə XXX1 qızı ilə bank arasın da bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə XXX1 qızından 70.824,93 ABŞ dolları əsas borc, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin qətnamə 2019-cu il 23 yanvar tarixində qanuni qüvvəyə minmişdir.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, MM-nin 477.0.4-cü maddəsində zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı ha lda əsas öhdəliyin vaxtından əvvəl icrası ilə bağlı bank tərəfindən iddia qaldrıldığı nəzərə alınarsa, borclunun əsas öhdəliyi icra etməli olduğu tarix ən geci (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarına əsasən bankın iradə ifadəsinin qarşı tərəfə bildirildiyi vaxt əsas götürülməlidir) qətnamənin qanuni qüvvəyə mindiyi tarix 2019-cu il 23 yanvar tarixindən hesab edilir. İddiaçının zaminə qarşı 2020-ci il 23 yanvar tarixədək iddia qaldırmaq hüququ olduğu halda həmin müddət ərzində bu hüquqdan istifadə etməmiş və zaminin öhdəliyi xitam olunmuşdur.
51. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi müqavilənin ləğv edilməsinədək yaranmış öhdəlikləri tələb etmək hüququnu istisna etmir. Apellyasiya şikayətinin dəlil ləri ilə məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğv etmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır... MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü ma ddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğv etmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. MM-in 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.” Hazırkı halda bank XXX1 qızına 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə 120 ay müddətinə verdiyi kreditin vaxtından əvvəl qaytarılmasını tələb etməklə müqaviləni 2019cu ildə birtərəfli qaydada ləğv etdiyindən, kreditor tərəfindən əsas öhdəliyin vaxtından əvvəl icrası tələb edildiyi üçün MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət də məhz borclu üçün əsas öhdəliyi vaxtından əvvəl icra etmək vəzifəsi yaradan məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.
52. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 470.1, 470.2, 471, 477.0.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
53. İddiaçı 2023-cü il 1 dekabr tarixində kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)843/2023 nömrəli qətnaməsini ləğv edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarının tələbi pozulmuşdur - bank borcalana qarşı 2018-ci il tarixində iddia qaldırmıdşır və Bankın iddiası təmin edilmişdir. Lakin, Bank ilkin iddia ilə müraciət edən zaman cavabdeh ilə bağlanmış əməkdaşlıq müqaviləsi aşkar olunmadığına görə zamin kimi ona qarşı tələb irəli sürməmişdir. Daha sonra cavabdeh ilə bağlanmış əməkdaşlıq müqaviləsi aşkar edildiyindən 2023-cü il tarixində zamin cavabdehə qarşı iddia qaldırılmışdı. Cavabdehin zamin olması ilə bağlı heç bir mübahi sə yoxdur, çünki bununla bağlı artıq məhkəmə təcrübəsi mövcuddur. Birinci instansiya zaminliklə bağlı kəsici müddət tətbiq etdi və (ilk iddia veriləndə kredit müqaviləsi ləğv edilmiş sayılır, zamindən 1 il ərzində tələb edilə bilərdi) apellyasiya instansiyası həmin qətnaməni qüvvədə saxlamışdır. Apellyasiya instansiyası Konsistusiya məhkəməsinin 2023-cü il 29 mart tarixli qərarına istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Konstitusiya Məhkəməsinin 2009-cu il 9 iyul tarixli (məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur) və 2023-cü il 29 mart tarixli (İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-nin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər) tarixli qərarları arasında ziddiyət var. Həmçinin məhkəmə təcrübəsi göstərir ki, hazırda məhkəmələr Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart qərarını üstün tutub məhkəməyə müraciət edildiyi təqdirdə müqaviləni ləğv edilmiş hesab edirlər. Konstitusiya Məhkəməsinin qərarı arasında mübahisə olduğundan hazırki münasibətləri hansı qərarın tətbiq olunması araşdırılmalıdır.
55. MM 399 və 449-cu maddələrinin tələbləri pozulmuşdur.
56. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur – iddiaçının qeyd etdiyi dəlillərə əsasən mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-nin 220.4-c ü maddəsinin tələbinə uygun olması lazımdır. İşdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
57. Digər məsələlərdə qeyd edilmişdir ki, məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur, kredit müqaviləsinə xitam edilməsi üçün bankın bununla bağlı iddiada tələb irəli sürməsi və məhkəmə qərarında bu tələbin təmin edilməsinə dair birbaşa göstərişin olması zəruridir. Bir söznən əgər məhkəmə aktında müqavilənin ləğv olunması barədə ayrıca göstəriş yoxdursa, məhkəmə qətnaməsinin qəbulundan sonra da tərəflər arasında müqavilənin bütün şərtləri qüvvədə olur və onlar biri-birindən həmin müqavilədə müəyyən edilmiş şərt lərin (müqavilə faizlərinin) icrasını tələb etmək hüququnu saxlayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsi nin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilə. “Maddə
471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. “Maddə
477. Zaminliyə xitam verilməsi.... 477.0.4. zaminlik müqav iləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
62. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzi fəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, bank borcalana qarşı 2018-ci il tarixində iddia qaldırmış, iddiası təmin edilmiş, lakin o zaman cavabdeh ilə bağlanmış əməkdaşlıq müqaviləsi aşkar olunmadığına görə zamin kimi ona qarşı tələb irəli sürməmişdir. Daha sonra cavabdehlə bağlanmış əməkdaşlıq müqaviləsi aşkar edildiyindən 2023-cü il tarixində zamin cavabdehə qarşı iddia qaldırılm ışdı. Cavabdehin zamin olması ilə bağlı heç bir mübahisə yoxdur, çünki bununla bağlı artıq məhkəmə təcrübəsi mövcuddur.
65. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyildir.
66. Belə ki, MM-nin 477.0.4-cü maddəsində zaminlik müqaviləsində onun verilmə müddəti müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı halda əsas öhdəliiyin vaxtından əvvəl icrası ilə bağlı bank tərəfindən iddia qaldrıldığı nəzərə alınarsa, borclunun əsas öhdəliyi icra etməli olduğu tarix ən geci (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 2023-cü il 29 mart tarixli qərarına əsasən bankın iradə ifadəsinin qarşı tərəfə bildirildiyi vaxt əsas götürülməlidir) qətnamənin qanuni qüvvəyə mindiyi tarix - 2019-cu il 23 yanvar tarixi hesab edilir. İddiaçının zaminə qarşı 2020-ci il 23 yanvar tarixədək iddia qaldırmaq hüququ olduğu halda həmin müddət ərzində bu hüquqdan istifadə etməmiş və zaminin öhdəliyi xitam olunmuşdur.
67. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmə də olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. MM-in 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Hazırkı halda bank XXX1ya 2015-ci il 31 mart tarixli 1887/15 nömrəli kredit müqaviləsi üzrə 120 ay müddətinə verdiyi kreditin vaxtından əvvəl qaytarılmasını tələb etməklə müqaviləni 2019-cu ildə birtərəfli qaydada ləğv etdiyindən, kreditor tərəfindən əsas öhdəliyin vaxtından əvvəl icrası tələb edildiyi üçün MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin də məhz borclu üçün əsas öhdəliyi vaxtından əvvəl icra etmək vəzifəsi yaradan məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
68. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin məhkəmə qərarının çıxarılmasının münasibət lərin xitamına səbəb olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, bu müxtəlif hüquq münasibətlərindən irəli gələn məhkəmə mübahisələrində tərəfin tələblərinin həcmi ilə əlaqəlidir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, kredit müqavilələrindən irəli gələn mübahisələrin aşağıdakı əsas növləri bir-birindən fərqləndirilir: - kredit müqaviləsinin qüvvədə olma müddəti başa çatmadan müqavilənin predmetini təşkil edən predmetin (məbləğin) hamısının deyil, yalnız müəyyən dövrlə məhdudlaşan hissəsi ilə bağlı mübahisə; - kredit müqaviləsinin qüvvədə olma müddəti başa çatmadan onun predmetini təşkil edən bütün vəsaitin tələb olunduğu mübahisə;
69. Bu zaman kredit münasibətlərində müqavilənin predmetini təşkil edən vəsaitin bütövlükdə deyil yalnız müəyyən dövrlə məhdudlaşan hissəsi ilə bağlı mübahisənin həlli nəticəsindən fərqli olaraq, mübahisə müqavilənin qüvvədə olduğu müddətin başa çatmamasına baxmayaraq onun predmetini təşkil edən bütün vəsaitlə bağlı olduqda belə mübahisə üzrə yekun məhkəmə aktının çıxarılması tərəflər arasında olan həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi qiymətləndirilir. İddiaçının kassasiya şikayətində istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart və 2009-cu il 9 iyul tarixli qərarlarında da məhz belə hüquqi mövqe əks olunmuşdur. Hazırkı halda isə işdən göründüyü kimi iddiaçı kredit müqavilələri üzrə bütövlükdə mövcud borcların tutulması tələbi ilə məhkəmə qarşısında iddia qaldırmış və həmin iddia tələblərinə müvafiq olaraq məhkəmlələrdə baxılaraq yekun məhkəmə qərarları qanuni qüvvəsini almış, belə olan halda isə həmin məhkəmə aktları hazırkı işə baxılarkən preyudisial əhəmiyyətə malik olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin §54,57-də göstərilən dəlilləri əsaslı olmamışdır.
70. Kassasiya şikayətinin §55,56-da isə maddi və prosessual hüquq normalarına istinad olunsa da həmin hüquq normalarının apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı formada pozulması və ya düzgün tətbiq olunmamasına dair hər hansı hüquqi əsaslandırma aparılmamışdır.
71. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yekun mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas yoxdur.
72. Odur ki, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-843/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-843/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.