Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-48/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli 2-2(107)-104/2024 nömrəli qətnaməsindən Cavabdeh 1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 035L**********40 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmış və xx.xx.2022-ci il tarixli 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 21 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində kredit verilmişdir.
3. Müqavilənin: 2.7-ci bəndinə əsasən, kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəf ləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.9-cu bəndinə əsasən, kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən, zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əs asən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC (bundan sonra - “iddiaçı”) 2024-cü il 29 may tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə 25.036,22 manat məbləğində kredit borcu, 2.176,60 manat məbləğində faiz borcu və 1.128,80 manat cərimə borcu olmaqla ümumilikdə 28.341,62 manat məbləğində borcun və ödənilmiş 175,03 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olun masını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, kredit alan uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 963,78 manat ödəmiş, onun 25036,22 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 226 gün üçün hesablanmış faiz borcu 2176,60 manat, cərimə isə 1128,8 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytar a bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında bildirmişdir ki, krediti təsərrüfat üçün götürmüş, daha sonra işlə bağlı problemlər yaranmışdır. Əsas borcu qəbul edir, lakin hazırda borcu ödəməyə imkanı yoxdur. 9 ay müddətində vaxt verilərsə, borcu ödəyə bilər. Cavabdehlər X2 və Cavabdeh3 isə məhkəmədən köməklik göstərilməsini xahiş etmişlər.
7. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(117)-747/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə 25.036,22 manat kredit borcu, 2.176,60 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu və 175,03 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim - M.Hüseynov).
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 25.036,22 manat əsas, 2.176,60 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, qeyd olunan əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, kredit razılaşması üzrə 100 manat cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir.
10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 38 5.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnaməin ləğv olunması, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(107)-104/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və G.Cavadova).
13. Məhkəmə qeyd etmişd ir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehlərdən 035R********** nömrəli razılaşma üzrə 25036.22 manat əsas, 2176.60 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansısa bir etiraz məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən qeyd olunan əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir
14. Apellyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax §16).
15. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. MM-in 425.1 və 448.4-cü maddələri üzrə - kredit sırf əkinçilik üçün götürməsinə baxmayaraq, kredit müqaviləsində kreditin təsərrüfat məqsədləri ilə götürüldüyü qeyd edilmişdir. Banka verilən bütün sənədlərdə kreditin əkinçilik məqsədi ilə alındığı qeyd edilmişdir. Eyni zamanda, məhkəmədə verdiyi izahatda da verilən kreditin əkinçilik üçün götürüldüyü, daha sonra işlə bağlı problemlər yarandığına görə krediti vaxtında ödəyə bilmədiyi bildirilmişdir. Həm iddiaçıdan, həm də məhkə mədən kreditin ödənilməsi üçün, eyni zamanda yuxarıda qeyd edildiyi problemlərə görə, daha 9 ay vaxt ayrılmasını xahiş etmişdir. Həmçinin, kredit borcundan 4.907 manat ödənilsə də, nə məhkəməyə verilmiş iddia ərizəsində, nə də məhkəmə qərarında bu barədə heç nə göstərilməmişdir.
17. MPM-in 14.2 və 76.1-ci maddələri üzrə - məhkəmə qeyd olunan maddələrə uyğun qərar qəbul etməmiş və cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq yalnız həmin cavabdehə aid hissədə və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
425. Ö hdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta ye tirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.”
21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutl ara istinad etməyə haqlı deyildir.” “Maddə
231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin süb utların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
24. Kassasiya şikayətində istinad edilən MM-in 425.1 və 448.4-cü maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.
25. Belə ki, Cavabdeh1 tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi mübahisələndirilməmiş, apellyasiya məhkəməsi tərəfindən həmin müqavilə etibarlı müqavilə kimi qiymətləndirilmiş, MM-in 386.1-ci maddəsinə əsasən tərəflərin həmin müqavilədən irəli gəldiyi öhdəlikləri yaranmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş və Cavabdeh1 qarşı hazırkı iddianı irəli sürmüşdür.
26. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçı tərəfindən MM-in 425.1-ci maddəsinin tələbləri pozulmamışdır.
27. Eyni zamanda, hazırkı mübahisə üzrə MM-in 448.4-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir.
28. Belə ki, apellyasiya instansiyası tərəfindən həmin maddənin dispozisiya şərtlərinə aid hallar, yəni tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 öz öhdəliklərinin pozulmasının onun cavabdeh olmadığı haldan irəli gəldiyi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını təsdiq edən hallar müəyyən edilməmişdir.
29. Kredit borcundan 4.907 manatın ödənilməsinə baxmayaraq, məhkəmənin bu halı nəzərə almaması və cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməməsi ilə bağlı dəlillərə dair isə qeyd edilir ki, birinci instansiya məhkəməsində Cavabdeh1 həmin hala istinad etməmiş və sübutlar təqdim etməmişdir.
30. MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci inst ansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh1 tərəfindən belə əsaslandırma gətirilməmişdir. Eyni zamanda, onun tərəfindən ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir.
31. Bu baxımdan, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin həmin dəlillərini qəbuledilməz dəlillər kimi qiymətləndirmişdir.
32. Borcun ödənilməsinə möhlət verilməsi is ə işə mahiyyəti üzrə baxılması zamanı həll olunan məsələlərə deyil, MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icrası mərhələsinə aid oilduğu üçün həmin dəlillərə qiymət verilməsinə zərurət yoxdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. Qeyd olunanlara və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin 2024-cü il 24 s entyabr tarixli 2-2(107)-104/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.