Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-480/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Milli Depozit Mərkəzi və “Ucar Dəmir X2” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil orderi, dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-163/2022 saylı qətnaməsindən cavabdeh “Ucar X1” ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İd diaçı3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra – “Mərkəz”) və “Ucar Dəmir X2” ASC-yə (bundan sonra – “ASC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ucar Dəmir X2” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, e-2-2(113)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – SşNuriyeva).
3. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-163/2022 qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkə məsini qətnaməsi qismən – cavabdeh ASCyə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmaqla cavabdeh ASC tərəfindən onun səhmdarlarının reyestri, son 10 illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin iddiaçılara təqdim olunması qət edilmiş, həmin cavabdehə münasibətdə iddianın qalan hissəsi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. Qətnamədən həmçinin cavabdeh ASC də kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən k eçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
9. Göründüyü kimi MPM-lə kassasiya şikayətinə vəkilin orderinin əlavə olunması tələbi müəyyən olunmuşdur. Hazırki halda, iş materiallarında 2022-ci il 24 fevral tarixli order mövcud olsa da, həmin orderdə “tapşırığın yerinə yetirildiyi təşkilat” hissəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi” deyil, “Bakı Apellyasiya Məhkəməsi” ifadəsi öz əksini tapmışdır. Belə olan halda, həmin order cavabdeh tərəfindən vəkilə Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil olunma ilə bağlı verilmiş order k imi qəbul oluna bilməz. Bundan başqa, cavabdeh ASC tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə 15 manat deyil 5 manat dövlət rüsumu ödənilmişdir.
10. MPM-in tələblərinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (MPM-in 408.1.1 və 408.1.3-cü maddələri).
11. MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7c i maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
12. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
13. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü və ya geri qaytarılması məsələsinə baxıldıqdan sonra iş İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılmalıdır.
14. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-163/2022 saylı qətnaməsindən cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Göstərilən məsələyə hüquqi qiymət verildikdən sonra iş İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılsın.