Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-480/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Vorobyova Alyona Qriqoryevnanın Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliri və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli, 22(103)-321/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 018/043 nömrəli, 2018-ci il 3 yanvar tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən, Cavabdeh MMC – “sifarişçi” təmir xidmətlərinin göstərilməsini sifariş verib “icraçı”ya - İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. 2. 107 saylı, 2018-ci il 16 avqust tarixli hesab-fakturaya əsasən 10.145 manat, 149 saylı 2018-ci il 30 oktyabr tarixli hesab-fakturaya əsasən 12.305 manat, 181 saylı 2018-ci il 25 dekabr tarixli hesab-fakturaya əsasən 4.170 manat, 154 saylı 2018-ci il 12 noyabr tarixli hesab-fakturaya əsasən 10.610 manat, 139 saylı 2018-ci il 16 oktyabr tarixli hesabfakturaya əsasən 11.615 manat, 016 saylı 2019-cu il 25 fevral tarixli hesab-fakturaya əsasən 8.050 manat ümumilikdə 56.895 manat məbləğində cavabdehin borcu yaranmışdır. 3. 2018-ci il 17 avqust tarixli, EAAL seriyalı, 435522 nömrəli elektron qaiməyə əsasən 10.145 manat, 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı, 621996 saylı nömrəli elektron qaiməyə əsasən 12.305 manat, 2018-ci il 26 dekabr tarixli, EAAO seriyalı, 704140 nömrəli elektron qaiməyə əsasən 4.170 manat, 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı, 621996 nömrəli elektron qaiməyə əsasən 11.615 manat, 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı, 623395 nömrəli elektron qaiməyə əsasən 10.610 manat, 2019-cu il 25 fevral tarixli, EAAQ seriyalı, 850015 nömrəli elektron qaiməyə əsasən 8.050 manat, ümumilikdə 56.895 manat məbləğində cavabdehin borcu yaranm ışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 56.895 manat əsas borc, hüquqi xidmətə görə ödənilmiş 150 manat, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 57.445 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, icraçı olaraq fərdi sahibkar iddiaçı ilə sifarişçi cavabdeh arasında bağlanmış 018/043 saylı, 2018-ci il 3 yanvar tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi avtomobillərə təmir xidmətləri göstərilmişdir. İ craçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti tərəflər arasında tərtib edilmiş 2018-ci il 16 avqust, 2018-ci il 16 oktyabr, 2018-ci il 30 oktyabr, 2018-ci il 12 noyabr, 2018-ci il 16 dekabr və 2019-cu il 25 fevral tarixli aktlarla; 107 saylı 2018-ci il 16 avqust tarixli, 139 saylı 2018-ci il 16 oktyabr tarixli, 149 saylı 2018-ci il 30 oktyabr tarixli, 154 saylı 2018-ci il 12 noyabr tarixli, 181 saylı 2018-ci il 25 dekabr tarixli və 016 saylı 2019-cu il 25 fevral tarixli hesab fakturalarla, eyni zamanda, EAAL seriyalı 435522 saylı 2018-ci il 17 avqust tarixli, EAAO seriyalı 621996 saylı 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı 622889 saylı 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı 623395 saylı 2018-ci il 24 dekabr tarixli, EAAO seriyalı 704140 saylı 2018ci il 26 dekabr t arixli və EAAQ seriyalı 850015 saylı 2019-cu il 25 fevral tarixli elektron qaimələrlə təsdiq edilir. Görülmüş işlər aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmiş, işlərin dəyəri ümumilikdə 56.895 manat təşkil etmişdir.
6. İddia ərizəsinə etiraz daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 56.895 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (ha kim – F.Qasımov).
8. Məhkəmənin, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinadla müəyyən etmişdir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, VM ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən “cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 56.895 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları ilə deyil, həmçinin xidmətlərin təhvil– təslim aktı ilə də təsdiqini tapmışdır, buna görə də ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə öd ənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 752.1, 753.1, 769-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 2 may tarixli, 2-2(103)-321/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
13. M əhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə xidmətlər göstərmiş olmasaydı, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə belə hal mövcud olmamışdır.
14. Eyni zamanda, iddianın əsaslı olması yalnız elektron vergi hesab fakturaları deyil, həmçinin xidmətlərin təhvil – təslim aktı ilə də təsdiqini tapmışdır.
15. Gəldiyi nəticəni məhkəmə kollegiyası MM-in 11.1, 752.1, 753.1, 769-cu, VM-in 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, MPM-in 13.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamə 2023-cü il 23 may tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2023-cü il 12 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) K assasiya şikayətinin dəlilləri
17. MPM-in 88.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi işdə olan sübutlara, obyektiv və hərtərəfli baxmamış, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan məhkəmə aktı qəbul etmiş, məhkəmə baxışı zamanı iddia müddəti ilə bağlı kobud pozuntuya yol verilərək iş icraata qəbul edilmişdir. Məhkəmənin müddətin ötməsi ilə bağlı məsələyə aydınlıq gətirməməsi də prosessual qaydalara ziddir. Təqdim olunmuş qaimələrdə təmir olunan farsunkaların sayı və ayrılıqda xidmət haqları göstərilməmiş, yerinə yetirilən işlərin ümumi məbləği açıqlanmamışdır. Bir farsunkanın təmir xərcinin 120-150 manat civarında olması nəzərə alınsa belə qənaətə gəlinir ki 400 ədəd farsunka təmir olunub. Bu isə mümkün deyil. c) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunaraq bildirilmişdir ki, cavabdehə iş üzrə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmuş daha sonra mediasiya təklif göndərilmiş, mediator tərəfindən mediasiya sessiyasına dəvət edilmiş, nəhayət iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər paketi cavabdehə təqdim edilmişdir.
19. Kommersiya Məhkəməsinin iclasında cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, məhkəməyə və cavabdehə sənədlərin əsli göstərilmişdir. Cavabdehin nümayəndəsi görülən işlərə görə 56.895 manat əsas borcunu təsdiqləmişdir. İşlər müqavilə əsasında həyata keçirilmş və görülən işlərin aktlarına uyğun olaraq düzgün qəbul edilmişdir. Bu barədə kommersiya məhkəməsinin iclas protokolunda qeyd olunmuşdur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, si farişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
24. Azərbaycan Respublikası Vergi Məcəlləsin in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir....” “Maddə
176. Elektron vergi hesab-fakturaları 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur....”
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tə tbiqi, uçotu və istifadəsi Qaydaları”nda nəzərdə tutulmuşdur: “...
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....” 26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışını n prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli, 2-2(103)321/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi işdə olan sübutlara, obyektiv və hərtərəfli baxmamış, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan məhkəmə aktı qəbul etmiş, məhkəmə baxışı zamanı i ddia müddəti ilə bağlı kobud pozuntuya yol verilərək iş icraata qəbul edilmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiy a məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, işdən göründüyü kimi tərəflər arasında, iddiaçının göstərdiyi xidmət və ehtiyyat hissələrinə dair iddiaçı tərəfindən imzalanmış və cavabddehin nümayəndəsi tərəfindən 2020-ci il 12 fevral, 12 mart, 12 iyun, 12 iyul, 21 avqust və 17 yanvar tarixlrində imzalanaraq sifari şçinin möhürü ilə təsdiq edilmiş aktlarda da göstərilən xidmətlərin və ehtiyyat hissələrinin qiymətləri öz əksini tapmışdır.
33. MM-in tələblərinə əsasən əqdlər həm şifahi həm də yazılı formada bağlana bilər (MM-in 329.2-ci maddəsi). Həmçinin, MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Kassasiya şikayətinin iddia müddətinin ötürülmüş olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (MM-in 380.1).
35. Hazırkı halda da, cavabdehin ona göstərilən xidmətlərin və ehtiyyat hissələrinin qiymətlərinin əks olunduğu aktları imza və mö hürlə təsdiq etməsi onun borcunun etirafı baxımından iddia müddətinin kəsilməsinə səbəb olduğundan, iddiaçı tərəfindən də 2022ci il 22 iyun tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunaraq iddia müddəti də ötürülməmişdir. Bununla yanaşı, iddia müddətinin ötürülməsinə dair dəlillər cavabdehin apellyasiya şikayətində göstərilməmişdir. Cavabdehin həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etməsi də müəyyən olunmur. MM-in 375.2-ci maddəsinə əsasən isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə səbəb ola biləcək prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
37. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 ma y tarixli, 2-2(103)321/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli, 22(103)-321/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.