Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-482/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “hesabat aktının ləğv edilməsi, qaz sərfiyyatının yenidən hesablanması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İ. İŞİN HALLARİ:
1. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olun muş təbii qazın dəyərinin hesablanmasına dair Hesabat Aktından görünür ki, qaz cihazlarının bir saatlıq qaz sərfinə uyğun olaraq hesabat aparılmış, 2021-ci il 1 iyun tarixdən 2021-ci il 30 iyun tarixədək 1575 m3 + 432 m3 = 2007 m3 aylıq qaz sərfi hesablanmışdır.
2. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair Hesabat Aktından görünür ki, 2020-ci ilin may ayında hesablanmış qaz sərfinə uyğun olaraq, 2021-ci ilin may ayında 555 m3 qaz sərfi hesablanmışdır.
3. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair Hesabat Aktından görünür ki, 2020-ci ilin mart və aprel aylarında hesablanmış qaz sərfinə uyğun olaraq, 2021-ci il 1 mart tarixdən 2021-ci il 30 aprel tarixədək 4477 m3 qaz sərfi hesablanmışdır.
4. X3 ilə "xxxx" MMC-nin adından İddiaçı arasında bağlanmış 2020-ci il 18 yanvar tarixli İcarə müqaviləsindən görünür ki, Goranboy şəhəri, H.Əliyev prospekti, 1 A ünvanında yerləşən ümumi sahəsi 865,6 kv/m olan qeyri-yaşayış sahəsi sonuncuya icarəyə verilmişdir.
5. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 151 nömrəli arayışdan görünür ki, “Qala Hotel” Goranboy şəhəri, H.Əliyev prospekti 1 A ünvanında yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Goranboy rayon Məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh “Azəriqaz” İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Goranboy rayon Məhkəməsinə müraciət edərək, “KP-25/23537 saylı hesabat-aktın ləğv edilməsin i, səhv hesablanan 401 manat məbləğin silinməsini, 2021-ci ilin iyun ayı üçün “Qala Hotel”ə hesablanan 2007 m3 qaz sərfiyyatının ləğv edilməsini və 2020-ci ilin iyun ayında hesablanan 296 m3 qaz sərfiyyatına uyğun hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən icarəyə götürülmüş Goranboy şəhəri, H.Əliyev prospekti 1 A ünvanında yerləşən “Qala Hotel”in qaz sayğacının 2021-ci ilin mart ayından qeyri-işlək vəziyyətdə olması aşkarlanmış, bununla bağlı dəfələrlə aidiyyatı orqanlara müraciət edilmiş, lakin heç bir nəticəsi olmamış və sayğac dörd ay ərzində təmir olunmamışdır. Həmin dövr üçün qaz sərfiyyatı ötən illə müqayisədə hesablanmış, 2021-ci ilin mart, aprel və may aylarının qaz sərfiyyatı öt ən ilin göstəricisinə uyğun olsa da, 2021-ci ilin iyun ayı üçün hesablanmış qaz sərfiyyatı ötən illə müqayisədə 10 qat artıq olmuşdur. Belə ki, 2020ci ilin iyun ayında qaz sərfiyyatı 296 m3 olsa da, 2021-ci il üçün 2007 m3 qaz sərfiyyatı hesablanmışdır.
8. Goranboy rayon Məhkəməsinin 2021-ci il 28 sentyabr tarixli, 2(045)1286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, KP-25/23537 nömrəli hesabat aktı və onun əsasında təyin olunmuş 401 manat məbləğində borc ləğv edilmişdir (hakim – İ.Abdurəhmanlı).
9. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 fevral tarixli, 2(104)939/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 2021-ci il 28 sentyabr tarixli, 2(045)-1286/2021 saylı qətnaməsi ləğv edilərək, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (Sədrlik edən hakim – A.İsgəndərova, hakimlər – R.Mamedov, Ş.Rzaquliyev).
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranan hüquq münasibətləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddiaçı vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 ilə icarə müqaviləsi bağlamış və həmin müqavilə əsasında sonuncuya məxsus əmlakdan mehmanxana kimi istifadə etmişdir. Hazırkı mübahisə də həmin obyektdə sayğacsız dövr üzrə istifadə edilmiş təbii qazın həcminin hesablanmasına görə yaranmışdır.
11. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 31.1, 44.2.2, 151-ci maddə lərinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 23 may tarixli, 2-2(115)734/2022 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev).
13. Məhkəmə mövqeyini bununla əsaslandırılmışdır ki, iddia tələbi sahibkar statusu olmayan fiziki şəxs tərəfindən irəli sürülmüşdür. Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin rə smi saytında iddiaçının fiziki şəxs kimi vergi ödəyicisi olması barədə məlumat yoxdur. O, fiziki şəxs kimi sahibkar statusunu daşımır və sahibkarlıq obyektini icarə hüququ əsasında idarə edir.
14. Sahibkarlıq subyekti olan "xxxx" MMC və onun rəhbəri X1 statusu olsa da, iddia tələbi onların hər hansı biri tərəfindən qaldırılmamışdır. İddia tələbi onlardan hər hansı biri tərəfindən irəli sürülmüş olsa idi, işə kommersiya məhkəsində baxılması mümkün olardı. Bununla belə, işə Gəncə Kommersiya Məhkəməsində baxılarkən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi iddiaçı ilə müzakirə edilmiş, lakin bu mümkün olmamışdır. Çünki cavabdehin əsl cavabdehlə əvəz olunması tək iddiaçının ərizəsinə əsasən mümkün olsa da, hazırkı məsələdə əvəz olunacağı nəzərdə tutulmuş şəxsin məhkəməyə müraciət etməs i mütləqdir. Məhkəmədə iddia qaldırmaq şəxsin hüququ olmaqla, onun iradəsindən asılı olan məsələdir. Belə olan vəziyyətdə işə kommersiya məhkəməsində baxılması heç bir halda mümkün deyildir.
15. Kommersiya məhkəməsi gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 12, 27-ci bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
16. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
384. Ap ellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
17. İş materiallarını araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
18. Belə ki, Goranboy rayon Məhkəməsinin 2021-ci il 28 sentyabr tarixli, 2(045)1286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 fevral tarixli, 2(104)-939/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gor anboy rayon Məhkəməsinin 2021-ci il 28 sentyabr tarixli, 2(045)-1286/2021 saylı qətnaməsi ləğv edilərək, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
19. MPM-in 384.0.4-cü maddəsinin (bax yuxarıda § 16) məzmunundan aydın olur ki, məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən qətnamənin ləğv edilərək işin aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir.
20. Hazırkı halda da Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası məhz aidiyyət qaydalarının pozulduğu qənaətinə gəldiyindən MPM-in 384.0.4-cü maddəsinə istinad edərək işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə dair sözügedən qərardadı qəbul etmişdir.
21. Tərəflərdən heç biri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının həmin qərardadını mübahisələndirməmişdir.
22. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, mübahisənin mahiyyəti üzrə qəbul olunmuş qətnaməni ləğv edən və işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini nəzərdə tutan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məlum qərardadını tərəflər mübahisələndirmədiklərindən, iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7 və 4031.9.2-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:
24. İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “hesabat aktının ləğv edilməsi, qaz sərfiyyatının yenidən hesablanması” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersi ya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.