Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-483/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh “Total E & P Absheron B.V” şirkətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) dair iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin və ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, ilk iddia tələbi üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1 030/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. TEPAB-13-06-00 saylı, 2013-cü il 18 iyun tarixli və TEPAB12-20-00 saylı, 2012-ci il 15 noyabr tarixli müqavilələrə tərəflər qismində Sifarişçi – “Total E&P Absheron BV” (bundan sonra Şirkət) və icraçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təsis edilmiş "xxxx" MMC (bundan sonra – MMC) çıxış edirlər.
3. TEPAB-12-20-00 saylı, 2012-ci il 15 noyabr tarixli müqavilənin 17.1-ci maddəsinə əsasən, müqavilə 2 Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda, tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə 45 gün ərzində həll olunmadığı halda, tərəflər arbitraca müraciət etməlidirlər. Bu halda, məsələ üzrə Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Qanunvericiliklə bağlı eyni şərtlər Müqavilə 1-də öz əksini tapır. Lakin, Müqavilə 2-dən fərqli olaraq, Müqavilə 1-də arbitracın yeri qismində Sinqapur müəyyən edilir.
4. TEPAB 12.20.00 saylı Müqavilənin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi Barədə Müqavilənin Ümumi Müddəaları”) 6-cı maddəsinin ("xxxx") 6.18-ci bəndinə əsasən, MMC Şirkətin razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Şirkətin Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC (bundan sonra – LT D) cavabdeh Şirkətə qarşı məhkəməyə 2019-cu il 15 iyul tarixdə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə müraciət edərək cavabdeh Şirkətə məxsus avadanlığın iddiaçı LTD-nin təsərrüfat idarəçiliyində olan. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 manat borcun cavabdeh Şirkətdən tutularaq iddiaçı LTD-yə ödənilməsini xahiş etmişdir.
6. Sonradan Şirkətin Azərbaycan Respublikasindaki filiali LTD-yə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında” 2020-ci il 13 avqust tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müqavilə 2 üzrə Şirkətə saxlanca verilmiş avadanlıqla r qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz ) dollar manat məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Şirkətə verilməsini xahiş etmişlər. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1024/2019 saylı, 2019-cu il 4 sentyabr tarixli qərardadı ilə iddiaçı LTD-nin cavabdeh Şirkətə qarşı “borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia tələbi hüquq və vəzifələrinə təsir edə biləcəyi üçün MMC iş üzrə iddiaçı tərəfindən mübahiə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bundan başqa cavabdeh Şirkətin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə məhkəmədə baxıla bilinməməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəmisinin 2019-cu il 23 sentyabr tarixli, 2-2(81)-1024/2019 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Şirkət ondan şikayət verərək qərardadının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2019-cu il 7 oktyabr tarixli qərardadı ilə şikayət təmin olunmayaraq iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli, 2-2(103)-812/2019 saylı qərardadı ilə şikayət təmin olunaraq iddia ərizəsinin icraatına xitam verilmişdir.
11. Həmin qəra rdaddan narazı qalan LTD və MMC kassasiya şikayətləri verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-31/2020, 2020-ci il 11 mart tarixli qərarı ilə şikayətlər təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli qərardadı ləğv edilmiş və iş mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tаrixli, e-2-2(113)-36/2021 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir (hakim Aytən Əliyeva).
13. Həmin qətnamədən iddiaçının adından vəkili və birinci ins tansiya məhkəməsində nümayəndəsi olmuş Vəkil2 (bundan sonra – Vəkil2) 2021-ci il 9 iyul tarixində apellyasiya şikayət verərək onun ləğv, ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1030/2021 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır (sədrlik edən Vüsalə Baxışov, hakimlər Vidadi Məmmədov və Cahangir Yusifov).
15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adından apelyasiya şikayəti 2021-ci il 9 iyul tarixdə vəkili və birinci instansiya məhkəməsində nümayəndəsi olmuş Vəkil2 tərəfindən imzalanmış, nümayəndəyə iddiaçı tərəfindən verilmiş etibarnamənin qüvvəsi 2021-ci il 4 mart tarixdə bitdiyindən 2021-ci il 9 iy ul tarixdə Vəkil2 ilk iddiaçının adından apelyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.2, 363.1.1, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi, apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. İş üzrə iddianın təmin tədbiri haqqında qərardaddan verilən şikayətə apellyasiya instansiyasında baxılarkən məhkəməyə etibarnamə təq dim edilmişdir və etibarnamə elektron məhkəmə informasiya sistemində də mövcuddur. Apellyasiya şikayətinin nümayəndənin səlahiyyətlərinin olmamasına istinad edilməklə qaytarılması əsassız olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
19. Məhkəmə kollegiyası iclasında ilk iddia tələbi üzrə iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
20. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
21. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
22. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə ilk iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 36
6. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş apellyasiy a şikatyətinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
28. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə ilk iddia tələbi üzrə iddiaçı tərəfindən nümayəndəsinə verilmiş etibarnamənin müddəti bitdiyindən apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
29. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
30. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir (MPM-in 10-1.8-ci maddəsi).
31. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Vəkil2 məhkəmə aktlarında şikayətlərin verilməsi səlahiyyəti də daxil olmaqla bir sıra səlahiyyətlərin veri ldiyi, ilk iddia tələbi üzrə iddiaçı MMC-nin baş direktorunun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş və 1 il müddətinə verildiyi nəzərdə tutulan 2021-ci il 3 mart tarixli etibarnamə 2021-ci il 10 mart tarixdə elektron məhkəmə informasiya sisteminə daxil edilmişdir.
32. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tarixli, e-2-2(113)-36/2021 saylı qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçının adından apellyasiya şikayəti isə Vəkil2 tərəfindən elektron imza ilə 2021-ci il 9 iyul tarixdə imzalanmaqla elektron məhkəmə informasiya sistemi ilə təhvil verilmişdir. Yəni, Vəkil2 apellyasiya şikayətini səlahiyyətli nümayəndə kimi imzalamışdır.
33. Bununla da, apellyasiya şikayətinə baxılmasına mane olan hal mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyrimümkün sayılmasına dair gəldiyi nəticə əsaslı olmamışdır.
34. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1030/2021 saylı qərardadı ləğv olunmalı, iş birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: ilk iddia tələbi üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1030/2021 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün iş Bakı Apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.