Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-483/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-508/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 16 sentyabr tarixində DC00241888R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2022-ci il 16 dekabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, DCL00241888-01 saylı kreditin restrukturizasiyası məqsədi ilə birdəfəlik 191,000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC Cavabdeh2 arasında 2022-ci il 16 sentyabr tarixli Z5326 saylı zaminlik müqaviləsi bağlanmışdır.
3. Cavabdeh1 MMC-nin 2023-cü il 29 a vqust tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 manat əsas borc, 26.023,13 manat cərimə borcu olmaqla, cəmi 215.166,63 manat təşkil etmiş, gecikdirilmiş günlərin sayı 302 gün qeyd olunmuşdur (2023-cü il 30 avqust tarixli PB/PBŞ-OUT-00991-2023 nömrəli maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 avqust tarixində cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – “MMC”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddiaya dəqiqləşmə verərək DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 manat əsas borc, 26.023,13 manat cərimə borcu olmaqla, cəmi 215. 166,63 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 106 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 248 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə görə kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən oluna n qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl tələb edə bilər.
6. Birinci instansiya məhkəməsi əsas və cərimə borcunun nə qədər təşkil etməsinin hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 19 de kabr tarixli 9/8792 saylı rəyində tərəflər arasında bağlanmış 2022-ci il 16 sentyabr tarixli DC00241888R nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq MMC-nin iddiaçı banka müqavilə müddətinin bitmə tarixinə, yəni 2022-ci il 16 dekabr tarixinə əsas borcunun 191.000 manat, faiz borcunun 2.285,36 manat, sualda qeyd edilən 2023-cü il 30 avqust tarixinə əsas borc üzrə 191.000 manat və faiz borcu üzrə 23.125,95 manat borcunun olması müəyyən edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli e-2-2(113)-197/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən və Cavabdeh2 müştərək qaydada DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 manat əsas borc məbləği, 9.458 manat dəbbə pulu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
8. Məhkəmə 2022-ci il 16 sentyabr tarixli DC00241888R saylı maliyyələşdirmə üçün ərizələr nəzərə alınmaqla MMC-nin ekspert rəyində göstərilən əsas borcu iddia tələbindən yüksək olduğundan, həmçinin iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilmədiyindən əsas borcun iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlmiş və hazırkı işdə müqavilə üzrə faiz borcunun tutulması tələbinin olmadığını qeyd etmişdir.
9. Cavabdehlərin müqavilə üzrə ödənişləri gecikdirməsi işin halları ilə müəyyən edilməklə bu hal cavabdehlər tərəfindən də təkzib olunmadığından, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla belə, məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq cavabdehdən tutulması tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olması və həmin məbləğin azaldılaraq 9.458 manat məbləğində müəyyən edilməli olması nəticəsinə gəlmişdir.
10. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qətnamənin əsaslığını yalnız iddianın təmin olunan hissəsində yoxlamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-508/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, apellyator 70.000 manatdan artıq ödəniş edilməsinə baxmayaraq həmin ödənişlərin əsas borc məbləğindən silinməməsinə əsaslansa da, müvafiq qəbzləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, apellyasiya şikayətinə əlavə etdiyi qəbzlərin 2022-ci il tarixli olmasını nəzərə alaraq həmin məhkəmədə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.
15. Apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, əsas borc və faiz borcu məbləğlərinin azaldılması əsasları müəyyən edilmədiyindən dəbbə pulunun azaldılması da mümkün olmamışdır.
16. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 385.1, 3 99.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci, MPM-in 361.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh2 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 467-ci maddəsi üzrə - Məhkəmə cərimə məbləğini azaldarkən əsas borc məbləğinin həddən artıq yüksək olmasını, habelə cavabdehlər tərəfindən edilmiş ödənişlərin əsas borc məbləğindən çıxılmadığını nəzərə almamış və nəticə etibarı ilə cərimə məbləği kifayət qədər azaldılmamışdır. Halbuki hazırki işdə cərimə məbləğini azaltmaq yox, birdəfəlik sıfır dərəcəsinə endirmək zərurəti vardır.
19. MM-in 385.1-ci maddəsi üzrə - Aparılmış ödənişlərin əsas bo rc məbləğindən çıxılmadığının məhkəmə iclaslarında geniş şəkildə məhkəmə kollegiyasının diqqətinə çatdırılmasına baxmayaraq, həmin hallar nəzərə alınmamışdır.
20. MM-in 442-ci maddəsi üzrə - Göstərilən maddənin tətbiqi zəruri olmamışdır. Belə ki, borcdan 70.000 manatdan artıq vəsait geri ödənilsə də, bank tərəfindən həmin ödənişlər əsas borcdan silinməmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin ödənişlərlə bağlı qəbzlərini onların birinci instansiya məhkəməsinə təqdim edilməməsi əsası ilə sübut kimi qiymətləndirməmişdir. Halbuki həmin qəbzlərin birinci instansiya məhkəməsinə təqdim oluna bilinməməsi apellyasiya şikayətində də vurğulanmışdır.
21. MPM-in 218.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxaran zaman cavabdeh tərəfindən ödəniş olunduğunu təsdiq edən q əbzi sübut kimi qiymətləndirməmişdir.
22. MPM-in 217.3-cü maddəsi üzrə - Məhkəmə işin faktiki hallarını araşdırmamış, işin həqiqi hallarına uyğun olmayan qətnamə çıxarmış və ədalətsiz olaraq cavabdehə borc məbləği hesablamışdır.
23. MPM-in 217.1-ci maddəsi üzrə - Aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı qeyri-müəyyəndir. Belə ki, cavabdeh tərəfindən edilmiş ödənişlər borc məbləğindən çıxılmamışdır.
24. MPM-in 418.1-ci maddəsi üzrə - İstinad edilən normanın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, əsas və cərimə borcunun nə qədər təşkil etməsinin hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə görə, əsas və cərimə borcları müqavilə şərtlərinə, ödəniş qrafikinə uyğun olaraq düzgün qaydada hesablanmışdır. Cavabdeh isə borcun məbləğinin düzgün müəyyən edilməməsini hər hansı sübutla və ya konkret faktlarla əsaslandıra bilməmişdir. Cavabdeh2 nümayəndəsi də birinci instansiya məhkəməsində izahat verərək cavabdehin kredit götürdüyünü, bir müddət sonra müflis olmasını, hazırda maliyyə vəziyyəti qaydasına düşməyə başladığından borcu ödəmək niyyətində olduğunu bildirmiş və ödənişlərin əsas borcdan çıxılmasını xahiş etmiş, müqavilənin ağır şərtlərlə bağlanmış bir müqavilə olduğunu qeyd etmişdir. İzahatdan cavabdehlərin müqavilə üzrə öhdəliklərini icra etmədiklər i aydın olur. Cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla əsas borc məbləğinin 5 faizi məbləğində müəyyən edilmişdir. Kassasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
399. Müqavilənin qüvvəsi. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, fa izləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu p ul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyy əti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verm əyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icr a etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər t ərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmas ının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu... 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 37 2.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Dəlillərin bir qismi mahiyyət etibarilə onunla bağlıdır ki, Cavabdeh2 apardığı ödənişlər əsas borc məbləğindən çıxılmamışdır.
32. Halbuki işə baxan məhkəmələrin qətnamələrindən məlum olur ki, borc ekspert rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla hesablanmışdır.
33. Digər tərəfdən, MM-in 432.4-cü maddəsinin (bax § 28) tələbinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabı na daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
34. İstinad olunan normadan aydın olur ki, borclunun kreditora olan ödənişləri ilk növbədə xərclərdən, sonra faizlərdən, sonda isə əsas borcdan silinir.
35. İşdən də görünür ki, hazırkı iş üzrə müqavilə üzrə faiz borcunun tutulması tələbi yoxdur.
36. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələ ilə əlaqədar hər hansı hüquq pozuntusuna yol verməmişdir.
37. Kassator bildirir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən ödəniş olunduğunu təsdiq edən qəbzi sübut kimi qiymətləndirməmişdir. Halbuki həmin qəbzlərin birinci instansiya məhkəməsinə təqdim oluna bilinməməsi apellyasiya şikayətində də vurğulanmışdır.
38. MPM-in: - 78.1-ci maddəsinin (bax § 29) tələbinə g örə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. - 209.3-cü maddəsinin (bax § 29) tələbinə görə, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sü butlara istinad etməyə haqlı deyildir. - 361.4-cü maddəsinin (bax § 29) tələbinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. - 372.2-ci maddəsinin (bax § 29) tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. Bütün qeyd edilən prosessual normalar ona xidmət edir ki, hər bir proses iştirakçısı öz məsuliyyətini dərk edərək iş üzrə malik olduğu sübutları vaxtında məhkəməyə təqdim etsin, qarşı tərəf də bundan xəbərdar olaraq çəkişmə prinsipinə uyğun olaraq həmin sübutlara qarşı öz mövqeyini düzgün şəkildə qura bilsin, eyni zamanda məhkəmə həmin sübutlar əsasında iş üzrə düzgün nəticəyə gələrək qəbul etdiyi aktları düzgün şəkildə əsaslandıra bilsin.
40. Belə ki, istənilən məhkəmə qərarı yuxarı məhkəmə tərəfindən yalnız o halda ləğv edilə bilər ki, qanunsuz və əsassız olsun.
41. Bu baxımdan, birinci instansiya məhkəməsindəki icraatda iştirak edərək öz mövqeyini əsaslandırmaq üçün bütün prosessual imkanlara malik olmuş proses iştirakçısının üzrlü səbəblər olmadan iş üzrə malik olduğu sübutu birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ilə nəticələn məməli, eyni zamanda əks tərəfi də həmin sübutlara qarşı öz müdafiəsini qurmaq imkanından məhrum etməməlidir.
42. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində yeni sübutları birinci instansiya məhkəməsində icraat zamanı müvafiq qəbzləri tapa bilməməsi ilə əlaqələndirmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu əsaslandırma ilə razılaşmayaraq həmin sənədləri qəbul etməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
44. Borcdan 70.000 manatdan artıq vəsait geri ödənilməsinə dair dəlillə bağlı məhkəmə kollegiyası bildirir ki, həmin xüsusat işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
45. Yuxarıda qeyd olunan səbəblərdən, habelə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyas ı cərimə məbləğinin (təmin olunmuş əsas borcun 5%-i həcmində) yüksək olmasına dair dəlillərlə də razılaşmır.
46. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-508/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əs asən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 22(103)-508/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.